Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   58   59   60   61   62   63   64   65   ...   99

il 23 may tarixli 2233 №li tam məxfi, sirkulyar məktubunda əhalidən yığılan 
silahlar,  yeri,  silah  saxlayanın  milli  mənsubiyyəti,  iş  yeri  barədə  hər  10 
gündən bir məlumat verməyi qubernatorlardan, dairə rəislərindən, jandarma 
idarə rəislərindən tələb etdi”. Məktubda silahlılara qarşı ən ciddi tədbirlər 
görülməsi  tələb  edildi.  Bakı  qubernatoru  24  may  tarixli  2294  №li  məxfi 
məktubunda  Qafqaz  canişinliyinə  panis-  lamçı  hərəkatın  aprel  ayında 
müşahidə  edilmədiyini,  lakin  İrandan  quberniyaya  müxtəlif  şayiələrin 
yayılmasını, gizli ədəbiyyatın gətirilməsinə dair xırda faktların ola bilməsini 
mümkün saydı” . 
Bakı quberniya polis idarəsi iyunun 8-də 1110 №li məxfi və sirkulyar 
qrifi ilə qəza rəislərinə məktub göndərdi: "... əhali arasında türk sultanının, 
türk nazirlərinin və ordusunun təsvirləri olan şəkillərin yayılmasına... icazə 
verilmir””. 
Yelizavetpol qubernatoru 1915-ci il 19 iyun tarixli 1776 №li tam məxfi 
məktubunda  Qafqaz  canişininin  1911  №li  məktubuna  əlavə  cavab  olaraq 
quberniyada Türkiyə xeyrinə təbliğat aparılmadığım yazdı. Əsas cavab isə 
1915-ci il mayın 4-də 1143 №li məktubla verilmişdi”. 
Yelizavetpol  qubernatoru  1915-ci  il  12  iyul  tarixli  1991  №li  məxfi 
məktubunda Qafqaz canişinliyi xüsusi şöbəsinə müsəlmanların Türkiyənin 
hərbi  uğursuzluqlarından  pərişan  olduqlarını  yazdı”.  Bakı  qubernatoru 
Qafqaz canişinliyi xüsusi şöbəsinə 1915-ci il 21 iyul tarixli 3508 №li məxfi 
məktubunda  yazırdı:  “Lənkəran  qəza  rəisinin  verdiyi  məlumata  gəlincə 
bildiririk ki, canişinin keçmiş köməkçisi general Mışlayevski 1914-cü ilin 
avqustunda  keçirdiyi  müşavirədə  hətta  yoxlanılmamış  məlumatların 
qərargaha  çatdırılmasının  vacibliyini  göstərmişdi.  Qəza  rəislərinin  xarici 
məsələlərə dair məlumatlarını da bura aid etmək olar””. 
Qubernator bundan sonra belə şayiələrin polkovnik Çıssa verilməsinin 
lazım olub-olmaması barədə sualın cavablandırılmasını xahiş etdi. 
Xüsusi  şöbənin  rəisi  Pasarski  1915-ci  il  13  avqust  tarixli  3525  №li 
məxfi  cavab  məktubunda  yazırdı  ki,  general-leytenant  Volski  hətta 
yoxlanılmamış  şayiələrin  də  qəza  rəisləri  tərəfindən  Qafqaz  hərbi  dairəsi 
qərargahına və polkovnik Çıssa verilməsini lazım bilmişdir”. 
Senzura  Türkiyənin  xeyrinə  və  Rusiyanın  əleyhinə  olan  ən  xırda 
informasiyanı, hətta şayiəni də müvafiq orqanlara çatdırırdı. 
Pisarski  1915-ci  il  28  avqust  tarixli  3720  №li  məxfi  məktubunda 
Rusiyanın İranla sərhəd komissarına guya Yelizavetpol qubemiyasm- 
183 


da müharibəyə qədər mövcud olan türkpərəst partiyanın indi də fəaliyyət 
göstərdiyini  yazdı.  Əsasən  ziyalıların  daxil  olduğu  partiya  Türkiyənin 
məğlub edilməsini və ermənilər üçün əlverişli şərait yaradılmasını istəmirdi. 
Bakı  quberniyasında  müsəlmanlar  loyal  olsalar  da  Türkiyəyə  rəğbət 
bəsləyirdilər.  Lənkəran  qəzasının  cənub  hissəsində  isə  türkpərəst  təbliğat 
güclü  idi.  Məktubda  göstərilirdi  ki,  Bakı  şəhəri  əhalisinin  rus  ordulannın 
hərəkəti  barədə  məlumat  toplaması  barədə  konkret  informasiya  yoxdur. 
İrandan  gələn  o  cümlədən  bütün  beynəlxalq  yazışma  Bakı  poçt-teleqraf 
kontorunda  hərbi  senzura  tərəfindən  yoxlanılır.  Qəzetlərdə  məcazi  dillə 
Rusiyanın əleyhinə gedən yazılar da ola bilməz. Çünki onlar ziyalı senzorlar 
tərəfindən ciddi yoxlanılır. Türklər uğur qazansalar və Acarıstanı tutsalar, 
gənclərin böyük əksəri)^əti düşmən tərəfə keçəcəkdir*". 
Baku quberniya jandarma axtarış idarəsinin rəisi, polkovnik Leont- yev 
Bakı qubernatoruna yazdığı 1915-ci il 4 sentyabr tarixli 4994 №li tam məxfi 
raportunda yazırdı ki, rəhbərlik etdiyim idarənin aldığı agentura məlumatına 
görə, Bakı şəhərinin müsəlman əhalisi arasında əhval-ruhiyyənin yüksəlişi 
müşahidə  olunur.  Əfqanıstanda  üsyanların,  İranda  çıxışların  və 
ümumiyyətlə,  Qafqaz  müsəlmanlarının  üsyanının  mümkünlüyü  haqqında 
danışılır.  Əgər  İranda  qanşıqlıq  möhtəşəm  olacaqsa,  Bakıda  üsyan, 
şübhəsiz, olacaqdır. Lənkəran qəzası başdan- başa silahlanır. Şamaxı qəzası 
da  silahlanır.  Əgər  İrandan  ruslar  sıxış-  dırılsa,  iki  il  keçməmiş  Bakıda 
üsyan olacaqdır. Üsyan olduqda Biləcəndən Petrovskiyə (Maxaçqala) qədər 
dəmir  yolunun  üçdə  iki  hissəsi  dağıdılacaqdır.  Müsəlman  panislamçı 
təşkilatlara Qafqazın hər yerində gürcülər də daxil olurlar. Əgər gürcülərlə 
ermənilər arasında qırğın olarsa, müsəlmanlar gürcüləri müdafiə edəcəklər. 
Leontyev  eyni  məlumatı  4954  №li  məxfi  məktubla  Qafqaz  canişininin 
mülki işlər üzrə köməkçisinə də göndərdi*'. 
Qafqaz canişinliyi nəzarət şöbəsinin 1915-ci il 5 sentyabr tarixli 5022 
№li “Panislamizmə dair” 13 №li məxfi və təcili qeydində bu məlumatı 30 
avqust  və  3  sentyabr  tarixlərində  rotmistr  Mateqorinin  agent 
İbrahimhəqqidən  aldığı  göstərilirdi.  Məlumatda  deyilirdi  ki,  Lənkəran 
qəzası  başdan-başa  silahlanır,  Şamaxı  başdan-başa  olmasa  da,  güclü 
silahlanır. Müsəlman panislamçılarm təşkilatlarına gürcülər də daxil olurlar. 
Yaxın vaxtlarda Qafqazın müxtəlif yerlərində gürcülərlə ermənilər arasında 
qırğın olacaqdır*l 
184 


Lakin  sonralar  Bakı  quberniya  jandarma  idarəsinin  rəisi  Qafqaz 
canişinliyi  xüsusi  şöbəsinin  rəisi  M.  A.  Pisarskiyə  yazdığı  1915-ci  il  23 
sentyabr  tarixli  5388  №li  tam  məxfi  və  təcili  teleqramında,  yenə  həmin 
tarixli  5400  №li  tam  məxfi  məktubunda  köhnə  məlumatların  agentura 
tərəfindən təsdiqlənmədiyini bildirdi“. 
“Qafqaz Merkuri” gəmiçiliyi Güney Qafqaz agentliyinin müdiri V. A. 
Sergeyev  1915-ci  il  27  sentyabrda  4214  №li  məktubunda  Cavanşir 
qəzasında panislamçı təşkilatın fəaliyyət göstərdiyini və onu Ələmdar bəy 
Qalabəyov, Cümşüd bəy Vəzirov, Bəhmən bəy və başqalarının yaratdığını 
yazdı“. 
Yelizavetpol  quberniyasının  Cavanşir  qəzasından  N. N.  Tatarina  adlı 
birisi də Qafqaz canişininə həmin ilin sentyabrında buna bənzər bir məlumat 
yazdı“.  Məlumatlar  məxfi  məktubla  Yelizavetpol  quberniya  jandarma 
idarəsinə  göndərildi.  Quberniya  jandarma  idarəsinin  rəisi  1915-ci  il  22 
oktyabr  2476  №li  məxfi  məktubunda  yazırdı:  “..  Bütün  Yelizavetpol 
quberniyasında,  o  cümlədən.  Cavanşir  qəzasında  türk  emissarlan 
olmamışdır və indi də yoxdur. Buna görə də onların hökumət əleyhinə və 
səmərəli  fəaliyyəti  barədə  danışmaq  olmaz.  Cavanşir  qəzasında 
müsəlmanlar  arasında  inqilabi  və  yanminqilabi  komitələr  yoxdur... 
Müsəlman məmurların xidməti fəaliyyəti məsələsinə gəlincə, onları hansısa 
inqilabilikdə  günahlandırmaq  gülməlidir:  Yelizavetpol  quberniyasında 
işlədiyim  altı  ildə  onların  heç  olmazsa  birində  siyasi  etibarsızlıq 
görməmişəm,  əksinə  onlar  sümükdən  beyinə  qədər  rus  hökumətinə 
sadiqdirlər...”“. 1915-ci il oktyabrın 24-də Bakı quberniya jandarma axtarış 
idarəsinin rəisi,  polkovnik  Leontyev  daxili  işlər  naziri  senator  Beletskiyə 
6122  №li  məxfi  məktubunda  yazırdı:  “Panislamçı  hərəkatın  indiyədək 
izlənilməsi  yerli  müsəlmanlar  arasında  inqilabi  təşkilatının  olmadığını 
müəyyənləşdirmişdir və onlann arasında aktiv fəaliyyət müşahidə edilmir. 
...Bakı  müsəlmanlan  Rusiya  və  Türkiyə  arasında  hərbi  əməliyyatların 
açılmasına  kifayət  qədər  sakit  yanaşırlar,  lakin  onların  böyük  əksəriyyəti 
loyal  görünmələrinə  baxmayaraq  Türkiyəyə  və  Almaniyaya  rəğbət 
bəsləyirlər.  ...Müsəlmanlar  ...əksər  hallarda...  öz  dindaşlanna  yardım 
edirlər”“. 
O  yenə  yazırdı:  “Agentura  məlumatına  görə,  müsəlmanların  yerli, 
həmçinin  ali  hakimiyyət  orqanlarına  münasibəti  loyal  olsa  da,  Türkiyə 
tərəfində aşkar üstünlük olarsa və əhali onların köməyinə bel bağlayarsa, 
qığılcım  və  hətta  bütöv  üsyan  imkanı  ola  bilər”“.  “Müharibə  dövründə 
bütün inqilabi partiyaların fəaliyyəti sakitləşmişdir”. 
185 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə