Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   36   37   38   39   40   41   42   43   ...   99

vud  xan  türk  agcnturası  ilo  əlaqədardır  və  Nargindən  türk  əsirlərinin 
qaçırılmasına kömək etmişdir'“^ 
Rusiya  XİN  1916-cı  il  25  avqust  tarixli  məxfi  məlumatında  Qafqaz 
canişinliyinə bildirdi ki, Davud xan qənd və başqa şeylərin alveri ilə məşğul 
olduğu  üçün  vəzifəsindən  uzaqlaşdırılmışdır.  O,  Bakıda  deyil, 
Petroqraddadır-“. 
1917-
 
ci il 31 yanvar tarixli 34 №li təcili məktubunda Bakı şəhər 
rəisi şəhər ərzaq idarəsinə yazırdı ki, mən Bakı dəyirmanlarından ordu üçün 
topdan və fərdi qaydada un aparılmasına mane olmuram^*^. 
Beləliklə,  çarizm  hakimiyyət  orqanları  Azərbaycandan  ərzağın 
çıxarılaraq  Türkiyəyə  ötürülməsindən  rahatsız  olduğuna  görə  ticarətlə 
məşğul  olan  müsəlmanları  sıxışdıraraq  üstünlüyü  xristianlara  verdi. 
Göründüyü  kimi,  böyük  dövlətlərdən  Osmanlı  imperatorluğu  və 
Almaniyanın  Quzey  Azərbaycana  dair  əvvəlcədən  hazırlanmış  planları, 
Rusiyanın  da  iştirakçısı  olduğu  Antanta  bloku  ölkələrinin  isə  müəyyən 
niyyətləri  var  idi.  Lakin  böyük  dövlətlər  arasında  mübarizə  təkcə  Quzey 
Azərbaycan uğrunda deyil, Güney Azərbaycan uğrunda da gedirdi. 
119 


III
 
Bölüm 
Güney Azərbaycan uğunda böyük 
dövlətlərin mübarizəsi 
Diplomatik-konsulluq  nümayəndəlikləri.  Türkiyəyə  qarşı  müharibə 
başlamazdan öncə  Rusiyanın  Güney  Azərbaycanda özbaşınalığı.  Güney 
Azərbaycan ərazisində Türkiyə əleyhinə terrorçu dəstələrin yaradılması. 
Türkcülərə qarşı mübarizə. Güney Azərbaycana dair planlar. Rus 
ordularının Təbrizi işğal etməsindən sonra diplomatik-siyasi 
mübarizənin kəskinləşməsi. Rusların Təbrizdən qovulmasından sonra 
diplomatik-siyasi mübarizə. Rus ordusunun Təbrizi yenidən işğal 
etməsi ilə diplomatik-siyasi mübarizənin kəskinləşməsi. Türk 
dəstələrinin Güney Azərbaycana yeni yürüşü. Rusiyanın Güney 
Azərbaycanda türkçülərin təqib olunmasını şiddətləndirməsi. 
Diplomatik-konsulluq nümayəndəlikləri 
Böyük  dövlətlərinin  Güney  Azərbaycandakı  siyasəti  diplomatik  və 
konsulluq  nümayəndələliklərinin  vasitəsi  ilə  həyata  keçirilirdi.  Müharibə 
ərəfəsində Rusiyamn Ərdəbildə vitse-konsulu V. M. Pisarev, Təbrizdə baş 
konsulluğu, baş konsul Arkadi Androviç Orlov, Urmiyə- də vitse-konsulu 
S. P. Qolubinov, Xoyda vitse-konsulu Q. V. Çirkov, Ənzəlidə vitse-konsulu 
Pavel İvanoviç Smelov fəaliyyət göstərirdilər'. 
1914-
 
cü  ildə  Rusiyanın  Ərdəbildə  vitse-konsulu  V.  M.  Pisarev,  Sa- 
vucbulaqda  vitse-konsulu  N.  N.  Qriqoryev,  Təbrizdə  baş  konsul  A.  A. 
Orlov, Urmiyədə vitse-konsulu S. P. Qolubinov, Xoyda vitse-konsulu Q. V. 
Çirkov, Ənzəlidə vitse-konsulu P. İ. Smelov idP. 
1915-
 
ci ildə Rusiyanın Ərdəbildə konsulu Bor. Eduard Blum; Təbrizdə 
baş  konsulu  A.  A.  Orlov,  Urmiyədə  vitse-konsulu  Pavel  Petroviç 
Vvedenski,  Xoyda  vitse-konsulu  Boris  İvanoviç  Dolqopolov,  Ənzəlidə 
vitse-konsulu P. İ. Smelov^ Savucbulaqdakı konsulu A. İ. İyas idi“' 
Müharibənin 
gedişində 
Rusiyanın 
Güney 
Azərbaycandakı 
nümayəndəlikləri çarizmin siyasətini həyata keçirən və onu hərbi orqanlarla 
əlaqələndirən başlıca mərkəzlər idilər. 
İngiltərənin Təbrizdəki konsulu Şipli, Fransamn konsulu isə Niko- la 
idi. Təbrizdə ABŞ-m da konsulluğu fəaliyyət göstərirdi. Birləşmiş Ştatlann 
baş konsulu Hordon Paddon idi. 
Türkiyənin Təbrizdəki baş konsulu Rahib bəy, Urmiyədəki baş 
120 


konsulu Atıb bəy idi. 
Almaniya 1914-cü ilin fevralında Təbrizdə konsulluq açdı. Baş konsul 
Litten  idi.  Avstriya-Macarıstanın  da  Təbrizdə  konsulluğu  fəaliyyət 
göstərirdik 
Türkiyəyə qarşı müharibə başlamazdan öncə 
Rusiyanın Güney Azərbaycanda özbaşınalığı 
1907-ci  il  ingilis-rus  sazişinə  əsasən  İran  üç  zonaya  bölünmüşdü. 
Ölkənin şimalı-Güney Azərbaycandan Kəsrə-Şirin-İsfahan-Yəzd və Həqqə 
qədər  rus  maraqlan  dairəsi  hesab  edilirdik  İranın  güneyinin  bir  hissəsi 
İngiltərənin  nüfoz  dairəsi  hesab  edilirdi.  Ölkənin  mərkəzi  hissəsi  Tehran 
hökumətinin nəzarətində idi. 
Birinci  dünya  müharibəsi  illərində  İran  hökumətinin  tərəfsizlik  elan 
etməsinə baxmayaraq ölkə ərazisi Antanta bloku ölkələri olan İngiltərə və 
Rusiya  ilə  Almaniyanın  müdafiə etdiyi  Osmanlı imperator-  luğu  arasında 
hərbi əməliyyatlar və diplomatik-siyasi mübarizə meydanına çevrildik 
İranın  düşmüş  olduğu  ağır  vəziyyət  hökumətin  xarici  dövlətlərə 
müqavimət  gücünü  heçə  endirirdi.  Müharibə  dövründə  İran  ordusu  kağız 
üzərində piyada, süvari və artilleriyadan ibarət idi. Süvari və piyada ordunu 
nizami və qeyri-nizami ordu təşkil edirdi. Əslində ömürİük xidmət əsasında 
yaradılan  ordu  yox  dərəcəsində idi.  İran  ordusunda 16  yaşlı  gənci  də,  70 
yaşlı qocanı da görmək olardık 
Rus orduları müharibə başlamazdan çox əvvəl, hələ 1905-ci ildə Güney 
Azərbaycanda  Rusiyanın  iqtisadi  maraqlarını  qorumaq  bəhanəsi  ilə 
yeridilmişdik  Güney  Azərbaycanın  strateji  üstünlükləri  onu  Rusiya  üçün 
önəmli edirdi. Rus ordu hissələri 1909-1911-ci illər Azərbaycan inqilabını 
ingilislərlə  birlikdə  yatırdıqdan  sonra  orada  qaldılar.  Bu  ordu  hissələri 
Marağa, Astrabad, Rəşt və b. yerlərdə yerləşdirildi'“. 
Rusiya  Güney  Azərbaycanda  ruslar  əleyhinə  üsyanlar  olacağından 
qorxaraq bütün vasitələrlə onun qarşısım almağa çalışırdı. İstanbuldakı rus 
səfiri M. Girs 1914-cü il 15/2 avqust tarixli 712 №li teleqramında Osmanlı 
imperatorluğundakı  İran  səfirinin  məxfi  məlumatına  əsaslanaraq  türk 
emissarlanmn  Ərzurumdan  keçərək  İran  sərhədlərinə  gəlib  Azərbaycanda 
ruslar əleyhinə üsyan təşkil etmələri barədə xəbər verdi". 
Güney Azərbaycana ordu yeridən Rusiya ondan Türkiyə və İrana qarşı 
istifadə edərək ordulanm oradan çıxartmağı ləngidirdi. Rus or 
121 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə