Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   54   55   56   57   58   59   60   61   ...   99

bəyə  qaldırmaqdan  ötrü  vərəqələr  və  şüarlar  yayılırdı,  gizli  komitələr 
yaradılırdı. 
Birinci  dünya  savaşının  gedişində  rus-türk  müharibəsinin  başlanması 
ilə Rusiya hakimiyyət orqanları Azərbaycandakı türkçülərə və islamçılara 
qarşı  mübarizəni  daha  da  şiddətləndirdilər.  Mübarizə  bütün  sahələrdə  və 
müxtəlif üsullarla aparılırdı. 
Birinci, 
Azərbaycana  gələnlər  və  gedənlər  izlənilirdi;  əhalinin 
əhval-ruhiyyəsi öyrənilirdi; panislamçı və pantürkçü adı ilə ziyalılar və din 
xadimləri  izlənilirdi;  azərbaycanlı  əhali,  tacirlər  və  imkanlı  şəxslər 
nəzarətdə saxlanılırdı; Türkiyə və İran təbəələri casus kimi həbs edilir və 
ölkədən qovulurdu; ianə toplamaq işinə nəzarət edilirdi; silahlar yığdırdı; 
türk  sultanının  və  nazirlərinin  portretlərinin  və  türk  dilində  kitabların 
yayılması qadağan olunurdu; casusluq işində hakimiyyət orqanları daha çox 
ermənilərə arxalanırdılar. Bu işi həyata keçirməkdən ötrü Rusiyanın xidmət 
orqanları xüsusi səylə çalışırdılar. Bununla bağlı arxiv sənədlərinə və dövrü 
mətbuat materallarma xronoloji ardıcıllıqla diqqət yetirək. 
Ş.  İ.  Basilaya  yazır  ki,  türklər  İsveçrədəki  İran  təbəəsi  olan 
müsəlmanları panislamçı təbliğat aparmaq üçün Qafqazq və İrana göndərir- 
diləd*. 
1914-cü  ilin  oktyabrında  “Reç”  qəzetinə  İstanbuldan  göndərilən 
xəbərdə deyilirdi ki, “Dirəklərarası” teatr salonunda Smimadan (İzmir) olan 
deputat Übeydulla əfəndi toplantı iştirakçılarına Məclisi Məbusanm gələcək 
deputatı kimi Əhməd Ağaoğlunu təqdim etdi. Bildirdi ki. Əhməd Ağaoğlu 
Rusiyada  qafqazlı  Əhməd  Ağayev  kimi  məşhurdur,  gənc  türklər 
komitəsinin publisistidir, bu təntənəli hadisə ilə əlaqədar olaraq familiyasını 
dəyişmişdir. Tədbirdə çıxış edənlər Qafqazın, Krımın və Misirin Osmanlıya 
birləşdirəcəyi  fikirlərini  söylədilər.  Göstərildi  ki,  Rusiya  ilə  müharibə 
qaçmılmaz və labüddür”“. 
Müharibə başlayan kimi azərbaycanlı gənclərin Türkiyə tərəfə keçərək 
Rusiyaya  qarşı  vuruşmaları  rus  hakimiyyət  orqanlarını  narahat  etdi. 
Azərbaycanlı gənclərin xəlvəti olaraq Türkiyəyə keçərək Rusiya əleyhinə 
vuruşmasını İrəvan quberniya jandarma idarəsinin rəisi, polkovnik Belinski 
1914-cü  il  27  oktyabr tarixli  5730  №li tam  məxfi  məktubunda təsdiqlədi: 
“Gənclərin, eyni zamanda, müsəlman əhalinin müxtəlif bəhanələrlə getməsi 
həqiqətən müşahidə edilir. Türk və alman ordularının və donanmalarının bu 
və ya başqa çıxışları haqqında məlumatlara müəyyən maraq hiss olunur, rus 
ordusunun irəliləmə 
171 


sinə  azərbaycanlılar  kifayət  qədər  pis  yanaşırlar.  Lakin  bu  istiqamətdə 
azərbaycanlıların təbliğatı müşahidə edilmir”“. 
Bakı quberniya jandarma idarəsinin rəisi Qafqaz canişinliyinə 5 noyabr 
tarixli  5702  №li  tam  məxfi  məktubunda  yazırdı:  “...  müsəlman  əhalinin 
rəğbəti Türkiyə və Almaniya tərəfindədir”“. 
Türkiyə müharibəyə girdikdən sonra Qafqaz canişinliyi dəftərxanasının 
xüsusi şöbəsi 1914-cü il noyabrın 4-də 2149 №li tam məxfi məktubunda 
türk  panislamçılarmm  Rusiyaya  qarşı  açıq  düşmənçilik  müharibəsinə 
başlayana qədər bütün müsəlmanlara müraciət hazırladığı barədə məlumat 
verdi.  Çağırışın  adı  “Müqəddəs  müharibə  zəruridir”  adlanırdı.  Məqsəd 
müsəlman  mülklərini  xristian  zülmündən  azad  etmək  idi.  Canişinlik 
çağırışın  yayılması  üzərində  nəzarət  qoymağı  və  ələ  keçirildiyi  təqdirdə 
müsadirə olunmasını tövsiyə etdi“. 
Bundan sonra Bakı qubematorluğu Ahşevski və dəftərxana rəisi Petrov 
1914-cü il noyabrın 11-də Qafqaz canişini dəftərxanasının rəisinə 1789 №li 
məktub  yazaraq  çağırışın  yayılması  üzərinə  nəzarət  qoyduqlarını 
bildirdilər.  Eyni  zamanda  Güney  Qafqaz  Müftisinin  və  Şeyxülislamının 
müqəddəs müharibənin boş şey olduğunu mətbuat və mollalar vasitəsi ilə 
izah etmələrini zəruri saydılaf 
Yelizavetpol  qubernatoru  1914-cü  il  9 dekabr tarixli 3276  №li  məxfi 
məktubunda  quberniya  əhalisinin  kiçik  hissəsində  panislamçı  hərəkatın 
artdığının  hiss  olunduğunu,  lakin  bu  hərəkatın  zahiri  cəhətdən  özünü 
göstərmədiyini bildirdi”. 
Türkiyənin müqəddəs müharibə elan etməsindən sonra rus hakimiyyət 
orqanları  türkçülərə  və  islamçılara  qarşı  mübarizəni  daha  da 
şiddətləndirdilər. 
Rusiya  Daxili  İşlər  nazirliyinin  Dini  işlər  departamenti  1914-cü  il 
noyabrın  20-də  8603  №li  tam  məxfi  və  fövqəladə  dərəcədə  əhəmiyyətli 
sənədi  Qafqaz  canişinliyinə,  oradan  da  Bakı  qubernatoruna  göndərdi“. 
Sənəddə  Müqəddəs  müharibə  və  Rusiya  əleyhinə  təbliğat  aparan  hər  bir 
şəxsə  qarşı  qəti  tədbirlər  görülməsi,  daxili  sabitliyin  qorunması  üçün 
cinayətkar  təbliğatın  dayandırılması  və  müharibə  dövründə  daxili 
qayda-qanunun ciddi şəkildə qorunması zəruriliyi göstərildi. 
Bakı  quberniya  jandarma  idarəsinin  rəisi  1914-cü  il  noyabrın  23-  də 
6064 №li məxfi məktubunda yazırdı: “Müsəlmanların böyük əksəriyyətinin 
rəğbəti...  Türkiyə  və  Almaniya  tərəfindədir”.  1914-cü  il  noyabrın  5-6-da 
Bakıda müsəlman əhalisi müharibə ehtayaclan üçün ia 
172 


nə  kimi  isti  paltar  və  mələfə  hazırlasalar  da,  yerli  qəzetlərdə  Türkiyə 
sultanının fitva verməsi haqqında məlumat verildikdən sonra onlar bundan 
imtina  etdilər.  Agentura  məlumatına  görə,  Bakı  quberniyasında 
müsəlmanların heç bir inqilabi təşkilatı mövcud deyildi””. 
Qafqaz  canişinliyi  dəftərxanasının  xüsusi  şöbəsi  1914-cü  il  4  dekabr 
tarixli  2150  №li  tam  məxfi  məktubunda  Bakı  şəhər  polis  idarəsinə 
panislamçılar  əleyhinə  mübarizəni  gücləndirmək  üçün  göstəriş  verdi”. 
Məktubda  deyilirdi  ki,  panislamçılar  müsəlmanları  kafirlərin  zülmündən 
qurtarmağı  təbliğ  edirlər.  Canişinlik  belə  təbliğatın  qarşısını  qətiyyətlə 
kəsməyi  tələb  etdi.  Rusiya  hakimiyyət  orqanlan  islamçılara  və  türkçülərə 
qarşı  mübarizədə  təkcə  məxfi  orqanlardan  deyil,  eyni  zamanda 
təbliğatçılıqdan da istifadə edirdi. Mühazirələr oxunmasına ruslarla yanaşı 
xaricilər də cəlb olunurdular. Serb kral agenti Ç. M. Çoksimoviç dekabrın 
18-də  Bakıda  iki  saatlıq  oxuduğu  “Müharibə  necə  qurtaracaq?”  adlı 
məruzəsində (məruzənin oxunduğu yığıncağa şəhər başçısı L. L. Biç sədrlik 
edirdi)  geniş  məsələlərə  toxundu.  Müharibədə  0,  müsəlmanlar  haqqında 
dedi;  “Müsəlmanlar  yaxşı  adamlardır,  lakin  nə  etmək  olar,  onlar  dəhşətli 
dərəcədə vəhşidirlər və mənasız həyat sürürlər”. “Kaspiy” qəzeti 1914-cü il 
20  dekabr  tarixli  285-  ci  sayında  yazırdı  ki,  serb  kral  agentinin  Qafqaz 
xalqlarına  münasibəti  haqqında  xeyli  danışmaq  olar’’.  Ç.  M.  Çoksimoviç 
müharibədə  qələbə  qazanılması  nəticəsində  slavyan  federasiyasının 
yaradılacağını bildirdi. 
Müharibə  haqqında  şayiə  yayanlara  qarşı  ciddi  tədbirlər  görüldü. 
Rus-türk cəbhəsindən gələn xəbərlər haqqında şayiələr yayanlar Bakı şəhəri 
rəisi, polkovnik Martmovun 1914-cü il 20 dekabr tarixli sərəncamı ilə ya 
3000 rubl cərimə ödəməli, ya da 3 aylıq həbs cəzası almalı idilərdi 
Bakı  qubernatoru  20  dekabr  tarixli  6905  №li  tam  məxfi  məktubunda 
quberniyanın  müsəlman  əhalisinin  kiçik  qruplarında  panislamçı  hərəkatın 
artdığının  hiss  olunduğunu,  lakin  bu  hərəkatın  zahiri  cəhətdən  özünü 
göstərmədiyini bildirdi”. 
Bakı  quberniya  jandarma  idarəsi  rəisinin  Dağıstan  vilayətindəki 
köməkçisi  1914-cü  il  23  dekabr  tarixli  2548  №li  məxfi  məktubunda 
Türkiyəyə  rəğbət  bəsləyən  Əli  Hacı  Məhəmməd  oğlunun  həbs  edilməsi 
barədə məlumat verdi”. 
Bakı  qubernatoru  1914-cü  il  23  dekabr  tarixli  6964  №iı  tam  məxfi 
məktubunda quberniyanın müsəlman əhalisinin kiçik hissəsi arasında 
173 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə