Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

çəkəcəklərini  və  bu  qüvvələrin  böyük  bir  qismini  Qərb  sərhədlərinə 
göndərəcəklərini bildirdilər'\ Qeyd etmək lazımdır ki, bu dövrdə ingilis və 
fransız  diplomatiyaları  da  rus  qüvvətlərinin  Qərb  cəbhəsindən  ayrılıb 
Qafqaza  aparılmasını  istəmirdilər.  Rusiya  Güney  Azərbaycanda  başlamış 
olduğu hərəkatda Türkiyənin tərəfsiz olmasını tələb edirdi. Lakin türklərin 
Güney  Azərbaycanı  Rusiyanın  boşaltmasını  tələb  etmələri  insanlıq 
baxımından Osmanlı üçün qüvvətli bir durum saxla- dı'‘. 
Türkiyə  Nazirlər  Şurasının  iclaslarının  birində  Camal  paşaya 
İstanbuldakı ingilis səfiri Mallctlo. Cavid bəyə isə Fransız səfiri Bomparla 
yaxın  əlaqə  yaratmaq  tapşırıldı”.  Ənvər  paşanın  Rusiyaya  hərbi  ittifaq 
bağlamaq üçün etdiyi təklifi rus diplomatiyası tərəfindən rədd olundu. 
Avqustun  6-da  İstanbulda  Almaniya  ilə  Türkiyə  arasında  2  avqust 
tarixli müqaviləyə faktiki olaraq əlavə müqavilə imzalandı. Bu müqaviləyə 
görə, Almaniya aşağıdakı öhdəlikləri öz üzərinə götürdü: 1). İşğal rejiminin 
ləğvinə  kömək  etmək;  2).  Türk  hökumətinin  Rumıniya  və  Bolqarıstanla 
aparılan  danışıqlarında  yardımçı  olmaq;  3).  Əgər  Yunanıstan  müharibəyə 
qoşularsa məğlub ediləcəkdir və Almaniya Arxipelaq adalarının Türkiyəyə 
verilməsinə  səylər  göstərəcəkdir;  4).  Almaniya  Osmanlı  imperiyasının 
sərhədlərini  elə  düzəldəcəkdir  ki,  Türkiyənin  Rusiyanın  müsəlmanlar 
yaşayan  əraziləri  ilə  birbaşa  əlaqəsi  olsun;  5).  Almaniya  Türkiyənin  öz 
itkilərinin yerinin doldurmasına kömək edəcəkdir'^ 
Alman  orduları  Mamada  məğlub  edildikdən  sonra  baş  qərargah  rəisi 
Moltke  sentyabrın  əvvəllərində  Liman  fon  Sandersdən  Türkiyəni  tezliklə 
Qafqazda, Qara dənizdə və Süveyş kanalı rayonunda müharibəyə qoşmağı 
tələb etdi'''. 
Sentyabrın  27-do  türk  hökuməti  boğazları  ticarət  gəmiləri  üçün 
bağladı-". Türkiyədə işğal rejimi oktyabrın 1-də ləğv edildP'. 
Baş  nazir  Səid  Həlim,  Şeyxülislam  Xeyri  Əfəndi,  hərbi  nazir  Ənvər 
paşa,  daxili  işlər  naziri  Tələt  bəy,  ədliyyə  naziri  İbrahim  bəy,  Dövlət 
Şurasının sədri Xəlil bəy və təhsil naziri Şükrü bəy müharibə elan olunması 
haqqında formanı hazırlayıb Sultana təqdim etdilər^^ 
1914-
 
cü il oktyabrın 22-dən Osmanlıda xidmətə girmiş alman ad- 
miralı Suşonun komandanlığı altında dənizə yerdəyişmə bəhanəsi ilə çıxan 
“Heben” və “Breslau” (“Yavuz” və “Midili”) hərbi gəmilərinin oktyabrın 29 
və  30-da  Rusiyanın  donanmasına  və  limanlarına  hücumu  ilə  müharibə 
başladı. Noyabrın 2-də Rusiya Türkiyəyə müharibə elan 
71 


etdi. Bu müharibədə əvvəllər Türkiyənin yaxın müttəfiqləri olmuş dövlətlər 
indi Rusiyanın tərəfində idilər. Noyabrın 5-də Böyük Britaniya və Fransa 
Türkiyəyə  müharibə  elan  etdilər.  Rus  çarının  müharibə  haqqında  verilən 
manifestində,  Rusiyanın  Bosfor  sahillərindəki  tarixi  vəzifələrinin  yerinə 
yetirilməsi  məqsədlərindən  danışılırdı.  Burada  Bosforda  əhəmiyyətli 
təminatlar qeyd edilir və İstanbulun “kiçik bağça” kimi Türkiyənin əlində 
olacağı göstərilirdi”. 
Bu  müddətdə  Rusiya  ordusu  Qafqaz  sərhəddi  boyunca  fəal  müdafiə 
strategiyasını seçdi və rus hökuməti Şimali İranda (Güney Azərbaycanda - 
M. Q.) yerləşən bölmələrini tərxis etdi”. 
Qara  dənizdə  müharibənin  başlanmasına  türk  dövlət  xadimlərinin 
münasibəti bəzi məqamları üzə çıxartmağa imkan verir. Məsələn, Tələt paşa 
1918-ci ildə “İttihad və tərəqqi” partiyasının qurultayında çıxışında 1914-cü 
ildə rus donanmasının bombardman edilməsindən xəbəri olduğunu təkzib 
edərək dedi ki, admiral Suşon manevr bəhanəsi ilə donanmanı Qara dənizə 
çıxartdı, əvvəlcə rus eskadrasmı, sonra isə rus limanlarını bombardman etdi. 
Hamı elə düşünürdü ki, mənim bundan xəbərim olmuşdur. Düz sözlə sizi 
əmin  etmək  istəyirəm  ki,  mən  də  hamı  kimi  hadisə  baş  verdikdən  sonra 
məlumatlandırıldım və müharibə mənim xəbərim və razılığım olmadan baş 
vermişdir”. Beləliklə, müharibə başlandı. İngilis tarixçisi C. M. Robcrtsin 
yazdığı kimi Rusiyanın Türkiyəni sakitləşdirmək və tərəfsizliyini qorumaq 
cəhdləri  puça  çıxdı”.  İngilis  müəllifi  Lord  Kinros  “Yavuz”  və  “Midili” 
gəmilərinin  hücumunun  Ənvər  paşanın  məxfi  göstərişi  ilə  həyata 
keçirildiyini yazıf’. 
Türkiyə  müharibəyə  qoşulduqdan  sonra  ABŞ-m  “Assosiated  Press” 
agentliyinin  nümayəndəsi  bÖ3dik  vəzirdən  Türkiyənin  müharibəyə 
qoşulması  səbəbləri  haqqında  soruşdu.  O,  cavabında  bildirdi  ki,  türklər 
Üçlər razılığının Türkiyənin toxunulmazlığına 30 il toxunmamaq təklifini 
rədd etdilər. Çünki bu, türk suverenliyinə zərbə olardı. Türkiyənin təcrübəsi 
göstərir  ki.  Üçlər  razılığı  dövlətlərinə  inamın  kifayət  qədər  əsası  yoxdur. 
Türklər onlara olan ikiüzlü münasibətdən yorulmuşlar. Türk xalqı özü öz 
taleyini həll etmək istəyir. Türklər vəhşi, qara, qəhvəyi və sarı xalq deyillər, 
onlar  ağdırlar  və  başqa  ağ  xalqlarla  yanaşı  yaşamaq  hüquqları  vardır. 
Türklər  buna  görə  də  həmin  təklifə  rəğbətlə  yanaşmadılar.  Son  vaxtlara 
qədər Türkiyə Avropa dövlətlərinin əlində piyada idi və onun mənafelərini 
nəzərə almırdılar. Biz artıq yorulmuşuq və indi Türkiyənin öz mövcudluğu 
uğrun- 
72 


da  mübarizo  aparırıq.  Türkıyonin  Almaniyanın  zülmü  altına  düşməsinə 
gəlincə  bu,  bəhanədir,  indiyədək  İtaliya  və  Avstriya  öz  müttəfiqinin 
hakimiyyəti altına düşməmişdir’“. 
Birinci  dünya  savaşına  qatılan  zaman  Osmanlı  imperatorluğunun 
ərazisi 1.700.000 km. hektar, sərhədlərinin uzunluğu 12.000 km., əhalisi isə 
22-23 milyon nəfər idi-'k 
Türk ordusunun sayı haqqında mənbələrdə müxtəlif rəqəmlər yazılır. 
Dünya  müharibəsinə  həsr  edilmiş  kitabda  yazılır  ki,  cəbhələrdə  döyüşən 
türk diviziyalarının sayı 1914-cü ildə 37, 1915-ci ildə 38-52, 1916-cı ildə 
48-53, 1917-ci ildə 44-46, 1918-ci ildə 17-43 idP". Rus alimi A. D. Noviçcv 
yazır  ki,  Türkiyədə  əvvəlcə  orduya  650  min  nəfər  çağırıldı,  müharibənin 
gedişində isə səfərbər edilənlərin sayı 4 milyon nəfərə çatdı”. 
“Daily Chronilc 1915-ci il 5 may tarixli sayında yazırdı:  “Türk hərbi 
nazirliyi orduda 1.322.000 nəfər olduğunu deyir, lakin güman ki, bu rəqəm 
800.000  nəfəri  ötüb  keçmir,  onların  200.000  nəfəri  xristianlardır,  yollar, 
körpülər  tikirlər.  Digər  ordu  5  hissəyə  ayrılmışdır.  100  min  nəfərə  yaxın 
birinci hissə, general fcidmarşal Fon der Kolmar Qolç paşanın (1843-1916) 
başçılığı ilə Çarqraddadır (Äto/ıZıu/- M Q.). 150 min nəfərlik ikinci his.sə 
Camal  paşanın  başçılığı  ilə  Misirdədir.  50  min  nəfərlik  üçüncü  hissə 
Bağdad yolundadır. 180 min nəfərlik dördüncü hissə Qafqaz cəbhəsindədir. 
Liman fon Sonders başda olmaqla 70 min nəfərlik beşinci hissə Dardaneli 
qoruyur. 35 min nəfər Smima (İzmir - M. Q.) rayonundadır. 20 min nəfərlik 
ordu general Suşonun komandanlığı ilə Bosfordadır’’. Bundan fərqli olaraq 
“Temps” qəzetinin 1915-ci il avqust tarixli sayında verilən məlumata görə, 
Türkiyə müharibə dövründə 1.300.000 hərbçi saxlaya bilərdi. 
Türkiyənin 850 min nəfərlik ordusunun 100 min nəfəri xristianlar və 
yəhudilər idi”. Bu ordunun 300 min nəfəri Qafqaz cəbhəsində idi. 
Rusiya  tarixçisi  V.  A.  Yemets  1914-cü  ilin  noyabrında  Qafqaz 
cəbhəsində başlayan hərbi əməliyyatlarda 3-cü türk ordusunun tərkibində 
190 min nəfərin olduğunu yazır’"'. 
Türk tarixçisi Yusif Hikmet Bayur Qafqaz cəbhəsində Osmanlı 3- cü 
ordusunda (komandan Həsən İzzət paşa) 235 min insan, 61 min heyvan və 
qala toplarıyla birlikdə 531 topun olduğunu qeyd edir”. 
1915-
 
ci  ilin  əvvəlindo  ingilis  motbuatı  Qafqaz  cəbhəsində 
Rusiyaya qarşı yeridilən türk ordusunun sayının 300 min nəfərə çatdığını 
yazırdı. 
73 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə