Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   52   53   54   55   56   57   58   59   ...   99

la  kifayətlənməyərək  Rusiya  imperatorluğunun  digər  türk,  müsəlman 
xalqlarını  müstəmləkə  zülmündən  azad  edib  müstəqilliklərinə  qovuşması 
uğrunda  mübarizəyə  Avropa  dövlətlərini  və  ABŞ-ı  qoşmaq  cəhdlərini 
birinci dünya müharibəsinin sonuna qədər davam etdirdi. 
İsveçrə bürosunun müttəHq dövlətlərə səfəri 
1918-
 
ci  ildə  Türküstandan  Nurəddin  bəy  Xudayarxanov  və 
Sədrəddin xan, Sibirdən İbrahim Əbdürrəşid, Kazandan Osman Tokumbet 
və  Bahəddin,  Türkiyədən  Həlim  Sabit  və  Azərbaycandan  Əlibəy 
Hüseynzadə  İsveçrədə  büro  təşkil  edərək  təmsil  heyəti  sifətilə  əvvəllər 
daxili işlər naziri olmuş, 1917-ci ildən isə baş nazir işləyən Mehmet Tələt 
paşanın (1872-1921) yardımı ilə oktyabrın 27-də İstanbuldan hərəkət etdilər 
(Tələt  paşa  1921-ci  ildə  Berlində  erməni  terrorçusu  tərəfindəndən 
öldürüldü)“. 
Təşkilat işlərinə yardımçı olması üçün Fuad Köprülü də heyətə daxil 
edildi.  Heyət  Vyanaya  gələn  zaman  Avstriya-Macanstanda  inqilab  baş 
verdiyindən Odessa-Almaniya yolu ilə hərəkət etdi. Onlar Kiyevdə alman 
təmsilçisi  Baron  Mumla  görüşdülər.  Almaniyada  noyabr  inqilabi  baş 
verdiyindən  yollar  bağlandı  və  heyət  noyabr  ayında  istanbula  dönmək 
məcburiyyətində  qaldı.  Daha  sonra  Türküstan  təmsilçiləri  öz  ölkələrinə 
döndülər“. Osmanlı imperatorluğunun müharibədə məğlub edilməsi ilə bu 
məsələ öz aktuallığını itirdi. 
Türkiyənin bilavasitə himayəsi ilə qurulan bu komitələr Azərbaycanda 
1920-ci  ilin  aprel  bolşevik  işğalından  sonra  siyasi  səhnədən  çəkildilər  və 
susdular”. 
165 


V
 
Bölüm 
Rusiyanın Quzey Azərbaycanda islamçılara və 
türkçülərə qarşı mübarizəsi 
Dünya müharibəsi ərəfəsində türkçülərin və islamçıların 
təqib edilməsi. Müharibə başladıqdan sonra türkçülərə və 
islamçılara qarşı mübarizənin gücləndirilməsi. 
Türkiyə ilə müharibə başladıqdan sonra türkçülərə və 
islamçılara qarşı mübarizənin daha da şiddətləndirilməsi. 

Dünya müharibəsi ərəfəsində türkçülərin və 
islamçıların təqib edilməsi 
Birinci  dünya  müharibəsinin  başlanmasına  qədərki  dövrdə  Rusiya 
özünün polis və məxfi orqanları vasitəsilə Quzey Azərbaycandakı türkçülər 
və  islamçılar  üzərində  ciddi  nəzarət  qoymuşdu,  onları  və  Osmanlı 
imperatorluğundan  Quzey  Azərbaycana  gələn  şəxsləri  daim  diqqətlə 
izləyirdi.  Əslində  Rusiyanın  Azərbaycanda  milli  siyasətinin  əsasını 
ruslaşdırma,  müsəlmanları  sıxışdırma,  onları  türkçülüyün  və  islamın 
mərkəzi  olan  Osmanlı  imperatorluğu  ilə  yaxınlaşmağa  qoymamaq, 
idarəçilik  orqanlanndan  uzaqlaşdırmaq  və  bütövlükdə,  türklərə  və 
müsəlmanlara  inamsızlıq  təşkil  edirdi.  Çoxlu  arxiv  sənədləri  deyilənləri 
təsdiq edir. Çar hökuməti və Qafqaz canişinliyi islamçı və türkçü hərəkat 
haqqında müvafiq orqanlardan daim məxfi məlumatlar dolu sənədlər alırdı. 
Bu sənədlərdə panislamçı və pantürkçü hərəkatın vəziyyəti, panislamçı və 
pantürkçü  şəxslərin  hərəkətləri,  əlaqələri  və  planları  barədə  xəfiyyə 
məlumatları toplanırdı. Arxiv sənədlərinin öyrənilməsi göstərir ki, çarizm 
orqanları  Quzey  Azərbaycandakı  bütün  türkləri  və  islamçılan  izləmiş  və 
onlara müxtəlif yollarla təzyiqlər etmişdir. Yelizavetpol qubernatoru birinci 
dünya müharibəsinin başlanmasından xeyli əvvəl, 1914-eü il 4 fevral tarixli 
271  №li  və  4  İ3mn  tarixli  1440  №li  məxfi  məktublarında  Qafqaz 
canişinliyinə  yazırdı  ki,  müsəlmanlann  kiçik  qruplarmda  panislamçı 
hərəkatın artması hiss olunur. Lakin bu hərəkat zahirdə müşahidə edilmir'. 
Türkçülərin  izlənilməsi  təkcə  Quzey  Azərbaycanda  deyil,  bütövlükdə 
Qafqazda  aparılırdı.  Tiflis  quberniya  jandarma  idarəsinin  rəisi  polkovnik 
Pastryulin 1914-cü il 22 mart tarixli 1714 №li məxfi məktubunda yazırdı ki, 
Qafqaz canişini dəftərxanası xüsusi şöbəsinin 
166 


1914-cü  il  11  və  13  fevral  tarixli  231  və  260  №li  məktublarında  verilən 
məlumata  görə,  Tahir  bəy,  Əbdürrəhman  əfəndi  və  İbrahim  əfəndi 
Ərzummdan  Qafqaza  gəlmişlər.  Agentura  məlumatına  görə.  Tahir  bəyi 
Ərzurumdakı  gənc  türklər  klubu  Qafqaza  göndərmişdir.  Məqsəd  türk 
donanmasına  yardım  üçün  ianə  toplamaq  və  Qafqazda  qarışıqlıq 
yaratmaqdır.  Ermənilərin  etibarsız  olduğunu  bildirən  müsəlmanlar  onun 
gürcülərlə  əlaqə  yaratmasım  məsləhət  bilmişlər.  O,  türk  donanması  üçün 
ianə  toplamışdır.  İanə  toplamaq  hələ  də  davam  edir.  Məxfi  məktubda  bu 
məlumatın yoxlanılması tövsiyə edildil Həmin gün, lakin bu məktubdan sıra 
nömrəsi ilə əvvəl hazırlanmış başqa bir məktubunda yenə Tiflis quberniya 
jandarma  idarəsinin  rəisi  polkovnik  Pastryulin  22  mart  tarixli  1712  №li 
məxfi  məktubunda  daha  müfəssəl  məlumat  verdi.  İdarə rəisi  Ərzurumdan 
Qafqaza  gələn  Tahir  bəy.  Əbdürrəhim  əfəndi  və  İbrahim  əfəndinin 
müsəlmanlardan türk donanması üçün ianə toplamaq və Qafqazda iğtişaşlar 
törədərək  türk  hökumətinə  yardım  etmək  məqsədi  güddüklərini  yazdd. 
Bildirdi ki. Tahir bəy Batumda uğurlar qazandı. Tiflisdən türk konsulluğu 
vasitəsi ilə İstanbuldakı ianə komitəsinə birinci dəfə 1000 rubl, ikinci dəfə 
6000 rubl, Tiflis müftisinin köməyi ilə Karsdan türk konsulluğunun vasitəsi 
ilə  İstanbula  2000  rubl  göndərilmişdir.  İbrahim  əfəndi  Tiflisdəki  türk 
konsulluğunun  agenti  olan  erməninin  müşayiəti  ilə  Bakıya  fars 
kostyumunda  gəldi.  Onun  yazdığına  görə,  erməni  agentin  adı  Ohanes 
Aleksandropolski  idif  Gənc  türk  emissarları  Batumdakı  alman  konsulu 
Andersi Ərzuruma aparmaq istəyirdilər*. Onun üçün viza alan gənc türklər 
istəklərinə çatdılar. 
Türkiyədən gələn türkçülərə və islamçılara təkcə azərbaycanlılar rəğbət 
bəsləmirdilər. Hətta gürcü fcderalistləri arasında da onların böyük hörməti 
var  idi.  Rusiyanın  Güney  Qafqazdakı  hakimiyyət  orqanları  bunu  agent 
məlumatına  əsasən  etiraf  edirdilər.  “Paşa”  ləqəbli  məxfi  əməkdaş  Tiflis 
quberniya  jandarma  idarəsinə  1914-cü  il  19  aprel  tarixli  800  №li 
məlumatında  bildirirdi  ki.  Məmməd  bəy  Abaşidze  və  Kamil  Noqaydeli 
Türkiyəyə  rəğbət  bəsləyirlər*.  Bakı  quberniya  jandarma  idarəsi  rəisinin 
Dağıstan vilayətindəki köməkçisi 15 may tarixli 755 №li məxfi məktubunda 
Türkiyəyə rəğbət bəsləyən Mustafa Əli oğlunun və İsmayıl Dursun oğlunun 
həbs edilib Dərbənd həbsxanasına salınması barədə məlumat verdi''. 
Yelizavetpol  quberniyasında  əhalinin  əhval-ruhiyyəsi  haqqında 
qubernator tərəfindən verilən 4 iyun tarixli 1440 №li məxfi hesabatda 
167 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə