Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   32   33   34   35   36   37   38   39   ...   99

Cobholordo  döyiişən  ingilis  diviziyalarının  sayı  1914-cü  ildə  20-  68, 
1915-ci ildo 77-79, 19İ6-cı ildə 136-158, 1917-ci ildə 112-116, 1918-ci ildo 
85 idi’”. 1914-1920-ci illordə İngiltərənin hərbi xərcləri 3 dəfə artdı’”'. 
Bakıda  noşr  olunan  “Кавказский  телеграф””  qəzeti  İngiltərə 
hökumətinin məlumatına əsaslanaraq, müharibənin bir gününün ingilislərə 
1 mln. funt sterlinqə, fransızlara 46 mln. funt sterlinqə başa gədiyini yazırdı. 
Hər bir əsgərə bir gündə 11,5 frank xərclənirdi. Avstriya-Macarıstanın və 
Almaniyanın  bir  günlük  xərcləri  105  mln.  frank,  Türkiyənin  bir  günlük 
xərcləri isə 10 mln. frank idi. Bütövlükdə, müharibənin bir günlük xərcləri 
230-240 mln. franka çatırdd”. 
Regionda  döyüşən  dövlətlərin  gizli  xidmət  orqanlan  bir-birləri  ilə 
kəskin  mübarizə  aparırdılar.  İngiltərə  Şərqdə  kəşfiyyat  xidmətindən 
məharətlə  istifadə  edirdi.  Mübarizədə  türk-alman  və  ingilis  kəşfiyyatları 
müxtəlif  metodlardan  istifadə  edirdilər.  Bu  işlə  əsasən  azsaylı  peşəkar 
zabitlər  məşğul  olurdular.  İngilislər  saqqallı  və  maskalanmış  zabitlərə 
üstünlük  verirdilər.  Türklərə  qarşı  mübarizədə  ingilis  kəşfiyyatı 
bədəvilərdən  əlaqə  agenti  və  silah  anbarları  barədə  məlumat  toplamaq 
vasitəsi kimi istifadə edirdi. Bədəvilər hər iki cəbhə xəttini asanlıqla keçə 
bilirdilər.  İngilislər onları  türk-alman  kəşfiyyatının  mərkəzi  olan  Dəməşq 
şəhərinə göndərir, aviasiya korpusu, silah, sursat və ərzaq barədə məlumat 
alırdılar.  İngilislər  türk  mövqelərinin  arxasında  agent-rezident  sandan 
korluq  çəkmirdilər.  Osmanlı  dövlətinə  nifrət  edən,  bəzən  də  paxıllıqdan 
suriyalı,  erməni  və  yunan  tacirləri  öz  xidmətlərini  təklif  etməkdən 
çəkinmirdilər.  Müharibə  dövründə  ingilis  kəşfiyyatçısı  işləmiş  kapitan 
Ferdinand  Toxay  türklərdən  məlumat  toplanılmasmda  avropalı  qadınların 
rolunu  açıqlayır.  Onun  yazdığına  görə,  avropalı  qadınlar  otellərdə  və 
restoranlarda artist adı ilə türk zabitləri ilə əlaqə quraraq, lazım gəldikdə isə, 
onlarla yatağa girərək məlumatları toplayırdılar. Müsəlman paltarı geyən və 
türk dilini bilən avropalı qadınlar gənc türk zabitlərini ələ ala bilirdilər^’". 
İngilis  kəşfiyyatçısının  yazdığına  görə,  onların  işləməsinə  şərait  yaradan 
amillərdən  biri  müsəlman  adət-ənənələri  idi.  Müsəlman  adət-ənənələrinə 
sadiq qalan və çadrada olan türk qadınları kimsəyə baxmırdılar, bu-' nunla 
da,  kəşfiyyatçılar  üçün  çətinlik  yaratmırdılar.  Yalnız  Dəməşqdə  qadınlar 
başlarını  nəinki  azca  yuxarı  qaldırmağa,  bəzən  hətta  ciddi  qaydaları 
pozmağa  cəsarət  edirdilər”'.  Kəşfiyyatın  türklərə  qarşı  mübarizə 
metodlarından biri Osmanlı dövlətini zəiflətmək məqsədilə 
107 


tayfalararası  və  millətlərarası  ziddiyyətlər  törətmək  və  onlardan  istifadə 
etmək  idi.  Ferdinand  Toxay  etiraf  edirdi  ki,  ingilis  kəşfiyyatı  tamamilə 
məlum  səbəblərə  görə  müharibə  davam  etdiyindən  tayfalara-  rası 
ixtilaflardan  məharətlə  istifadə  edirdi.  Bu,  isə  potensial  düşməni 
zəiflədirdi“. 
Alman  tarixçisi  Hans  Yürgen  Şröder  dəniz  donanmasının 
silahlanmasında ingilis-alman yarışmasının birinci dünya müharibəsində ən 
gözə  çarpan  xüsusiyyət  olduğunu  yazır”’.  ABŞ  və  Böyük  Britaniya 
Almaniyanın  bu  sahədə  sürətlə  silahlanmasının  qarşısını  almaqdan  ötrü 
yarışa  girdilər.  Hər  iki  ölkənin  xarici  siyasətinin  səciyyəvi  cəhəti 
Almaniyanın  qlobal  iddialarının  qarşısını  almaq  oldu”"'.  İngilislər  eyni 
zamanda,  Almaniyanın  müttəfiqi  olan  Türkiyənin  Qafqazda  hücumunu 
şirnikləşdirərək  Avropada  ingilis  kommunikasiyaları  üzərinə  türklərin 
hücumunun  əsl  mənada  qarşısını  aldılar”’.  Lloyd  Corc  bununla  belə, 
türklərin hərbi əməliyyatlar aparmalarında üstünlüklərini də qeyd edir. O 
yazırdı  ki,  biz  həmişə  gecikirdik.  Biz,  tələsməyən,  lənglikdə  tanınan 
türklərlə yarışa girirdik. Hər dəfə də türklər bu yarışı udurdular, məqsədə 
birinci çatırdılar. Öz lənglikləri ilə məşhur olan türklər hər yerdə bizdən tez 
olurdular, biz bütün şansları əldən verirdik”“. 
Fransanın  müharibə  ərəfəsində  ərazisi  3,7  mln.  kv.  km.,  əhalisi  56,4 
mln. nəfər olan müstəmləkəsi var idi. Birinci dünya müharibəsi ərəfəsində 
Fransanın Türkiyəyə kapital qoyuluşu 2 mlrd. 240 mln. frank, Almaniyanın 
kapital qoyuluşu 1 mlrd. 280 mln. frank, İngiltərənin kapital qoyuluşu isə 
750  mln.  frank  idi.  Beləliklə,  Fransa  kapital  qoyuluşunda  müttəfiqi  olan 
İngiltərəni, rəqibi olan Almaniyanı xeyli qabaqlayırdı. Osmanlı banklarında 
fransızların payı 59%, almanların payı 22%, ingilislərin payı isə 6,8% idi“. 
Türkiyənin dəmir yolİannda fransız kapitalının payı 48% idi. Fransız 
diplomatı Ponso deyirdi: “Türkiyəni düşmənlərimizin cərgəsinə çəkmək və 
onunla  qurtarmaq  lazımdır””".  Bununla  belə.  Fransız  diplomatiyası  türk 
nüfuzunda olan  əraziləri,  xüsusən,  boğazları  başqa  ölkələrə,  o  cümlədən, 
Rusiyaya güzəştə getmək istəmirdi. Sonralar Pu- ankare yazırdı: “Fransa 
heç vaxt öz Şərq siyasətini Rusiyanın xeyrinə dəyişməmişdir””’. 
Fransanın  Azərbaycanda  da  ciddi  maraqları  var  idi.  Bakı  neft 
sənayesində kapitalı olan Fransa Rusiyanın məğlub edilməsini və Bakı neft 
rayonunun Almaniya blokunun, xüsusən, Türkiyənin əlinə keç 
108 


məsini  istəmirdi.  Fransız  diplomatiyasına  görə,  Bakı  neft  rayonunun 
türklərin  əlinə  keçməsi  müharibənin  taleyini  Almaniya  blokunun  xeyrinə 
həll edərdi vo sonradan Türkiyəni bu türk məmləkətindən vurub çıxartmaq 
mümkün olmazdı. Cəbhələrdə döyüşən Fransız diviziyalarının sayı 1914-cu 
ildə aylar üzrə 74-75, 1915-ci ildə 75-81, 1916-ei ildə 99-112, 1917-ei ildə 
113-116,  1918-ci  ildə  isə  114  idi“".  Türk  tarixçisi  Yusul'Hikmct  Bayıır 
Osmanlı  imperatorluğunun  savaşa  qatılmasına  Fransanın  münasibətindən 
bəhs  edərək  yazır  ki.  Osmanlının  savaşa  qatılması  Fransa  üçün  birbaşa 
təhlükə  yaratmırdı,  çünki  onun  əlində  Qafqaz  vo  Misir  kimi  Osmanlı 
ölkəsinə bitişik yerlər yox idi. Fransa Almaniya ilə döyüşməkdə idi“'. 
Antanta  dövlətləri  1915-ci  il  aprelin  26-da  Londonda  müqavilə 
imzalayaraq Osmanlı imperatorluğunun Antalya bölgəsini İtaliyaya vermək 
barədə razılaşdılar“^ 
London müqaviləsindən tam bir il sonra - 1916-cı il aprelin 26-da ingilis 
diplomatı Mark Says və fransız diplomatı Q. Piko arasında sənəd imzalandı. 
Bu  sənədə  görə,  Türkiyənin  Güney  və  Güney-Qərb  Anadolu 
İ
1
İS.S
0
Sİ 
üç 
dövlət arasında bölüşdürülürdü. Bununla belə, Rusiyaya Qafqazda sərhədə 
yaxın yerlərin - Van, Ərzurum, Trabzon və Bitlis bölgələrinin qərb hissələri, 
Sivas, Xarput və Diyarbəkrin bir hissəsinin verilməsi nəzərdə tutulıırdır“. 
Says-Piko  müqaviləsindən  sonra  Peteqroda  gələn  ingilis  Xarici  İşlər 
naziri ser Mark Says Rusiya Xarici işlər naziri S. D. Sazonovla görüşərək 
ingilis-fransız  danışıqları  haqqında  məlumat  verdi“''.  Sazonov  Fransanın 
İrandakı iddialarına qarşı çıxdı. Çünki 1907-ci il rus-ingilis sazişinə görə. 
Güney  Azərbaycan  rus  nüfuz  dairəsi  sayılırdı.  Rusiya  diplomatiyası 
gələcəkdə  ingilis  və  fransız  diplomatiyalarının  ona  qarşı  çıxacağından 
rahatsız  idi.  Rusiyanın  etirazlarından  sonra  ingilis  diplomatiyası  “mavi 
fransız  bölgəsi”ni  fransız  sahəsindən  çıxardaraq  rus  nüfuzu.  Kiçik 
Ermənistanın  şimal  hissəsini  isə  fransızların  hissəsi  hesab  etdi.  Tərəflər 
Ermənistan bölgəsinin Osmanlı hakimiyyətində saxlanmasını mümkünsüz 
saydılar. Onlar Ermənistan məsələsinin aşağıdakı formaların birində həllini 
təklif etdilər: a) Türk hökmranlığı (süzeraniti) altında bir erməni hökuməti 
qurmaq. Bu, ikinci bir Bolqa- nstan yaratmaq deməkdir (1878-ci ildə Berlin 
müqaviləsindən  sonra  yaradılan  Bolqarıstan  Makedoniyaya  qarşı 
münaqişəyə başlamışdı). Bu Ermənistan Qafqazda intriqaya başlayacaqdır. 
Ermənilər  kürdlərlə  yola  getməyəcəklər.  Belə  addım  ciddi  deyildir;  b) 
Tərəfsiz şəxslə 
109 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə