Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   40   41   42   43   44   45   46   47   ...   99

Qafqazdan  keçərək  Ərzuruma  yiyələnmək  həmçinin  strateji  cəhətdən 
əlverişli  olan  Güney  Azərbaycana  soxulmaq  üçün  lazım  idi.  Rusiya 
həmçinin  Güney  Azərbaycana  Ərzunıma  müdaxilə  etməkdən  ötrü  bir 
meydan kimi baxırdR". Bu istiqamətdə Rusiyanın əməliyyat bazası Güney 
Azərbaycanda,  xüsusən,  Ünrıiyədə  idi.  Güney  Azərbaycanda  ms-  lann  9 
batalyonu, 24 yüzlüyü'", 24 topu var idisə, Umıiyə əməliyyat istiqamətində 
isə türklərin 11 batalyonu, kürdlər və 13 topu var idi^^ 
1914-cü  il  noyabrın  6-da  S.  D.  Sazonov  Londandakı  rus  səfiri  Bcn- 
kendorfa bildirdi ki, Türkiyəyə qarşı fəaliyyət göstərən rus orduları İranın 
tərəfsizliyini pozmağa məcbur olacaqdıf'f S. D. Sazonov ingilis hökumətinə 
Türkiyəyə  qarşı  hərbi  əməliyyatlar  aparılmasının  döyüşlərin  Güney 
Azərbaycan ərazisinə keçirilməsini zəruri etdiyini bil- dirdi'^f Lakin ingilis 
diplomatiyası Rusiyanın Güney Azərbaycandan keçərək Türkiyə ərazisinə 
daxil olmasına yol vermək istəmirdi. İngiltərə hökuməti belə hesab edirdi 
ki, Qafqazda döyüş əməliyyatlarının aparıldığı yerin dağlıq olması yalnız 
bir  neçə  ilə  rus  ordusunun  Türkiyənin  həyati  mənafeyi  rayonlarına  çata 
bilməsinə  imkan  verərdi'*".  Digər  tərəfdən,  ingilis  diplomatiyası  Qafqaz 
cəbhəsində rus ordularının uğurlarının artaraq Osmanlı ərazisinin içərilərinə 
keçməsini  Böyük  Britaniya  maraqları  baxımından  arzuolunmaz  hesab 
edirdi. 
İngiltərə Xarici İşlər naziri Lord Fallodon Eduard Qrcy (1862- 1933) 
buna  öz  etirazını  bildirdi.  İngilis  diplomatiyasına  görə,  Rusiyanın  Güney 
Azərbaycana  soxulması  ilə  İranın  tərəfsizliyini  pozması  Almaniya 
tərəfindən  Belçikanın  tərəfsizliyinin  pozulmasına  bənzəyərdi.  Çünki 
Antanta  ölkələri  ikinci  dərəcəli  dövlətlərin  toxunulmaz-  İığını  və 
tərəfsizliyini pozmamaq barədə prinsipial razılığa gəlmişdilər. E. Qrey işarə 
verdi ki, əgər Rusiya inad etsə, belə şəraitdə İngiltərə Şərqə əlavə qüvvələr 
göndərəcəkdir və nəticədə. Qərb cəbhəsi zəifləyəcəkdir. İngiltərə Rusiyanın 
Güney  Azərbaycana  girmədən  Qafqazdan  Türkiyəyə  hücum  etməsinə 
üstünlük verirdi". 
E.  Qrey  1914-cü  il  noyabrın  9-da  Londondakı  rus  səfiri  Benken- 
dorfdan  soruşdu  ki,  Rusiyanın  Qafqaz  istiqamətindən  hücumu  və  ya  bu 
cəbhədə gözləmə taktikası kifayət deyilmi?'”. 
Benkendorf cavabında Almaniyaya qarşı rus ordularının döyüşməsinin 
Qafqaz cəbhəsinə olan diqqəti azaltmayacağım bildirdb". 
Noyabrın  9-da  rus  diplomatiyası  boğazlara  dair  İngiltərənin  vədini 
aldıqdan sonra Güney Azərbaycana olan iddialarından “imtina” etdi. İngilis 
diplomatiyası isə İranda planlarını reallaşdırmaq üçün şans qa 
130 


zandı. Bununla bclo, rus ordu hissələri Türkiyəyə qarşı cəbhə yaratmaq və 
alman bloku dövlətlərinin Güney Azərbaycana girməsinin qarşısını almaq 
adı  altında  buraya  yeridildi.  Ordunun  əsas  hissəsini  ekspedisiya  korpusu 
təşkil edirdi. Hərbi hissələr əsasən Güney Azərbaycanla Türkiyə adasındakı 
sərhəddə yerləşdirildi. 
1914-cü  ilin  noyabrında  Rusiyanın  ixracat  palatasının  İrandakı  ticarət 
agenti Q. K. Mogilyov yazdığı hesabatında göstərirdi ki, biz (Rusiya - M. Q.) 
Şimali  İranda  rus  təsirinin güclənməsi  üçün  çox  az  iş  görmüşük.  Belə  ki, 
bütün Güney Azərbaycanda yalnız Astrabadda bir rus konsulu vardır. Onun 
da  işi  həddindən  artıq  çoxdur.  Çünki  İranda  konsulun  səlahiyyətləri 
rəngarəngdir: konsul və hakim, notarius, ticarət maraqları nümayəndəsi vo s. 
İndiyədək  bütün  Güney  Azərbaycanda  bir  dənə  də  olsun  rus  moktəbi 
tikilməmişdir.  İrandakı  rus  uçot-ssuda  bankı  şöbələrinin  azlığından  və  öz 
vəzifələrinə  həddindən  artıq  formal  yanaşdığından  rus  tacirlərinin 
maraqlarına  kifayət  qədər  xidmət  edə  bilmir.  Məruzənin  sonunda  Q.  K. 
Mogilyov  yazırdı  ki.  Güney  Azərbaycanın  nəhəng  tobii  sərvətlərindən 
indiyədək  biz  tamamilə  istifadə  etməmişik.  Bclo  ki,  bütün  İranda  pambıq 
plantasiyaları üçün əlverişli olan 2 mln. dcsyatinədok torpaq vardır. Yerli 
şərait  rütubətlidir  və  süni  suvarma  təlob  olunmur.  Buna  görə  də  İranda 
pambığın bir pudu yalnız 4 rubl 50 qəpikdir. Güney Azərbaycan həmçinin 
müxtəlif faydalı qazıntılarla zəngindir. Xəzər dənizinə açılan ucuz limanlar 
əlverişli  şərait  yaradır.  Lakin  əlverişli  şəraitə  baxmayaraq  Güney 
Azərbaycanda rus tacirləri çox azdır^’. 
O, noyabrın 13-də Petroqradda məlum məruzə ilə çıxış edərək Güney 
Azərbaycandan  gətirdiyi  pambıq,  düyü,  tütün,  naringi,  portoğal,'  limon, 
heyva, fıstıq, qoz və b. nümunələrini də nümayiş etdirdP”. 
Müharibənin ilk günlərindən türk komandanlığı Güney Qafqaza təkcə 
Sarıqamış  -  Kars  istiqamətindən  deyil.  Güney  Azərbaycandan  da  keçərək 
gəlməyi  düşünürdü.  Osmanlı  imperatorluğunun  Güney  Azərbaycana  dair 
planları Portonun ümumAzərbaycan siyasətinin tərkib hissəsi idi. Bu plana 
görə.  Rusiya  Güney  Azərbaycandan  çıxanl-  malı.  Güney  Azərbaycan 
türkləri milli zülmdən qurtulmalı, strateji yollara və zəngin təbii sərvətlərə 
sahib  olmalı  və  s.  məqsədlər  həyata  keçirilməli  idi.  Bundan  ötrü  türk 
diplomatiyası  bütün  mümkün  olan  vasitələrdən  istifadə  edirdi.  Bu  sahədə 
türk  və  alman  diplomatiyası  səmərəli  çalışırdı.  Strateji  plana  görə,  türk 
ordusu  Urmiyəni  azad  etməli  və  Xoy-Culfa-Bakı  və  Sulduz-Savucbulaq 
istiqamətində hərəkət 
131 


etmək  üçün  burada  baza  yaratmalı  idi.  Türk  komandanlığı  Güney 
Azərbaycanda  əhalinin  rus  ordusuna  qarşı  qalxacağına,  rusları  qovmaq 
istəyən İran hakim dairələrinə və yerli kürd şeyxlərinə ümid edirdi. 
Müharibənin başlanğıcından 1914-cü il noyabrın 2-də şah fərmanı ilə 
İranın tərəfsizliyinin elan edilməsi təbii olsa da, o qədər də önəmli deyildi. 
Çünki  İran ərazisi əvvəllər ara-sıra da olsa hərbi əməliyyatlar meydanına 
çevrilmişdi.  Osmanlı  imperatorluğu  müharibəyə  girdikdə  Güney 
Azərbaycandakı  rus  ordu  hissələri  ilə  üz-üzə  gəldi.  Rusiya  Güney 
Azərbaycandan  Osmanlıya  qarşı  baza  kimi  istifadə  edirdi.  Osmanlı 
hökuməti  isə  Azərbaycan,  Qafqaz  və  Turanı  ala  biləcəyini  umduğu  və 
döyüşlərə hazırlaşdığı üçün geniş təbliğatla Rusiyanı qızışdırmaq istəmirdi. 
Türkiyə daha çox Güney Azərbaycan əhalisinə bel bağlayırdı. İranın orta və 
cənub-qərb  qisminə  almanların  yerləşməsi  orada  İran  jandarmasını 
Almaniya  ilə  isti  münasibətləri  olan  İsveç  tə-  limatçılan  hazırladığından 
asan  idi.  Belə  şəraitdə  İranda  iki  qrup  hakimiyyət  uğrunda  mübarizə 
aparırdı.  Demokratlar  osmanlıların  və  almanların,  mühafızəkralar  isə 
ingilislərin və rusların tərəlmi saxlayırdılar. 
Almaniya  imperiyasının  Güney  Azərbaycan  siyasəti  bütövlükdə 
Azərbaycan  və  Yaxın  Şərq  siyasətinin  tərkib  hissəsi  idi.  Bu  məqsədlə 
Almaniya  1914-cü  ilin  fevralında  Təbrizdə  konsulluq  açdf'.  Almaniya 
imperatorluğu öz niyyətlərinə Güney Azərbaycana kapital qoymaq, fabrik 
və  zavodlar  tikmək,  məktəblər açmaq  və  xüsusi  xidmət  şəbəkəsini  qurub 
genişləndirməklə çatmağa çalışırdı. 
Almaniyanın İranda, o cümlədən, Güney Azərbaycanda siyasəti barədə 
çıxış  edən  Rusiyanın  ticarət  və  sənaye  agenti  A.  A.  Kosinski  1915-ci  il 
yanvarın  16-da  sənaye  və  ticarət  nümayəndələri  şurasının  qurultayında 
“Almaniya  və  Avstriya  İranda  və  onların  İran  bazarlarından 
sıxışdırılmasmda Rusiyanın rolu” möyzusunda etdiyi məruzəsində göstərdi 
ki, Almaniyanın İrana nüfuz etməsi 1908-ci ildən başlayır. Bu müddətdən 
almanlar  məktəblər  və  xəstəxanalar  açıblar.  Nəticədə,  I909-Cİ  ildə  əgər 
Almaniyadan İrana məhsul gətirilməsi 1 mln. rubldan aşağı idisə, 1914-cü 
ildə bu rəqəm 9 mln. rubla çatdı. Məruzədə göstərilirdi ki, alman tacirlərinin 
çoxunu  ticarət  deyil,  İranda  Rusiya  siyasəti  maraqlandırır.  Bu  şəxslərin 
əksəriyyəti ehtiyatda olan zabitlər idilər. Almanİarm Təbrizdəki toxuculuq 
fabrikində bir çox agentləri çalışırdılar'\ 
132 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə