Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

dilər. Lakin İran hökuməti bu tələbi rədd etdi. Osmanlı elçisi ilə söhbətində 
İranın baş naziri İngiltərə və Rusiya qarşısında irəli sürdüyü şərtləri gələcək 
türk  yardımlarına  qədər  vaxt  qazanmaq  istəyi  ilə  diplomatik  addım  kimi 
əlaqələndirdi. 
1916-
 
cı ilin aprelində türklər Kütəlamarda ingilisləri darmadağın 
edib 13 min əsir aldıqdan sonra İranda rusların və ingilislərin mövqeyi xeyli 
zəiflədi. Buna baxmayaraq, Güney Azərbaycanda böyük dövlətlər arasında 
diplomatik-siyasi  mübarizə  və  türkçülərin  təqib  edilməsi  oktyabr 
çevirilişinə  qədər  davam  etdirildi.  Oktyabr  çevirilişin-  dən  sonra  böyük 
dövlətlərin Güney Azərbaycan siyasəti yeni mərhələyə qədəm qoydu. 
159 


IV
 
Bölüm 
Türk diplomatiyasının Quzey Azərbaycanı 
Rusiyanın müstəmləkə zülmündən azad etmək 
siyasətinə Avropa dövlətlərini və ABŞ-ı qoşmaq 
cəhdləri 
Turan heyətinin Avropa səfəri. Rusiyanın məzlum millətləri cəmiyyətinin 
ABŞ prezidenti Vidro Vilsona müraciəti. 
Millətlər Birliyinin III Lozanna konfrasında türk-tatar heyətinin iştirakı. 
Stokholmda keçirilən Millətlərarası sosialist konfransında iştirak. 
İsveçrə bürosunun müttəfiq dövlətlərə səfəri. 
Müharibəyə qoşulduqdan sonra Türkiyə özünün Azərbaycan siyasətini 
həyata keçirtmək üçün yaranmış məqamda təkcə hərbi qüvvədən deyil, eyni 
zamanda  güclü  diplomatik  -  siyasi  vasitələrdən  istifadə  etdi.  Türk 
diplomatiyası  Quzey  Azərbaycanı  və  Rusiyanın  digər  türk,  müsəlman 
xalqlarını  müstəmləkə  zülmündən  xilas  etmək  üçün  Avropadakı 
müttəfiqlərindən  və  ABŞ-dan  yararlanmağa,  onların  dəstəyindən  istifadə 
etməyə  çalışdı.  Bundan  ötrü  müxtəlif  üsul  və  vasitələr  isə  salındı.  Türk 
hökuməti  Rusiya  imperatorluğu  təbəələrindən  ibarət  müxtəlif  komitələr 
qurdu,  Avropa  ölkələrinə  nümayəndə  heyətləri  göndərdi,  beynəlxalq 
konfransların  tribunalarından  istifadə  etdi,  müraciətlər  hazırlatdırdı, 
broşüralar çap etdirdi, mətbuatın gücündən istifadə etdi və s. 
Bu  zaman  Rusiyada  yaşayan  181  milyon  nəfər  əhalinin  23  milyon 
nəfərə yaxmı türk idi. Bütövlükdə, əhalinin 27 milyon nəfəri müsəlman idi'. 
1914-cü  il  yanvarın  1-i  üçün  bütün  Qafqazda  11.928.601  nəfər  əhali 
yaşayırdı ki, bunun da 6 milyon nəfəri türk, müsəlman idi^ Güney Qafqazda 
6.609.234  nəfər  əhali  yaşayırdı’.  Quzey  Azərbaycanda  isə  əhalinin  sayı 
təxminən  2.861.862  nəfər  idi.  Bunun  da  1.952.250  nəfəri,  yəni  70%-ə 
qədəri türk, digər müsəlmanlar idf. 
Turan heyətinin Avropa səfəri 
Birinci  dünya  savaşı  nəticəsində  Rusiya  imperatorluğunun  dağılacağı 
gözlənildiyindən  bu  torpaqlarda  müstəmləkə  zülmü  altında  yaşayan 
türklərin dini və mədəni muxtariyyət qazanmaları, üzərlərindəki sıxıntıları 
götürmək və seçim sistemlərini dəyişdirmək yolunda ma- 
160 


raqlı  dövlətləri  məlumatlandırmaq  üçün  İstanbula  “Rusiya  müsəlmanları, 
türk-tatar millətləri müdafaayi hüquq cəmiyyəti” 1915-ci il dekabrın 10-da 
Əlibəy  Hüseynzadə,  Yusif  Akçura,  krımlı  Mehmet  Esed  Çələbizadə, 
buxaralı  Beccan  Mukimeddindən  ibarət  heyəti  Turan  heyəti  adıyla 
Avropaya göndərdi. Heyət Sofiya, Budapeşt, Vyana və Berlində mətbuata 
yazılı məlumatlar verdi və bir çox rəsmi şəxslərlə görüşlər keçirtdi*. Əlibəy 
Hüseynzadə  və  Yusif  Akçura  tərəfindən  Bu-  dapeştdə  almanca  çapdan 
buraxılmış “Rusiyadakı müsəlman türk-tatar xalqlannın haqqlanm qoruma 
komitəsinin  mühtirası“ adlı  kitabçada deyilirdi  ki,  Rusiya  öz  təbəəsi  olan 
türk və digər müsəlman xalqlannın ən təbii və müqəddəs haqlannı əlindən 
almışdır.  Rusiya  hakimiyyəti  soydaşları  ilə  hər  hansı  təmaslarım  yasaq 
etmişdir.  Rusiyadakı  türklər  ən  müqəddəs  dini  vəzifələrini  yerinə 
yetirməkdən  məhrum  edilmişlər,  onların  mədəni  və  milli  təhsil  imkanlan 
əllərindən alınmışdır. Kitabça “bizi Rusiya zincirindən qurtann cümləsi ilə 
sona çatırdı. Bu müraciət Yusif Axçura və Əlibəy Hüseynzadə tərəfindən 
bütün Avropa dövlətlərinin hökumətlərinə təqdim edildi. Heyət daha sonra 
Vyanada  Avstriya-Macarıstan  dövlət  adamlanndan  baş  nazir  Strork  və 
Xarici  İşlər  naziri  Forqax  ilə  görüşərək  Rusiyanın  müstəmləkə  zülmü 
altında  inləyən  müsəlman,  türk  xalqlannın  müstəqilliyi  üçün  kömək 
istədilər. Nümayəndə heyəti daha sonra 1916-cı ilin yanvar ayında Berlində 
keçirilən türk topluluqları konqresinə qatıldı. Heyət 1916-cı ilin yanvannda 
Türkiyəyə  döndü.  Bundan  narahat  olan  Rusiya  xüsusi  xidmət  orqanları 
Əlibəy  Hüseynzadənin  və  digər  türkçülərin  təqib  olunmasını  gücləndirdi. 
Qafqaz canişinliyi dəftərxanası və xüsusi şöbəsi, canişinin mülki əhali üzrə 
köməkçisi 1916-cı il 29 yanvar, 10,17 fevral tarixli 574, 818 və 934 nömrəli 
məktublar yazaraq quberniya jandarma idarələrindən Əlibəy Hüseynzadə və 
Əhməd  bəy  Ağaoğlu  haqqında  məlumat  tələb  etdilər.  Bakı  quberniya 
jandarma  idarəsi  axtarış  idarəsiı;m  rəisi,  polkovnik  Şatrov  1916-cı  il  24 
fevral tarixli 1332 №-li məxfi məktubunda Qafqazda panislamçı hərəkatın 
başında Əlibəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun durduqlan, lakin 
onlann  heç  birinin  Bakıda  yaşayış  qeydiyyatında  olmadıqları  haqqında 
məlumat  verdi  və  tərcümeyi-hallanm  göndərdi*.  Məktubda  “Bakineç“ 
qəzetinin  1914-cü  il  22  dekabr  tarixli  65  №-li  sayında  Əhməd  bəy 
Ağaoğlunun  guya  İstanbulda  həbsxanada  muzdlu  qatil  tərəfindən 
öldürüldüyünün yalan olduğu göstərilirdi’. 
Hətta Odessa şəhər jandarma idarəsi də agentura məlumatma əsa 
161 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə