Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   53   54   55   56   57   58   59   60   ...   99

deyilirdi ki, müsəlman əhalinin kiçik qrupunda panislamçı hərəkatın artdığı 
hiss  olunur,  lakin  zahiri  təzahürdə  bu  müşahidə  edilmir.  Hesabatda 
müsəlman  məmurların  siyasi  cəhətdən  tamamilə  etibarlı  olduqları 
göstərilirdi.  Lakin  hər  halda  onların  üzərində  daimi  nəzarət  vardır*. 
Bildirilirdi ki, panislamçı hərəkatın artdığı hiss olunur. Türkiyə ilə müharibə 
olduqda əhalinin bir qismi Türkiyəyə rəğbət bəsləyəcəkdir.  Şəhərdə şayiə 
gəzir  ki,  müsəlmanların  üsyanı  hazırlanır,  onlar  silahlanırlar,  bu  gün  də 
olmasa, sabah bütün rusları qıracaqlar’. 
Müharibə başladıqdan sonra türkçülərə və islamçılara 
qarşı mübarizənin gücləndirilməsi 
Rusiya dünya müharibəsinə girdikdən sonra Azərbaycanda türkçü- ləri 
və islamçıları təqib etməyi daha da gücləndirdi. Bu məqsədlə hakimiyyət 
güc  və  məxfi  xidmət  orqanlarına  xüsusi  göstərişlər  verdi.  Rusiya 
Azərbaycanda  milli  zəmində  hər  hansı  iğtişaşın  baş  verməsində  maraqlı 
olmadığından və Türkiyənin uğur qazanmasından qorxaraq bütün millətçi 
şəxslərin izlənilməsini gücləndirdi. 
Yelizavetpol qubernatoru 1914-cü il 10 avqust tarixli 2201 №li məxfi 
məktubunda  Qafqaz  canişinliyinə  yazırdı  ki,  səfərbərlik  elan  edilənədək 
müsəlmanların  və  ermənilərin  əhval-ruhiyyəsi  sakit  idi.  Səfərbərlik  elan 
edildikdən sonra ermənilərin əhval-ruhiyyəsi hökumət üçün sərfəli mənada 
yüksəlmişdir.  Quberniyanın  hər  yerində  ermənilər  rus  silahına  uğur 
arzulayan  toplantılar  keçirirlər.  Almaniyanın  müharibə  elan  etməsi  nəyə 
görəsə ermənilər tərəfindən Türkiyə ilə müharibənin birinci mərhələsi kimi 
qiymətləndirilir. Ermənilər Türkiyənin məğlub edilməsini istəyirlər. Bu isə 
panislamizlə zəhərlənən müsəlman ziyalılarında izsiz ötüşmür. Təəssüf ki, 
ermənilərin  yüksək  vətənpərvərlik  əhvali-ruhiyyəsi  ermənilərin  xuliqan 
hissəsinə belə düşünməyə əsas vermişdir ki, Türkiyə ilə müharibə başladığı 
andan  Türkiyəyə  başdan-başa  rəğbət  bəsləyən  quberniyanın  tatar 
(azərbaycanlı)  əhalisinə  qarşı  qəti  tədbirlər  görmək  lazımdır. 
Müsəlmanların üsyanları barədə şayiələr yayılır'". 
Rusiya  hakimiyyət  orqanları  müsəlmanların  Türkiyəyə  rəğbət 
bəsləməsindən  və  çarizm  əleyhinə  üsyanlar  baş  verəcəyindən  də  naharat 
olduğundan azərbaycanlıların bütün təşkilatlarını izləyirdi. 
1914-cü  il  avqustun  13-də  Bakı  müsəlman  xeyriyyə  cəmiyyəti  idarə 
heyətinin iclasında komitənin sədri Əlimərdan bəy Topçübaşov, xəzinədar 
Fətulla bəy Rüstəmbəyov, katib isə Qasım Qasımov seçil 
168 


dilər".  Jandarma  idarəsi  bu  cəmiyyətin  üzərində  nəzarəti  gücləndirərək 
orada  müzakirə  olunan  məsələlər  və  üzvlərinin  düşüncələri  barədə 
müntəzəm məlumatlar alırdı. 
Yelizavetpol qubernatoru 1914-cü il 9 sentyabr tarixli 2530 №li məxfi 
hesabatında  yazırdı  ki,  quberniya  ərazisində  kiçik  müsəlman  qruplarında 
panislamçı hərəkatın artması hiss olunur. Lakin bu hərəkət zahiri cəhətdən 
özünü  göstərmir.  Səfərbərlik  müddətində  azərbaycanlılarla  ermənilər 
arasında əhval-ruhiyyə 3Öiksək olmuşdur". 
Müharibə başlayan kimi rus hökuməti Azərbaycandakı İran təbəələrini 
şübhəli  element  kimi  çıxartmağa  başladı.  Çar  hakimiyyət  orqanları  bu 
şəxsləri Türkiyə  agentləri hesab  edirdi.  1914-cü  il  sentyabrın  12-də  1299 
№li  məxfi  məktubunda  Bakı  qubernatoru  Qafqaz  canişininə  bildirdi  ki, 
Şamaxıda  avqust  ayında  İran  təbəəsi  Məmmədsəid  Məmmədqasım  oğlu 
saxlanılmış,  ondan  fars  dilində  15  qeyd,  4  türk  lirəsi  və  şəxsi  möhür 
tapılmışdır. Bakı quberniya jandarma idarəsi onu avqustun 12-də həbs etdi. 
Bakı  qubernatoru  isə  bu  həbsi  daha  bir  ay  artırdı.  Daha  sonra  Bakı 
qubernatoru  Məmmədsəid  Məmmədqasım  oğlunun  Azərbaycandan 
çıxarılması  barədə  vəsatət  qaldırdı.  Bildirildi  ki,  guya  0,  müəyyən  siyasi 
məqsədlər  üçün  1914-cü  il  mayın  29-da  milli  geyimdə  sərhəddi  keçərək 
gəlmişdir.  Qafqaz  canişinliyindən  razılıq  alındıqdan  sonra  1914-cü  il 
oktyabrın 7-də Məmmədsəid Məm- mədqasım oğlu İrana göndərildi". 
Bakı şəhər rəisi 1914-cü il 10 sentyabr tarixli 4753 №li məxfi və həbs 
olunmaq qrifı ilə məktubunda Qafqaz canişinliyinə bildirdi ki, Təbriz şəhər 
sakinləri  26  yaşlı  subay  Tahir  Cabbar  oğlu,  24  yaşlı  subay  Mirzağa 
Cəfəroğlu, Ərdəbil şəhər sakini, 28 yaşlı subay Mirzəka-  zım Mirzəbağır 
oğlu, Ağaşkənd sakini, 25 yaşlı subay Ağabala Kərim oğlu, Zəncan sakini, 
22 yaşlı evli Yusif Əhməd oğlu, Salmas şəhər sakini, 26 yaşlı subay Həsən 
Məşədi  Yusif  oğlu  dəstə  yaradaraq  oğurluqla  məşğul  olduqları  üçün 
avqustun  18-dən  Bakı  həbsxanasına  salınmışlar  və  12  noyabrda  İrana 
qovulmuşlar".  Məktubda  bu  şəxslərin  bütün  əlamətləri  dəqiqliklə 
göstərilirdi. Müvafiq hadisə barədə Qafqaz canişinliyi dəftərxanası xüsusi 
şöbəsinin  rəisi  Pisarski  21  sentyabr  tarixli  1791  №li  məxfi  və  sirkulyar 
məktubunda bütün qubernatorlara, vilayət və diyar rəislərinə və b. məlumat 
verdi". 
Yelizavetpol qubernatoru 1914-cü il 8 oktyabr tarixli 2943 №li məxfi 
məktubunda  quberniya  ərazisində  əhalinin  kiçik  qruplarında  pa-  nislamçı 
hərəkatın artmasının hiss olunduğunu yazdı. Lakin bu hərəkat 
169 


zahiri cəhətdən özünü göstərmirdi“. 
Qafqaz  canişininin  köməkçisi  N.  Peterson,  xüsusi  şöbənin  rəisi  Pi- 
sarski 1914-cü il 9 oktyabr tarixli 1920 №li məxfi, sirkulyar məktubu ilə 
hələ  müharibə  başlanmazdan  əwəl  türk  emissarlan  üzərində  nəzarət 
qoymağı  tələb  etdilər.  Agenturamn  təşkilinə  ayrılan  vəsaitdən  əlavə  türk 
emissarlarının hər bir silahlı hərəkəti barədə məlumat verən şəxsə 200 mbl 
bəxşiş veriləcəyi və bu məbləğin artınlacağı bildirilir- di'l 
Bakı  quberniya  jandarma  idarəsi  rəisinin  Dağıstan  vilayətindəki 
köməkçisi  1914-cü  il  15  oktyabr  tarixli  1991  №li  məxfi  məktubunda 
müharibədə  Türkiyəyə  rəğbət  bəsləyən  Girabəy  Ağamirzə  oğlu  barədə 
cinayət işi açılması haqqında məlumat verdi'“. 
Türkiyə ilə müharibə başladıqdan sonra türkçülərə və 
islamçılara qarşı mübarizənin daha da şiddətləndirilməsi 
Türkiyənin  müharibəyə  qoşulması  Azərbaycanda  türkçülük  və 
islamçılıq  ideyalarını  daha  da  gücləndirdi.  Müsəlmanlar  İstanbula  təkcə 
bütün  dünya  müsəlmanlarının  mədəni  mərkəzi  kimi  deyil,  eyni  zamanda 
onları birləşdirən dini mərkəz kimi baxırdılar. Buna görə də müsəlmanlar 
Osmanlı  imperiyasının  taleyinə  biganə  qala  bilməzdilər.  Türkiyənin 
müharibəyə qoşulması ilə Rusiya əleyhinə hərəkətlər artdı və muxtariyyət 
fikri gücləndi. Lakin türkçülüyün və müxtariyyət fikrinin güclənməsi yalnız 
müharibənin  başlanması  ilə  bağlı  deyildi.  Onun  obyektiv  tarixi,  mənəvi, 
milli,  mədəni  və  dini  kökləri  var  idi.  Müharibə  bu  ideyaları  gücləndirdi. 
Azərbaycan müsəlmanları Osmanlı imperatorluğunun müharibədə məğlub 
olmasını birmənalı şəkildə istəmirdilər. Fransız tarixçisi Frankois Cergoen 
Əhməd  Ağaoğlunun  müharibədən  əvvəlki  fəaliyyətindən  bəhs  edərkən 
toplum  kökləri  ilə türkçülük  və  islamçılıq  arasında  belə  bir  körpü  qurur: 
“Bakıda  türk  burjuaziyasının  doğuşu,  Qaspirah  İsmayılın  Rusiyadakı 
müsəlman  türklər  birliyi  üzərindəki  təsiri  və  sünni  Osmanlı 
imperatorluğuna  qonşu  şiələrin  üstünlük  təşkil  etdiyi  Azərbaycan 
ziyalılarının  pantürkizmə  və  panislamizmə  meyl  etmələrinin  önəmli 
səbəbləri ola bilər. Əhməd Ağaoğlu Azərbaycana döndüyündən yazıları ilə 
türkçülük fikrinin yayılmasında güclü bir fəaliyyətə başladı”. 
Müsavat  partiyası  ilə  yanaşı  islamçılar  da  Azərbaycanı  Rusiyadan 
ayırmaq  məqsədilə  islamçılıq  və  türkçülük  ideyalarının  təbliğini  ge- 
nişləndirdilə^“. Müsəlman əhalini Rusiyaya qarşı müqəddəs mühari 
170 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə