Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   28   29   30   31   32   33   34   35   ...   99

Müliariboyo hosr edilmiş digor bir kitabda göstərilir ki, Qafqaz ordusu 
Rusiyanın Türkiyə ilə sərhədlərini qorumalı idi. Yalnız ən ağır vəziyyətdə 
Bakının  sol  cinahınadək,  mərkəzdə  Güney  Qafqazla  Rusiyanın  mərkəzini 
birləşdirən hərbi Gürcüstan dəmir yoluna qədər geri çəkilmək olardı'" 
Qafqazda  dəmir  yolu  və  nəqliyyat  sarıdan  Rusiya  Türkiyədən  xeyli 
üstün idi. 
Qafqaz cəbhəsinin yaxınlığı ilə əlaqədar olaraq bir sıra müəssisələrin 
əmlakı Qafqaz ordusu baş komandanlığının 1914-cü il 3 noyabr tarixli əmri 
ilə Bakıdan vo b. şəhərlərdən çıxarıldı'"". 
Rus diplomatiyası Almaniyanın türk boğazlarına yiyələnməsinə mane 
olurdu. 1 lələ 1913-cü ilin dekabrında Xarici İşlər naziri S. D. Sa- zonov çara 
bildirmişdi: “Boğazların Almaniyaya verilməsi Rusiyanın cənubunun bütün 
iqtisadi inkişafını bu dövlətə tabe etdirməyə bərabər olardı'"'. 
Vudro Vilson yazırdı ki, Rusiya Böyük Pyotr vaxtından İstanbula və 
Dardanelə  acgözlüklə  baxmağa  başladı.  Rusiya  cənub  dənizlərində  azad 
ticarətə  nail  olmağa  çalışırdı.  O  vaxtdan  bəri  İngiltərə  həmişə  Rusiyaya 
mane  olmağa  və  Bosfor  üzərində  nəzarəti  həyata  keçirən  sultan 
hakimiyyətinə yardım etməyə çalışırdı'"’. 
Azərbaycan  Respublikası  Dövlət  Arxivində  saxlanılan  bir  sənəddə 
deyilir ki, Rusiya Şərqi tutmağı həmişə arzu etmişdir. 1672-1725-ci illərdə 
rus hökmdarı olmuş I Pyotr Xivə və Buxaranı keçərək Hindistanı tutmağa 
çalışırdı. 1914-cü ildə Dehli hələ ingilislər tərəfindən tutulmamışdı. 1 Pyotr 
Amu-Dəryaya  qədər  qoşun  göndərdi.  1717-ci  ildə 
0,  Bəyoviçin  güclü 
dəstəsini göndərdi. Lakin komandan Xivədə öldü. 1722-ci ildə Pyotr 30 min 
nizami,  70  min  qeyri-nizami  ordu  ilə  Dərbəndə  hücum  etdi,  1723-cü  ildə 
İranla sülh bağladı. Sülhə görə, Rusiya Dərbənd, Bakı, Gilan, Mazandaran 
və Astrabadı aldı. 1 Pyotrun ölümündən sonra Bakı İrana qaytarıldı. Məhz I 
Pyotrun ölümündən sonra ermənilərlə daimi əlaqələr qunıldu. 1762-1796-cı 
illərdə imperator olmuş 11 Yekaterina 1796-cı ildə Hind layihəsini yaratdı. 
O, Zu- bovun başçılığı ilə 20 minlik qoşunu İrana və Tibetə göndərdi. Zubo- 
vun dəstələri Quba, Bakı və Gəncə xanlığını işğal etdi. Lakin Yekat- rinanm 
ölümü ilə qoşunlar geri çağırıldı. XVIII əsrdən başlayaraq Şərq məsələsində 
Rusiya  ilə  İngiltərə  arasında  gizli  diplomatik  mübarizə  kəsilmədi.  XVIII 
əsrdə və XIX əsrin əvvəllərində İngiltərə müstəmləkələr uğrunda Fransa ilə 
açıq mübarizəyə başladı'"". Boğazlara 
95 


Rusiyanın xüsusi diqqət verməsi əbəs deyildi. Rusiyanın neft, nıar- qans və 
taxıl ixracının 70-90%-i türk boğazlarından keçirdi. Bakı neftinin dünyaya 
bir  əlverişli  çıxış  yolu  var  idisə,  o  da  boğazlar  idi'-'^''.  Müharibənin 
başlanması ilə Novorossiysk və Batum limanları bağlandı. Rusiyanın neft 
ixracı  zəifləyərək  dayanmaq  həddinə  çatdı'”.  “Russ-  koe  slovo”  qəzeti 
yazırdı ki, Türkiyənin müharibəyə qoşulması ilə Rusiya gəmilərinin Qara 
dənizdə üzməsi dayandı. 1914-cü il neft sənayesi üçün əlverişsiz oldu və 
neft sənayesi dayandı. Neftin qiyməti 42- 45 qəpikdən 21-qəpiyə düşdü'”. 
Rusiyanın  Quzey  Azərbaycanın  sərvətlərinə  artıq  sahib  olması  və  Güney 
Azərbaycanın  təbii  sərvətlərinə  yiyələnməyə  can  atması  bu  yolun 
əhəmiyyətini  xeyli  artırırdı'”.  Boğazlara  gedən  quru  yolu  Azərbaycandan 
keçirdi. 
1914-cü  ilin  noyabrın  sonunda  imperator  II  Nikolayın  qatarla  Bakı- 
dan-Biləcəridən keçərək Tiflisə səfərinə nəzarət işini təşkil edən Daxili İşlər 
nazirinin müavini, general-mayor Çunkovskini qarşılamaq üçün Bakı şəhər 
rəisi, polkovnik L. İ. Martınov və köməkçisi, podpolkovnik V. İ. Nazanski 
getdilər.  İmperatorun  qarşılanması  üçün  Biləcəndə  düzəldilən  mərasimdə 
müsəlman,  xristian  və  iudey  dinlərinin  xadimləri  durmuşdular.  Sonrakı 
yerləri şəhərin və quberniyanın vəzifəli şəxsləri tuturdu. Daha sonra şəhər 
Dumasının nümayəndələri, upra- va üzvləri M. H. Hacmski, İ.b. Heydərov
müsəlmanların  fəxri  nümayəndələri  H.  Z.  Tağıyev  və  Ağamusa  Nağıyev 
başda olmaqla heyətlər və b. dayanmışdı'”. 
Noyabrın  26-da  II  Nikolay  Tiflisdə  şiə  məscidinə  gedərək  Güney 
Qafqaz  şeyxülislamı  Axund  Məhəmməd  Pişnamazzadə  ilə  görüşdü. 
Şeyxülislamın  oxuduğu  duaları  rus  dilinə  çevirdilər.  II  Nikolay  təbriki 
dinləyərək təşəkkür edib məsciddən çıxdı. O, sonra sünni məscidində müfti 
Hüseyn Əfəndi Qayıbovia görüşdü və müsəlmanları salamladı'”. Qayıbov 
təbrik nitqini rusca söylədi. 
II  Nikolay  erməni  katolikosu  V  Gcvorla  görüşdü  və  noyabrın  26-da 
axşam  saat  4:28-də  Tiflisdəki  “Erməni  Qafqaz  xeyriyyə  cəmiyyəti”n-  də 
oldu'”. İmperator ayrıca olaraq V Gevorku qəbul etdi. 
Noyabrın 29-da II Nikolay müsəlman deputatlarla görüşdü. Bu görüşdə 
Adil  xan  Ziyadxanov  nitq  söylədi.  Nümayəndə  heyətinin  tərkibinə 
İmaməddin Sübhanxutov, Nadir bəy Qayıbov, Cabbar Şıxıyev, Hacı Əziz 
İmamov, Hacı Hüseyn Hacıyev və b. daxil idi'”. 
Dekabrın  2-də  imperator  geri  qayıdarkən  Yelizavetpol  stansiyasında 
yolüstü görüşlər keçirtdi. Qubernatorun köməkçisi Həmid bəy Zül- 
96 


qədirov, Yclizavctpol şəhor başçısı Xolil bəy Xasməmmədov, Aşağı Ayıblı 
cəmiyyətinin starşinası Abbasəli Həmzəyev II Nikolayı salamladılar'“. 
İmperatorun Qafqaz səfəri çarizmin bu eəbhəyə xüsusi önəm verdiyini 
göstərirdi.  İmperatorun  Qafqaz  səfərindən  sonra  rus  diplomatiyası 
müttəfiqlərini  bu  cəbhədə  yaranmış  təhlükəli  vəziyyətlə  qorxutmağa 
başladı. Burada başlıca məqsəd müttəfiqlərindən əlavə yardımlar istəmək və 
boğazlara  dair  iddiaları  reallaşdırmaq  üçün  onlardan  razılıq  almaq  idi. 
İngilis  tarixçisi  A.  C.  Teylor  yazır  ki,  Nikolay  Nikola-  yeviç  1914-cü  il 
dekabrın  30-da  qərb  dövlətləri  qarşısında  boğazlar  haqqında  məsələni 
qoydu. O, öz qərargahındakı ingilis nümayəndəsinə bildirdi ki, Qafqazdakı 
rus ordusu türklər tərəfindən hücum təhlü- kəsindədir. O, müttəfiqlərindən 
kömək xahişi etdi. Teylora görə bu, siyasi addım idi. Qafqazdakı təhlükə 
başdan-başa  fantaziya  idi'“.  Doğrudan  da,  xahiş  daha  çox  siyasi  xarakter 
daşıyırdı.  Lakin  Qafqazda  türklərin  uğur  qazanması  ehtimalı  o  qədər  də 
fantaziya  deyildi.  Bütün  bunlara  baxmayaraq,  ingilis  diplomatiyası 
Rusiyanın istəklərini yerinə yetiriləcəyinə söz verdi. 
İngiltərənin  Qafqazda  və  boğazlarda  Rusiyaya  tam  sərbəstlik  vermək 
istəməsi  müttəfiqlər  tərəfindən  narazılıqla  qarşılandı.  1914-cü  ilin 
noyabrında ingilis Xarici İşlər naziri E. Qreyin Rusiya Xarici İşlər naziri S. 
D.  Sazonova  bu  barədə  söylədiyini  eşidən,  1913-1917-ci  illərdə  Fransa 
prezidenti olmuş Raymon Puankare (1860-1934) bildirdi: “... Biz azca da 
olsun  belə  tələbatı  ödəyə  bilmərik.  Bizə  başa  düşmək  çətindir,  İngiltərə 
bizimlə  məsləhətləşmədən  müttəfiqləri  eyni  eür  maraqlandıran  məsələdə 
Rusiyaya  necə  tam  sərbəst  fəaliyyət  verir”'^.  Dövlət  müşaviri  Delonki 
bildirdi ki, əgər Rusiya Qafqazdakı kimi Bosforda da möhkəmlənsə, onda 
İngiltərənin bütün xarici siyasəti heçə enəcəkdir'“. 
Şərq məsələsini araşdıran ingilis tarixçisi A. L. Makfai boğazlar 
məsələsində ingilis-fransız-Ris ziddiyyətlərini etiraf edir'“. 
Con Kallagen yazır ki, məxfi danışıqlara görə,  Rusiyaya boğazlan və 
Konstantinopolu ilhaq  etməyə,  Ermənistanı, Kürdistanı  və  b.  əraziləri  ələ 
keçirtməyə razılıq verildi'“. 
Fransadakı ingilis səfiri Frank Berti belə hesab edirdi ki, əgər Rusiya öz 
təsirini Qafqazda və Bosforda yaysa, Bağdad dəmir yolunun şimalında son 
məntəqə  tamamilə  onun  sərəncamında  olacaqdır  və  İngiltərə 
Mesopotamiyada Rusiyadan tam asılı ola bilər'“. 
97 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə