Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   30   31   32   33   34   35   36   37   ...   99

povun fıkrinco, guya türk zabitlori Rusiyanın horbi obyektlərini öyrənmək 
üçün  bilərəkdən  əsir  düşmüşlər.  Məktubda  yazılırdı  ki,  xüsusi  qayıqla 
Nargin adasından qaçırılan əsirlər Bakıya gətirilmişlər. Qaçış işini məşhur 
türkpərost  Əliheydər  Zeynalov  və  yerli  milyonçu  Ağabala  Quliyev  təşkil 
etmişlər.  Qaçırılan  zabitlər  “İsmailiyyə”  otelinə  gətirilmiş  vo  onların 
şorofinə ziyafət verilmişdir. Onlar oteldə gecələdikdən sonra səhərisi gün 
yerölçən  forması  geyinərək  Puta  stansiyası  yaxınlığında  neft  yataqlarına 
getmişlər.  Əsirlər  bir  həftə  ərzində  Yasamal  dərolorindo  əllərində  lazımi 
alətlərlə gəzmiş, dəmir yollarının, şosse yollarının, yaşayış məntəqələrinin 
şəkillərini  çəkmiş  və  məlumat  toplamışlar,  sonra  isə  Ağabala  Quliyevin 
müşayiəti ilə İrana yola salınmışlar. Akopovun məktubundan məlum olur ki, 
Ağabala  Quliyev  “hərbi  xidmətləri  və  külli  miqdarda  pul  xərclədiyi  üçün 
“Aypara” türk ordeninə layiq görülmüşdür”"'^ Məxfi yazışmalardan aydın 
olur  ki,  qaçırılan  türk  əsirləri  1915-ci  il  avqustun  20-də  Rus-Qafqaz 
cəmiyyətinə məxsus “İvan Kolesnikov” adlı gəmi ilə Bakıdan Astaraya yola 
salınmış  və  İrana  keçirilmək  üçün  orada  həmin  cəmiyyətin  agenti  Ağa 
Həbibullayevə  təhvil  verilmişlər"*’.  Rusiyanın  xüsusi  xidmət  orqanları 
Bakıdakı  İran  konsulu  Davud  xanın  da  bu  işdə  əli  olduğundan 
şübhələnirdilər. 
Rusiyanın  ciddi  rahatsız  olduğu  başqa  bir  məsələ  xəlifənin  türk 
millətindən  olması  idi.  Türkün  xəlifə  olması  panislamizmi  və  müqəddəs 
müharibəni  elan  etmiş  Türkiyənin  nüfuzunu  artırırdı.  Bu,  eyni  zamanda, 
türk ölkəsi olan Rusiyanın daxilində milli problemlər yarada bilərdi. Ona 
görə də rus hökuməti xəlifəliyin Türkiyədən ayrılmasına çalışırdı. Burada 
bir sıra səbəblər var idi. Xəlifə kiçik bir xalqın nümayəndəsindən olardısa, 
Rusiya imperiyasında yaşayan türklərin və digər müsəlman xalqlarının milli 
hisslərinin  qaldırılmasına  təsir  edən  amil  aradan  götürülərdi,  Rusiyanın 
müsəlman  əyalətlərində  Türkiyənin  nüfuzu  zoi  Həyərdi  və  çarizm  özünü 
daha təhlükəsiz hiss edərdi. Versal sülh konfransında amerikan nümayəndə 
heyətinin  mətbuat  komitəsinin  sədri  S.  Beker  ABŞ  prezidenti  Vudro 
Vilsonun  Rusiyanın  Xarici  İşlər  naziri  S.  D.  Sazonovun  Londondakı  rus 
səfirinə 1915-ci il mart tarixli 1265 №li məxfi teleqramına istinad edərək 
imperator hökumətinin xəlifənin Türkiyədən ayrılmasını həmişə arzuolunan 
hesab etdiyini yazırdı"*''*. 
Su üstü müharibənin uğursuzluğu 1915-ci ildə alman komandanlığını 
müharibəni dənizdə öz xeyrinə dəyişdirməyə cəhd göstərərək su 
101 


altı müharibə ideyasına sürüklədi. Fevralın 4-də Almaniya ingilislərin hərbi 
blokadasına  eavab  olaraq  Böyük  Britaniyanın  sularını  hərbi  əməliyyatlar 
zonası  elan  edərək,  bütün  gəmilərə,  sualtı  qayıqlara  hücum  edəcəyini 
bildirdi.  Mayın  7-də  1196  sərnişini  olan  (bunlardan  128-i  amerikan  idi) 
ingilis “Luzitaniya” gəmisi batırıldı. ABŞ buna qəti etiraz etdikdən sonra 
alman komandanlığı Birləşmiş Ştatların hərbi əməliyyatlara qoşulacağından 
qorxaraq sualtı müharibənin miqyasını müvəqqəti olaraq məhdudlaşdırdı. 
Lakin  Rusiya  hakimiyyət  orqanları  sualtı  müharibə  təhlükəsindən 
narahat idi. Rus hökuməti türk və alman kəşfiyyatçılarının sualtı qayıqlarla 
İrandan  Quzey  Azərbaycana  gələrək  Bakıdan  mis  aparılmasından 
şübhələnirdi.  Bu  barədə  Lənkəran  qəza  rəisi  Bakı  qubernatoruna,  0  isə 
1915-ci il 28 avqust tarixli 1577 №li məxfi məktubu ilə Qafqaz canişininin 
köməkçisinə bildirdi'"’. 
Lənkəran qəza rəisi adından verilən 1915-ci il 15 avqust tarixli 11 №li 
tam  məxfi  raportda  deyilirdi  ki.  Xəzər  dənizində  Almaniya  sualtı 
qayıqlarının olmasını nəzərə almaq lazımdır. Əgər İsfahanda 400 nəfərdən 
çox  alman  və  avstriyalı  silahla  görünərsə,  silahların  Xəzər  dənizi  ilə 
daşınması mümkündür və İran hökuməti ona heç vaxt mane olmaz. Həm də 
Xəzər  dənizinin  300  verstlik  cənub  zolağında  yalnız  Ənzəli  bizim 
əlimizdədir. 
Sualtı qayıqların Xəzər dənizində olması almanların xeyrinədir. Onlar 
terror  törədə,  hər  hansı  paraxodu  və  ordu  nəqliyyatını,  ticarət  əlaqəsini 
məhv edə bilərlər, Bakını və neft sənayesini bombardman edərlər, böyük 
ziyan  vurarlar,  obyektləri  minalaya  bilərlər,  nəhayət,  sualtı  qayıqlar  öz 
əməliyyatlarını genişləndirərək Volqa, Həştərxan və Xəzər dənizinin Şərq 
sahillərini  tutarlar  və  imperiya  daxilində  neft  daşınmasını  tamamilə  kəsə 
bilərlər, özləri isə yanacaqla tam təmin olunarlar. 
Qəza  rəisi  indiki  halda  dediklərinin  mümkün  olmadığını  bildirsə  də, 
gələcək üçün nəzərə alınmasını özünün mənəvi borcu hesab edirdi'’“. 
Raportda  deyilirdi  ki,  almanların  ehtiyacını  ödəmək  üçün  Bakıdan 
dəmir  yolu  ilə  mis  aparılır.  Mis  plitələrlə  Yclizavctpol  quberniyasından 
qaçaqmalçılıq yolu ilə daşınır. Həm quru, həm də dəniz yolu ilə aparılan mis 
iran tərəfdə güclü silahlı konvoy tərəfindən qəbul edilir'“'. 
Çar  Qafqazda  Rusiyanın  mövqelərini  möhkəmləndirmək  üçün  digər 
qəti hərbi-siyasi addımlar atdı. O, 1915-ci il sentyabrın 5-də bü- 
102 


tövlükdo  rus  ordularının  baş  komandanlığını  öz  əlino  aldı,  Şimal-Qorb 
cəbhəsinin komandanı general Alekseyevi baş qərargah rəisi təyin etdi”^. 
İmperator homin ay əmisi Nikolay Nikolayeviçi Qafqaz canişini və bu 
cəbhənin  komandanı  təyin  ctdi'A  78  yaşlı  Qafqaz  canişini  Voront- 
sov-Daşkov  vozifosindon  geri  çağırıldı.  Vorontsov-Daşkov  1916-ci  ilin 
yanvarında Krımda vofat etdi''“. 
Müsəlmanlara  qarşı  çoxsaylı  təxribatlar  törədən  bu  şəxsin  əvəz 
edilməsi, T. S^'yataxovskiyo görə, Qafqaz müsəlmanlarına rus hökumətinin 
müoyyon qədor güzoşto getməsi demək idi''’^ 
Nikolay  Nikolayeviç  sentyabrın  24-də  komandanlığı  öz  əlinə  aldı. 
Noyabrın  1-do  Nikolay  Nikolayeviç  Yelizavetpola  gəldi.  Onu  deputat 
İsmayıl  xan  Ziyadxanov,  şohor  başçısı  Xəlil  bəy  Xasməmmədov  və  b. 
qarşıladılar.  Yeni  canişin  şohordoki  Şah  Abbas  məscidinə  getdi.  Sonra 
vağzalda ziyafət verdi. Yelizavetpol və Şuşa şəhər başçıları və zadəganların 
nümayəndələri  ziyafətə  dəvət  olundular.  Xəlil  bəy  Xasməmmədov  təbrik 
nitqi söylədi''A 
Çarizm  başqa  tədbirlərə  də  əl  atdı:  Hökumət  xeyriyyəçilik  işlərini 
genişləndirdi. I916-cı ilin martından başlayaraq imperatorun həyat yoldaşı 
Anastasiya  Nikolayevnanm  himayəsi  ilə  eəbhə  üçün  vəsait  toplanması 
kampaniyasına Bakı quberniyası da qoşuldu''*’. Bakı qubernatoru 1916-eı il 
21 mart tarixli 31№-li məktubunda İvan Andreyeviç Vasilyevə 1915-ci il 
dekabrın 19-dan başlayaraq eəbhəyə 90.000 müxtəlif isti oşya, 38.634 sarğı 
materialı göndərdi''*“. 
İmperator  xarici  siyasət  sahəsində  də  dəyişiklik  etdi.  S.  D.  Sazonov 
1916-eı  ilin  iyulunda  istefaya  çıxdı''*'*.  Xariei  İşlər  naziri  vəzifəsini 
Nazirlər Şurasının sədri B. V. Ştyurmer icra etməyə başladı*“". 
Çarizm hakimiyyət orqanları müsəlmanları məcburi əməyə cəlb etmək 
üçün  əvvəlcə  ictimai  rəyi  öyrənməyə  başladı.  1916-cı  ildən  müsəlman 
əhalinin  məcburi  əməyə  cəlb  edilməsi  onların  qəzəbinə  səbəb  oldu. 
Azərbaycanlılar  özlərini  təhqir  olunmuş  hesab  edirdilər.  Canişin  Nikolay 
Nikolayeviç  çara  yazdığı  məktubda  çağırış  yaşlı  müsəlmanların  orduya 
səfərbər edilməsinin, onların Qərb cəbhəsində almanlara və avstriyaldılara 
qarşı istifadə edilməsinin vacibliyini göstərdi. Sonra bu toklif həyata keçdi 
və  məşhur  “vəhşi  diviziya”  meydana  gəldi*'".  Çarizm  müsəlmanlardan 
Qafqaz cəbhəsində Türkiyəyə qarşı istifadə etməkdən qorxurdu. 1916-cı il 
avqustun  27-də  Güney  Qafqaz  şeyxülislamı  Axund  Pişnamazzadə  bu 
məsələ ilə bağlı olaraq 
103 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə