Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

barına aparan 7 verstlik yeraltı yol tapdılar. Ruslar belə hesab edirdilər ki, 
almanlar  bu  silah  anbarını  partlatmaqla  Rusiya-İran  münaqişəsi  yaratmaq 
məqsədi güdürdülər*". 
Təbrizin işğalından sonra şəhərin xristian sakinlərinin köçməsi dayandı. 
Köçənlərin  bir çoxu  Culfada  qaldı,  bir  qismi  isə Təbrizə  qayıtdı.  İmkanlı 
ermənilər  Marağadan  Təbrizə  köçməyə  başladılar.  Hətta  bir  çox  rus 
müəssisələrinin  də  Təbrizə  gətirilməsi  gözlənilirdi.  Erməni  qəzetləri 
yazırdılar ki, rusların Təbrizə gəlməsi ilə Azərbaycanın bütün rayonlannda 
tam sakitlik hökm sürür. 
Təbrizin  işğalından  sonra  kütləvi  həbslər  və  qətllər  başlandı.  Həbs 
olunanlann əksəriyyəti türklərlə gizli əlaqələrdə ittiham olunurdular*'. 
Rus diplomatiyası Türkiyə, Almaniya və Avstriya-Macarıstanın Güney 
Azərbaycanda hər hansı mümkün fəaliyyətinin dayandırılmasına çahşırdı*^ 
Rusiya  Güney  Azərbaycanda  köçəri  tayfaların  ruslar əleyhinə  çıxışlarının 
baş verəcəyindən rahatsız idi. “Kavkaz” qəzeti 1914-cü il noyabrın sonunda 
yazırdı ki. Tehrandakı türk səfiri Azim bəy (bəzi yerdə Asim bəy yazılır - M. 
Q.) alman missiyası ilə birlikdə Türkiyə sərhəddindəki Azərbaycanda köçəri 
tayfalar  arasında  Rusiyaya  qarşı  təbliğat  aparır.  Lakin  Tehran  ruhaniləri, 
Təbriz,  Nəcəf,  İsfahan  müştəhidləri  ölkənin  tərəfsizliyinin  qorunmasına 
tərəfdardırlar*". 
Buna bənzər məlumat dekabr ayında da verildi. Məlumatda göstərilirdi 
ki. Asim bəy və alman nümayəndəliyi Tehranda və Türkiyə ilə sərhəd olan 
vilayətlərdə, Azərbaycanda köçəri tayfaları rusların əleyhinə qaldırmaqdan 
ötrü güclü təbliğat aparırlar. Lakin onlar uğur qazana bilmirlər. Türk-alman 
diplomatiyası  panislamçı  təbliğatla  istəyinə  çata  bilmir.  Köçəri  tayfalar 
panislamçı təbliğata fikir vermirlər*^. 
Müştəhidlərin əhalini sakitliyə çağırmalan haqqında məlumatı az sonra 
Rusiya  mətbuatı  özü  təkzib  etdi.  “Kaspiy”  qəzetin-  i  1914-cü  il  8  dekabr 
tarixli  271-ci  sayında  deyilirdi  ki,  şübhəsiz,  Tehranda  türk  və  almanlar 
tərəfindən intriqalar vardır. Onlar İran hökumətində tərəddüdlər yaradırlar. 
Təbrizdə  Əmir  Heşmatın  şəhərin  baş  müştəhidi  Mirzə  Kərimə  yazdığı 
məktubu  ələ  keçirilmişdir. Məktubda  Azərbaycanda  əhalinin  ruslara  qarşı 
qaldırılması üçün təbliğat aparılması məsləhət görülür. Məktubda deyilirdi: 
“Mən  müqəddəs  müharibənin  uğuruna  inanmasam  da,  hər  halda  Siz, 
ruhaniliyin  və  xalqın  rəhbəri  kimi  həmvətənlərimiz  içərisində  ruslara  və 
ermənilərə qarşı 
135 


geniş  təbliğat  aparmalısınız.  Biz  türklərlə  birlikdə  fəaliyyət 
göstərməliyik”“. 
Azərbaycandakı türk səfiri alman səfirinə o qədər tez-tez baş çəkirdi ki, 
hətta  alman  səfirinin  müsəlmanlığı  qəbul  etməsi  barədə  şayiələr  də 
yayılırdı. Rusiya mətbuatının məlumatına görə, Tehrandakı türk missiyası 
vərəqələr  yayır  və  əhaliyə  gizlincə  silah  paylayırdı.  Rusiya  diplomatiyası 
bunu  İran  hökumətinin  türk-alman  intriqalarına  rəğbət  bəsləməsi  kimi 
qiymətləndirirdi“.  Qeyd  etmək  lazımdır  ki,  türk  diplomatiyası  öz 
fəaliyyətində İran hökuməti tərəfindən heç bir müqavimətə rast gəlmirdi". 
Stokholmda çıxan “S. T”. qəzetində İran ordusunda xidmət edən İsveç 
təlimatçılarmdan  birinin  dərc  olunmuş  yazısında  almanların  və  türklərin 
farslar  arasında  güclü  təbliğat  apardıqları  deyilirdi.  Göstərilirdi  ki,  alman 
qızılı işə salınmışdır. Kürd rəhbərləri, mollalar və mətbuatın bir hissəsi satın 
alınmışdır.  Almanların  satın  aldıqları  fars  agentləri  əhalini  ruslara  və 
inigilislərə qarşı qaldırmaqdan ötrü şayiə yayırlar ki, alman imperatoru öz 
ordusunu Türkiyədən keçirərək əhalini ingilis-rus zülmündən xilas etmək və 
Qafqazı tutmaq üçün İrana göndərir. Alman zabitlərinin İrana gəiməsində 
məqsəd alman ordularının türklərlə və kürdlərlə birgə Qafqaza yürüş planını 
həyata keçirtməklə bağlı işləri hazırlamaqdan ibarətdir“. Lakin Türkiyə və 
Almaniya Təbrizin işğalı ilə və törədilən qətliamlarla barışmadılar. 
Rusların Təbirzdən qovulmasından sonra 
diplomatik-siyasi mübarizə 
Qafqaz  cəbhəsində  gərgin  döyüşlər  başladıqdan  və  rus  ordu  hissələri 
Güney Azərbaycana hücuma keçdikdən sonra ermənilərin Urmi- yə. Salmas 
və başqa yerlərdə terrorçuluq hərəkətlərini genişləndirmələri Türkiyəni qəti 
tədbirlər  görməyə  məcbur  etdi.  Lakin  bu  istiqamətdə  türklərin  güclü 
qüvvələr  göndərmək  imkanı  zəif  idi.  Türklər  əsas  qüvvələrini  Batum  və 
Sarıqamış istiqamətinə yeritdiklərindən Güney Azərbaycana zəif qüvvələr 
göndərdilər.  Bununla  belə,  yerli  əhalinin  Türkiyəni  müdafiə  edərək 
dəstə-dəstə türk ordusu tərəfinə keçməsi hücumu asanlaşdırırdı. 
“İttihad və tərəqqi” partiyasının Qafqaz işləri üzrə baş müşaviri Ömər 
Naci Quzey və Güney Azərbaycanın birləşdirilməsi və Türkiyənin himayəsi 
altında  Vahid  Azərbaycan  dövləti  yaratmaq  məqsədilə  könüllü  dəstələrlə 
noyabrın 8-də Güney Azərbaycana girərək əya 
136 


lətin qərb hissəsinə sahib oldu. 
Türk  ordusu  Güney  Azərbaycanda  böyük  rəğbətlə  qarşılandı.  Təkcə 
İran  jandarmasından  6  min  nəfər  Türkiyə  tərəfə  keçdi*’.  Türk  hücumu 
ərəfəsində  20  min  kürd Türkiyə  tərəfinə  keçərək  ruslara  qarşı  vuruşmağa 
başladı”. 
Türk  ordu  hissəsinin  Güney  Azərbaycana  hücumu  təkcə  müharibə 
tələblərindən  irəli  gəlmirdi.  Onun  strateji  məqsədləri  var  idi.  T.  Svya- 
taxovski  gənc  türklərin  rəhbərlərindən  biri  və  osmanlılann  Qafqaz 
siyasətinin  rəhbəri  Ömər  Nacinin  Güney  Azərbaycan  və  Şərqi  Qafqazın 
müfəttişi kimi göndərilməsini Osmanlı imperatorluğunun iki Azərbaycanı 
birləşdirmək  istəyi  və  bunun  Osmanlı  himayəsində  ediləcəyi  kimi 
qiymətləndirir”. 
Türklərin Təbrizdən rusları qovmaq səyləri İranın da mənafeyinə uyğun 
idi.  Avropa  müharibəsi  başlayandan  bəri  İran  Türkiyə  və  Almaniyanın 
köməyi  ilə  Azərbaycanı  ruslardan  təmizləməyi,  Rusiya  və  İn-  gilərənin 
boyunduruğundan  yaxa  qurtarmağı  arzulayırdı”.  Bununla  belə,  İran 
hökuməti öz hərəkətlərində kifayət qədər ehtiyatlı idi. Türkiyənin qəzavat 
elan etməsinə İranın münasibəti birmənalı deyildi. 
1914-
 
cü  il  noyabrın  əvvəllərində  “Тифлисский  листок”ип  əməkdaşı 
İranın Tiflisdəki konsulu Mircəfərxan Saed ül Mülklə görüşündə qə- zavata 
İranın münasibəti barədə sual verdi. Konsul bildirdi ki, bu məsələdə dəqiq 
proqnoz  vermək  vaxtsızdır.  Mənim  məlumatlarıma  və  iranlılarla 
görüşlərimə  əsasən  deyə  bilərəm  ki,  fitva  İran  əhalisi  içərisində  xüsusi 
təəssürat  doğurmamışdır.  Türkiyənin  yeni  çıxışı  ilə  mübarizə  üçün  İran 
hökuməti  addımlar  atmışdır.  Tehrandakı  bizim  mollalar  bütün  şəhərlərə 
teleqram  göndərərək  Türkiyənin  elan  etdiyi  qə-  zavata  fikir  verməməyi 
tapşırmışlar  və  onun  iranlılar  üçün  məcburi  olmadığını  demişlər.  İran 
hökuməti  türk  iddialanna  qarşı  enerjili  mübarizə  aparır.  İran  kabinetinin 
sədri və üzvləri İranın ciddi tərəfsizliyinə tərəfdardırlar. Müharibə başlayan 
kimi  Mustaf  ül  Mamələk  Tehranın  bütün  qəzet  redaktorlanm  yanma 
çağıraraq döyüşən ölkələr haqqında kəskin söz deməməyi məsləhət gördü. 
İran  hökuməti  Türkiyənin  Güney  Azərbaycandan  keçərək  Rusiyaya 
hücum  etməsi  niyyətlərini  qəbul  etməyərək,  buna  manevr  kimi  baxırdı. 
Əlbəttə, konsulun söylədikləri İranın ehtiyatlı rəsmi mövqeyi idi. Xalq isə 
Güney Azərbaycandan rusların qovulmasını və türklərin gəlməsini istəyirdi. 
Xalqın tələbi ilə noyabr ayında Təbrizdən Rusiya bankı çıxarıldı. Xalq eyni 
ilə ingilis bankının vəsaitinin gümüşə çev 
137 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə