Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə22/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

1903-1913-cü  illordo  köçürülmo  nəticəsində  Bakıda  ruslar  25.257, 
ermənilər 16.848, azərbaycanlılar isə 3.840 nəfər artmışdılar. 
Bu  illərdə  Bakıda  doğulanlar  76.243  nəfərini  və  ya  bütün  əhalinin 
35,5%-ni  təşkil  edirdisə,  Bakıdan  kənarda  doğulanlar  və  ya  gəlmələr 
138.436 nəfər və ya 64,5% idi"’. 
1913-
 
cü ildə Bakı quberniyasında 704132 əhali yaşayırdı. Onun 
178242 şiə kişi, 136408 şiə qadın, 128615 sünni kişi, 107293 sünni qadın 
idi. Xristianlar 9071 kişi, 8046 qadın idi“. 
İqlimi  əlverişli  olan  Xəzər  dənizinə  və  Qara  dənizə  yaxın  yerləşən 
Güney  Azərbaycanda  əhali  sıx  idi.  Burada  təxminən  2  mln.  nəfər 
yaşayırdı*'. Əhali əsasən türklərdən, kürdlərdən, farslardan və aysorlar- dan 
(siro-xaldcylər və ya ncstorianlar), ermənilərdən ibarət idi. 
Türklər  Azərbaycanın  əsas  əhalisi  idi.  Onlar  oturaq  həyat  tərzi 
sürürdülər. Onlara hərbi və narahat hesab edilən şahsevənlər və qaradağlılar 
aid  idi.  Bu  tayfalar  Güney  Qafqazla  sərhəddə  Ərdəbildə  və  Qaradağda 
yaşayırdılar.  Onlar  İran  inqilabı  vaxtı  Azərbaycan  bazarlarında  tüfəngi 
300-400 rubla, patronu 50 qəpik, bəzən də 1 rubla satırdılar. 
Azərbaycan  əhalisinin  əsas  məşğuliyyəti  əkinçilik,  maldarlıq  və 
üzümçülük idi. 
Osmanlı  imperatorluğunun  islam  dininin  mərkəzi  olması.  Quzey 
Azərbaycanda və bütövlükdə, Rusiyada yaşayan türklərin və müsəlmanların 
zülm altında inləmələri İstanbul hökumətinin Azərbaycan siyasətinə xüsusi 
önəm verməsini şərtləndirirdi. Rusiya həm də müsəlman ölkəsi idi. 
Azərbaycanın  türk  diyarı  olması  başlıca  rol  oynayırdı.  Y.  V. 
Çəmənzəminli  yazırdı  ki,  Azərbaycan  “böyük  türk  millətinin  bir  şöbəsini 
təşkil edir. Azərbaycan türk axıntısmdan əmələ gəlmə bir ölkədir. Təbiətən 
cürətli,  rəşadətli  və  cəngavər  olduqları  üçün  türklər  Türküstanda,  İranda, 
Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət 
ağalıq sürüblər*^ 
Azərbaycan türklərinin mədəni inkişafının sürətlə getməsi, milli şüurun 
yüksəlməsi,  başqa  müsəlman  xalqlarına  nisbətən  bütün  sahələrdə  xeyli 
inkişaf  etməsi  Osmanlı  imperatorluğu  üçün  Azərbaycanın  əhəmiyyətini 
artırırdı. 
Ermənilərin  “Mşak”  qəzeti  19l4-cü  il  noyabrın  sonlarında  rus-türk 
müharibəsi 
ilə 
əlaqədar 
olaraq 
Qafqaz 
müsəlmanlarının 
əhvali-ruhiyyəsindən bəhs edərək Qafqaz müsəlmanlarının öz mədəniyyəti, 
psi 
65 


xologiyası,  arzuları  və  ictimai  əhvali-mhiyyəsi  ilə  digər  ölkələrin 
müsəlmanlarını  çox  şeydə  ötüb  keçdiklərini  yazırdı.  Qəzetin  fikrincə, 
Qafqaz 
müsəlmanları 
Avropa 
mədəniyyətini 
xeyli 
dərəcədə 
mənimsəmişdilər.  Qafqaz  müsəlmanları  ticarətdə  və  sənayedə  öz 
mövqelərini  xeyli  möhkəmləndirmişdilər.  Qəzet  yazırdı  ki,  Qafqaz 
müsəlmanlarının əqli mərkəzi olan Bakıda da onlar zənginlikləri ilə başqa 
şəhərlərdə  olduğu  kimi  birinci  yeri  tuturlar.  Son  vaxtlar  əqli  inkişafda 
Qafqaz  müsəlmanları  böyük  addımlar  atırlar.  Rus  mədəniyyəti  Qafqazda 
müsəlmanlar  üçün  nəhəng  tərəqqi  mühərrikidir.  Universitetlərdə, 
gimnaziyalarda  və  digər  hökumət  təhsil  müəssisələrində  müsəlman 
gənclərinin  xeyli  hissəsi  tərbiyə  və  təhsil  alır.  Onlar  gələcəkdə  doğma 
xalqının mədəni inkişafının rəhbərləri olacaqlar. İndi müsəlmanların ictimai 
və şəxsi qadın məktəbləri vardır. Qafqaz müsəlmanları iqtisadi və mənəvi 
tellərlə Rusiyaya bağlıdırlar. Belə şəraitdə heç bir çağırış (Türkiyə sultanı 
tərəfindən müqəddəs cihadın elan edilməsi nəzərdə tutulur.- M. Q.) Qafqaz 
müsəlmanlarını geriyə qaytara bilməz“. 
Əlbəttə,  bu  qəzet  materialının  sırf  təbliğat  məqsədi  ilə  yazıldığı 
aydındır. Bir sıra məxfi arxiv materialları və məlumatları azərbaycanlıların 
və digər müsəlmanların Türkiyəni binnənalı şəkildə dəstəklədiklərini sübut 
edir. 
Beləliklə,  birinci  dünya  müharibəsi  illərində  böük  dövlətlərin 
Azərbaycan  (Quzey  və  Güney)  siyasətini  onun  yerləşdiyi  əlverişli 
coğrafi-siyasi  mövqe,  Avropa  ilə  Asiya  arasında  qısa  tranzit  yolu  rolunu 
oynaması,  zəngin  təbii  sərvətləri,  dünya  siyasətində  neftin  mühüm  rol 
oynaması  və  Bakının  neft  mərkəzi  kimi  əhəmiyyətinin  artması, 
Azərbaycanın ərazisi və əhalisinin milli və dini tərkibi müəyyənləşdirirdi. 
Nəticədə,  böyük  dövlətlərin  hər  biri  Azərbaycana  dair  planlarını 
reallaşdırmaq  uğrunda  kəskin  hərbi  və  diplomatik-siyasi  mübarizəyə 
başladılar. 
66 


II
 
Bölüm 
Böyük dövlətlərin Quzey Azərbaycan planları və 
onları reallaşdırmaq uğrunda diplomatik - siyasi 
mübarizə 
Diplomatik və konsulluq nümayəndəlikləri. 
Osmanlı imperatorluğunun Azərbaycan planları. 
Almaniyanın Azərbaycana dair niyyətləri. 
Antanta dövlətlərinin planları. 
Rusiyanın Azərbaycan planları. 
İngiltərə, Fransa və ABŞ-ın niyyətləri. 
Bakıdakı İran konsulunun “qənd əməliyyatı”. 
Diplomatik vo konsulluq nümayəndəlikləri 
Birinci dünya müharibəsi ərəfəsində böyük dövlətlərin hər biri Rusiya 
imperiyasının tərkibində olan Quzey Azərbaycan siyasətini Bakıda və başqa 
şəhərlərdə olan diplomatik və konsulluq nümayəndəlikləri vasitəsi ilə həyata 
keçirirdilər.  Əslində  bu  dövlətlərin  Azərbaycan  siyasəti  tam  açıqlığı  ilə 
mövcud deyildi. Müharibə ərəfəsində Bakıda aşağıdakı ölkələrin konsulları 
fəaliyyət  göstərirdi:'  Avstriya-Macarıstanın  vitse-konsulu  Emil  Qoldyust; 
İngiltərənin  vitse-konsulu,  müvəqqəti  işlər  vəkili  Roland  Damis; 
Yunanıstanın  vitse-konsulu  A.  Kussi  (bəzən  Kussis  yazılır  -M.  Q.); 
İtaliyanın konsul agenti Georq Pitoev; Niderlandın vitse-konsulu S. Bardski; 
İranın  konsulu  Nüsrət  ül  Veza-  re;  İsveçin  fəxri  konsulu  Knut  Mallc; 
Fransanın konsulu Haje; Almaniyanın konsulu Otto Tideman; İngiltərənin 
konsulu Patrik Stivens (Batumda oturmaqla Bakı quberniyasına da baxırdı); 
Belçikanın konsulu N. A. Ayvazov (Bakı və Yelizavctpol quberniyalarına, 
Dağıstan vilayətinə və Quba qəzasına baxırdı); Belçikanın ştatdankənar baş 
konsulu  Stanislav  Boy  (Xarkovda  otuaırdu,  lakin  Bakı  quberniyasına 
baxırdı). Danimarkanın konsulu Erik Birinq (bəzən Bisrinq yazılır - M. Q.) 
(Qafqaza  baxırdı.  Batum  və  Novorossiysk  istisna  olmaqla);  Norveçin 
ştatdankənar baş konsulu Rasmus İnqvald Torsen (S. Peterburqda otururdu, 
lakin Bakı quberniyasına baxırdı). 
Lənkəranda  aşağıdakı  xarici  ölkələrin  konsul  nümayəndələri  var  idi. 
İranın  konsul  agenti  Seyfulla  xan,  Salyan  və  Göyçayda  isə  konsul  agenti 
Eləbibulla xan idi. 
67 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə