116
2.
Sünəni-Tirmizi, V cild, səh-275, hədis 3090-3091
3.
Əddurrul-mənsur, III cild, səh-209-230
4.
Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-232, 243, hədis-309, 318, 323.
5. Ruhul-
məani, IX cild, səh-47
6.
Sireyi ibn Hişam, VI cild, səh-545
7. Şərəfuddin Amuli,
əl-Müraciət
8. Əllamə Əmini, əl-Qədir.
9. Şeyx Təbərsi, Məcməul-bəyan
10. Əllamə Məclisi, Biharul-ənvar
7. “
Şura” surəsi, 23-cü ayə və ya “Qurba” ayəsi:
“Allah iman gətirib yax-
şı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De:
“Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara
məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı
iş görərsə, onun yaxşılığının savabını artırarıq!” Həqiqətən, Allah bağışla-
yan
dır, qədirbiləndir!” Hz.Peyğəmbər
(s) belə buyurmuşdur: “Allah peyğəm-
bərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən
həmin ağacın köküyəm, Əli budaqlarıdır, Fatimə o ağacın bar verməsi üçün bir
va
sitə, Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər
bir budağından yapışan kəs nicat tapar, ayrı düşən isə zəlalətə uğrayar. Allaha
Səfa və Mərvə arasında min illər boyu belə ibadət edib, nəticədə tuluq kimi
köh
nəlib quruyan, lakin mənim əhli-beytimi sevməyən bəndəni Allah üzü üstə
cəhənnəmə atar.” Sonra Həzrət şahid və sübut olaraq bu ayəni tilavət etdi: “(Ya
Pey
ğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabi-
lin
də ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.” Bu hədis aşağıdakı
mənbələrdə öz təsdiqini tapmışdır:
1.
Hakim Həsqani, Şəvahidut-tənzil, II cild, səh-130-131
2.
Siyuti, Əddurrul-mənsur, VI cild, səh-7
3.
İhqaqul-həqq, III cild, səh-2
4.
Əbu Nəim İsfəhani, Hilyətul-övliya, III cild, səh-201
5.
Muhibbəddin Təbəri, Zəxairul-uqbə, səh-138
6.
İbn Hacər, Əs-səvaiq, səh-101
7.
Təfsiri-Təbəri, XXV cild, səh-16
8.
Müttəqi Hindi, Kənzul-ummal, I cild, səh-118
9.
Təfsiri-Zəməxşəri, IV cild, səh 220-221
10.
Təfsiri-Razi, XXVII cild, səh-165-166
11.
Təfsiri-Qurtubi, səh-5843
12. Alusi, Ruhul-
Məani, XXV cild, səh-32
13. Şeyx Təbərsi, Məcməul-bəyan
14. Şeyx Tusi, ət-Tibyan
15. Şeyx Səduq, Mən la yəhzirihul-fəqih
16. Şeyx Məkarim Şirazi, İmamət haqqın dili ilə
117
8. “
Rəd” surəsi, 43-cü ayə:
“(Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər
de
yilsən!” deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda
(doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yetər!” Əbu Səid
Xudri deyir: Hz.
Peyğəmbərdən (s) kitabı bilən kəsin kim olduğunu soruşdum.
Həzrət buyurdu: “Həmin şəxs qardaşım Əli ibn Əbu Talibdir.”
9. “
Rəd” surəsi, 7-ci ayə və ya “Hidayət” ayəsi:
“Kafir olanlar: “Məgər
ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” deyirlər. Sən ancaq (in-
san
ları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın bir rəhbəri vardır!”
İbn Abbas belə deyir: “Bu ayə nazil olanda Hz.Peyğəmbər (s) mübarək əlini si-
nəsinə qoyub buyurdu: “Mən qorxudanam!” Sonra isə əlini Hz.Əliyə tərəf uza-
d
araq buyurdu: “Ya Əli! Sən isə hidayət edənsən. Məndən sonra doğru yolu ta-
pan
lar, sənin vasitənlə hidayət olacaq.” Bu hədis aşağıdakı mənbələrdə öz təs-
di
qini tapmışdır:
1.
Təfsiri-Təbəri, VII cild, səh-343-344
2.
Ğaraibul-Quran, XIII cild, səh-68
3.
Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-301-302
4.
Təfsiri ibn Kəsir, II cild, səh-52
5.
Müstədrəki-Hakim, III cild, səh-129-130
6.
İbn Şəhr Əşvab, Mənaqib, III cild, səh-83
7.
Təfsiri-Razi, XIX cild, səh-14
8.
Siyuti, Əddurrul-mənsur, IV cild, səh-45
9.
Mir Qiyasəddin, Həbibus-seyr, II cild, səh-12
10. Əllamə Əmini, əl-Qədir
11. Təbərsi, Məcməul-bəyan
12. Şeyx Tusi, Təhzibul-əhkam
13. Şeyx Məkarim Şirazi, İmamət haqqın dili ilə.
10. “
Bəqərə” surəsi, 207-cü ayə və ya “Leylətul-məbid” ayəsi:
“İnsanların
eləsi vardır ki, Allahın razılığını qazanmaq üçün öz canından keçər. Allah
öz bəndələrinə çox mehribandır!” Hz.Peyğəmbər
(s) Mədinəyə hicrət zamanı
Hz.
Əlini
camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu.
Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə
alındığını gördü və Hz.Əliyə onun öz yerində yatmağını göstəriş verib buyur-
du: “Mənim yaşıl rəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan.
Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Hz.Əli də Hz.Peyğəm-
bərin (s) dedikləri ilə razılaşıb onun yatağında uzandı.
Bu zaman Allah Cəbrail (ə) və Mikailə (ə) vəhy etdi: “Mən sizin aranızda
qar
daşlıq peymanı bağladım və ikinizdən birinizin ömrünü uzatdım. İndi sizin
han
sı biriniz digərinin uzun ömürlü olmasını istəyir?” Onların hər biri bunu
özü üçün is
tədikdə, Allah buyurdu: “Nə üçün siz Əli ibn Əbu Talib kimi deyil-
siniz? Mən onunla Məhəmməd arasında qardaşlıq peymanı bağladım. O, Pey-
ğəmbərin yatağında yatdı və onun həyatını öz həyatından üstün bildi. Yerə enin
və onu düşmənlərdən qoruyun!” Onlar yerə endilər. Cəbrail (ə) Əlinin başı üs-