Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   56   57   58   59   60   61   62   63   ...   99

isi Leontyev 1915-ci il 31 yanvar tarixli 816 №li növbəti məxfi məktubunda 
yazırdı  ki,  agentura  məlumatına  görə,  Topçubaşov  və  Ağaba-  la  Quliyev 
Tiflisə səfərdən və Qafqaz canişinindən hərbi əməliyyatlarda ziyan çəkmiş 
müsəlmanlar  üçün  pul  ianəsi  toplamağa  aldıqları  icazədən  razı  qalmışlar. 
Ona  görə  də  yerli  müsəlmanlar  tərəfindən  çağırışlar  və  nümayişlər 
gözlənilmir.  Bu  predmet  sonralar  da  müşahidə  ediləcəkdir.  Polis 
departamentinin 
direktoruna 
bildirilmişdir 
və 
Kars 
müvəqqəti 
general-qubernatoruna,  Bakı  şəhər  polis  rəisinə,  Bakı  qubernatoruna  və 
Dağıstan vilayəti müvəqqəti general-qubernatoruna 818, 820, 822, 824, 826 
№li məktublarla məlumat verilmişdir“. 
Ə. Topçubaşovun və A. Quliyevin izlənilməsi 1916-cı ildə də davam 
etdirildi.  Bakı  şəhər  rəisi  vəzifəsini  icra  edən  Mixaylovski  və  dəftərxana 
müdiri Davıdov 1916-cı il 4 may tarixli 2434 №li təcili və məxfi məktubda 
Qafqaz canişinliyi xüsusi şöbəsinə yazırdılar ki, agentura məlumatına görə, 
1911-ci ildə Kazanda müsəlmanlann türk donanması üçün topladıqları pul 
Bakıya,  Topçubaşova  göndərilmişdir.  Agentura  məlumatına  görə, 
Topçubaşov  panislamçıların  ən  görkəmli  nümayəndələrindən  biridir.  O, 
Bakı taciri Quliyevlə birlikdə Tiflisdə canişinin yanında və Kars vilayətində 
keçmiş  müsəlman-erməni  qırğınını  araşdırmaq  üçün  Kars  vilayətində 
olmuşduf”. 
Bakı  quberniya  jandarma  idarəsi  polkovnik  Leontyevin  imzası  ilə 
1915-ci  il  fevralın  6-da  polis  departamentinə  göndərdiyi  1275  №li  məxfi 
məktubunda müsəlmanlar arasında türk təbəələri olan casuslar olduğunu və 
onlardan birinin. Mahmud Məhsum oğlunun Tağıyevin fabrikində işlədiyi 
barədə  məlumat  verdi.  Jandartna  idärəsi  yanvarın  30-da  onu  həbs  edərək 
Bakı  həbsxanasına  saldı“...  Jandarma  idarəsi  Tağıyev  fabrikini  nəzarətdə 
saxladı, şübhəliləri işd’ən;Çixartdı, xarici təbəələri isə həbs etdi. 
Qafqaz  canişiniiyiniıı  Güney  Qafqaz-  hərbi  dairə  idarəsi  üzrə  xüsusi 
şöbəsi  1915-ci  il  fevralın  13-də-696  №li  məxfi  məktubla  müvəqqəti 
general-qubernatorlara,  qubernatorlara,  Qafqaz  diyarı  əlahiddə  diyar 
rəislərinə,  Bakı  şəhər  polis  idarəsinə,  Stavropol  general-qubernatoruna, 
Qafqaz  diyarı  quberniya,  vilayət  və  dəmir  yol  jandarma  polis  idarələri 
rəislərinə  müraciət  etdi“.  Məktubda  deyilirdi  ki,  Qafqaz  ordusu  səhra 
qərargahından alınan məlumata görə, türklər tərəfindən farsla- nn köməyi ilə 
Qafqazda  çox  gizli  kəşfiyyat  təşkil  edilmişdir.  Onlar  kiçik  tacirlər  və  ya 
qaçqınlar adı altında Qafqazda və Azərbaycanda səyahət edirlər. Agentlər 
Azərbaycanda əlaqə yaradırlar. Agentlərin bə 
177 


zisi  Avropa  Türkiyəsindən  Rumıniyaya,  Rusiyaya  və  oradan  da  İrana 
gələrək kəşfiyyat apararaq geri qayıdırlar. Xüsusi şöbənin rəisi Pisars- ki 
tacirlərə  və  qaçqınlara  göz  qoymağı  və  bu  barədə  müntəzəm  məlumat 
verməyi tapşırdf". 
Bu  məktubdan  sonra  İrəvan  quberniyasında  işləyən  İran  təbəəsi  olan 
azərbaycanlılar  və  Lənkəran  qəzasının  Zuvand  sahəsindən  1000  nəfər 
Güney Azərbaycana qovuldu. Bu barədə Pisarski 25 aprel tarixli 1847 №li 
məxfi məktubunda, Lənkəran qəza rəisi isə 17 aprel tarixli 509 №li məxfi 
raportunda məlumat verdi^'. 
Yelizavetpol  qubernatoru  1915-ci  il  5  mart  tarixli  564  №li  məxfi 
məktubunda  polis  departamentinə  quberniyada  panislamçı  hərəkatın 
güclənməsinin  hiss  olunduğunu  yazdı.  Məlumatdan  aydın  olurdu  ki, 
azərbaycanlıların Rusiyaya münasibəti tamamilə mehriban idi və ermənilər 
arasında  milli  ruhun  yüksəlməsi  hiss  olunurdu.  Göstərilirdi  ki,  türk 
Ermənistanının vilayətləri hüdudlarında muxtar erməni dövləti yaratmağa 
tam inamın erməni əhalisi arasında hansı əsaslarla yayılmasının səbəbləri 
bilinmir. Erməni əhalisi geniş silahlanmaya meyillidir. Ermənilər patron və 
partlayıcı maddələr hazırlayan sexlər təşkil edirlər. Ermənilərin silahlanma 
məqsədləri hələ tam aydmlaşdırılmamış- 
dıf^
 
Çar  hökumət  orqanları  müharibədə  qaçqına  çevrilmiş  müsəlmanlar 
üçün  ianə  toplayanları  “Türkiyənin  xeyrinə  çalışmaqda”  təqsirləndi- 
rirdiləf^ Bu şəxslər də təqiblərə və həbslərə məruz qalırdılar. Zaqa- talada 
yerli molla Nurulla Əfəndi və yerli müsəlman Aslan bəy Qar- daşov ianə 
toplayarkən həbs edilsələr də sonradan azad olundular^. 
Çarizm  hakimiyyət  orqanları  Azərbaycanda  kütləvi  həbslər  keçirtdi. 
1915-ci  il  aprelin  8-i  üçün  Bakı  həbsxanalarında  1.202  nəfər  var  idi. 
Onlardan 20 nəfər kişi və 1 qadın siyasi dustaq; 545 nəfər kişi və 21 qadın 
cinayət etmiş; inzibati cinayət törətmiş 48 kişi; katorqa işlərinə 190 kişi və 4 
qadın; islah işlərinə 105 kişi; həbsxanada 205 kişi və 13 qadın saxlanılırdı. 
Həbs olunanlardan 150 nəfəri xarici işlərdə çahşırdf^ 
Hakimiyyət  dairələri  İran  və  Türkiyədən  olan  təbliğatçıları  da  təqib 
edirdi. 1915-ci il aprelin 16-da 169 №li məxfi raportunda VI sərhəd dairəsi 
qərargahının rəisi Qafqaz hərbi, dairəsinin komandanına yazırdı ki, Türkiyə 
öz təbğilatçıları vasitəsi ilə bizim bakılılar arasında təbliğat aparır və onlar 
türklərə rəğbət bəsləyirlər. Raportda “Tu- ti” jurnalının 4 aprel tarixli 15-ci 
sayında verilmiş zarafat Rusiyaya 
178 


düşmən hərəkət kimi qiymətləndirildi. Eyni zamanda jurnalın nömrəsinin ali 
kvartimeyesterə  göndərildiyi  də  bildirildi’^  Dövri  mətbuat  üzərində 
nəzarətin gücləndirilməsi tövsiyə olundu. 
Tiflis quberniya jandarma idarəsi rəisinin 1915-ci il 21 aprel tarixli 1032 
№li  məxfi  məktubuna  cavab  olaraq  25  aprel  tarixli  1040  №li  məxfi 
raportunda idarə rəisi, polkovnik (adı və familiyası göstərilməmişdir. - M. 
Q.)  Yelizavetpol  quberniyasından  yazırdı  ki,  Kutaisi  quberniya  jandarm 
idarəsi rəisinin Yelizavetpol quberniyasında müsəlmanların əbval-ruhiyyəsi 
barədə verdiyi agentura məlumatı səhvdir: 1). Yelizavetpol .quberniyasında 
müsəlman  əhali  arasında  silah  anbarı  yoxdur.  Müharibə  elan  edildikdən 
sonra  bu  əhalidən  silahlar sistematik  olaraq  yığılır  və  tərkisilah  edilir.  2). 
Son  vaxtlarda  quberniyada  panis-  lamçıların  heç  bir  uğuru  yoxdur.  3). 
Mənim  ixtiyarımda  olan  rayonda  müşahidələrimə  görə  heç  bir  fanatik 
təbliğatçı yoxdur. Hər bir qəzada ən azı üç nəfərin həqiqətən rus işinə sadiq 
qaldığı  bir  vaxtda  mən  onların  adlarını  öyrənməyə  bilməzdim.  4).  Rus 
silahının  uğurunu  Türkiyə  xeyrinə  təhrif  edən  müsəlmanlar  haqqında 
məlumat yoxdur. Lakin cüzi hallar mümkün ola bilər”. 
Türkiyəyə  rəğbət  bəsləyənlərin  təqib  edilməsi  işi  ilə  az  qala  bütün 
Rusiya  imperiyasının  müvafiq  orqanları  məşğul  olurdu.  Ən  kiçik 
məlumatlar dərhal lazımi yerlərə göndərilirdi. Podolsk quberniya jandarma 
idarəsinin  rəisi  1915-ci  il  aprelin  26-da  648  №li  məxfi  məktubunda  Bakı 
quberniya  jandarma  idarəsinin  rəisinə  yazırdı  ki,  Qafqaz  ordusundan  geri 
dönənlər danışırlar ki, rus ordusu İstanbulu tutsa Bakıda və başqa yerlərdə 
inqilabi  hərəkat  başlayacaqdır  və  onlar  silahlanırlar.  Jandarma  idarəsinin 
rəisi hu məlumatı 1915-ci il mayın 8-də 2626 №li məxfi məktubla Dağıstan 
vilayətinə göndərdi’*. Dargin dairəsinin rəisi 28 may tarixli 197 №li məxfi 
məktubunda  bu  məlumatı  inkar  etdi”.  Verilən  məlumatlarda  Dərbənddə 
Molla  Hüseynqulu 
Hes- 
.jovun  Türkiyə  xeyrinə  təbliğat  apardığı  və 
Türkiyədən türk dilində gəurilən şüarları Bakıdan dəmir yolu ilə alıb yaydığı 
göstərildi  Eyni  zamanda  bildirildi  ki,  Dağıstan  müsəlmanları  xeyli  geri 
qalmışlar və belə iəbli-  ğatm təsirinə tez düşə bilərlər”. Dargin dairəsinin 
rəisi  Dağıstan  müsəlmanları  üzərində  nəzarəti  və  təbliğat  işini 
gücləndirməyi tövsiyə etdi. 
Çarizm  hakimiyyət  orqanları  gizli  dərnəklərin  yaradılmasından  və 
fəaliyyətindən  də  narahat  idilər.  1915-ci  il  aprelin  27-də  597  №li  məxfi 
məktubla Qafqaz hərbi dairəsində hərbi əməliyyatlar meydanı 
179 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə