Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

gilis diplomatiyasının mövqeyinə görə, türklərin Güney Azərbaycanda bu 
və  ya  başqa  strateji  uğuru  Rusiyanın  Qafqazdakı  qələbələrini  heçə 
endirirdi'"^ 
Rus  diplomatiyası  Petroqraddakı  ingilis  səfirinin  ya  orduları  geri 
çağırmaq,  ya  da  Güney  Azərbaycana  əlavə  qüvvələr  göndərmək 
tövsiyəsindən  ikincini  qəbul  etdi.  Sazonov  Təbrizin  tutulmasım  istədi. 
Vorontsov-Daşkov 1915-ci il 21/8 yanvar tarixli 23 №li təcili teleqramında 
Sazonova 
Təbrizin 
yenidən 
tutulmasının 
və 
sərhədlərin 
möhkəmləndirilməsinin çətinlik törətmədiyini bildirdi. O, Təbrizi tutmağa 
icazə istəyərək bunu siyasi cəhətdən üstünlük hesab etdi. Bununla Türklərin 
Qafqaza hücumunun qarşısının alınacağını söylədi'"’. 
Korostoveç 1915-ci il 21/8 yanvar tarixli 2№li teleqramında Sazonova 
yazırdı ki, İran hakimiyyəti və Təbriz əhalisi türk ordusuna rəğbətlə yanaşır. 
Asim  bəy  isə  Rusiya  bütün  İran  ərazisini  boşaltdığını  rəsmi  şəkildə  elan 
edən kimi türk ordusunun geri çağırılacağını bildir- 
di'"r 
\
 
Klemm  paytaxtda  Qafqaz  canişininin  yanında  sərhəd  əlaqələri  Üzrə 
məmur vəzifəsini icra edənə gencraİ Mışlayevskinin göndərdiyi 
1915-
 
ci  il  22/9  yanvar  tarixli  29  №li  teleqramına  əsasən  (teleqramda 
bildirilirdi ki, 22/9 yanvarda rusların Təbrizi tutmaqdan ötrü müdaxiləsi və 
Ərdəbil  dəstəsinə  Ərdəbilə  qayıtmaq  barədə  əmr  verilmişdir.  30/17 
yanvarda Təbriz rus orduları tərəfindən tutulmuşdur) söylədi ki, orduların 
ardınca Təbrizdəki baş konsul A. A. Orlovun Təbrizə doğru hərəkət etməsi 
arzuediləndir.  Klemm  bu  teleqramında  Təbrizdəki  alman  konsulunu  ələ 
keçirtməyə tələsməyi zəruri hesab etdi. Klcmmə görə, Savucbulaqdakı rus 
konsulu  A.  İ.  İyasın  öldürülməsi  haqqında  məlumat  təsdiq  olunardısa, 
günahkarları cəzalandırmaq lazım idi'"^ Sarıqamış döyüşündən sonra ruslar 
Qafqaz  cəbhəsindən  ayırdıqları  ordu  hissələrini  Güney  Azərbaycana 
gətirdilər  və  beləliklə  də,  Türkiyənin  burada  qazandığı  uğurlar  nəticəsiz 
qaldı. Az sonra Osmanlı əraziləri Güney Azərbaycandan Şərqi Anadoluya 
keçən nıslar tərəfindən istilaya uğradı. Türk tarixçisi Yusuf Hikmet Bayur 
ruslar  tərəfindən  Təbriz  və  Səlmasm  işğal  edilməsinin  1915-ci  il  12 
yanvarda baş verdiyini yazır. Qeyd etmək lazımdır ki. Güney Azərbaycanda 
döyüşlər daha çox qeyri-nizami xarakter daşıyırdı'"". 
Türk ordusu çıxdıqdan sonra 1915-ci il yanvarın 19-20-də rus orduları 
Təbrizə  girdilər'"’.  Alman  konsulu  Litten  əvvəlcə  ABŞ  konsulu  Hordon 
Paddonun himayəsinə sığındı. Sonra isə türk konsulu Rahib 
144' 


bəylə  birgə  Marağaya  getdi.  Azərbaycanın  general-qubernatoru  Sərdar 
Rəşidin dediyinə görə, Təbrizdəki türk konsulu üzərində ABŞ konsulunun 
böyük  təsiri  var  idi'"*.  Kürdlər  Rusiyanın  Təbrizdəki  konsulluğunun 
binasını  və  Təbriz  yaxınlığında  Nəhmədabaddakı  konsulunun  bağ  evini 
yandırdılar.  Şah  hökuməti  isə  “Təbriz  yaxınlığında  Nəh-  mədabadda 
konsulluğun  binasının  türklər  tərəfindən  dağıdılması  ilə  əlaqədar 
təəssüfləndiyini bildirdi”'“*. 
Savucbulaqdakı  rus  konsulu,  polkovnik  A.  İ.  İyas  kürdlər  tərəfindən 
Sofian  yaxınlığında  öldürüldü.  Rusiya  dövri  mətbuatı  onun  öldürülməsi 
xəbərini təsdiqlədi"". Konsulun yazışmalan və möhürü ələ keçirild. 
Savucbulaqdakı türk ordusunun rəhbəri, baş qərargahın zabiti Həl- mi, 
onun mülki işlər üzrə köməkçisi isə Tehrandakı səfirliyin katibi Muxtar bəy 
idi'". Rus komandanlığının məlumatına görə, alman konsulu Littenin Həlmi 
bəyə  yazdığı  məktub  ələ  keçirildi.  O,  amerika  hökuməti  adından  türkləri 
Təbriz  üzərinə  yenidən  hücuma  keçməyə  və  ruslan  qovmağa  çağırırdı"h 
Mürəkkəb  hərbi-siyasi  vəziyətdə  Litten  Mosula,  oradan  da  Almaniyaya 
getdi. Azərbaycandakı alman agenti Şuman da Almaniyaya dönməli oldu"*. 
Təbrizin ruslar  tərəfindən  yenidən  işğal edilməsində ermənilər  xüsusi 
rol  oynadılar.  Bakıda  yaşayan  Şamaxı  yepiskopu  Karapet  bildirirdi  ki, 
Təbrizdə  750-ədək  erməni  evi  var  idi.  Ermənilər  Qala  və  Lila-  va 
məhəllələrində yaşayırdılar. Hər məhəllənin öz kilsəsi və məktəbi var idi. 
Ermənilər Təbrizdə əsasən, ticarətlə məşğul olurdular. 
Marağada  150,  Urmiyədə  60,  Urmiyə  ilə  Marağa  arasında  400,  Mi- 
andabda  15,  Tağıabad  yaxınlığında  80,  Savucbulaqda  10,  Sulduzda  140, 
Bərəkdüz  yaylasında  140,  Salmat  qəzasında  -  Güney  Azərbaycan 
ermənilərinin mərkəzində 2000, Aftvanda 400 erməni evi var idi"“. 
“Areva” qəzeti yazırdı ki. Güney Azərbaycan vilayətinin bütün əhalisi 2 
mln. nəfərdir. Onlann 35.000 nəfəri ermənidir. Qalanları türk, kürd, asyor və 
farsdır.  Ermənilər  1828  və  1829-cu  illərdə  Güney  Azərbaycandan  bö)dik 
axınla  Qafqaza  keçmişdilər.  Təbrizdə  150  erməni  evi  qalmışdır.  Güney 
Azərbaycandan  qaçan  ermənilərin  sayı  23  minə  çatmışdır"*.  Ermənilər 
Rusiyanın  köməyi  ilə  Güney  Azərbaycana  da  sahib  olmağa  çalışırdılar. 
“Baku”  qəzeti  yazırdı  ki,  1828-ci  ildə  rus  ordusu  Təbrizi  “tutaraq” 
Türkmənçay sülh müqaviləsi ilə onu farslara qaytardı"“. 
Yanvarın 19-da general Çemozubov erməni kilsəsinə getdi. Sərdar 
145 


Rəşid  və  Təbrizin  bütün  erməni  sakinləri  burada  idi.  Kilsədə  rus  im- 
peratomnun  şərəfinə  dualar  oxundu.  Sonra  general  fransız  dini 
nümayəndəliyinə  getdi.  Belçika  və  İtaliya  koloniyalarının  nümayontlələri 
ilə görüşdü. Generalın əmri ilə alman xalça fabriki də olo keçirildi"k 
“Orizon”  qəzeti  rusların  Təbrizi  işğal  etməsi  ilə  bağlı  verdiyi  yazıda 
göstərirdi ki, yanvarın 16-da türklər geri çəkildilər, rus ordusu şəhərə girdi 
və  ermənilər  sevindilər"".  Şəhərin  xristian  əhalisinin  sevinərək  general 
Çernozubova təşəkkür etməsini Korotoveç Xarici İşlər nazirinə 1915-ci il 5 
fevral/23  yanvar  tarixli  46№li  teleqramında  da  yazır"'*.  Güney 
Azərbaycanda  və  bütün  İranda  rus  ordusunun  komandanı  Oqanovski 
1915-ci  il  fevralın  23-də  erməni  eparxiası  rəisinin  müavini  Manukyanla 
görüşdü. O. ennənilərin nümayəndələrini qəbul edərək bildirdi ki, bundan 
sonra da xristianlar Azərbaycanda yaşayacaqlar"". 
Rus konsulu A. A. Orlov gələnə qədər onu köməkçisi Bciyaycv əvəz 
etdi.  “Kaspiy”  qəzetinin  yazdığına  görə,  rus  konsulluğu  alman 
konsulluğunun  binasında  yerləşdirildi"'.  Bundan  fərqli  olaraq  “Baku” 
qəzetinin məlumatına görə, rus konsulluğu türk konsulluğunda yerləşdirildi 
və  binanın  üstündə  rus  bayrağı  qaldırıldı'".  Orlov  Təbrizə  rus  və  İran 
mühalizoçilərinin  müşayiəti  ilə  gələndə  onu  Azərbaycanın  general  - 
qubernatoru  Sərdar  Rəşid  başda  olmaqla  rəsmi  şəxslər  qarşıladılar. 
Təbrizdə  rus,  fars  və  erməni  dillərində  çap  edilən  “Azer-  baydjanskıy 
listok“ qəzetinin nəşri bərpa olundu'". 
İşğaldan sonra Təbriz şəhərinin özünüidarəsi rus konsulunun razılığı ilə 
qubernator tərəfindən təşkil edildi. Özünüidarənin tərkibinə 16 nəfər daxil 
oldu. İclasda sədrliyi Fransada təhsil almış və ruslara rəğbəti olan təbrizli 
Nazim  Dövlə  edirdi.  Bu  özünüidarəetmə  comi  7  ay  fəaliyyət  göstərdi. 
Vəziyyət ağırlaşdıqda Nazim Dövlə Tehrana getməyə məcbur oldu'". 
Təbrizin  işğalından  sonra  rus  diplomatiyası  Azərbaycanı  şəhərdəki 
Rusiya  baş  konsulluğunun  və  Qafqaz  canişinliyinin  birbaşa  idarəçiliyinə 
verməyi düşünürdü. Korostoveç Sazonova 1915-ci il 26/13 yanvar tarixli 22 
№li  teleqramında  yazırdı  ki,  Tehranın  tərəfsiz  zona  elan  edilməsi 
Azərbaycanın  Təbrizdəki  baş  konsulluqdan  və  Qafqaz  canişinliyindən 
birbaşa asılılığını şərtləndirir'". 
Rus ordu hissələri Təbrizi işğal etdikdən sonra Korostoveç 1915-ci il 4 
fevral  /22  yanvar,  tarixli  6  №li  teleqramında  S.  D.  Sazonova  bildirdi  ki, 
farslar türklərin və kürdlərin İrandan qovulmasına sevinirlər'". 
146 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə