Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə10/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   6   7   8   9   10   11   12   13   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/9 



 

ŞD2 infrastruktur Layihəsinin və  Qızıldaş Sement Zavodunun tikinti qrafiklərinin üst-üstə 

düşməsini ehtimal etdikdə, mənfi təsir yaratmaq üçün ən böyük potensiala malik aspekt, yol-

nəqliyyat hərəkətinin pozulmasıdır. Həmçinin  ŞD2 infrastruktur layihəsi və avtomagistral yol 

qovşağı ilə bağlı olaraq həssas reseptorlarda kumulyativ səs-küy təsirlərinin (paralel şəkildə 

aparılan digər işlərin bu layihə ilə birlikdə toplam təsirlərinin) də baş vermə potensialı 

mövcuddur. Ona görə  də tikinti podratçılarının və magistral yol tikintisini həyata keçirən 

təşkilatın  əlaqə saxlaması lazım gələcək ki, işlərin qrafikinin planlaşdırılması  və müvafiq 

təsirazaltma tədbirlərindən istifadə olunması vasitəsilə bu təsirlər minimuma endirilsin. 

 

Daha çox məşğulluq imkanları  və iqtisadi gəlirlərin artması ilə bağlı bir sıra  əhəmiyyətli 



müsbət kumulyativ təsirlər (paralel şəkildə aparılan digər işlərin bu layihə ilə birlikdə toplam 

təsirləri) mövcuddur.  

 

Təsadüfi hadisələr müntəzəm və qeyri-müntəzəm fəaliyyətlərdən ayrıca nəzərdən keçirilir, 



çünki onlar yalnız texniki nasazlıq, insan xətası  nəticəsində  və ya bir sıra təbiət hadisələri 

(seysmik hadisələr kimi) nəticəsində meydana çıxır. 

 

ŞD2 infrastruktur layihəsinin işləri ilə bağlı potensial təsadüfi hadisələrə aşağıdakılar daxildir: 



 

 Tikinti 

fəaliyyətləri  ərzində mövcud boru kəməri dəhlizi daxilində boru kəmər(lər)inə 

təsir; 


 Tikinti 

düşərgəsi/obyektləri yerləşən ərazi daxilindəki yanacaq çənlərində hermetikliyin 

itməsi; 

 Yanacaq 

avtosisternlərində, çəlləklərdə, orta tonnajlı konteynerlərdə  və ya yanacaq 

daşıma konteynerində hermetikliyin itməsi; 

 Kiçik 

dağılmalar/sızmalar ilə bağlı kiçik həcmli dağılmalar; 

 

Çirkab suyunu təmizləmə qurğusunun sıradan çıxması; 



 Yeraltı neft separatorlarının və ya septik çənlərin dolub daşması; 

 Su 


axarlına və ya Xəzər dənizinə beton sızması; və 

 Torpaq 

qalaqlarından və açıq qruntdan lilli suyun axmasına səbəb olan daşqın 

hadisələri. 

 

Layihənin dizayn mərhələsində təsadüfi hadisələrin təsirinin azaldılması üzrə tədbirlər nəzərə 



alınıb və bu tədbirlərə aşağıdakılar daxildir: 

 

 



Mövcud boru kəmərlərinin xəritələşdirilməsi vəziyyətinin qiymətləndirilməsi; 

 

Mövcud boru kəmərlərinin üzərindən suötürücülərin / kəsişmələrin inşa edilməsi; 



 

İNL avtomobil yolunda beton baryerlərdən və basdırılmış boru kəməri mühafizə 

vasitəsindən istifadə edilməsi

 

Bəndlər və qapalı sahələr; və 



 Yeraltı və septik çənlərin layihələşdirməsi. 

 

Bundan  əlavə, dağılma riskinin minimum olmasını  təmin etmək üçün tikinti işləri  ərzində 

prosedurlar və  nəzarət tədbirləri həyata keçiriləcək.  Əsas nəzarət tədbirlərinə  aşağıdakılar 

daxildir: 

 

 Sahənin drenaj sistemi və çirklənmə  təhlükəsi ilə bağlı  xəritələrin hazırlanması (bu 



xəritələr potensial çirklənmə yollarının mənbələrini və əsas reseptorları əks etdirir); 

 

Bütün personal üçün dağılmalara qarşı cavab tədbirləri üzrə müvafiq təlim keçirilməsi; 



və 

 Bütün 


dağılmaların  əsas təfərrüatlarını, o cümlədən bərpa işlərini (tələb olunduqda) 

sənədləşdirən dağılmalar haqqında qeydiyyat jurnalının tutulması. 

 

Bundan  əlavə,  ŞD2 infrastruktur layihəsində  işlər başlanılmazdan  əvvəl “Dağılmalara qarşı 



cavab tədbirləri planı” hazırlanacaq. Bu sənəd BP şirkətinin “Neft dağılmalarına qarşı cavab 

tədbiri planları” (NDQCTP) ilə uyğunlaşdırılacaq və üzərindən kəsişmələrin quraşdırılacağı 

boru kəmərlərini idarə edən 3-cü tərəflərə  məxsus boru kəməri sahibləri tərəfindən 

dəstəklənən planlarla inteqrasiya olunacaq.  




Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/10



Ətraf mühitin və sosial sahənin idarə olunması  

 

ŞD2 infrastrukturu layihəsinin işləri BP şirkəti tərəfindən təyin olunmuş  əsas podratçılar 



tərəfindən yerinə yetiriləcək. Podratçıların seçilməsi üzrə ciddi bir proses tətbiq olunacaq ki, 

ŞD2 infrastruktur layihəsi zamanı istifadə edilən  əsas podratçıların BP-nin gözləntilərinə 

cavab verən effektiv SƏTTƏM idarəetmə sistemlərinə malik olması təmin edilsin. 

 

Təyin olunmuş podratçı(lar)dan SƏTTƏM idarəetmə sistemi (İSO 14001 və OHSAS 18001 



standartı ilə uyğunlaşdırılmış) vasitəsilə  ətraf mühit və sosial tələbləri işləyib hazırlamaq, 

həyata keçirmək və onlara nəzarət etmək tələb olunacaq.  

 

Ətraf mühitin və sosial sahənin idarə olunması prosesi əvvəlki layihələrin yerinə yetirilməsi 



zamanı toplanılmış  təcrübədən, götürülmüş “ibrət dərslərindən” və eləcə  də yaxşı  tərtib 

olunmuş ekoloji monitorinq proqramından faydalanacaq. Əvvəlki layihələrdən  əldə olunmuş 

təcrübənin digər üstünlüklərinə aşağıdakıların işlənilib hazırlanmasını əhatə edir: 

 

 Tullantıların sahədə çeşidlənməsi və idarə olunması üzrə effektiv və etibarlı 



prosedurlar; 

 Tullantıların Avropa İttifaqı standartlarına uyğun inşa edilmiş  və  fəaliyyət göstərən 

təhlükəsiz utilizasiyası poliqonu; və 

 Tullantıların utilizasiya olunması və təkrar emalı üçün imkanları müəyyənləşdirmək və 

həmin imkanlardan istifadə etmək üçün effektiv proses. 

 

E.9 Yekunlar 

 

ŞD2 infrastruktur layihəsi üzrə planlaşdırma,  əsas etibarilə,  əvvəllər terminalda həyata 



keçirilmiş tikinti layihələrindən  əldə olunan təcrübədən faydalanmışdır.  ŞD2 infrastruktur 

layihəsi əvvəlki layihələrdən əldə edilmiş təcrübə barədə məlumatla təmin edilmişdir. 

 

Yekun olaraq, ŞD2 infrastruktur layihəsi özünün ekoloji və sosial-iqtisadi reseptorlar 



üzərindəki təsirinin bütün aspektlərini nəzərdən keçirib və  hər hansı  mənfi təsirlərin praktiki 

baxımdan mümkün olduğu qədər minimuma endirilməsini təmin etmək üçün mövcud nəzarət 

tədbirlərinə əlavə təsirazaltma tədbirləri daxil edib.  

 

 



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə