Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

edilməsinə  çalışırdı.  Bu  məqsədlərinə  çatmaqdan  ötrü  rus  diplomatiyası 
bütün vasitələrdən istifadə edirdi. 
Azərbaycanın  Rusiya  meyilli  general-qubernatoru  Şüca  üd  Dövlə 
Tehran  hökuməti  tərəfindən  vəzifəsindən  uzaqlaşdırıldıqdan  sonra  onun 
yerinə  Sərdar  Rəşid  təyin  edildi.  Lakin  Sərdar  Rəşidin  yerli  liberal 
elementlərlə 
əlaqəyə 
girməsi 
və 
əyalət 
başçılarını 
ruslarla 
məsləhətləşmədən  təyin  etməsi,  vergilərin  yığılması  barədə  belçikalılarla 
əlaqəyə girməsi Təbrizdəki konsul Orlovu rahatsız etdi. O, Sərdar Rəşidlə 
söhbətində bildirdi ki, Rusiya onun namizədliyini müdafiə edərkən sadiq 
qalacağı  barədə  vədlərinə  inanmışdır,  onun  hərəkətləri  vədlərinə  uyğun 
gəlməsə onu bu vəzifədə saxlamağa Rusiyanın heç bir əsası olmayacaqdır. 
Əgər onun tərəfindən əks hərəkətə rast gəlinsə, onda qətiyyətli tədbirlərə əl 
atılacaqdır,  nəinki  o,  gencral-qubcrnator-  luqdan,  hətta  Azərbaycandan 
uzaqlaşdırılacaqdır. 
Sərdar  Rəşidə  təzyiq  edən  Orlov  keçmiş  general-qubernator  Şüca  üd 
Dövlənin Yaltaya səfərini Klemmin 1914-cü il 22/9 sentyabr tarixli 2833 
№li teleqramına əsasən təxirə salaraq belə bir şayiə yaymağı tapşırdı: “Şüca 
üd  Dövlə  vəzifəsinə  qaytarılacaqdır”.  Orlov  Sazonova  1914-cü  il  23/10 
sentyabr  tarixli  671  №li  teleqramı  ilə  bu  barədə  Xarici  İşlər  nazirinə 
məlumat verdi’’. 
Güney Azərbaycanda Tehran hökumətinin nisbətən müstəqil addımlar 
atması Rusiya diplomatiyasının kəskin narazılığına səbəb oldu. 
Rusiya  konsullarının  Güney  Azərbaycanda  özbaşınalığının  İran 
hakimiyyəti  tərəfindən  qarşısını  almağa  yönələn  tədbirlərini  rus 
diplomatiyası mənfi qarşıladı. Rusiya XİN III siyasi şöbəsinin məsləhətçisi 
V.  O.  fon  Klemm  Təbrizdəki  rus  baş  konsulu  Orlova  1914-cü  il  26/16 
sentyabr  tarixli  2916  №li  şəxsən  teleqramında  yazırdı  ki,  konsulların 
idarəçiliyi hər yerdə öz əllərinə keçirmələrinə can atmaları bizim müdafiə 
etdiyimiz şah rejiminin nüfiızunu sarsıdır və farsların heysiyyasına toxunur, 
bizə qarşı ümumi əsəbilik və ingilis-rus sazişini pozmağımıza dair yersiz 
tənələr  yaradır.  Konsullar  yerli  administrasiyanı  yalnız  mənəvi  cəhətdən 
tabe  etməlidirlər,  sonuncunu  (idarəçiliyi)  hər  yerdə  arxa  plana 
keçirtməlidirlər.  Güney  Azərbaycanda  mövqelərimiz  güclü  olduğundan 
buna asanlıqla nail olmaq olar. V. O. fon Klemm yerli administrasiyanın 
maaşlarını verməyi rus konsullarının öz üzərlərinə götürmələrini və Sərdar 
Rəşidə əyalət vəzifələrinə öz adamlarını götürməyə mane olmamağı tövsiyə 
etdi. Eyni zamanda Şüca üd Dövlədən uzaqlaşmağı tapşırdı”. Sazonov da 
1914-cü il 10 
124 


sentyabr (28 avqust) tarixli 2546 №li teleqramında Korostoveçə bildirdi ki
konsullara  nümayəndoliyin  xüsusi  icazəsi  olmadan  yerli  hakimiyyəti 
dəyişmək və ümumiyyətlə, şah hökumətinin hər hansı suveren hüquqlarını 
pozmaq qadağan edilir^^ 
Bunu  Təbrizdəki  rus  konsulu  Orlovun  Xarici  İşlər  naziri  Sazonova 
1914-cü  il  15/12  oktyabr  tarixli  726  №li  teleqramı  və  S.  D.  Sazanovun 
Tehrandakı  rus  diplomatik  nümayəndəsi  Korostoveçə  1914-cü  il  18/5 
oktyabr  tarixli  3338  №li  teleqramı  təsdiq  edir^“.  S.  D.  Sazonovun 
Korostoveçə  göndərdiyi  teleqramda  deyilirdi:  “Xeyli  maraqlarımızın 
olduğu  Quzey  İranda  qubernatorlar  təyin  edilərkən  hər  iki  tərəf  üçün  ar- 
zuedilməz  mürəkkəbliklərdən  yaxa  qurtarmaqdan  ötrü  həmişə 
nümayəndəliklə  razılaşdırılardı.  Bu  barədə  şah  hökumətinə  xatırlatmamzı 
faydalı,  bir  qayda  olaraq  geri  çəkilməməyi  Sizdən  xahiş  edirəm.  Əks 
təqdirdə  bizim  konsullar  təyin  edilmiş  məmurları  tammamağa  məcbur 
olacaqlar“. 
Rus  hökuməti  Güney  Azərbaycanın  idarə  olunmasına  olan  iddiasını 
açıqca  bildirirdi.  Sazonov  1914-cü  il  21/8  oktyabr  tarixli  3391  №li 
teleqramında Korostoveçə yazırdı: “... Türkiyə ilə indiki gərgin vəziyyətdə 
və sərhəd Qafqaz Azərbaycanının bizim üçün mühüm əhəmiyyət daşıdığı 
şəraitdə bu əyalətin idarə olunması yalnız bizim istəyimizlə, razılığa uyğun 
olaraq həll edilə bilər”“. 
Eyni  zamanda  rus  diplomatiyası  İran  hökuməti  nazirlərinin  türkləri 
müdafiə  etməsindən  narahat  olaraq  buna  Rusiyanın  nüfuzuna  zərbə  kimi 
baxırdı.  Sazonov  yazırdı  ki,  müharibə  İranda  Rusiyanın  maraqlarını 
qətiyyən  dəyişdirə  bilməz.  O,  Rusiyanın  Azərbaycan  üçün  3  min  nəfər 
kazakdan  ibarət  yeni  dəstəsinin  hazırlanmasını  mümkün  hesab  edərək 
Azərbaycanda gizli niyyətləri olmadığını bildirdi“. 
Rus hökuməti Güney Azərbaycanın iqtisadiyyatını, təbii sərvətlərini və 
maliyyəsini  ələ  keçirtməyə  çalışırdı.  Rus  hökumətinin  Güney 
Azərbaycandakı  konsullarına  vergi  toplamaq  barədə  göstərişlər  verməsi 
İran  və  İngiltərə  hökumətlərinin  kəskin  narazılığına  səbəb  oldu  və 
diplomatik yazışmalar obyektinə çevrildi. S. D. Sazonov 1914-cü il 24/11 
sentyabr tarixli 2871 №li teleqramında Korostoveçə yazırdı: “Şimali İranın 
başlıca mərkəzlərində inkasso edilmiş maliatm bizim və İngiltərə bankları 
arasında bölüşdürülməsi təklifləri ilə razılaşa bilmərik. Maliat 1912-ci ildə 
olduğu kimi tamamilə bizim banka daxil olmalıdır. Bunda israr etməyinizi 
xahiş  edirəm.  Öz  tərəfimdən  mən  Böyük  Britaniya  səfirinin  diqqətinə 
Şahənşah bankının, bizim nüfiız da 
125 


irəsinə soxulmasının yolverilməzliyini çatdırdım”^*. 
Rusiya  konsulları  vergiləri  yığmağa  başladıqları  andan  Güney 
Azərbaycanda vergilərin toplanması xeyli dərəcədə aşağı düşdü və dövlət 
xəzinəsinə bu məbləğdən demək olar ki, heç nə daxil olmadı. 
Rusiya  konsullarının  vergi  yığmaları  ingilis  diplomatiyasının  kəskin 
narazılığına səbəb oldu. İngiltərənin Petroqraddakı səfiri Corc V. Byukenen 
1914-cü  il  25/12  sentyabr  tarixli  məktubunda  Sazonova  etiraz  etdi. 
Məktubda göstərilirdi ki, Rusiya konsulları vergiləri yığmağa başlayandan 
sonra Güney Azərbaycanda vergilərin alınması xeyli aşağı düşmüşdür və 
dövlət  xəzinəsinə  heç  nə  daxil  olmamışdır.  Azərbaycanda  və  Astrabadda 
vergi  ödəyənlər  vergilərin  Rusiya  konsulluğuna  ödənilməsinə  məcbur 
edilirlər.  Məktubda  daha  sonra  Petroqrad  hakimiyyətinin  Güney 
Azərbaycandakı rəsmi və qeyri-rəsmi agentlərinin fəaliyyətindən xəbərsiz 
olduğu  yazılırdı.  Səfir  rus  konsullarının  bəx-  tiyariləri  ingilislərə  qarşı 
qaldırmalarını da Sazonovun diqqotinə çatdırdı. Eyni zamanda səfir İranda 
rus-ingilis  ziddiyyətlərinin  olması  barədə  formalaşan  fikri  də  Xarici  İşlər 
nazirinə yazdı”. 
Tehrandakı  diplomatik  nümayəndə  Korostoveç  S.  D.  Sazonova 
1914-cü il 2 oktyabr/19 sentyabr tarixli 477 №li teleqramında eyni məsələ 
ilə  bağlı  olaraq  yazırdı  ki.  Güney  Azərbaycanda  əhali  maliatın  rus 
banklarına verilməsi ilə razılaşmaqda çətinlik çəkir, bununla İranın rus və 
ingilis  nüfuz  dairəsinə  bölüşdürülməsinin  xüsusilə  aydın  qeyd 
ediləcəyindən qorxuf". 
Rusiya  Xarici  İşlər  nazirliyi  1914-cü  il  3  oktyabr/20  sentyabr  tarixli 
yaddaş qeydi ilə ingilis səfiri Corc. V. Byukenenə etiraz edərək bildirdi ki. 
Güney Azərbaycanda vergilərin azalmasının səbəbi Rusiyada səfərbərliklə 
əlaqədar olaraq dəmiryol xidmətinin xeyli dərəcədə pozulması ilə bağlıdıf. 
Güney Azərbaycan ərazisində Türkiyə əleyhinə terrorçu 
dəstələrin yaraddmasj. Türkçülərə qarşı mübarizə 
Rus  hökuməti  Güney  Azərbaycandakı  konsullarının  və  hərbi 
hissələrinin  komandanlarımn  rəhbərliyi  ilə  bu  ərazidən  Türkiyəyə  qarşı 
terrorçuluq  hərəkətləri  üçün  istifadə  edirdi.  Bu  işə  əsasən  ermənilər  və 
suriyalılar  cəlb  edildilər.  Rus  hökuməti  onlan  silahlandıraraq  terrorçu 
dəstələr yaratdı və terrorçuluq aktlarının törədiləcəyi yerləri konkret olaraq 
dəqiqləşdirdi.  Türkiyə  Rusiyaya  qarşı  müharibəyə  başladıqda  həmin 
dəstələrin terrorçuluq hərəkətləri və dinc türk əhalini kütləvi 
126 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə