Azərbaycanda arıçılığın
inkişafının iqtisadi perspektivləri
Samir ƏLİYEV
İqtisadi Təşəbbüslərə Yardım İB
Azərbaycanda tarixən arıçılıq ənənələri olub. Sovet dövründə arıçılıq təsərrüfatlarının
inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ dövlətinin
dağılması ilə həmin dövrdə yaradılmış təsərrüfatlar dağılıb. Xüsusilə sovet idarəçiliyində
birləşdirilərək iriləşmiş təsərrüfatlar sonrada parçalanaraq yenidən kiçik təsərrüfatlara çevrilib.
Ölkədə arıçılıq təsərrüfatları uzun müddət əsasən həvəskar arıçılar tərəfindən idarə olunub və
ənənələr məhz onlar tərəfindən qorunub saxlanılıb.
Bu gün arıçılıq təsərrüfatları kiçikölçülüdür. 2016-cı ilin əvvəlinə ölkənin arıçılıq
təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında
dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Ekspertlərin
hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı
ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Arıçılıq
üzrə mütəxəssislərin fikrincə, ölkədə arı ailələrinin sayını 600-700 minə çatdırmaq mümkündür.
Azərbaycanda əhalinin təbii bala olan illik tələbatı ilə bağlı statistika olmasa da ekspertlər
bu rəqəmin 4 min ton ətrafında olduğunu bildirilər. Ölkədə hər il orta hesabla 2,4-2,5 min ton
təbii bal istehsal hesabına təmin edilir. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artsa da
tələbatı tam ödəmək iqtidarında deyil. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə,
2015-ci ildə Azərbaycana 11 ölkədən ümumi dəyəri 188,4 min ABŞ dollar olan 69,66 ton
həcmində təbii bal idxal olunub. Əsas idxalatçı ölkələr Almaniya, Türkiyə, Rusiya və Ukrayna
olub. Cəmi idxalın 87%-i bu ölkələrin payına düşüb. Ən ucuz təbii bal Ukrayna (1,72 USD/kq)
və Avstriyadan (1,54 USD/kq), ən bahalı təbii bal Fransadan (6,71 USD/kq) idxal olunub.
(Cədvəl 1)
2015-ci ildə təbii balın idxal olunduğu ölkələr
Cədvəl 1
Ölkələr
İdxal
Miqdarı
(ton)
Məbləği
(min ABŞ dolları)
1 kq-ın orta idxal dəyəri
(ABŞ dolları)
1. Almaniya
22,03
54,67
2,48
2. Türkiyə
21,59
42,8
1,98
3. Rusiya
9,92
44,35
4,47
4. Ukrayna
6,71
11,56
1,72
5. Avstriya
2,87
4,42
1,54
'
1
Mənbə: Dövlət Gömrük Komitəsi
Müstəqil araşdırmalar və müşahidələr göstərir ki, cədvəldəki ölkələrlə Azərbaycana
həmçinin Gürcüstan və İrandan böyük həcmdə təbii bal gətirilir, ancaq onların qeydiyyatı
aparılmır.
Azərbaycanda qeyri-neft ixracının artırılmasının prioritet olaraq qarşıya qoyulduğu bir
vaxtda təbii balın ixracının vacibliyi gündəmə gəlir. Hazırda arı təsərrüfatlarının məhsullarının
ixrac potensialının artırılması imkanları da araşdırılır. Bu vaxta qədər əsas arıçılıq məhsulu olan
təbii balın ixracı zəif olub. Məsələn, 2015-ci ildə ölkədən 40,41 min ABŞ dollar olan 3,62 ton
təbii bal ixrac olunub.
Araşdırmalarımız göstərir ki, təbii bal ixracına bir neçə amil mane olur. Onların ən əsası
yerli balın qiymətinin baha olmasıdır. 2015-ci ildə Azərbaycandan ixrac olunan təbii balın orta
qiyməti hər kq üçün 11,2 dollar olub. Halbuki bu qiymət ölkəyə idxal olunan ən bahalı Fransa
balından (6,71 ABŞ dolları) təxminən 2 dəfə, ən ucuz Avstriya balından (1,54 USD/kq) isə 7 dəfə
çoxdur. Digər problem ixrac üçün lazımi miqdarda və keyfiyyətdə təbii balın olmamasıdır.
İxrac üçün səmərəlilik baxımından böyük həcmli bal partiyaları tələb olunur, ancaq mövcud
potensial buna imkan vermir. Qiymət rəqabətini uduzmamaq üçün hazırda əsas diqqət təbii balın
xam mal şəklində ixracı imkanları araşdırılır.
Dünya bazarlarında təbii balın ixrac qiyməti aşağıdır. Məsələn, dünyanın 15 ən çox bal
istehsal edən 15 ölkəsi üzrə orta ixrac qiyməti 3,2 dollardır. Onlar arasında ən ucuz qiymət
Malayziyada (1 kq - 1,6 dollar), ən baha qiymət Macarıstandandadır. (1 kq - 4,4 dollar) (Cədvəl
2)
Dünyada ən çox bal ixrac və idxal edən 15 ölkə
Cədvəl 2
6. Fransa
2,36
15,83
6,71
7. Qırğızıstan
1,76
6,3
3.58
8. İtaliya
1,28
5,24
4,09
9. İsveçrə
0,51
1,67
3,28
10. Belorus
0,35
0,91
2,6
11. İspaniya
0,28
0,65
2,32
İxracatçı ölkələr
İxracın həcmi, min
ton
Ixracın dəyəri,
min USD
1 kq balın ixrac dəyəri,
USD
1. Çin
187301.0
377 818,0
2.0
2. Argentina
63922.0
229 073,0
3.6
3. Meksika
42161.0
155 986,0
3.7
4. Hindistan
40829.0
121 662,0
2.9
'
2
Təbii balın maya dəyərinin yüksək olmasının əsas səbəbi a rıların balverimi
məhsuldarlığının çox aşağı olmasıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi 5-20 kq
invervalında dəyişir. Gədəbəy rayonunda arı ailəsinin balverimi 5-6 kq olduğu halda, Tovuz,
Şəmkir, Abşeron, Qax, Goranboy rayonlarında 7-8 kq, Salyan, Daşkəsən, Lənkəran, Qusar,
Şabran, Şəki, Qəbələ, Şamaxı rayonlarında 9-10 kq, Göygöl, Astara rayonlarında 15-20 kq təşkil
edir. Xarici ölkələrin təcrübələri göstərir ki, bəzi ölkələrdə arı ailələrinin balverimi səviyyəsi
40-50 kq-a çatır.
Azərbaycanda arıçılığın inkişafı üçün ən əlverişli iqlim Aran regionu olsa da intensiv
kənd təsərrüfatı əkinçiliyi belə təsərrüfatlara problem yaradır. Əkin sahələrinin dərmanlanması
sonda həmin dərmanları nektar və çiçək tozu qismində götürən arıların zəhərlənərək məhv
olmasına gətirib çıxarır. Əkinçilik həm də təbii balın tərkibində lazımsız qatqıların olmasına yol
açır. Belə balı isə ixrac etmək ümumiyyətlə mümkün deyil.
Təcrübə göstərir ki, arıçılıq təsərrüfatları olan ərazilərdə məhsuldarlıq qarabaşaqda
35-50%, günəbaxanda 25-40%, meyvə-giləmeyvədə 30-50%, yonca və qarayoncada 200-300%
artır. Arılar bitkilərin tozlanmasını təmin edir. Arı məhsulu olan təbii bal yüksəkkalorili qida
məhsulu olmaqla yanaşl dietik və müalicəvi xüsusiyyətlərə malikdir.
Dünyada qəbul olunmuş normaya görə, adambaşına düşən bal istehlakı 0,45 kq-dır.
Adambaşına düşən illik təbii bal istehlakı Almaniya, Türkiyə, Yeni Zelandiya, Avstriya kimi
ölkələrdə 1-1,5 kq, ABŞ, Fransa, Danimarka, Kanada, Böyük Britaniya kimi ölkələrdə 0,5-0,6 kq
arasında dəyişir. Pakistan, Hindistan, Misir, malayziya və Braziliya kimi ölkələrdə istehlakın
həcmi 0,01-0,12 kq təşkil edir. Təəssüf ki, Azərbaycanda istehlakın həcmi barədə dəqiq statistik
uçot yoxdur.
Arıçılığın inkişafı təkcə əhalinin sağlam qidalanması baxımından zəruri deyil. Kənd
təsərrüfatının, xüsusən əkinçiliyin inkişafına arıçılığın təsiri həddən artıq böyükdür. Tədqiqatlar
5. Vyetnam
36095.0
132 974,0
3.7
6. İspaniya
30 150.3
101 505,2
3.4
7. Braziliya
22206.0
81 720,0
3.7
8 Macarıstan
17862.0
79 292,2
4.4
9. Kanada
11979.1
52 116,0
4.3
10. Rumıniya
10863.1
46 020,0
4.2
11. Çili
9887.8
39 317,0
4.0
12. Türkiyə
7192.4
25 071,6
3.5
13. ABŞ
6460.0
23 696,0
3.7
14. Avstraliya
5242.3
34 388,1
6.5
15. Malayziya
3522.0
5 593,0
1.6
Cəmi
465 523.0
1 490 000
3.2
'
3
göstərir ki, kənd təsərrüfatı bitkilərinin 75%-nin inkişafı bilavasitə tozlanmaya bağlıdır. Arıçılıq
vasitəsilə tozlanma dünya miqyasında intesiv yolla ərzaq istehsalının dəyərini 250 milyard
dollara yaxın artırır.
Hazırda dünyanın 150-dək ölkəsində arıçılıq təsərrüfatları mövcuddur. Lakin bu ölkələrin
çox az bir hissəsində arıçılıq özünün yüksək inkişaf mərhələsinə daxil ola bilib və həm mövcud
arı ailələri, həm də arıçılıq məhsullarının istehsalı bir neçə ölkənin ətrafında təmərküzləşib. Bu
vəziyyətin yaranmasının əsas səbəblərindən biri təbii-iqlim şəraitidir. Belə ki, müəyyən qrup
ölkələrdə coğrafi mühit arıçılığı inkişaf etdirməyə imkan vermir. Bu tip ölkələrə əsasən soyuq
şimal ölkələri və zəngin bitki örtüyü olmayan səhralarla əhatə olunan ölkələr daxildir.
Dünyada il ərzində təxminən 1.5 milyon ton bal istehsal olunur ki, bunun da 1.260
milyon tonu 20 ölkənin payına düşür. Həmin 20 ölkə arasında əsas rol ilk 5 ölkəyə - Çin,
Türkiyə, Argentina, Ukrayna və ABŞ-a məxsusdur. Həmin ölkələr üzrə ümumi bal istehsalı 730
min ton təşkil edir ki, bu da dünya istehsalının 50%-nə yaxındır. Dünyada istehsal edilən balın
600 min tona yaxını beynəlxalq bazarlar vasitəsilə ixraca yönəldilir. Ümumilikdə 150 ölkədən
bal ixrac edilir. Balın idxal-ixracı ilə 460 şirkət məşğul olur.
Mütəxəssilər adambaşına bal istehlakının səviyyəsini ölkədə arıçılığın inkişafına təsir
göstərən əsas faktorlardan biri hesab edirlər. Daxili bazarın tutumu istehsalın səviyyəsinin
formalaşımasında ixrac həcmi ilə bağlı həlledici rol oynayır. O ölkələrdə ki, balın qida
rasionunda payı yüksəkdir, şübhəsiz ki, arıçılıq təsərrüfatları ilk növbədə daxili bazarın tələbatını
ödəməyi hədəfləyir. Dünya Ərzaq Təşkilatının statistikası əsasında aparılan araşdırmalar göstərir
ki, bal istehlakının adambaşına düşən orta göstəricisi ayrı-ayrı ölkələr üzrə kəskin fərqlənir. Ən
yüksək göstərici Almaniya, İsveçrə, Avstriya, Yeni Zelandiya, Yunanıstan və Türkiyədədi – bu
ölkələrdə adambaşına illik bal istehsalının səviyyəsi 1000-1500 qram intervalında dəyişir.
İspaniya, Avstraliya, Portuqaliya və İsveçdə 660-670 qram, ABŞ, Fransa, Kanada, Danimarka və
Böyük Britaniyada 550-590 qram, Hollandiya və Finlandiyada 430-440 qram, Yaponiya, Norveç
və İtaliyada 320-380 qram, Küveyt, Çin və Səudiyyə Ərəbistanında 220-270 qram, Pakistan,
Hindistan və Braziliyada isə 100-120 qram təşkil edir.
Kənd təsərrüfatının çoxsaylı sektorları içərisində arıçılıq xüsusilə perspektiv vəd edən
sahələrdəndir. Qeyri-neft sektorunun inkişafını prioritet elan edən hökumət arıçılığa diqqəti
artırmaqla, bu sektoru inkişaf etdirməklə qarşıya qoyduğu bir sıra hədəflərə nail ola bilər: sağlam
və keyfiyyətli qidalanma, ekoloji balansın qorunması, ixrac potensialının güclənməsi və s.
Arıçılıq təsərrüfatları təkcə təbii bal istehsal etmir. Eyni zamanda sağlamlıq üçün əhəmiyyətli
olan digər məhsullar – propolis, arı südü, arı zəhəri və s. təmin edir. Arıçılıq təsərrüfatları inkişaf
etdirilərəsə, əldə edilən müxtəlif arı məhsulları hesabına ölkəyə il ərzində 100-150 milyon dollar
dəyərində valyuta gətirmək olar.
'
4
Dostları ilə paylaş: |