Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

sən  1915-ci  il  25  aprel  tarixli  1330  №-li  məktubunda  Əhməd  bəy  Ağa- 
oğlunun İstanbulda yaşadığını yazırdı*. 
Rusiyanın məzlum millətləri cəmiyyətinin 
ABŞ prezidenti Vudro Vilsona müraciəti 
Türk-tatar  heyətini  özündə  birləşdirən  “Rusiyanın  məzlum  millətləri 
cəmiyyəti“ 1916-cı il mayın 18-də ABŞ prezidenti Vudro Vilsona teleqram 
göndərərək  müraciət  etdi.  Müraciətdə  Rusiyada  yaşayan  millətlərin 
istəklərinin nəzərə alınması və onların müdafiəsi üçün tədbirlər görülməsi 
xahiş ölündü. Müraciət “imdadımıza çatınız, bizi yox olmaqdan qürtarınız” 
ifadələri  ilə  başa  çatdırdı.  Bu  teleqramı  Əli  bəy  Hüseynzadə,  Əbdürrəşid 
İbrahim,  Əhməd  bəy  Ağaoğlu  və  Yusif  Ax-  çura imzaladılar.  Müraciətin 
fransızca  mətni  “Revue  de  Monde  Musulman”,  V.  LVI,  p.  14-147-də 
yayımlandı’. 
Qafqaz komitəsinin Avropa səfəri 
Birinci  dünya  savaşından  öncə  Türkiyədə  yaşayan  qafqazlılar 
ölkələrinin gələcəyini düşünərək siyasi birlik qurmuşdular. Türkiyə tarixçisi 
Osman Çelik 1908-ci ildə qurulan bu birliyə “Osmanlı ölkəsindəki qafqazlı 
köçmənlərin  siyasi  komitəsi”  adı  verildiyini  yazır.  Bu  dövrün  İstanbul 
hökuməti komitənin qurulmasına və fəaliyyətinə izn vermişdi”. 
Komitə 1915-ci ilin dekabrında Fuad paşanın sədrliyi ilə bir nümayəndə 
heyəti yaradaraq Almaniya və Avstriya hökumətləri ilə danışıqlar aparmaq 
üçün  Turan  heyəti  ilə  eyni  vaxta  Avropaya  yola  saldı.  Mirzəbala 
Məmmədzadənin  yazdığına  görə,  bu,  Qafqaz  kömtəsi  idi  və  dünya 
müharibəsi  zamanı  şimali  qafqazlı,  azərbaycanlı  və  gürcülərdən  ibarət 
yaradılmışdı".  Türk  müəllifi  Ali  Haydar  Bayat  da  bunu  Qafqaz  komitəsi 
kimi təqdim edir. Onun yazdığına görə, marşal Fuad paşanın rəhbərliyi ilə 
gürcülərin  təmsilçisi  Knyaz  Maçabelli,  Kamil  Koçhiridze,  azərbaycanlı 
Səlim  bəy  Behbudov,  Şimali  Qafqazın  təmsilçiləri  İsa  paşa  və  Əziz 
Məkərdən  ibarət  Qafqaz  komitəsi  də  eyni  şəhərlərdə  oldular".  M.  B. 
Məmmədzadə  Kamil  Koçhiridzeni  “Toqirid-  ze  kimi  yazır".  Türkiyə 
tarixçisi  Osman  Çelik  və  digər  mənbələr  isə  komitənin  üzvlərinin  bütün 
Qafqazı təmsil etdiklərini yazaraq komitənin tərkibini belə verir; gürcülər 
Maçabelli və Kamil Tohikidze, ləzgi İsa paşa, azərbaycanlı Səlim Babutov, 
adıgey Əziz Məkər". 
Heyət üzvləri Almaniya və Avstriyada dövlət adamları ilə görüş 
162 


dülər.  Onlar  Qafqaz  xalqlarının  rus  hakimiyyəti  altındakı  dözülməz 
vəziyyətlərini  başa  saldılar.  Nümayəndə  heyətinin  üzvləri  müstəqil 
yaşamaq istəklərini müttəfiq dövlətlərin rəsmi adamlarının və mətbuatının 
diqqətinə çatdırdılar'®. 
Qafqaz  komitəsinin  nümayəndə  heyəti  Quzey  Qafqaz,  Azərbaycan, 
Gürcüstan  və  Ermənistandan  ibarət  konfederativ  dövlət  yaratmaq  üçün 
Berlin və Avropa ölkələri hökumətlərindən maddi və mənəvi dəstək xahiş 
etdilər.  Qafqaz  komitəsi  şüurlu  və  siyasi  bir  proqramla  çıxış  edirdi.  Bu 
komitə  Qafqazın  quruluşu  məsələsi  uğrunda  çalışırdı'®.  Komitənin 
üzvlərinin sualtı qayıqlarla Azərbaycanı gəlməsi də ehtimal olunurdu. Qeyd 
etmək lazımdır ki, Almaniya sualtı müharibə elan etdikdən sonra bu yolla 
Azərbaycana  müxtəlif  şəxslərin  gəlməsi  ehtimalını  Rusiya  jandarma 
xidməti də irəli sürdü. 
Alman-türk  sualtı  qayıqlarının  Xəzər  dənizi  ilə  Bakıya  gəlməsindən 
şübhələndiyi barədə Lənkəran qəza rəisi 1915-ci il 15 avqust tarixli 11 №-li 
tam  məxfi  məktubunda  Bakı  qubernatoruna  yazdı.  Məktubda  sualtı 
qayıqlarla mis, silah və digər şeylərin daşma bilməsi ehtimal olunurdu'’. 
Bakı qubernatoru bu məlumatı 1915-ci il 28 avqust tarixli 1577 №- li 
məxfi məktubu ilə Qafqaz canişinliyinə göndərdi'*. Bununla bağlı olaraq M. 
B. Məmmədzadə yazırdı ki. Səlim bəy Behbudov müəyyən siyasi məqsədlər 
üçün  sualtı  qıyıqla  Qafqaz  sahillərinə  gedərək  oradan  da  Azərbaycana 
keçirdi'’.  Qafqaz  komitəsinin  fəaliyyəti  dövründə  Türkiyə  ordusuna 
Azərbaycandan gizli olaraq könüllülər axırdı. 
Millətlər Birliyinin III Lozanna konfransında 
türk-tatar heyətinin iştirakı 
Türk-tatar  heyəti  1916-ci  il  İ5aınun  27-29-da  Lozannada  toplanan  III 
Millətlər  Birliyi  konfransına  qatıldı.  Nümayəndə  heyətinin  təT-kibi-  nə 
Azərbaycandan  Əlibəy  Hüseynzadə  və  Əhmədbəy  Ağaoğlu,  Kazandan 
Yusif  Axçura,  İbrahim  Əbdürrəşid,  özbək,  buxarah  Beccan  Mukiməddin, 
qazax və qırğızlar adından Məhəmməd Səfər Əhmədov, kumık Əhməd Saib 
Kaplanov, Dağıstandan Əhməd Saib, Seyid Tahir, çərkəz Əziz Məkər daxil 
idiləf". 
Mirzəbala  Məmmədzadə  bu  komitəni  böyük  siyasi  bir  təşkilat 
adlandıraraq  onun  tərkibinə  Krım  türklərindən  Mehmet  Esed  Qələbinin 
daxil  olduğunu  yazıf'.  Komitənin üzvləri Türkiyə,  Bolqarıstan,  Almaniya, 
Avstriya-Macarıstan və İsveçrədə konfranslar verərək ictimai 
163 


rəyi  Rusiyadakı  türklərin  vəziyyətinə  yönəltmək  istəyirdilər.  M.  B. 
Məmmədzadə  komitənin  1915-ci  ilin  dekabrında  “Pester  Lloyd”  qəzeti 
mətbəəsində  çap  olunan  memorandumunun  olduğunu  qeyd  edir^^  . 
Memorandumda deyilirdi; “Rusiya öz təbəəsi olan türk və digər müsəlman 
xalqlarının  ən  təbii,  məşruvə  müqəddəs  haqqlarını  cəbrən  əllərindən 
almışdır. Onlara öz irqdaşlan ilə hər dürlü təmas və münasibət təsisi yasaq 
edilmişdir. Məsələn, kazanlı və ya qafqazlı bir türkə Türküstan və Qırğız 
yerlərində  mülk  və  ərsa  torpaq  almaq  qətiyyən  məmnundur.  Rusiyadakı 
müsəlmanlar  ən  müqəddəs  dini  vəzifələrini  belə  icradan  məhrum 
buraxılırlar,  hər  dürlü  harsi  və  milli  tərbiyə  imkanı  onların  əllərindən 
alınmışdır...  Əllərimizi  göylərə  qaldıraraq  is-  tirham  edirik:  bizi  rus 
zəncirindən xilas ediniz““. 
Türk müəllifi Ali Haydar Bayat isə yazır ki, nümayəndə heyətinin bir 
ortaq  mətni  təqdim  etmək  hüququ  olmadığı  üçün  nümayəndələr 
ayrı-ayrılıqda öz millətlərinin vəziyyətindən, haqlarının pozulmasından və 
ondan çıxış yollarından danışdılar. Nümayəndə heyəti üzvlərinin tələbləri 
konfransın  gedişində  18  səhifəlik  çap  edilərək  yayınlan-  dı.  Türk 
topluluqları  “Rusiya  Məzlum  Millətləri  cəmiyyəti“  adıyla  bir  toplantı 
keçirib  Rusiya  müsəlmanlarının  dini,  mədəni  və  qanuni  hü- 
quqsuzluqlarınm aradan qaldırılmasını Qərb dövlətlərindən xahiş etdilər. 
Stokholmda keçirilən 
Millətlərarası Sosialist 
konfransında iştirak 
1917-
 
ci  il  avqustun  17-də  Stokholmda  keçirilən  Millətlərarası 
Sosialist konfransına Əlibəy Hüseynzadə, türk işçisi adına Aqil Muxtar və 
Nesim  Masliuuhla  (millət  vəkili)  birlikdə  qatıldı.  Onlar  Stokholma 
gedərkən  Berlində  F.  Şeydemanm  təklifi  ilə  alman  sosialist  liderlərindən 
biri, müharibədən sonra isə Almaniyanın 1918-1925-ci illərdə ilk prezidenti 
olmuş F. Ebertlə görüşdülər. Konfransda Əlibəy Hüseynzadə “Milliyyət və 
çoxluq“  adlı  məruzə  ilə  çıxış  etdi.  Lakin  nümayəndə  heyəti  “İttihad  və 
tərəqqi“  partiyasını  Avropa  imperializminin  aləti  kimi  təqsirləndirən 
konfrans heyəti tərəfindən geri göndərildi“. 
Türk  diplomatiyasının  da yaxından  səyləri  ilə  müharibənin  gedişində 
Azərbaycan xalqı və dağlı xalqları Rusiya imperatorluğundan qoparaq öz 
müstəqilliklərini  elan  etdilər.  Yeni  müstəqil  türk,  müsəlman  dövləti  olan 
Azərbaycan 
Cümhuriyyətinin 
yaradılması 
Osmanlı 
dövləti 
diplomatiyasının böyük uğuru idi. Lakin türk diplomatiyası bunun 
164 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə