Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   31   32   33   34   35   36   37   38   ...   99

“Yeni  İqbal”  qəzetində  qazılara  müraciət  etdi.  Müraciətdə  müsəlmanların 
müdafiə işlərindən azad edildikdən sonra döyüşə hazır olduqları bildirildi-'h 
Rus hakimiyyət orqanları bu məsələni nəzarətə götürdülər. 
Qafqaz cəbhəsində əsas fəaliyyət 1916-cı ilin aprcl-scntyabr aylarında 
oldu.  Ruslar  ilin  əvvəlindən  hücuma  geçərək  fevralda  Ərzurumu,  aprel 
ayında Trapezundu (Trabzonu) işğal etdilər. Ruslar Trabzonu işğal etdikdən 
sonra 3-cü türk ordusu rus qüvvələrini darmadağın etmək üçün may və iyun 
aylarında  hücuma  keçdilər.  Lakin  ruslar  üstün  çıxaraq  iyun  ayında 
Gumuşxanə, Kelkit və Ərzincanı da ələ keçirdilər. Sentyabr ayından hər iki 
tərəf hazırlaşmaq məqsədi ilə hərəkətlərini durdurdular. 
1916-cı  ilin  sonuna  qədər  Rusiya  müharibədə  6-8  mln.  nəfər  itirdi^“. 
Tərəflər qüvvələri cəmləşdirmək üçün fəaliyyətlərini genişləndirdilər. 
Çarizm  Bakıdakı  hərbi  zavodlara  xüsusi  diqqət  yetirirdi.  Lakin  bu 
zavodlarda azərbaycanlılar demək olar ki, işləmirdilər. 1916-cı il noyabrın 
2-dən 1917-ci il noyabrın 2-dək Bakı vilayəti hərbi-sonayc komitəsi mərmi 
zavodunda çalışanların əksəriyyəti ruslar idi’"''. 
Rusiya agentura və əks-kəşfiyyat işini də gücləndirdi. Qafqaz ordusu 
qərargahı  1917-ci  ildə  əhaliyə  müraciət  edərək  əks-kəşfiyyat  agentlərinə 
kömək etməyə çağırdf“^ Burada məqsəd türk kəşfiyyatının qarşısını kəsmək 
və rus hökuməti üçün törədilə biləcək əlverişsiz nəticələri aradan qaldırmaq 
idi. 
Lakin  fevral  inqilabı  bütün  imperiyada  olduğu  kimi  Azərbaycan  da 
vəziyyətə  əsaslı  təsir  etdi.  İnqilabdan  sonra  Güney  Qafqaz  Şeyxülislamı 
Axund Molla Məhəmməd Pişnamazzadə və müfti Əliəddin Süb- hanqulov 
və Tiflis şəhər müsəlman komitəsinin sədri Heydər Başma- tov müsəlman 
milli təşkilatlarına çağırışla müraciət edərək Rusiyanın digər xalqları ilə bir 
olmağa  və  müvəqqəti  hökumətin  sərəncamlarına  əməl  etməyə,  Qafqazda 
sülhü və sabitliyi qorumağa səslədiləf"‘. 
Lakin ermənilərin istəkləri tamam başqa idi. Onlar rus ordusunun işğal 
etdikləri  ərazilərə  yiyələnmək  istəyirdilər.  Erməni  qəzeti  olan  “Orizon” 
fevral inqilabından sonra yazırdı ki, Qafqaz cəbhəsində rus demokratiyası 
erməniləri qorumalıdır və bu ərazi rus ordusunun əlində qalmalıdıf 
Fevral  inqilabının  baş  verməsi  cəbhədəki  vəziyyətə  də  ciddi  təsir 
göstərdi. İnqilab rusların Qafqazda vəziyyətini pisləşdirərək mövqe 
104 


lərini  zəiflotdi.  Lakin  ovvolki  clöyüşlordo  türk  qüvvoləri  də  xeyli 
zəiflədiklərinə  və  bir  qisminin  isə  İraq  və  Fələstin  cəbhələrinə 
göndərildiyinə  görə  onlar  kifayət  qədər  faydalana  bilmədilər.  Türk 
qüvvələri yalnız Muş və Bitlisi geri aldılar. 
Lakin aprel ayında ABŞ-ın müharibəyə qoşulması ilə vəziyyət köklü 
surətdə  dəyişdi.  Oktyabr  ayında  Petroqradda  baş  verən  bolşevik  çevrilişi 
yeni siyasi şərait yaratdı. Bolşevik Rusiyasının düşmüş olduğu vəziyyətdə 
sülh  təşəbbüsü  ilə  çıxış  etməsi  müharibə  dövründə  diplomatik-siyasi 
mübarizənin  yeni  mərhələsinin  başlanğıcı  idi.  Alman-  rus  və  türk-rus 
cəbhələrində  barışığın  elan  cuilməsi  və  Brest-Litovsk  danışıqlarının 
başlanması  Türkiyənin  Qafqaz,  o  cümlədən,  Azərbaycan  siyasətinin 
reallaşması  üçün  yeni  mərhələ  oldu.  Müharibə  dövründə  Osmanlı 
imperatorluğunun  siyasəti  Azərbaycan  xalqının  mənafelərinə  və 
məqsədlərinə  tam  uyğun  idi.  Məhz  bundan  sonra  Azərbaycan  uğrunda 
mübarizədə neft amili daha önəmli yerə çıxdı. 
Neft sənayeçiləri qurultayı şurasının işlər müdiri Dövlət müdafiəsi üzrə 
xüsusi  müşavirənin  səlahiyyətli  sədrinin  1917-ci  il  20  aprel  tarixli 
1231/5063 №-Iİ məktubuna cavab olaraq 1917-ci il aprelin 26-da 1618 №-li 
məktubunda Bakıda 22 neftayırma zavodunun olduğunu bildirirdi“. 
Azərbaycanda fəaliyyət göstərən fabrik və zavodlarda çalışanlann adı 
və familiyası, milliyyəti, dini mənsubiyyəti və nə vaxtdan çalışması barədə 
moİLimatlar müdafiə üzrə səlahiyyətli nümayəndəyə təqdim edildi’"'’. 
ABŞ  tarixçiləri  Boqdan  Naqoyla  və  Viktor  Svoboda  SSRİ-də  milli 
münasibətlərə  həsr  edilmiş  kitabında  çarizmin  yıxılmasının  və  fevral 
inqilabının  bütün  Rusiya  imperiyasında  azadlıq  uğrunda  mübarizənin 
yüksəlməsinə  səbəb  olduğunu  və  tezliklə  bir  çox  qeyri-rus  torpaqlarında 
Milli  Şuraların  və  parlamentlərin  avtonomiyalarda  milli  hökumətlərin 
yaradıldığını yazırlar. Bu, Rusiyada əvvəlcə çoxpartiyalı hökümətlər, daha 
sonrakı  aylarda  isə  bolşeviklərdən  asılı  olan  dövlətlərin  yaranması  ilə 
paralel  gedən  proseslər  idi’’".  Əslində  fevral  inqilabından  sonra 
Azərbaycanda üç hakimiyyət formalaşdı; Müvəqqəti hökumətin orqanları. 
Sovetlər və Milli Şuralar. 
İngiltərə, Fransa və ABŞ-ın niyyətləri 
Oktyabr  çevrilişinə  qədər  İngiltərə,  Fransa  və  ABŞ-ın  Quzey 
Azərbaycana  dair  xüsusi  planları  olmasa  da,  bu  dövlətlərin  ümumi 
siyasətində Azərbaycan müəyyən yer tuturdu. Müharibə ərəfəsində İn 
105 


giltərə ərazilərinin ümumi sahəsi 9,3 mln. kv. km., əhalisi 309 mln. nəfər 
olan  müstəmləkələri  var  idi’".  İngiltərə  öz  müstomlokəlorini  mühafizə 
etməyə,  başlıca  rəqibi  olan  Almaniyanı  zəiflətməyə,  müstəmləkələrini 
əlindən almağa, hərbi-dəniz qüdrətini məhv etməyə. Yaxın Şərqdə zəngin 
ərazilər, neft mənbələri ələ keçirmoyo və bütün dünyada möhkəmlənməyə 
çalışırdı. 
Türkiyə müharibəyə qoşulduqdan dərhal sonra, noyabrın 1-də ingilis və 
fransız səfirləri İstanbulu tərk etdilər. 
Lloyd Corc yazırdı: “Osmanlı xəlifəsi bütün müsəlman dünyasının dini 
rəhbəridir  və  Böyük  Britaniya  ağalığında  başqa  hakimiyyətlərdən  çox 
müsəlman yaşayır. Bunu nəzərə alaraq bizim Türkiyə ilə mübarizəmiz çox 
incə  məsələdir.  Türkiyə  bizim  Şərqdə  geniş  mülklərə  -  Hindistana, 
Birmaya,  Malazyaya,  Honkonqa,  dominionlara  -  Avstraliyaya  və  Yeni 
Zelandiyaya gedən quru və dəniz yollarının üstündədir. İmperiyanın “şah 
damarı” olan Misir və Suveyş kanalı türklərin hakimiyyəti altındadır. Və 
əgər Türkiyə bizə müharibə elan etmişdirsə, biz onu qısa müddətdə əzməli 
və sıradan çıxartmalıyıq. Bu, bizim kommunikasiya xətlərimizi mühafizə 
etmək  və  Şərqdə  nüfuzumuzu  qorumaq  üçün  çox  zəruridir...  Lakin  buna 
qədər bərabər qüvvə ilə türklər bizi üç dəfə əzmişlər: bu. Şərqdə çox pis 
təəssürat  oyatmışdır.  Şübhəsiz,  Britaniya  imperiyasının  təhlükəsizliyi 
türklər üzərində sürətli qələbəni tələb edirdi"^ 
İngiltərə Osmanlı imperiyasını, ərazisində yaşayan xalqlardan istifadə 
edərək onu parçalamaq istəyirdi. Lloyd Corc yazırdı ki, bu xalqların bundan 
sonra  da  Türkiyə  hakimiyyəti  altında  qalmasına  yol  vermək  olmaz"^ 
“Türkiyə  imperiyasının  imperiya  kimi  məhvi  Avropa  zəkasını  xeyli 
dərəcədə  sakitləşdirəcək  və  bu  böyük  millətlərə  öz  enerji  və  səylərini 
bəşəriyyətin inkişafı istiqamətində tətbiq etməyə imkan verəcəkdir”"“. 
İngiltərə  də  müttəfiqləri  kimi  İslam  xəlifəsi  titulunun  güclü  Osmanlı 
imperiyası adı altında türkdə olmasından rahatsız idi. O, bu titulun Osmanlı 
hökmranlığı altında olan zəif bir şəxsə verilməsini istəyirdi"*. 
Kaliforniya Universitetinin tarix professoru Antoni Adamtsvayt yazır 
ki,  1914-cü  ildə  Britaniyanın  təsir  dairəsinə  müttəfiq  qərarlarının  işlənib 
hazırlanması daxil idi. Lakin müttəfiqlərdə anarxiya hələ də qalırdı"*. 
106 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə