Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

da Qafqaz canişinliyinə çatdırılacağını yazırdı. Bu arayışdan sonra Qafqaz 
hərbi dairəsi 1915-ci il dekabrın 7-də İran konsulunun Bakıdan un və qənd 
almasını  dayandırmaq  barədə  əmr  verdi’“.  Belə  qadağan  İran  tərəfindən 
narazılığa səbəb oldu. Rusiya Xarici İşlər naziri S. D. Sazonov 1915-ci il 11 
dekabr  thrixli  6342  №li  teleqramında  Qafqaz  canişininə  taxılın  Bakıdan 
buraxılmasına İran nümayəndəsinin etiraz etdiyini yazaraq bildirdi ki, indiki 
halda məhsulların aparılmasının dayandırılması bizi çətin vəziyyətə salar. 
Məhsulların  verilməsi  isə  İran  tərəfinə  bizim  xüsusi  diqqət  yetirməyimiz 
kimi qiymətləndirilə bilər^“. Sazonov qəndin buraxılmasına icazə verməyi 
Qafqaz canişinindən xahiş etdi. 
Rusiya XİN III siyasi şöbəsinin məsləhətçisi fon Klemm 1915-ci il 15 
dekabr  tarixli  6421  №li  teleqramında  Qafqaz  canişini  yanında  diplomatik 
məmura yazırdı ki, məhsulların verilməməsi əhalini bizə qarşı qaldırar. İran 
nümayəndəsi  ərzağı  müsəlman  bayramı  üçün  alır.  Nümayəndə  qəndin 
Skobelev  və  Maçaret  tərəfindən  aparılmasını  təklif  edir.  Bu  mal  Davud 
xanın  iştirakı  olmadan  alınmışdır.  Hər  halda  malların  aparılmasını 
ləngitmək lazım deyildir. Bu, İranla dostluq münasibətlərini pozar və intriqa 
yaradar. Qəndin İrandan keçiriləcək Türkiyəyə aparılmasının əsası yoxdur“. 
Bununla  belə,  hakimiyyət  orqanları  ona  aşağıdan  mane  olmaq  üçün 
cəhdlər edir və mətbuat vasitəsi ilə ictimai rəyi hazırlayırdılar. “Kas- piy” 
qəzeti 1916-cı il 6 yanvar tarixli 4-cü nömrəsində “Qənd işi” adlı məqalə 
çap  etdirdi.  Məqalədə  şəhərdəki  qənd  qıtlığı  İrana  qənd  satılması  ilə 
əlaqələndirilirdi“■^ 
Bakı şəhər polis idarəsinin köməkçisi Mixaylovski Qafqaz hərbi dairəsi 
rəisinə  1916-cı  il  8  yanvar  tarixli  88  №li  məxfi  məktubunda  İrana 
məhsulların  aparılmasının  Bakının  təchizatına  zərbə  vurduğunu,  qıtlıq 
yaratdığını,  yerli  hakimiyyət  orqanlarını  nüfuzdan  saldığını,  alverçilərin 
fəallaşdığını və ordu təchizatının pisləşdiyini yazdı. O, Sko- belevin qənd 
fabrikinin  sahibi  deyil,  dəyirman  sahibi  olduğunu  bildirdi.  Məktubda 
konsulun hərəkətlərinin Rusiya üçün zərərli olduğu göstərilirdi“^ 
Rus hakimiyyət orqanları “qənd işini” bütövlükdə, ərzaq aparılmasını 
izləməyə və türkçü kimi tanınan İran konsulu haqqında məlumat toplamağa 
başladılar.  Bakı  quberniya  jandarma  idarəsi  rəisinin  müavini  1916-cı  il  8 
yanvar  tarixli  26  №li  təcili,  məxfi  məlumatında  bildirdi  ki,  həqiqətən 
Ənzəlidə 25, Meşedesdə 9, Bəndər Qiyasda 2 və Fəri- 
116 


mabadda  2  vaqon  qənd  boşaldıldı’".  Yüklər  “Br.  S.  i  İ.  Skobelev  S  cə- 
miyyəti”nin  tapşırığı  ilə  boşaldıldı.  Əslində  qəbzlərdə  malları  göndərənin 
Davud  xan  olduğu  göstərilir.  Yerlərdə  malların  kim  tərəfindən  alındığı 
molum deyildir'’’^. 
Rusiyanın Ənzəlidəki vitse-konsulu 1916-eı il 16 yanvar tarixli 131№li 
tam məxfi məktubunda Bakı şəhər polis rəisinə yazırdı: “Apardığım təhqiqat 
söyləməyə əsas verir ki, İrana gətirilən məlum miqdarda un İran əhalisinin, 
Ənzəlidəki və Rəştdəki rus koloniyalarının ehtiyaelarına verildi”“''. 
Vitse-konsulun  1916-cı  il  yanvarın  24-də  201№li  məxfi  məktubunda 
bildirilirdi ki, Bakıdan göndərilən qənd qəbzdə göstərilən şəxslər tərəfindən 
qəbul edilərək Rəşt, Qəzvin və Tehrana göndərilir, eüzi qismi isə Ənzəlidə 
və onun ətrafında satılır”“. 
Bakı  jandarma  idarəsi  Əlahiddə  korpusunun  rotmistri  Qusakov  İran 
təbəələrinin anonim məktubunu təhqiq edərək 1916-cı il fevralın 13- də 2№li 
məxfi məktubunda belə nəticəyə gəldi: 1). Davud xanın türklərin əsirlikdən 
qaçmasına  kömək  etməsi  və  onlara  İran  posportu  verməsi  iddiaları  Bakı 
dairə məhkəməsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin sərəncamına 
verilsin; 2). “İran ehtiyacları” üçün alman un və qənd həqiqətən Ənzəlidə, 
Rəştdə  və  başqa  yerlərdə  xüsusi  tacirlərə  satılmışdır.  İş  üzrə  təhqiqat 
dayandırılsın  və  iş  Bakı  quberniya  jandarma  idarəsinin  rəisinə  təqdim 
edilsin”'. 
İran  Xarici  İşlər  nazirliyi  Bakıdakı  İran  konsulunun  katibi  Mirzə 
Əsədulla  xanın  İrəvanda  İran  vitse-konsulu  kimi  tanınmasını  xahiş  etdi. 
Lakin  hakimiyyət  orqanları  buna  mane  olurdular.  Qafqaz  canişinliyinin 
1916-cı  il  2  mart  tarixli  1127№li  tam  məxfi,  təcili  arayışında  deyilirdi  ki, 
Bakı  quberniya  jandarma  idarəsinə  daxil  olan  anonim  şikayətə  görə, 
Bakıdakı İran konsulu Davud xan Nüsrətül Vezare hər ay 2 min ton unu İran 
ehtiyacları  üçün  aparmaq  barədə  icazə  alsa  da,  onu  Bakıda  konsulluğun 
katibi Mirzə Əsədulla xanla müştərək satdırırlar. Onlar konsulluq binasında 
guya ticarət edirlər. Konsul ticarətlə məşğuldur, İrana aparılmalı olan unu və 
qəndi Ənzəlidə və Rəştdə xüsusi tacirlərə'satır”'. 
Qafqaz  canişinliyinin  ərzaq  işləri  üzrə  səlahiyyətli  nümayəndəsi  ona 
göndərilən  5  mart  tarixli  1184  №li  məxfi  məktuba  cavab  oİaraq  14  mart 
taıxli  2355  №li  məxfi  məktubunda  bildirdi  ki,  İran  konsulu  Davud  xan 
Nüsrət  ül  Vczarenin  fəaliyyəti  haqqında  onun  əlində  heç  bir  məlumat 
yoxdur”'. Canişinliyin xüsusi şöbəsi 5 mart tarixli 1185 №li 
117 


məxfi  məktubunda  dəftərxanadan  konsul  barədə  məlumat  verməyi  xahiş 
etdi”f Cavab məktubunda 10 mart tarixli 168 №li məlumat ilə dəftərxana 
konsulun ticarətlə məşğul olduğunu və məlumatın 1915-ci il 6 dekabr tarixli 
3164 №li məxfi məktubla Bakı quberniya jandarma idarəsinə təhqiqat üçün 
göndərildiyini göstərdi”-^ Lakin təhqiqatın nəticələri məlum deyildi. 
Hakimiyyət  orqanları  Azərbaycandan  ərzaq  daşınması  işindən  mü- 
səlmanlan  uzaqlaşdırıb,  onu  erməni  və  digər  xristian  xalqların 
nümayəndələrinə vermək istəyirdi. 
1916-
 
cı ilin martında ərzaq üzrə səlahiyyətli nümayəndə, general- 
mayor Kalmakov Mesrop Qriqoryansa aprel ayı ərzində Bakıdan Aşqabada 
20 vaqon unun ordu ehtiyacı üçün daşınmasına icazə verilməsini Bakı şəhər 
başçısından xahiş etdi”‘. 
Bakı  qənd  zavodu  ordunun  təminatında  mühüm  rol  oynayırdı.  Bakı 
şəhər  başçısı  zavod  rəhbərliyinə  yazdığı  1916-cı  il  fevral  tarixli  215  №li 
məktubunda  47  könüllü  üçün  20  pud  qənd  ayrılmasını  xahiş  et-  dP’., 
Bundan sonra ordunun və arxanın qəndlə təmin edilməsində erməni Georgi 
Qandalyans^’“, gürcü Arsen Qoqolişvili və b. əsas rol oynadılar^™. 
Lakin  bu  şəxslər  ordunu  təchiz  etmək  adı  altında  fırıldaqçı  ticarət 
əməliyyatları ilə məşğul idilər. Fırıldaqçılıqla Bakıdan ərzağın çıxarılması 
Azərbaycanda  böhran  yaradırdı.  Kartof,  soğan,  buğda,  lobya,  un,  pambıq 
yağı, yumurta, qənd və b. çatışmırdı. Bunu Maştağa kəndinin səlahiyyətli 
nümayəndəsi  Mütəllib  Hüseynovun  və  kənd  sakini  Məlik  Əliyevin  Bakı 
şəhər rəisinə 1916-cı il 3 noyabr tarixli məktubu sübut edifi*°. Məktubda^ 
yaranan vəziyyət göstərilir və ərzağın çıxarılmasına etiraz edilirdi. 
Qafqaz canişinliyi dəftərxanasının xüsusi şöbəsi 1916-cı ilin iyulunda 
XİN-in  sərhəd  əlaqələri  üzrə  məmuruna  məxfi  məktubunda  Davud  xanın 
əməllərini  və  alman  məhsulların  “İran  ehtiyacları”  üçün  olub-olmadığını 
yoxlamağı xahiş etdi^"'. 
Bakı şəhər polis rəisinin 1916-cı il 13 iyun tarixli 3355 №li məxfi, təcili 
məktubunda  Qafqaz  hərbi  dairəsi  rəhbərliyinə  bildirildi  ki.  Davud  xan 
kommersiya  kombinasiyaları  ilə  məşğuldur.  Ona  qəndin  pudu  9  rub  25 
qəpikdən satılıb, o isə yerdə qəndin pudunu 13 rubla satır və hər pudda 3 
rubl gəlir götürür. Davud xan qəndin aparılmasında alver məqsədi güdür. 
Lakin  ordularımızın  Həmədanı  tutması  bu  ərzağın  Türkiyəyə  verilməsini 
mümkünsüz edir. Anonim məlumata görə, Da 
118 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə