Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

Rus diplomatiyası Güney Azərbaycanda öz siyasətini maneəsiz həyata 
keçirmək üçün Təbrizə gələn vəliəhdin ətrafına öz adamlarını yerləşdirmək 
planını həyata keçirməyə başladı. Təbrizdəki baş konsulluq bu işdə xüsusi 
rol oynadı. Baş konsulluğun işlər müdiri Belya- yev 1915-ci il 26/13 mart 
tarixli  48  №li  teleqramında  Xarici  İşlər  Nazirliyinə  yazırdı  ki,  Təbriz 
şəhərinin  polis  rəisi  rus  polis  təlimatçıları-  nın  göstərişinə  uyğun  olaraq 
gözəl  işləyir.  Alman  tərəfdarları  və  agentlərinin  əvəzinə  bizim  adamları 
yerləşdirmək  haqqında  Tehranda  hazırlanmış  plan  həyata  keçirilməyə 
başlanmışdır'”. 
Rusiya  hökuməti,  eyni  zamanda,  İrandan  ərazisində  aparılan  türk- 
alman təbliğatını da dayandırmağı tələb etdi. Bu baxımdan Korostove- çin 
Sazonova  yazdığı  1915-ci  il  8  aprel/26  mart  tarixli  24  №li  teleqramı 
diqqətəlayiqdir.  Teleqramdan  rus  və  ingilis  diplomatiyalarının  Türkiyəyə 
qarşı tədbirlər görülməsi üçün daim İran hökumətinə təzyiqlər göstərdikləri 
aydın  olur'”.  Lakin  İran  hökuməti  ölkədə  aparılan  türk-  alman  təbliğatını 
dayandırmağa  və  Türkiyəyə  qarşı  tədbirlər  görməyə  qadir  deyildi.  Bu 
iqtidarsızlıq  təkcə  Tehran  hökumətinin  ölkədə  qayda-qanun  yarada 
bilməməsi ilə bağlı deyildi. Bunun daha ciddi səbəbi var idi. Bu da İranda 
yaşayan  xalqların  Türkiyəyə  münasibətilə  bağlı  idi.  Nəinki  Güney 
Azərbaycanda, hətta, bütün İranda əhali Türkiyəyə böyük rəğbət bəsləyirdi. 
Türkiyəyə qarşı edilən hər hansı düşmənçilik hərəkəti İranda vəziyyəti daha 
da ağırlaşdırardı. 
Türk dəstələrinin Güney Azərbaycana yeni yürüşü 
Türkiyə  və  Almaniya  Təbrizin  rus  ordu  hissələri  tərəfindən  işğal 
edilməsi ilə barışa bilmədilər. 1915-ci ilin martında Türkiyə hökuməti yeni 
hərbi  tədbirlərə  əl  atdı.  Ənvər  paşanın  əmisi  Xəlil  bəyin  komandanlığı 
altında “birinci qüvvə səfəri” adını daşıyan qüvvətli bir tümən hərbi nazirin 
əmri  ilə  Mosuldan  Güney  Azərbaycana,  Təbriz  üzərinə  jdirüş  etdi.  Xəlil 
bəyin  birliyinin  məqsədi  təkcə  Təbrizi  azad  etmək  deyildi.  Birlik  Təbriz 
üzərindən  Quzey  Azərbaycana  keçərək  Bakını  azad  etməli,  oradan  da 
Dağıstana  doğru  irəliləyib  müsəlman  əhalini  ayağa  qaldırmalı,  rus 
ordularına arxadan zərbə vuraraq Xəzər sahillərini Rusiya zülmündən azad 
etməli  idi.  Ənvər  paşa  Mahmud  Kamil  paşanın  ordularının  Xəlil  bəylə 
birləşməsinə  razı  olmasa  da,  onun  uzaq  düşməməsi  üçün  Urmiyəni  azad 
etməsinə icazə verdi'*'. 
Xəlil  bəyin  və  Kamil  paşanın  hərbi  əməliyyatlarına  Güney 
Azərbaycanda yaşayan çoxlu tayfalar, o cümlədən, şahsevən tayfası da kö 
153 


mək etdi. Bundan ovvol şahscvonlordon Tobrizin azad cdilmosindo istifadə 
olunmuşdu. Xəlil bəy baş komandana yazırdı ki, əgər l'əbriz bizim əlimizdə 
olarsa, ruslar əbədi olaraq İrana girə bilməyəcəklər və Şərqi Qafqam işğalı 
mümkün olacaqdır"’’. Cavab olaraq Ənvər paşa mayın 8-9-da göndərdiyi 
teleqramında  yazırdı  ki,  şahsevənlorin  başçısını  qəbul  edin,  bizimlə 
müştərək hərəkətlərin hazırlanması üçün ona 5 min lirəyə qədər qızıl pul 
veriniz'“. Türk tarixçisi Yusufllikmet Ba- yur Ənvər paşanın bu teleqramını 
onun  gerçəkliyi  görə  bilməməsi  və  xəyallara  qapılması  kimi 
qiymətləndirir'“.  Lakin  Xəlil  bəyin  dəstəsi  Güney  Azərbaycanda  qarşıya 
qoyulan  vəzifəni  yerinə  yetirə  bilmədi.  Dəstənin  hücumu  Xoyda 
dayandırıldı.  Təbrizi  azad  etmək  mümkün  olmadı.  Güney  Azərbaycanda 
türk  hərbi  hissələrinin bu uğursuzluğu  Osmanlı  imperatorluğunun  Quzey 
Azərbaycan  planlarının  reallaşmasını  xeyli  yubatdı.  Bundan  sonra 
Osmanlının artıq heç bir hücumu Bakı üçün təhlükə yaratmadı'“. 
Qeyd etmək lazımdır ki, 1915-ci ilin mayına qədər Tehran hökuməti 
Osmanlı və Almaniya dövlətlərinə münasibətdə xeyli loyal idi. Lakin ruslar 
Vanı  işğal  etdikdən  və  Xəlil  bəyin  birliyi  Güney  Azərbaycanda  məğlub 
olub geri çəkildikdən sonra Tehran hökumətinin tərkibində və mövqeyində 
dəyişiklik baş verdi. Tehrandakı türk səfiri Asim bəy 1915-ci ilin mayında 
İstanbula göndərdiyi teleqramında yazırdı ki. İran hökumətinin tərkibindəki 
xarici  işlər,  maliyyə  və  təhsil  nazirlərindən  başqa  yeni  hökumət  bizim 
əleyhimizədir.  Asim  boy  eyni  zamanda  İran  hökumətinin  ölkədəki 
vəziyyətə nəzarət edə bilmədiyini də yazdı. Səfir bu vəziyyəti Van, Səlmas, 
Urmiya  və  Savucbu-  lağın  ruslar  tərəfindən  işğal  edilməsi  ilə 
əlaqələndirirdi'“. 
Xəlil  bəyin  uğursuzluğu  və  rus  ordularının  yeni  işğalları  nəinki  İran 
hökumətinin  mövqeyinə  təsir  etdi,  eyni  zamanda  ermənilərin  də  dinc 
müsəlman  əhaliyə  qarşı  soyqırım  törətmələrini  davam  etdirmələrini 
güeləndirdi.  Rus  ordularının  Vanı  işğalı  etməsi  xəbərini  Güney 
Azərbaycanda  yaşayan  ermənilər  rəğbətlə  qarşıladılar.  Mayın  8-də 
Təbrizdəki  rus  konsulu  yerli  erməni  kilsəsinə  Vanın  alınması  xəbərini 
verdi.  Həmin  gün  kilsədə  keçirilən  tədbirdə  rus  və  fransız  konsulları  da 
iştirak  etdilər.  Oxunan  duadan  sonra  konsullar  erməni  kilsəsi  başçısının 
iqamətgahma  dəvət  olundular.  Qəhvə  içdikdən  sonra  ermənilər  rus 
orkestrinin müşayiəti ilə Təbriz küçələrində “ura” qışqıraraq rus, ingilis və 
fransız  konsulluqlarının  binaları  qarşısından  keçərək  kilsənin  yanındakı 
bağda dayandılar. Burada konsullara və yüksək rütbə 
154 


li zabitlərə nahar yeməyi verildi. Güney Azərbaycandakı erməni kilsəsinin 
başçısının  müavini  Manukyan  rus  konsulluğuna  gedərək  konsulu  təbrik 
etdi'".  Ruslar  Vanı  işğal  etdikdən  sonra  yepiskop  Mesrop  imperatora, 
Qafqaz  canişininə,  Qafqaz  ordusunun  komandanı  Yudeni-  çə  və  general 
Oqanovskiyə  təbrik  teleqramları  göndərdi.  Mesropa  cavab  teleqramında 
general  Yudeniç  “tarixi  düşmən  üzərində  qazanılan  qələbədə  dualar 
etdiyinə  görə”,  ona  təşəkkür  etdi.  General  Oqanovs-  ki  isə  “xristianlığın 
tarixi düşməni üzərində qələbədə erməni dəstələrinin xüsusi rol oynadığını” 
qeyd  edərək  təşəkkürünü  bildirdi“".  Ruslar Vanı  işğal  etdikdən  sonra  bir 
sıra  İran  qəzetləri  “Ermənilərin  xəyanəti”  başlıqlı  çoxlu  məqalələr  dərc 
etdilər'". 
Xəlil  bəyin  tüməni  Güney  Azərbaycanda  hərəkət  edərkən  Rusiya  və 
onun  müttəfiqləri  türk  ordusunu  guya  xristian  əhaliyə  qarşı  zorakılıq 
törətməkdə  təqsirləndirdilər.  Tehrandakı  amerikan  missionerləri  Osmanlı 
imperatorluğunda  və  İranda  yaşayan  kürdlərin  800  nəfərə  qədər  xristian 
öldürdüyü barədə xəbərlər yaydılar. Türk hökuməti isə rus ordusunun və 
erməni dəstələrinin yerli müsəlman əhaliyə qarşı törətdiyi kütləvi soyqırım 
barədə faktları gətirdi. Səfir Asim bəy öz teleqramında rus ordu hissələrinin 
və erməni silahlı dəstələrinin minlərlə kürdü öldürdükləri barədə məlumat 
verdi.  Almaniya  hökuməti  isə  Güney  Azərbaycanda  baş  verən  bu 
hadisələrlə bağlı olmadığını bildirdi'’“. 
Rusiyanın Güney Azərbaycanda türkçülərin 
təqib olunmasını şiddətləndirməsi 
Xəlil  bəyin  qüvvələrinin  geri  çəkilməsinə  baxmayaraq  Güney 
Azərbaycanda Türkiyəyə rəğbət və türklərin nüfuzu xeyli üstün idi. Bunu 
görən Rusiya hakimiyyət orqanları Güney Azərbaycanda türk- çülərə qarşı 
nəzarəti  gücləndirmək  və  onları  təqib  etməyi  genişləndirmək  barədə 
göstərişlər verdi. Rusiya Güney Azərbaycanda əhalinin rus ordu hissələrinə 
olan yüksək nifrətini bilərək əleyhinə üsyanlar qalxacağından qorxurdu. İlk 
növbədə Güney Azərbaycanda Rusiya əleyhinə baş verə biləcək hər hansı 
bir hadisə haqqında informasiya toplamaq işi gücləndirildi. Lənkəran qəza 
rəisi 1915-ci il mayın 20-də 652 №li məxfi məktubunda Ərdəbildə ruslar 
əleyhinə  üsyan  hazırlandığını  bildirdi.  Bu  məlumatı  Qafqaz  hərbi  dairəsi 
1915-ci  il  12  iyun  tarixli  1332  №li  məxfi  məktubu  ilə  Qafqazda 
canişinliyinə göndərdi'’'. Məsələ ilə bağlı olaraq VI sərhəd dairəsinin rəisi, 
polkovnik Çıss Ər- 
155 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə