Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   47   48   49   50   51   52   53   54   ...   99

kimi  türk  və  alman  agentlori  İranda  işləməyə  başladılar''*’.  O  vaxt  rus 
hökuməti alman və türk emissarlarının fəaliyyətini qadağan etmək barədə 
İran  hökumətinə  xəbərdarlıq  etdi.  Rusiya  bunun  müqabilində  müharibədə 
Türkiyədən alacağı müqəddəs şiə əraziləri olan Kərbəla, Nəcəf və həmçinin 
Bağdadı  verəcəyini  vəd  etdi.  Rusiya  və  İngiltərə  İrana  təyin  edəcəkləri 
konsulları  yalnız  Tehranla  əvvəlcədən  razılaşdıracaqlarını  bildirdilər. 
Bundan ötrü İranın tərəfsiz qalması və alman-türk təbliğatını kəsməsi tələb 
olunurdu.  İran  hökuməti  müttəfiqlərin  təklifləri  ilə  razılaşdı  və  1915-ci  il 
fevralın  10-da  İran  şahı  hökumətin  tərkibini  təsdiq  edərək  məclisə  verdi. 
Kabinetin  sədri Mustaf  ül Mamələk,  Xarici  İşlər  naziri  Moavin  üd  Dövlə 
oldu'■'^ 
Konsul  bildirdi  ki,  əvvəla,  İran  Rusiya  ilə  ölkənin  başlıca  inkişaf 
mühərriki  olan  ticarətlə  bağlıdır.  İkinci,  Rusiya  böyük  və  güclü  qonşu 
ölkədir, biz hər zaman, hər hansı planın həyata keçirilməsi üçün yardım ala 
bilərik.  Üçüncü,  İngiltərə  və  Rusiya  İranda  yaxşı  işlərin  görülməsi  üçün 
vədlər  verir.  Lakin  Türkiyəyə  və  Almaniyaya  meyilli  olan  demokratlar 
kabinetin qərarının əleyhinə çıxaraq onu qəbul etmədilər. 
Rus  səfiri  Korostoveç  Bakıdan  keçib  Petroqrada  gedərkən  konsul 
Davud  xanla  görüşündə  söylədi  ki,  Almaniya  və  Avstriya-  Macarıstanın 
Tehrana gələn yeni səfirləri türk ordusu ilo birlikdə çoxlu silah gətirmişlər. 
İran məclisi bunu başa düşmüşdür'''''. 
İranın mövqeyinin nisbətən yumşalmasına görə çar hökuməti 1915-ci 
ilin  martın  20-də  ingilis  diplomatiyasının  İrana  dair  1907-ci  il  rus-ingilis 
sazişinə etdiyi düzəlişləri qəbul edərək, özünün bir sıra qeydlərini də yazdı. 
Güney Azorba\cana dair rus diplomatiyasının qeydi bundan ibarət idi: rus 
maraıilnı ının olduğunu nəzərə alaraq rus nüfuz dairəsi İsfahana və Yəzdo 
qədər  genişləndirilsin'"".  Bu  razılaşma  ilə  ingilis  diplomatiyası  Rusiyaya 
İstanbulu və boğazları vəd edərək, özü İranda tərəfsiz zona aldı. Türkiyənin 
və  Güney  Azərbaycanın  bölüşdürülməsinin  əsasını  qoyan  bu  razılaşmalar 
ingilis  diplomatı  Sayksın  və  fransız  diplomatı  Pikonun  imzaladığı  sazişlə 
başa  çatdı.  Paris  sülh  konfransında  amerikan  nümayəndə  heyəti  mətbuat 
komitəsinin sədri S. Bekcr sonralar yazırdı ki, Rusiya Şimali İranda-Güney 
Azərbaycanda  tam  sərbəst  fəaliyyət  qazandı"".  Bu  müqavilə  köhnə  rus 
hökuməti devrilənədək ingilis, fransız və rus xalqlarından gizli saxlanıldı. 
Bununla belə. Güney Azərbaycanda Rusiya ilə İngiltərə arasında 
150 


kəskin  ziddiyyətlər  də  mövcud  idi.  Ziddiyyətlərin  bir  səbəbi  rus 
konsullarının və hərbi rəislərinin özbaşınalığı idi. Fransa prezidenti Raymon 
Puankare  “Dünya  müharibəsini  mənşəyi”  adlı  əsərində  rus  konsullarının 
İranda özlərini canişin kimi aparmalarından doğan ingilis-ms ziddiyyətlərini 
həll etməyə çalışdığını yazırdı’^l 
İngilis-rus  diplomatiyalan  İrana  aşağıdakıları  vəd  etdi:  1.  İranın 
müstəqilliyi təmin edilir; 2. 30 mln. uzunmüddətli istiqraz verilir; 3. İranın 
Rusiyaya  ödəyəcəyi  köhnə  istiqraz  borclannm  müddəti  5  il  uzadılır;  4. 
Türkiyəyə qarşı İran hökuməti müharibə elan edəcəyi təqdirdə rus və ingilis 
orduları İrana kömək edir; 5. İsveç zabitləri ölkədən çıxanlır'”. Əslində bu, 
İranın daxili işlərinə qanşmağın davarn etdirilməsi idi. 
Y. V. Çəmənzəminli yazırdı: “İranın bir daxili işləri yox idi ki, ona rus 
qarışmasın... Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat 
və tərəqqisinə çalışsın”'*'*. 
Güney  Azərbaycandan  ms  ordularının  çıxarılmasını  tələb  edən  İran 
hökuməti  ms-ingilis  diplomatiyasının  bu  təkliflərini  rədd  etdi.  Eyni 
zamanda İrandakı gənc türk demokratik partiyası da bu təkliflərə qarşı çıxdı. 
Ermənilərin  “Orizon”  qəzetinin  yazdığına  görə,  bu  partiya  almanların  və 
türklərin təsiri altında idi. Narazılıq şəraitində, aprelin 10-da İran hökuməti 
istefaya  getdi.  Həmin  gecə  rus  və  ingilis  səfirləri  gecə  yarıyadək  şahın 
yanında qalaraq hökumət qurmaq barədə öz təkliflərini irəli sürdülər. Onlar 
Saad Dövlə başda olmaqla hökumət qurmağı məsləhət gördülər. Saad Dövlə 
və  onun  ətrafındakı  şəxslər  köhnə  dövlət  xadimləri  olaraq  türk-alman 
təsirindən uzaq idilər. Lakin Saad Dövlə şahın təklifindən imtina etdi. Belə 
şəraitdə  ölkəni  ağır  vəziyyətdən  çıxartmaqdan  ötrü  ya  müharibəyə 
qoşulmaq,  ya  da  xalq  üsyanına  qoşulmaq  lazım  idi.  Lakin  İran  siyasi 
xadimlərinin  heç  biri  bu  işi  öz  üzərinə  götürmək  istəmirdi.  İngilis  və  rus 
səfirlərinin tələbindən sonra İran hökuməti türk-alman blokuna qarşı fəallıq 
göstərdi. Baş nazir Eynüd Dövlə seçildi. Məclis ona etimad göstərdi. Onun 
İranda qayda-qanun yaradacağına ümid edilirdi. Eynüd Dövlə İranın köhnə 
siyasi xadimlərindən idi. Müzəffərəddin şahın vaxtında sədrəzəm olmuşdu, 
İran tayfaları, xüsusən bəxtiyarilər arasında böyük nüfuza malik idi'**. 
1915-ci ilin aprelində Azərbaycanın general-qubernatoru Sərdar Rəşid 
vəzifəsindən  uzaulaşdırıldı.  Onun  yerini  vəliəhdin  şəxsi  məsləhətçisi, 
diplomat Nizam ül Mülk tutdu. Sərdar Rəşid 
151 


Azərbaycan ordusunun komandanı təyin cdildi'•"^ Bundan sonra Rusiya və 
İngiltərənin İran hökuməti üzərində təsiri gücləndi. 
Bütün  bunlarla  yanaşı  olaraq  Rusiya  Güney  Azərbaycanda  öz 
niyyətlərini  həyata  keçirtməkdən  ötrü  başqa  mühüm  addımlar  atdı.  Belə 
addımlardan biri Culfa-Təbriz yolunun əsasının qoyulması oldu. 1915-ci ilin 
aprelində  Cənubi  Azərbaycan  Culfası  -  Təbriz  domir  yolunun  əsasının 
qoyulması  mərasimində  Dövlət  Dumasının  üzvü  Papa-  canov,  Təbrizdəki 
rus konsulu, rus bankının müdiri, hərbi vo mülki hakimiyyət nümayəndələri 
iştirak  etdilər'”.  Dəmir  yolunun  əsasının  qoyulmasında  Rusiyanın'ciddi 
siyasi, iqtisadi  və  hərbi-strateji  maraqları  var idi.  Bu  yolla  Rusiya  Güney 
Azərbaycana  sahib  olmasını  asanlaşdırmağı,  təbii  sərvətlərini  daşımağı, 
İranın  içərilərinə,  İran  körfəzinə  və  Hind  okeanına  doğru  irolilomək 
məqsədi  güdürdü.  Lakin  bu  tədbirlər  də  Rusiyanın  nüfuzunu 
möhkəmləndinnədi və İranda daxili vəziyyəti yaxşılığa doğru dəyişdirmədi. 
İqtisadi  vəziyyətin  ağırlığı  xalqı  hiddətləndirirdi.  Aprelin  1  O-dan  ingilis 
bankına  qarşı  yürüşlər  başladı.  Xalq  bankın  kredit  biletlərini  baykot  etdi. 
Tehranda  hərbi  vəziyyət  elan  olundu.  İran  mətbuatı  hətta  ms  və  ingilis 
siyasəti  əleyhinə  yazılar  verməyə  başladı.  Mətbuatda  türklərlə  birləşmək 
açıq şəkildə təbliğ olundu. Saad Dövlə haqqında mənfi yazılar verildi. Bu 
zaman  İranda  ərzaq  çatışmırdı  və  çörək  yox  idi,  hökumət  böhranı  da 
dərinləşirdi.  Nüfuzunu  itirməkdə  olan  İran  hökumətinin  İngiltərə  və 
Rusiyanın tələblərini yerinə yetirib Türkiyəyə qarşı çıxmaq imkanı yox idi. 
Əslində  rus  və  ingilis  diplomatiyaları  İranın  bir  müsəlman  ölkəsi  kimi 
Türkiyəyə  qarşı  müharibə  elan  etməsini  arzuolunmaz  sayırdılar.  Çünki 
İranın  Türkiyəyə  açıq  şəkildə  müharibə  elan  etməsi  böyük  müsəlman 
ərazilərində müstəmləkələri olan İngiltərənin və əhalisinin böyük bir hissəsi 
müsəlman olan Rusiyanın daxilində çoxlu çətinliklər yaradardı. Ona görə də 
rus  və  ingilis  diplomatiyaları  İranın  tərəfsizliyini  qorumaqla  Antanta 
ölkələrinə  yardım  etməsini,  ərazisindən  türk,  alman  və  İsveç  agentlərini 
çıxarılmasını  tələb  edirdilər.  Onların  istəyinə  görə,  tərəfsiz  İran  əslində 
Antantanın müharibədə bilavasitə iştirak etməyən müttəfiqinə çerilməli idi. 
Lakin  İrandakı  iştimai  rəy  Rusiya  və  İngiltərənin  xeyrinə  deyildi. 
Korostoveç  1915-ci  il  25/12  mart  tarixli  20  №li  tam  məxfi  teleqramında 
Sazonova yazırdı ki, ictimai rəy İranın Rusiya və İngiltərə ilə birləşməsinə 
mane  olur.  Lakin  öz-özlü-  yündə  o  da  aydındır  ki,  farslar  heç  vəchlə 
Rusiyaya qarşı Türkiyə ilə birləşməyəcəklər'®“. 
152 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə