565
Dördüncü xaç yürüşü (1199-1204)
Müqəddəs papalıq taxtına oturan III İnnokenti yeni bir xaçlı səfərinə girişdi.
Ağdəniz dövləti qurmaq məqsədini gizlətməyən papa III İnnokenti bütün katolik
məmləkətlərinə məmurlar göndərdi. Qısa müddət ərzində iki yüz min nəfərə xaç
verməyi bacaran III İnnokenti Sampagne və Boluva krallıqlarını da xaçlı səfər-
lərinə təşviq edirdi. Arzı-müqəddəsə qədər irəliləmək istəyən bu ordu Venedik-
dən donanma istəmiş və bunun müqabilində Venedik senatlığına 85000 alman
pu
lu ödənilmişdi. Xaçlıların yeganə qayəsi Misir müsəlmanlarına hücum etmək
idi. Səfəri İstanbul üzərinə etməklə başlamaq istəyən xaçlılar Venediktə toplan-
mışdı. Venedik və bütün qərb xristianları Bizansla düşmən idi. Öz gücünün yük-
səlməsini istəyən Venedik senatlığı Bizansı zəiflətmək üçün xaçlıları İstanbula
doğru tələsdirirdi. Bu arada İstanbulda üsyan edən III Aleksios imperator İsakı
taxt
dan salıb gözlərini kor etdikdən sonra oğlu Aleksios ilə birlikdə həbs etdir-
mişdir. 1201-ci ildə həbsdən qaçan Aleksios əvvəlcə papa III İnnokentidən, son-
ra isə qohumu olan Alman imperatoru Filipdən yardım istədi. Bundan əlavə ha-
ki
miyyəti geri qaytara bilərsə xaçlılara da iki yüz min alman pulu və on min əs-
gər verəcəyini vəd etmişdi. Bunu fürsət bilən Venedik senatlığı əsgərləri İstanbul
üzərinə yönəltdi. 1203-cü ildə İstanbula daxil olan xaçlılar III Aleksiosu məğlub
edərək şəhəri və onun xəzinələrini ələ keçirdilər. Gözləri kor edilən İsak həbsdən
azad edilərək oğlu IV Aleksios ilə birlikdə imperator elan edildi. Lakin xaçlılara
verdiyi vədi yerinə yetirməyən Aleksios çətinliklə üzləşmişdi. Onun ölümündən
sonra Bizanslılar Serb kralı Stepan ilə evlənmiş Eudokiyanın həyat yoldaşını
özlərinə imperator seçmişlər. Yeni imperator xaçlıların səkkiz gün ərzində şəhəri
tərk etmələri barədə sərancam imzaladı. Buna əhəmiyyət verməyən xaçlılar
1204-
cü ilin 13 aprelində İstanbulu zəbt edərək Venedik senatlığına təslim
etdilər. Üç günlük talandan sonra İstanbulda “İstanbul Latın İmperatorluğu” qu-
rul
du və Flandre kralı Baodini yeni krallığın imperatoru təyin edildi. Ayasofiya-
da tac qoyma mərasimindən sonra bütün su yolları, boğazlar və İstanbulun bö-
yük bir hissəsi Venedik senatlığının nəzarətinə keçdi.
İstanbul Latın İmperatorluğu Anadoluya önəm vermədiyi üçün burada bir
çox müstəqil bəyliklər quruldu. 1205-ci ildə Trakyada başlayan üsyan nəticə-
sin
də Latın birlikləri məğlub edildi.
1259-
cu ildə müttəfiq Latın qüvvələrini məğlub edən İznik imperatoru VIII
Mi
xail Venedik senatlığını zəiflətmək üçün Cenova ilə müqavilə bağladı. Bu
mü
qavilədən sonra 1261-ci ildə İstanbulu ələ keçirən VIII Mixail təm-təraqla
şəhərə daxil oldu.
874
Beşinci xaçlı səfəri (1216-1221)
Dördüncü xaçlı səfərindən heç bir şey əldə edə bilməyən papa III İnnoken-
ti
nin əsas məqsədi Qüdsü ələ keçirmək idi. Yeni papa Honorius 1217-ci ildə
Ma
car kralının ordusu ilə Dalmaçyaya gəldi və burada Avstraya əmiri Leo-
874
Ostrogorosky, Bizans Devleti Tarihi, səh-390-416.
566
pold
da ordusu ilə birlikdə ona qoşuldu. Papa iyul ayının sonunda İtaliya və Si-
ciliyada toplanan xaçlıların Kiprə getmələri barədə göstəriş verdi. 1217-ci ildə
əldə etdikləri gəmilərlə İtaliyadan ayrılan Macar kralı Andreass, Avstrya əmiri
Leopold və Kipr kralı Huqo Aqqaya çatdılar. Dərhal hərəkətə keçən xaçlılar
Bey
san keçidini ələ keçirdilər. Bir müddət sonra kral Andreass ordusunu
Antak
ya üzərindən İstanbula apardı. 1218-ci ildə Misirə hücum etmək istəyən
xaçlılar Dimyat şəhərini mühasirəyə aldılar. Böyük çətinliklə Dimyatı ələ keçi-
rən xaçlılar şəhəri talan etdilər.
Bu arada Əyyubi məliki Məlik Kamil (1218-1238) Qüdsü verərək Dimyatı
xaç
lılardan geri almaq istəsə də, xaçlılar buna razı olmamışlar. Bundan sonra
Mənsuriyyəni də ələ keçirmək istəyən xaçlılar məğlub edilmiş və 1221-ci ildə
Dim
yatı da geri qaytararaq öz vətənlərinə dönmüşlər.
875
Altıncı xaçlı səfəri (1246-1248)
Alman xaçlılarının gəlməsi ilə altıncı xaçlı səfəri edilsə də, Dimyatdakı
məğlubiyyətdən sonra xaçlılar Aqqaya çəkilmişlər. Bu arada Suriya və əl-Cəzi-
rəyə qədər uzanan Əyyubi dövləti də daxili rəqabət nəticəsində xeyli zəifləmiş-
di. Əyyubi dövlətinin zəifləməsindən istifadə edən xaçlılar 1229-cu ildə vaxtilə
Səlahəddin Əyyubinin ələ keçirdiyi Beyrut, Safəd, Təbəriyyə, Əsqəlan və Qüd-
sü geri aldılar.
1229-cu
ildə Məlik Kamil ilə II Frederik arasında bağlanan müqaviləyə
əsasən Qüds xristianlara verilmiş, Aqqa isə iki dövlət arasında sərhəd elan
olunmuşdur. Qüds yalnız 1244-cü ildə Nəcməddin Əyyubun yardım istəməsi
ilə əlaqədar olaraq, Xarəzmşahlar tərəfindən geri alınmışdır.
876
Yeddinci xaçlı səfəri (1248-1254)
Fransa kralı IX Lui ilə birləşən bir çox xristianlar 1249-cu ildə Dimyata
hücum edərək müqavimətsiz şəhəri ələ keçirdilər. Dimyatın ardınca Qahirəni
ələ keçirmək istəyən IX Luinin ordusu 1250-ci ildə məğlub edildi və kral ailəsi
ilə birlikdə əsir götürüldü. Bir ay sonra fidyə ödəmək və Dimyatı yenidən inşa
etmək şərtilə sərbəst buraxıldı. 1250-1254-cü illərdə bu bölgədə qalan IX Lui
Aqqa, Hayfa, Qeysəriyyə və s. liman şəhərlərini təmir etdirmişdir.
877
Frans
aya qayıdan IX Lui intiqam almaq məqsədilə 1270-ci ildə oğulları ilə
birlikdə Tunisə doğru hərəkət etsə də Kartacada mühasirəyə alınmış və uzun
sürən mühasirədən sonra burada vəfat etmişdir.
1270-
ci ildə edilən xaç səfərindən sonra papalar bir əsr boyunca Qüdsü
müsəlmanlardan almağa çalışsalar da, bu çalışmalar nəticəsiz qalmışdır.
Xaçlı səfərlərindən sonra İslam dünyası ilə tanış olan xristianlar həm elmi,
həm də mədəni tərəfdən xeyli inkişaf etmişdir.
875
Runciman, Haçlı Seferleri Tarihi, III cild, səh-117-149.
876
Runciman, Haçlı Seferleri Tarihi, III cild, səh-194-195.
877
Hitti, İslam Tarihi, tər. Tuğ, İstanbul-1981, IV cild, səh-1050-1054.