259
Musa ibn Məhəmməd Hadi hicri 169-170 (miladi 785-786)
Əbu Məhəmməd Musa ibn Məhəmməd hicrətin 146-cı ili (miladi 763) xə-
li
fə Mənsurun xilafəti dövründə Hümeymədə anadan olmuşdur. Anası Xeyzə-
ran adlı bir qadındır. Rəvayətlərə əsasən Mehdi onu qul alverçilərindən alıb
onun
la evlənmiş və bu evlilikdən Musa ilə Harun dünyaya gəlmişdir. Hicrətin
169-
cu ili (miladi 785) atası Mehdinin ölümündən sonra onun vəsiyyətinə əsa-
sən xəlifə seçilən Musa ibn Məhəmməd özünə Hadi ləqəbini götürdü. Atasının
vəfatı ərəfəsində Curcanda olan Hadi üsyanı yatırdıqdan səkkiz gün sonra Bağ-
da
da gələrək ümumi beyəti qəbul etmişdir.
Fəxx şəhidi Hüseyn ibn Əlinin qiyamı
Fəxx Məkkə ilə Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Fəxx şə-
hidi Hüseyni
n atası Əli, anası Zeynəb İmam Həsənin (ə) nəvələrindəndir.
Xilafəti əldə edən Hadi dərhal İshaq ibn İsanı Mədinə valisi təyin etdi. Qı-
sa müd
dət sonra İshaqın bu vəzifəni tərk etməsilə əlaqədar olaraq, xəlifənin
əmrinə əsasən Mədinəyə Raşidi xəlifəsi Ömər ibn Xəttabın nəslindən olan
Əbdüləziz ibn Abdullah vali təyin edildi. Əhli-beytə qarşı mənfi münasibətdə
olan Əbdüləziz ibn Abdullah daim onları təhqir edərək gözdən salmağa çalışır-
dı. Onun göstərişinə əsasən İmam Həsənin (ə) nəslindən üç nəfər seçilmişdi ki,
Mədinə valisinin istədiyi zaman bu üç nəfər Ələvilərin hər hansı birini onun
yanına gətirsin. Əbdüləziz ibn Abdullah tərəfindən zamin seçilmiş üç nəfər
Əhli-beyt nümayəndəsi bunlar idi:
1.
Hüseyn ibn Əli ibn Həsəni-müsəllas ibn Həsəni-müsənna ibn İmam Həsən (ə);
2.
Yəhya ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn İmam Həsən (ə);
3.
Həsən ibn Məhəmməd ibn Abdullah Məhz.
Hicrətin 169-cu ili (miladi 786) Hz.Əlinin
(ə) nəslindən olan yetmiş nəfər
xilafətin müxtəlif yerlərindən həcc ziyarəti üçün Mədinəyə gəlib Hüseyn ibn
Əlinin ətrafına yığışmışdılar. Hüseyn ibn Əli belə qənaətə gəldi ki, əgər
Peyğəmbər (s) nəsli öz haqqını tələb etmədən sakit dursa, qarşı tərəfin zülmləri
daha da artacaq. O, dərk edirdi ki, Mədinə valisi Əbdüləziz ibn Abdullah Ələ-
vi
ləri alçatmaq üçün heç nədən çəkinməyəcək. Onun məqsədi Əli (ə) övladla-
rını aradan götürməkdir. Bu zülmlərin qarşısını almağın yolunu Hüseyn ibn Əli
yalnız Ələvilərin birləşməsində görürdü. Bu məqsədlə Hüseyn ibn Əli yaxın
qohumlarını və sadiq dostlarını yanına çağıraraq öz fikrini onlara açıqladı.
Nəhayət növbəti gün Mədinə müəzzini azan verəndə Ələvilər onu məcbur
et
dilər ki, azanda “Həyyə əla xeyr-il-əməl” cümləsini də söyləsin. Mədinə
valisi Əbdüləziz ibn Abdullah azandakı dəyişikliyi eşidəndə başa düşdü ki,
Ələvilər qiyam qaldırıb. Ona görə də Mədinədən qaçdı.
Hüseyn ibn Əlinin qiyamına Əli (ə) nəslinin böyüklərindən yalnız Həsən
ibn Cəfər ibn Həsəni-müsənna və zamanın imamı Hz.Museyi Kazim (ə) qo-
şulmadı. İmam Kazim (ə) Hüseyn ibn Əliyə beyət etməyərək belə buyurdu:
“Bax
mayaraq ki, sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə möhkəm ol!
260
Bun
lar çox pis adamdırlar. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə kafir-
dir
lər. Bu yolda mən sənin əcr və savabını Allahdan istəyirəm.”
393
Hüseyn ibn Əli üç yüz nəfər tərəfdarı ilə birlikdə Mədinədən çıxıb, həcc
məqsədilə Məkkəyə doğru hərəkət etdi. Digər tərəfdən
də nəzarəti ələ keçirmək
məqsədilə xəlifə Hadi Süleyman ibn Mənsurun başçılığı ilə dörd min nəfərlik
or
dunu Mədinəyə göndərdi. İki ordu Fəxx məntəqəsində qarşılaşdı. Baş verən
dö
yüşdə Hüseyn ibn Əli, onun silahdaşlarının əksəriyyəti həlak oldu, bir hissəsi
də əsir edildi. Şəhidlərin başı kəsilərək əsirlərlə birlikdə Bağdada xəlifə Hadi-
nin hüzuruna gön
dərildi. Cəsədləri isə hamarda buraxdılar ki, qurda-quşa yem
ol
sun. Bu faciə hicrətin 169-cu ili zilhiccə ayının 8-də (miladi 786-cı il iyunun
10-
da) baş vermişdir.
394
Bu faciə haqqında İmam Təqi (ə) belə buyurmuşdur: “Biz Əhli-beyt üçün
Kərbəladan sonra Fəxxdən böyük qətlgah yoxdur”.
395
Hicrətin 170-ci ili xəlifə Hadi, qardaşı Harunu vəliəhdlikdən uzaqlaşdıraraq
onun yerinə oğlu Cəfəri təyin etmək istədi. Lakin Harun ilə Hadinin anası Xey-
zəran buna qarşı çıxdı. Çünki o Hadidən çox Harunun xəlifə olmasını istəyirdi.
A
tası Mehdidən fərqli olaraq Hadi xilafətə gəldikdən sonra anasının dövlət
işlərinə qarışmasının qarşısını almışdı. Sərkərdələrinin və digər şəxslərin ana-
sının evinə tez-tez getdiyini görən Hadi onlara belə demişdi: “Hər hansı bir əmir
və sərkərdə əgər anamın qapısına gedərsə, boynunu vuraram və onun üçün şəfaət
də qəbul etmərəm.” Bundan sonra heç bir söz deməyən Xeyzəran Hadi ilə bir də
danışmayacağına söz verərək onun evini tərk edib başqa yerə daşındı.
Harunu vəliəhdlikdən uzaqlaşdırmaq fikrindən əl çəkməyən Hadi Harunun
tərəfini tutan və böyük sərkərdələrdən olan Yəhya ibn Xalid ibn Bərməkini ya-
nına çağıraraq ondan soruşdu: “Harunu vəliəhdlikdən çıxarıb onun yerinə oğ-
lum Cəfəri təyin etməyimə nə deyirsən?” Xalid ibn Yəhya belə cavab verdi:
“B
elə etsən, insanların əhdlərə əhəmiyyət verməmələrindən qorxuram. Məncə
ən uyğun olanı Cəfəri Harundan sonrakı dövr üçün vəliəhd təyin etməyindir.
Ey
ni zamanda Harunu vəliəhdlikdən uzaqlaşdırdıqdan sonra səni ölüm haqlasa,
xi
lafət azyaşlı Cəfərə qalacaq. Bu zaman xilafətdən narazı olanlar asanlıqla
döv
lət çevrilişi edib, hakimiyyəti Cəfərdən alacaq. Buna görə də ən yaxşı yol
bu
dur ki, vəziyyət necədirsə, qoy elə də qalsın. Cəfər həddi-büluğa çatdıqdan
son
ra Harun özü könüllü surətdə vəliəhdlikdən uzaqlaşıb Cəfərə beyət edər”.
Yəhyanın bu sözləri qarşısında onu həbs edə bilməyən Hadi müvəqqəti olaraq
sərbəst buraxdı. Lakin qısa müddət sonra Yəhya barəsində fikrini dəyişən Hadi
onu həbsə atdırdı və o Hadinin ölümünə qədər həbsdə qaldı.
Xəlifə Hadi hicrətin 170-ci ili rəbiül-əvvəl ayının ortalarında (miladi 786)
iyir
mi üç yaşında İsabadda anası Xeyzəranın göstərişi ilə zəhərləndirilərək öl-
393
Biharul-ənvar, 48-ci cild, səh-169.
394
Tarixi-
Təbəri, IV cild, səh-596-601; Tarixi ibn Əsir, VI cild, səh-90-94; İbn Kəsir, əl-
Bidayətu vən-Nihayə.
395
Şeyx Abbas Qummi, Müntəhal-amal, II cild, səh-313.