Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

panislamçı hərəkatın güclənilməsinin hiss olunduğunu, lakin bu hərəkatın 
zahiri cəhətdən atrmasının müşahidə edilmədiyini yazdı^^ 
Qafqaz canişinliyi dəftərxanası xüsusi şöbəsinin rəisi Pisarski 1914-cü 
il  24  dekabr  tarixli  2682  №li  tam  məxfi,  şəxsi  və  sirkulyar  məktubunda 
Bakı  şəhər  rəisinə,  general-qubernatorlara  Qafqazda  türk  emissarlarının 
sərhəd ərazilərdə təbliğat apararaq müsəlmanları Türkiyənin xeyrinə cəlb 
etmələri  barədə  informasiya  verərək,  onların  qarşısını  almağı  tələb  etdP. 
Bundan sonra quberniya jandarma idarələri təqibləri daha da gücləndirdilər. 
Türkçülərin  və  islamçıların  izlənilməsi  1915-ci  ildə  də  davam  etdirildi. 
Quba  qəza  rəisi  1915-ci  il  yanvarın  6-da  Bakı  qubernatoruna  məxfi 
məktubunda yazırdı ki, mən Bakıda Türkiyə üçün pul toplayan komitənin 
yaradılması haqqında agentura məlumatı aldım. Bu işi keçmiş türk konsulu 
görür. O, Türkiyədən Bakıya qayıtmış və Balaxanı, Buzovna  və Keşlədə 
yaşayır. Onun əməkdaşı azərbaycanlı “Nəşri-Maarif’ məktəbinin müəllimi 
şamaxılı Məmmədəmin Əfəndiyevdir. Bu müəllim konsula dəmir yolu ilə 
hərəkət  edən  ordularımız  barədə  məlumat  verir.  O,  Qubadan  lazımi 
məlumatları qulluqçu Hüseynağa Məmmədbəyovdan alır. 
Qubada  isə  pullar  guya  kasıblar  üçün  yığılmışdır.  Məktubunda  qəza 
rəisi Quba qarnizonunu gücləndirməyi tövsiyə etdi”. 
Jandarma əlahiddə korpusunun rəisi, ştab-kapitan İvanov 1915-ci il 8 
yanvar  tarixli  49  №li  məxfi  məktubunda  Yelizavetpol  quberniyasından 
Tiflis quberniya Jandarma idarəsi rəisinin köməkçisinə yazırdı ki, şəhərdəki 
“İslamiyyə” mehmanxanasında Karsdan qovulan İskəndər bəy və Davo bəy 
Pastambəyov yaşayırlar. Onlar vaxtlarını vağzalda keçirirlər və türk hərbi 
əsirləri ilə görüşərək pul və çörək verirlər və nə barədəsə danışırlar. İvanov 
onlar üzərində nəzarət qoyulmasına icazə verilməsini xahiş etdP*. Bu istək 
yerinə yetirildi. 
Müharibə  başlayan  kimi  çar  hökumətinin  tapşınğı  ilə  müsəlman- 
lardakı silahlar yığılmağa başlandı, poçt və rabitədə çalışan azərbaycanlılar 
üzərində nəzarət gücləndirildi və bir çoxu işdən azad edildi. 
Yelizavetpol  qubernatoru  1915-ei  il  19  yanvar  tarixli  97  №li  məxfi 
məktubunda  quberniyalarda  müsəlman  əhalinin  kiçik  qruplarında  pa- 
nislamçı  hərəkatın  artdığı  barədə  məlumat  verdi”.  Bakı  şəhər  jandarma 
idarəsinin axtanşı üzrə rəisi 1915-ci il 14 yanvar tarixli 338 №li tam məxfi 
məktubunda yazırdı ki, agentura məlumatlarına görə, məşhur Əhməd bəy 
Ağayevin  qardaşı  Hüseyn  bəy  Ağayevin  yaşadığı  “Təbriz” 
mehmanxanasının nömrəsindən müsəlmanlara silah verilir. 
174 


Bu  nömrənin  iki  girişi  vardır.  Silah  alveri  ilə  məşğul  olmağı  sevən 
qarabağlılar həmişə orada qalırlar^“. 
Borçalı qəza rəisi Qavrilov 1915-ci il 16 yanvar tarixli 2 №li tam məxfi 
və şəxsi raportunda Tiflis qubernatoruna yazırdı ki, həm gəlmələr, həm də 
yerli müsəlmanlar üzərində nəzarəti gücləndirdiyimə görə, Türkiyə xeyrinə 
təbliğat  aparılmır.  Bizim  Sarıqamış  altında  birinci  məğlubiyyətimizdə 
müsəlmanlar öz sevinclərini gizlədə bilmirdilər. Sevinc 0 qədər sezilirdi ki, 
onlar dəmir yol stansiyalarına və erməni kəndlərinə gedərək, başlarını dik 
tuturaq  qürur  duyurdular.  Bizim  Sa-  nqamışdakı  qələbəmizdən  sonra  isə 
onlar  qəmgin  olmuşlar.  Onların  bəyləri  deyir  ki,  əgər  türklər  müvəqqəti 
uğur  qazansalar  və  qəzaya  gəlsələr,  onda  bütün  müsəlman  əhali  silaha 
sarılaraq  türklərə  qoşulacaqdır.  İndiki  halda  müsəlmanlar  daha  çox 
Türkiyənin  məğlubiyyətindən  qorxurlar.  Qəzadakı  bütün  xristian  əhali 
müsəlman  əhalinin  etibarsız  olduğundan  və  Rusiyaya  zor  gücünə  sadiq 
qaldığından  rahatsız  olaraq,  özünü  müdafiə  etmək  üçün  silah  paylanması 
barədə kütləvi xahiş edirlər. 
Qavrilov silah göndərilməsini və lazım gəldikdə ermənilərə və etibarlı 
xristianlara paylanmasına icazə verməyi xahiş etdi'". 
Zəngəzur  qəza  rəisi  P.  Pivaroviç  1915-ci  il  yanvarın  20-də  G.  S. 
Kovalyova tam məxfi məktubunda yazırdı: “Tatar işçilərin etibarhğı- nı üzə 
çıxarıb şübhəliləri hansısa bəhanə ilə təcili azad etməyə başlayacağam... 
Türkiyə  ilə  hərbi  əməliyyatlar  başladığı  andan  silahları  yığılmış  yerli 
kürdlərə  və  tatarlara...  ən  ciddi  diqqət  yetirməyi  təklif  etdim,  onlar 
ümumiyyətlə,  həmişə  Türkiyəyə  rəğbət  bəsləmişlər,  onların  rəğbəti  hələ 
Türkiyə-Balkan  müharibəsi  zamanı  sezilirdi.  Eyni  zamanda,  silah 
gətirilməsi  ciddi  izlənilir.  İndi  Sizin  şifrəli  məxfi  teleqramınıza  uyğun 
olaraq onlardan silahlar yığılacaqdır. 
... köməkçim Mahmudbəyov və pristav Şəkinski polis çinovnikləri kimi 
yaxşıdırlar, öz vəzifə borclarını qüsursuz yerinə yetirirlər, lakin tatar əhalisi 
üzərində indi ciddi nəzarət qoyulduğu bir vaxtda və tatarlara qarşı ciddi və 
qəti  tədbirlər  görülməsi  lazım  gəldikdə,  Mahmudbəyov  və  Şəkinski  yerli 
adamlar kimi nəinki sərfəli deyillər və hətta, indiki fövqəladə dövrdə iş üçün 
ziyanlıdırlar... 
Pristav  Kələntərov  gizli  məruzə  ilə...  mənə  söylədi,  lakin  xahiş  etdi 
kimsə onun dediyini bilməsin yoxsa, onu və qohumlarını öldürərlər. Çünki 
qəzanın... tatarları və kürdləri Türkiyəni çox sevirlər və 
175 


Türkiyənin  buraya  tez  gəlməsini  istəyirlər...  Son  günlər  bir  sıra  görkəmli 
ermənilər mənə dedilər ki, ermənilərlə tatarlar arasında hansısa toqquşma 
başlayarsa  Mahmudbəyovun  və  Şəkinskinin  tərəfsiz  hərəkət  edəcəklərinə 
ümumiyyətlə,  şübhə  edirlər.  İndiki  halda  Mah-  mudbəyov  və  Şəkinski 
münasib deyildir və hətta iş üçün zərərlidir... Mən öyrənmişəm ki, bir neçə 
erməni  Siz  zati-alilərinə  Mahmudbəyovun  və  Şəkinskinin  buradan 
dəyişdirilməsi  barədə  xahiş  etmək  istə-  yirlər“‘'^  Təkrar  teleqramında  o, 
yazırdı  ki,  yerli  sünni  azərbaycanlılar  və  kürdlər  arasında  şübhəli 
müşavirələr  keçirilir.  Agentura  məlumatına  görə,  silah  gətirilməsi 
gözlənilir. Ona görə də köməkçim Mahmud- bəy ovu azad edin və yerinə 
Novitskini təyin edin‘’^ 
Bakı qubernatoru 21 yanvar tarixli 326№li, 24 yanvar tarixli 1854 №li 
məxfi  məktublarında  yazırdı:  quberniyalarda  kiçik  müsəlman  qruplarında 
panislamçı hərəkatın artması hiss olunur, lakin bu hərəkat zahiri cəhətdən 
özünü göstərmir^“. 
Bakı  quberniya  jandarma  idarəsinin  axtarışı  üzrə  rəisi,  polkovnik 
Leontyevin və rotmistr Kellerin 1915-ci il 24 yanvar tarixli 640 №li tam 
məxfi məktubu Qafqaz canişininin mülki işlər üzrə müavininə göndərildi‘'^ 
Məktubda deyilirdi ki, agentura məlumatına görə, yanvarın 22-də vəkil Ə. 
Topçubaşov və yerli tacir Ağabala Quliyev Bakıdan Tiflisə, oradan da Kars 
vilayətinə  getmişlər.  Bu  şəxslərin  səfərində  məqsəd  Kars  vilayətində 
ermənilərlə  müsəlmanlar  arasında  qırğın  hadisəsi  haqqında  şəxsən 
Əlahəzrət  Qafqaz  canişinindən  məlumatlar  almaq  və  bu  məlumatları 
yerində  yoxlamaqdır.  Bununla  əlaqədar  olaraq,  müsəlman  əhali  arasında 
şayiə  gəzir  ki,  guya  tezliklə  tatar  dilində  ermənilərin  hərəkətlərinə  etiraz 
bildirən  çağırışlar  buraxılacaq  və  ola  bilsin,  bu  münasibətlə  Qafqazın  bir 
sıra şəhərlərində küçə nümayişləri təşkil ediləcəkdir. Həmin məlumata görə, 
çağırışların buraxılması və nümayişlərin təşkili Tiflisə gedən bu iki şəxsin 
verəcəyi məlumatdan asılı olacaqdır. ... Bu məsələnin işıqlandırılması üçün 
idarə 
tərəfindən 
tədbirlər 
görülmüşdür. 
Kars 
müvəqqəti 
general-qubernatoruna, Bakı şəhər polis idarəsinə, Bakı  qubernatoruna və 
Dağıstan vilayəti general-qubernatoruna bu barədə 642, 644, 646, 648, 650 
№li ilə məlumat verilmişdir. Jandarma idarəsi Topçubaşovun və Quliyevin 
işlərindən ibarət iki arayışı da məktuba əlavə etdi. 
Ə.  Topçubaşov  və  A.  Quliyev  səfərdən  qayıtdıqdan  sonra  da 
izlənildilər.  Onların  səfər  barədə  təəssüratını  Bakı  quberniya  jandarma 
idarəsi agentura yolu ilə öyrəndi. Jandarma idarəsinin axtanş üzrə rə 
176 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə