Milli Programda digər enerji mənbələrindən- günəş enerjisindən, termal sulardan və biokütlə
enerjisindən istifadə imkanları göstərilsə də, hal-hazırda bu istiqamətdə heç bir iş görülməmişdir.
Əhali Tərəfindən Istifadə Olunan Təbii Qaz
Azərbaycanda təbii qazın yandırılması istixana qazlarının emissiyasını artıran əsas amildir. Aparılan
təhlillər belə bir nəticəyə gəlməyə əsas verir ki, Şahdəniz qazını istismar etməyə başlayan
Azərbaycan regionunun əsas qaz ixracatçılarından birinə çevrilməklə, həm də təbii qazın iri
istehlakçılarından biri olmuşdur. Bunu son illər ölkəmizin ərazisində əhali və müəssisələri
tərəfindən işlədilən qazın kəskin artması təsdiq edir. Belə ki, 2007 ildə respublika ərazisində istehlak
olunan təbii qazın miqdarı 2001 illə səviyyədə 1,6 dəfə artmışdır. Maraqlıdır ki, 2007-ci ildə
respublikada istehlak olunan 8637 milyon m
3
qazın 2482,1milyon m
3
-i yaxud da 29%-i əhali
tərəfindən işlədilmişdir.
Təbii qaz Azərbaycanda evlərin qızdırılması üçün istifadə olunan əsas yanacaq vasitəsi hesab olunur
və gələcəkdə də əsas olaraq qalacaqdır. Təbii qaz neft və mazutla nisbətən ekoloji cəhətdən təmiz
olsa da onu tam zərərsiz yanacaq növü hesab etmək olmaz. Əhali əsasən kustar üsulla düzəldilmiş
qaz sobalarından istifadə edir ki, bu da son nəticədə xeyli qaz israfına səbəb olur. Hesablamalara
görə kustar qaz sobalarında ayrılan enerjinin 90%-ə yaxını itkiyə səbəb olur.
ADSK-nın başqa bir məlumatı isə təbii qazın regionlar üzrə necə paylanmasını təsvir edir. Bu
məlumata əsasən belə bir nəticəyə gəlmək olar ki, ölkə ərazisində istifadə olunan təbii qazın 94%-
dən çoxu iri şəhərlərdə istehlak olunmuşdur. Bu isə gələcəkdə həmin şəhərlərdə mərkəzləşdirilmiş
istilik sistemlərinin yaradılması (MİS) ilə təbii qazdan istifadəni xeyli azaltmağa imkan verərdi.
Başqa bir maraqlı məlumat isə Bakı şəhərində ayrı-ayrı ailələr tərəfindən il istifadə olunan təbii
qazın miqdarına aiddir. MİS-lərin az-çox mövcud olduğu Nərimanov rayonunda hər ailənin illik
istifadə etdiyi təbii qazın miqdarı 2007-ci ildə 2176,4 m
3
təşkil edirsə, bu rəqəm əsasən həyət
evlərinin daha çox olduğu və mərkəzləşdirilmiş istilik sistemlərinin olmadığı Xəzər rayonunda
4892,7 m
3
təşkil etmişdir. Başqa sözlə həyət evlərini qızdırmaq üçün yandırılan təbii qazın miqdarı
bina evləri ilə müqayisədə 2,3 dəfə çoxdur.
Avtomobil Nəqliyyati
Avtomobil nəqliyyatı da istixana qazlarının atmosferə atılmasında çox böyük rola malikdir. Köhnə
avtomobillər və keyfiyyətsiz avtomobil yanacağı bu zaman daha çox zərəli qazların atmosferə daxil
olmasına səbəb olur. Azərbaycanda digər nəqliyyat vasitələrinə nisbətən avtomobil nəqliyyatından
daha çox istifadə olunur. Son illər ölkəmizə gətirilən avtomobillərin sayının kəskin surətdə artması
avtomobil nəqliyyatının əhəmiyyətinin daha da artdığını göstərir. Ümimiyyətlə, qeyd etmək yerinə
düşər ki, infrastruktur baxımddan zəif olan ölkələrdə avtomobil nəqliyyatından digər nəqliyyat
növləri ilə müqayisədə daha çox istifadə olunur. Bu təmayülün əsas səbəbi isə avtomobil
nəqliyyatından istifadə imkanlarının daha çox olmasıdır və bu nəqliyyat növü digər nəqliyyat
növləri ilə müqayisədə daha az təşkilatçılıq tələb edir. Azərbaycanda da son illər belə bir təmayülün
yaranmasını ölkə infrastrükturunda, o cümlədən nəqliyyat sektorunda effektiv idarəetmənin
zəifləməsi ilə əlaqələndirmək olar.
Rəsmi məlumata görə Azərbaycan Respublikasında son 7 ildə avtomobillərin ümumi sayı iki
dəfədən də çox artmışdır. Əgər 2001 ildə respublikadakı avtomobillərin ümumi sayı 450 959 ədəd
olmuşdursa, 2008 ildə bu rəqəm 860 047 ədəd təşkil etmişdir. Bu zaman ən çox artım Bakı şəhərinin
payına düşmüşdür. Əgər 2001 ildə Bakı şəhərindəki avtomobillərin ümumi sayı 150 132 ədəd
olmuşdursa, 2008 ildə bu rəqəm 502 369 ədəd təşkil etmişdir. Əyalətlərdə isə avtomobillərin ümumi
sayında demək olar ki, artım olmamış, hətta bəzi regionlarda isə onların sayı azalmışdır. Bu isə iri
şəhərlərlə əyalətlər arasında çox boyük yaşayış fərqlərinin olduğunu göstərir. Göründüyü kimi, son
illərdə respublikamıza gətirilən avtomobillərin ancaq Bakı şəhərində və ona yaxın ərazilərdə
cəmləşməsi müşahidə olunur ki, bu da paytaxtda atmosferin çirklənməsinin həddən artıq artmasını
nümayiş etdirir. Nəticədə, respublikanın ən böyük şəhərində ekoloji vəziyyətin də son dərəcə
ağırlaşması müşahidə olunmaqdadır.
Ölkə üzrə olan 860 047 avtomobildən 700 080-i minik avtomobilidir. Minik avtomobillərinin artım
sürətinə görə yenə də Bakı şəhəri liderlik edir. Belə ki, hal-hazırda Bakı şəhərində 431 0046 minik
avtomobili vardır. Bu isə ölkədəki minik avtomobillərinin 61%-i deməkdir. Ümumilikdə isə Bakı
şəhərində 2008 ildə 502 369 avtomobil olmuşdur ki, bu da bütün ölkədə olan avtomobillərin 58%-i
deməkdir. Maraqlı başqa bir cəhət isə odur ki, son 10 ildə Bakıdakı minik avtomobillərinin sayı 4
dəfəyə yaxın armışdır. Eyni zamanda, regionlarda minik avtomobillərinin sayında kəskin artım
müşahidə olunmamışdır. Bir çox hallarda, isə bəzi rayonlarda minik avtomobillərinin sayı
azalmışdır. Qeyri-rəsmi məlumatlara görə, regionlarda qeydiyyatda olan çoxsaylı avtomobil də
Bakıda fəaliyyətdədır və təssüf ki, onların düzgün statistikasını aparmaq mümkün deyil. Deyilənləri
nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, respublikada olan avtomobillərin 58%-i yox, daha
çoxu Bakı şəhərində və onun ətraf qəsəbələrindədir.