Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   60   61   62   63   64   65   66   67   ...   99

runa yazdığı 1916-cı il 5 mart tarixli 1180 №li məxfi məktubunda göstərdi 
ki, Türkiyə ilə müharibə aparıldığı üçün Qafqaz hərbi dairəsi hüdudlarında 
hərbi  vəziyyətin  olduğu  bütün  müddətdə  bu  və  buna  bənzər  digər  bütün 
mağazalar bağlanılsm'"’. 
1915-ci ilin sonu - 1916-ci ilin əvvəllərində rus hakimiyyət orqan- lan 
Türkiyəyə  tərəf  keçib  rus  ordusuna  qarşı  döyüşən  müsəlmanların 
çoxalmasından  narahat  oldugündan  bu  işə  nəzarəti  gücləndirərək  həmin 
şəxsləri  təqib  etməyə  başladı.  “Kavkazskiy  vestnik”  qəzetinin  yazdığına 
görə, türk ordusu tərəfə keçərək rus ordusuna qarşı döyüşən müsəlmanların 
siyahısını tutmaq üçün komissiya yaradıldı*"'. 
Qafqaz canişinliyi xüsusi şöbəsinin 1916-cı il 4 fevral tarixli 694 №li 
tam məxfi və çox lazımlı məktubuna əsaslanan Bakı şəhər rəisi vəzifəsini 
icra edən Kovalyov, dəftərxana müdiri vəzifəsini icra edən podpolkovnik 
Davıdov və kargüzar N. Paşkov Bakı quberniya jandarma idarəsinin rəisinə 
1916-cı  il  19  aprel  tarixli  2185  №li  məktub  göndərərək  Əlimərdan  bəy 
Topçubaşovun, onun köməkçisi Qasım Qasımovun və şəhər idarəsinin üzvü 
Heydərovun  Petroqrada  səfərə  göndərilməsi  niyyəti  barədə  informasiya 
verilməsini tələb etdilər. Onla- nn müsəlmanların hansı istəklərini müdafiə 
etməsi haqqında məlumat da istənildi'"'. 
Bu  məsələlər  araşdırıldı.  Bakı  quberniya  jandarma  axtarış  idarəsinin 
rəisi  Severinski  1916-cı  il  4  fevral  tarixli  886  №li  məxfi  məktubunda 
yazırdı: “nisbətən inkişaf etmiş yerli müsəlmanlar, adətən əvvəllər olduğu 
kimi  indi  də  Dövlət  Dumasındakı  müsəlman  fraksiyasından  narazıdırlar. 
Rusiyanın müsəlman təbəələrinin köklü mənafeləri ilə bağlı fraksiyanın irəli 
sürdüyü suallar Duma çoxluğu tərəfindən rəğbətlə qarşılanmır”'"". 
Yelizavetpol  quberniyası  polis  departamentinin  1916-cı  il  9  fevral 
tarixli  355  №li  məxfi  məktubunda  müsəlman  əhalinin  kiçik  qismində 
panislamçı  hərəkat  hissinin  artdığı,  müharibəyə  qədər  azərbaycanlı 
ziyalılarının  xeyli  hissəsinin  panislamçı  hərəkatla  zəhərləndiyi,  sadə 
əhalinin siyasətlə məşğul olmadığı deyilirdi. Eyni zamanda göstərilirdi ki, 
hakimiyyətin inamsızlığına azərbaycanlılar dözmürlər və Rusiyaya rəğbət 
əhalinin böyük əksəriyyəti arasında yoxdur"”. 
Qafqaz canişinliyinin xüsusi şöbəsi Bakı və Tiflis quberniya jandarma 
idarələrinə  1916-cı  il  10  fevral  tarixli  818  və  819  №li  məxfi  və  təcili 
teleqramlarla  Kars,  Ərdəhan  və  Kağızmanda  fəaliyyət  göstərən 
azərbaycanlıların fəaliyyətinə nəzarət etməyi tapşırdı'"’. 
189 


Tiflis  quberniya  jandarma  idarəsinin  rəisi  21  fevral  tarixli  551  №li 
məxfi  məktubunda  həmin  şəxslərin  haqqında  hələlik  heç  nə  məlum 
olmadığını  və  məlumat  toplandığını  bildirdi'“.  Jandarma  idarəsinin  rəisi 
1916-cı  il  4  mart  tarixli  910  №li  məxfi  məktubunda  bu  şəxslər  haqqında 
verdiyi məlumatda onların cinayət işləri olmadığını göstərdi'"''. 
Çarizm  panislamçılara  və pantürkçülərə  kömək  etməkdə  Azərbaycan 
milli  burjuaziyasından  da  şübhələnirdi.  Bu  şübhələr  1916-cı  ildə  xeyli 
gücləndi. Daxili işlər nazirinin müavini senator Beletskinin Pet- roqaddan 
1916-cı  ilin  fevralında  Qafqaz  canişininin  köməkçisinə  vurduğu 
teleqramında  deyilirdi:  “İrkutsk  və  Odessa  jandarma  idarələri 
müəyyənləşdirmişlər ki, başqa şəhərlərdə panislamçı komitələr türk ordusu 
yaxınlaşacağı  təqdirdə  Türkiyənin  xeyrinə  qaçmış  zabitlərin  köməyi  ilə 
fabrikant  Tağıyevin,  neft  sənayeçisi  Babayevin,  Qara  şəhərdə  Müsa 
Nağıyevin  neft  müəssisələrində  belə  vəsait  toplanması  barədə  məlumat 
alınmışdır”'"". 
Qafqaz  canaşinliyindən  knyaz,  general-leytenant  Orlov  1916-cı  il  15 
fevral tarixli 876 №li teleqramında daxili işlər nazirinin müavini, senator 
Beletskiyə  məlum  məktubu  Bakı  quberniya  jandarma  idarəsinə 
göndərdiyini və nəticələri barədə məlumat verəcəyini bildirdi'"". 
İBeletskinin  teleqramı  Tiflisdən  Bakı  quberniya  jandarma  idarəsinin 
rəisi, polkovnik Severinskiyə 15 fevralda 877 №li teleqramla göndərildi"". 
Bakı quberniya jandarma axtarış idarəsinin rəisi, polkovnik Şatrov 16 fevral 
tarixli 1254 №li tam məxfi və təcili cavab teleqramında yazırdı ki, “ticarət 
dünyasının  ən  iri  müsəlman  nümayəndələri  olan  Tağıyevin  və  Musa 
Nağıyevin  varidatı  bankların  başında duran  on  milyonlarla  ölçülür.  Buna 
görə  də  onları  yoxlamaq  çox  çətindir.  Onlar  ən  böyük  xeyriyyəçi  kimi 
tanınmışlar. Agentura məlumatına görə, Ta- ğıyev 1911-ci ildə panislamçı 
hərəkata və Türkiyənin xeyrinə maddi yardım etmişdir. Lakin bu məlumat 
konkret  təsdiq  edilməmişdir.  Qafqaz  hərbi  dairəsindən  daxil  olan  -  guya 
Tağıyevin iran vasitəsi ilə Türkiyəni bez ilə təmin etməsi barədə məlumatı 
əsasında Qafqaz ordusu indendantı polkovnik Neymanın şəxsi göstərişi ilə 
idarə tərəfindən fevralın 1-də Tağıyevin fabrikində və kontorunda axtarış 
aparılmışdır. Lakin cinayət tapılmamışdır. Yuxanda adları çəkilən şəxslər 
xeyli məşhur olduğundan onlar haqqında həmişə əfsanəvi şayiələr gəzir”"'. 
Eyni  məzmunlu  məxfi  məktubu  Bakı  quberniya  jandarma  axtarış 
idarəsinin rəisi, polkovnik Şatrov təkrarən 1916-cı il fevralın 16-da 1228 
№lə göndərdi. O, məktubda Bakıda Babayev familiyalı dörd nə 
190 


fər  neft  sənayeçisinin  olduğunu  yazdı.  Bütövlükdə  isə,  Bakıda  fOOO 
nəfərdən çox şəxsin familiyasının Babayev olduğunu göstərdi"k Polkovnik 
Şatrov  1916-cı  il  20  fevral  tarixli  teleqramında  Qafqaz  canişininin  mülki 
işlər üzrə köməkçisinə fevralın 12-də Bakı və Balaxanıda müxtəlif şəxslərdə 
28 axtarış aparıldığını, gizli ədəbiyyat və əlyazma saxlayan olan 13 nəfərin 
həbs edildiyini yazdı"^ 
Polkovnik  Şatrov  1916-cı  il  24  fevral  tarixli  1332  №li  məxfi 
məktubunda  Qafqaz  canişininin  mülki  əhali  üzrə  köməkçisinə  xüsusi 
idarənin  29  yanvar,  10,  17  fevral  1916-cı  il  tarixli,  574,  818  və  934  №li 
məktublarına  cavab  yazdı"“.  Həmin  məktublarda  Qafqazda  panislam-  çı 
hərəkatın güclənməsi, onun başında “Kaspiy” qəzetinin keçmiş əməkdaşları 
Əhməd bəy Ağayevin və Əli bəy Hüseynzadənin durması, Tiflis, Bakı və 
Gəncədə  təşkilatlarının  olması  bildirildi.  Bu  təşkilatlar  əhalini  Rusiya 
hökuməti və xristianlar əleyhinə qaldırmalı idilər. Bununla əlaqədar olaraq
Şatrov  cavab  məktubunda  yazırdı  ki,  türk  təbəəsi,  “Kaspiy”  qəzetinin 
keçmiş əməkdaşı Əhməd bəy Ağayev və doktor Əli bəy Hüseynzadə Bakıda 
deyillər,  indi  İstanbuldadırlar.  Onların  Qafqazda  panislamçı  hərəkatı 
gücləndirmək  barədə  fəaliyyətləri  burada  məlum  deyildir.  Quberniyada 
Türkiyə  üçün  açıq  təbliğat  aparan  emissarlar  yoxdur.  Müsəlmanların 
əhval-ruhiyyəsi indi tamamilə, Türkiyə tərəfindədir, lakin onlar açıq çıxış 
etmirlər. Türkiyəyə rəğbət müharibənin əvvəlindən vardır. Rəğbət hər yerdə 
- varlı müsəlmanların yaxşı evlərində və bazarda, hamballar arasında hökm 
sürür. Harada iki müsəlman vardısa, orada Türkiyəyə rəğbət vardır. Lakin 
bu  rəğbət  passivdir.  Məktubda  rəğbətin  rus  silahının  müvəffəqiyyətindən 
asılı  olduğu  göstərilirdi.  İdarənin  agentura  və  məxfi  yollarla  əhalinin 
əhval-ruhiyyəsini və panislamçı hərəkatı izlədiyi də bildirildi. 
Cavab məktubunda Türkiyəyə qarşı döyüşməkdən imtina edən zabitlərə 
qarşı  Lənkəranda  və  Bakıda  cinayət  işlərinin  açılmasına  nəzarətin 
gücləndirilməsi göstərildi. Eyni zamanda Əlibəy Hüseynzadə və Əhməd bəy 
Ağayev haqqında iki səhifəlik arayış da təqdim edildi. Arayışda deyilirdi ki, 
agentura  məlumatına  görə.  Ağayev  Bakıda  nəşr  edilən  “İrşad”  qəzetinin 
redaktoru,  1907-08-ci  illərdə  “Hümmət”  təşkilatının  fəal  üzvü  olmuşdur. 
1908-ci ildə İstanbula gedərək hansısa məktəbin direktoru işləmişdir. Eyni 
zamanda  “Kaspiy”  qəzetinin  müxbiri  olmuş  və  Türkiyədən  yazılar 
göndərmişdir.  Qafqaz  canişinliyinin  1914-cü  il  29  avqust  tarixli  725  №li 
məlumatına görə, Dağıstan 
191 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə