Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   59   60   61   62   63   64   65   66   ...   99

Jandarma  axtarış  idarəsinin  rəisi  Severinski  polis  departamentinin 
xüsusi idarəsinin direktoruna 1916-cı il 17 oktyabr tarixli 6776 №li şəxsən 
və  tam  məxfi  məktubunda  yazırdı:  “Əhalinin  müharibəyə  münasibəti 
sürüşkəndir...  Əhalinin  mərkəzi  hökumətə  və  yerli  nümayəndələrə 
münasibəti hiss edilən qədər inamsızdır”’”. 
Bakı  quberniya  jandarma  idarəsinin  rəisi  vəzifəsini  müvəqqəti  icra 
edən  rotmistr  Qusakov  1915-ci  il  oktyabrın  24-də  6122  №li  hesabata 
əlavədə  (№7220)  yazırdı:  “Agentura  müsəlmanların  əhval-ruhiyyəsini 
müşahidə etməklə qeyd edir ki, onların türklərə rəğbəti güclənir. Lakin... 
təbliğat aparmaq qeydə alınmamışdır”’". 
1915-
 
ci  ilin  noyabrında  Qafqaz  canişini  dəftərxanasının  direktom 
İstomin  bəyanat  verərək  bütün  Qafqaz  xalqlarına  eyni  münasibət 
bəsləniləcəyini bildirdi”. Bundan sonra Azərbaycan müsəlmanlarına hətta 
dövlət xəzinəsi hesabına ibtidai və orta məktəblər açmağa icazə də verildi. 
Çarizmin belə addım atmasının bir sıra səbəbləri var idi. Milli ayrı-seçkilik, 
ermənilərə  xüsusi  rəğbət  bəslənilməsi,  müsəlmanlara  inamsızlıq  Güney 
Qafqazda  rus  hakimiyyət  orqanları  üçün  əlavə  çətinliklər  yaradırdı. 
Müharibədə qələbə qazanıldıqdan sonra ermənilərin avantürist istəklərinin 
yerinə  yetirilməsi  də  problemlər  doğurardı.  Ona  görə  də  çarizm  cüzi 
güzəştlərə  getdi.  Lakin  bu  güzəştlərə  baxmayaraq,  islamçıların  və 
türkçülərin izlənilməsi 1916-cı ildə də davam etdirildi. 
1916-
 
cı il 1 yanvar tarixli məxfi məktubunda Bakı quberniya jandarma 
idarəsi rəisinin vəzifəsini icra edən polkovnik Lukyanov Daxili işlər naziri 
senator  Beletskiyə  yazırdı:  “Hesabat  ayında  panislamçı  təşkilatların 
yaradılması  müşahidə  olunmamışdır’’’^  Bu  vəziyyət  fevral,  mart,  aprel 
aylarmdakı  hesabatda  da  dəyişməmişdi’^  Rusiya  daxili  işlər  nazirinin 
müavini 1916-cı il 6 yanvar tarixli 100162 №li məxfi məktubunda Qafqaz 
canişinliyi  xüsusi  idarəsinə,  knyaz  V.  N.  Orlova  polis  departamentinin 
məlumatına görə, Qafqazda panislamçı hərəkatın xeyli inkişaf etdiyini, ona 
İstanbuldakı  “İttihad  və  tərəqqi”  komitəsinin  yardım  göstərdiyini  yazdı. 
Məktubda  bu  hərəkata  Bakıda  nəşr  olunan  “Kaspiy”  qəzetinin  keçmiş 
əməkdaşlan  Əhməd  Ağayev  və  Əli  bəy  Hüseynzadənin  başçılıq  etdiyi 
göstərildi. Onların Tiflis, Bakı, Ye- lizavetpol və Karsda varlı müsəlmanlar 
tərəfindən  yardım  göstərilən  emissarları  var  idi.  Bu  şəxslər  Türkiyənin 
xeyrinə  və  rus  hökumətinin  əleyhinə  əhalini  qaldırmaq  üçün  uğurlu  iş 
aparırdılar’".  Qafqaz  canişinliyi  bu  məktubu  yoxlamaq  və  tədbir  görmək 
üçün məxfi və təcili 
186 


qrifı ilə 573 №li məktubla Tiflis, 574 №li məktubla Bakı, 575 №li məktubla 
İrəvan quberniya jandarma idarələrinə göndərdi”. 
İrəvan quberniya jandarma idarəsinin rəisi 1916-eı il fevralın 5-də 668 
və 177009 №li məxfi məktublarında qaldırılan məsələləri ciddi yoxlayaraq
müsəlman əhalisinin Rusiyaya və xristianlara qarşı qaldırmaq məqsədi ilə 
təbliğat  aparılmadığını  yazdı.  Bildirdi  ki.  Əhməd  bəy  Ağayev  və  Əlibəy 
Hüseynzadə  Karsda  yoxdurlar.  Yerli  müsəlman  ziyalıları  keçən  ildən 
oradan  çıxıb  getmişdilər. Karsda  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin 
nümayəndələri  müsəlman  əhalisinə  yardım  edirdilər.  Onların  hamısı 
ziyalılar idi. Öz məşğuliyyətlərinə görə müsəlman əhali ilə geniş ünsiyyət 
saxlayırdılar.  Azərbaycanlı  ziyalılara  yerli  yunanlar  və  ermənilər 
inanmırdılar.  Bakı  xeyriyyə  cəmiyyətinin  Karsdakı  nümayəndələri  bu 
şəxslər  idi:  Karsda  -  Bakıdan  gəlmiş  İran  təbəəsi  Əlixan  Qantəmirov; 
Yelizavctpol  quberniyasının  sakini.  Bakıdakı  “Şərq”  cəmiyyəti  paraxodu 
kontorunun 
keçmiş 
mühasibi 
Qəhrəman 
Bağırov; 
Yelizavetol 
quberniyasının  Qaryagin  kəndinin  sakini,  Bakı  şəhər  dezinfeksiya 
şöbəsində baş dezinfektor işləyən Usubbəy İsmayılov  - Nəsirbəyov; Kars 
vilayətinin  Oltin  dairəsinin  Olor  kəndində  Bakıdan  gəlmiş  pulsuz 
yeməkxananın müdiri Müseyib İlyasov; Kars vilayətinin Qaraqala kəndində 
Yelizavctpol quberniyasından keçmiş kənd müəllimi, yemək məntəqəsinin 
müdiri  İsmayıl  bəy  Nə-  zərəliyev;  Kars  vilayətinin  Ərdəhan  yerində 
Yelizavctpol  quberniyasının  Xaznavar  kəndindən  gəlmiş  Saleh  bəy 
Sultanov,  Yelivetpol  quberniyasının  Nuxa  şəhər  sakini  Məmmədağa 
Qaragözov; Bakıdan gəlmiş İbrahim Cabbarov; Kağızmanda Yelizavctpol 
quberniyası Nuxa şəhər İbtidai məktəbin keçmiş müəllimi, Şuşa şəhər sakini 
Aslan Mextiyeviç Orucov”. 
Çarizm hakimiyyət orqanları Azərbaycan qəzalarmdakı nüfuzlu şəxsləri 
də panislamçı və pantürkçü adı altında nəzarətdə saxlayırdı. 
Bakı şəhər polis idarəsi 1916-ci il yanvarın 29-da Bakı qubernatoruna 
məktub  yazaraq  Göyçay  qəzasının  Məlikkənd  kənd  sakini  Hacı  Hüseyn 
Abdulla  Əfəndi  oğlu  Əfəndiyevin  kitab  mağazasının  Göyçaydan  Bakıya 
köçürülməsi təklifini rədd etdiyini bildirdi”. Bunun səbəbləri aşağıdakılar 
kimi  göstərildi”.-  1.  1913-cü  il  fevralın  15-də  Əfəndiyev  Türkiyədən 
göstərilən yerə gəlmişdir, türk və rus pasportları vardır, evində silah anbarı 
olsa  da  özündə  saxlamır,  İstanbuldakı  hansısa  siyasi  komitənin  üzvüdür, 
oradan  məktublar,  türk  kitabları  və  mətbuatı  alır,  əhalini  üsyana  çağırır, 
xəlvəti olaraq türk ordusu üçün pul top 
187 


layır,  Rusiyanın  Türkiyəni  məhv  etmək  istəyi  barədə  şayiə  yayır,  rus 
hökumətinə  zərbə  vurmağı  əhaliyə  məsləhət  görür.  Anonim  məlumata 
əsasən, fevralın 18-dən 19-na keçən gecə evində axtarış aparılarkən “Smit” 
və  “Vesson”  sistemli  tapançadan  və  27  patrondan  başqa  heç  bir  şey 
tapılmadığı üçün cinayət işi qaldırılmadı. 2. Odessa şəhər jandarma idarəsi 
rəisinin  1915-cı  il  25  aprel  tarixli  1330  №li  məlumatına  görə,  Göyçayın 
Məlikkənd kəndində Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev adlı gənc 
türkçü  yaşayır  və  azərbaycanlıları  müqəddəs  müharibəyə  çağırır.  O, türk 
təbəəliyini  qəbul  etmişdir,  türk  gimnaziyasında  və  universitetində  təhsil 
almışdır,  lakin  atası  vəfat  etdikdən  sonra  Rusiyada  çoxlu  var-dövləti 
qaldığından  Göyçaya  qayıtmağa  məcbur  olduğundan  son  kursu 
bitirməmişdir.  O,  “Qafqaz  müsəlman  tələbələri  İstanbul  cəmiyyətinin” 
katibidir.  Bu  təşkilata  panislamçılar  və  məşhur  panislamçı  Əhməd  bəy 
Ağayev  rəhbərdik  edir.  Hacı  Hüseyn  Əfəndiyev  İstanbulda  ən  enerjili 
panislamçı  kimi  tanınır.  Atası  öldükdən  sonra  o,  Qafqazda  panislamçı 
hərəkatı yaymalı idi. O, Göy- çaydakı mağazasında türk və ərəb kitablanm, 
kitabçalarını, türk sülta- nının və görkəmli siyasi xadimlərinin portretlərini 
yayır, Rusiyaya nifrət təbliğ edir və Türkiyəni xalqın gözündə qaldırır. O, 
müharibəyə  qədər  İstanbula  ticarət  adı  ilə  getsə  də,  orada  Əhməd  bəy 
Ağayev  ilə  görüşmüşdür.  Müharibə  başlayan  kimi  açıq-aşkar  Rusiya 
əleyhinə təbliğat aparmışdır. Onun təbliğati nəticəsində əhali qonşu erməni 
Kalağa kəndinə hücum etmək nij^ətində olmuşdur. Yerli gənclər Kərbəlayi 
Müsa Hacı oğlu başda olmaqla ruslara etiraz əlaməti olaraq yerli pristavı 
öldürmüşlər. Onlar məhkəməyə verilmişlər. Lakin Əfəndiyevin bu işdə əli 
olduğu sübuta yetirilməmişdir. 
Göyçay  qəza  rəisi  də  Əfəndiyevin  həqiqətən  Göyçayda  kitab  köşkü 
olduğu, bazar günləri kənd camaatının ora yığışdığı, lakin axtarışdan sonra 
köşkün boş olduğu barədə məlumat verirdi. Bildirirdi ki, buna baxmayaraq 
oraya yerli gənclər və müəllimlər gəlirlər, lakin təbliğat aparılmır. 
Bakı qubernatoru bu məktubdan sonra 1916-cı ilin fevralında 378 №li 
məxfi məktubunda Qafqaz canişinindən 1913-cü il mayın 16-da açılmasına 
icazə  verdiyi  bu  kitab  köşkünün  bağlanmasını  xahiş etdi”.  Səbəblər  eyni 
idi: köşkün sahibi pantürkçü təbliğat aparır; türk kitablarını ucuz qiymətə 
satır; Türkiyə ilə müharibə aparıldığı bir vaxta belə bir kitab mağazasının 
fəaliyyti  yolverilməzdir.  Canişinliyin  məxfi  şöbəsi,  Petroqraddan  aldığı 
tövsiyəyə uyğun olaraq, Bakı qubemato- 
188 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə