9
6)
Bütün rus torpaqlarının azad
edilməsi; Rusiya öz tale-
yini özü müəyyən etməli, istədiyi idarə formasını seç-
məli və Millətlər Cəmiyyətinə qəbul edilməlidir.
7)
"Belçika….boşaldılmalı və bərpa edilməlidir."
8)
Fransa boşaldılmalı, işğala məruz qalmış əraziləri bərpa
edilməli, Elzas və Lotaringiya Fransaya qaytarılmalıdır.
9)
İtaliyanın sərhədləri şəffaf görünən milli sərhədlərə görə
dəyişdirilməlidir.
10)
Avstriya-Macarıstan xalqları… geniş muxtar inkişaf im-
kanları əldə etməlidirlər (sonralar muxtariyyət prinsipi
tam müstəqilliklə əvəz edildi).
11)
Rumıniya, Serbiya və Qaradağ (Çernoqoriya) boşaldıl-
malıdır.
12)
Osmanlı imperiyasının türk hissəsi… təminatlı və möh-
kəm suverenlik almalıdır; tabe edilmiş millətlərə təhlü-
kəsizlik və "muxtar inkişafın mütləq pozulmaz şərtləri"
təmin edilməlidir.
13)
Müstəqil Polşa dövləti yaradılmalıdır.
14)
Xüsusi müqavilələr əsasında ümumi millətlər birliyi
(Millətlər Cəmiyyəti) yaradılmalıdır.
1918-ci ilin oktyabrında ABŞ dövlətlər departamentinin
hazırladığı “14 maddə”nin şərhində çağırılacaq
Paris sülh
konfransının iş prinsipləri də göstərildi. Vilson prinsiplərindən
ancaq o xalq istifadə edə bilərdi ki, o intellektual və mədəni-
dini sərvətlərinə görə fərqlənsin, öz taleyini özü həll etməyə
qadir olduğunu sübut etsin, iqtisadi, maliyyə və təbii sərvətlərə
malik olsun, özünü tarixi təcavüzdən qorumağı bacarsın və tabe
olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəksin.
1918-ci il Birinci Dünya müharibəsinin son ili oldu.
Antantanın üzvü olan Rusiya
Oktyabr çevrilişindən dərhal
sonra hələ müharibə qurtarmamış Almaniya ilə seperat, yəni
əlahiddə sülh bağlamaq qərarına gəldi. Rusiyada hakimiyyətə
gəlmiş bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün
10
yeganə çarəni Rusiyanı müharibədən çıxarmaqda görürüdülər.
Məhz bunun nəticəsi idi ki, Rusiya Almaniya və onun
müttəfiqləri ilə danışıqlara başladı. Bu danışıqlar 1918-ci il
martın 3-də Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında
Brest-Lütovsk sülhünün bağlanması ilə başa çatdı. Bu, Rusiya
üçün alçaldıcı sülh idi. Brest sülhünün şərtlərinə görə Rusiya öz
qoşunlarını Ukrayna, Belarusiya və Pribaltika ölkələrindən
dərhal çıxarmalı, həmin ərazilərdə alman qoşunları yerləşdiril-
məli idi. Rusiya Ukrayinada hakimiyyətdə olan radanı qanuni
hökumət kimi tanımalı idi. 50 milyon əhali yaşayan 1 mln. kv.
km ərazi Almaniyanın tərkibinə keçir, Sovet Rusiyası ilə
Almaniya arasında diplomatik münasibətlər yaradılırdı. Həmin
sülhə görə Qars, Ərdahan, Batum Türkiyəyə qaytarılırdı.
Müqavilənin şərtlərinə görə 1877-78-ci
illər rus-türk
müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, rus qoşunları
türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı
birləşmələrini tərki-silah etməli idilər. Lakin Brest sülhü uzun
sürmədi. «Dördlər ittifaqı» müharibədə məğlub edildikdən
sonra 1918-ci il noyabrın 13-də Rusiya bildirdi ki, o, Brest
sülhünün şərtlərindən imtina edir və onu qanuni saymır.
Rusiyadan sonra Antantanın tərkibində olan Rumıniya da
1918-ci ilin mayın 7-də müharibədən çıxdı. Rumıniya ilə alman
bloku ölkələri arasında bağlanan Buxarest sülhünün şərtlərinə
görə, Rumıniyanın təbii sərvət və ehtiyatlarından istifadə etmək
üçün Alman inhisarlarına müstəsna hüquq verilir,
cənubi
Dobruca Bolqarıstana qaytarılır, 15 min km-lik dağlıq sərhəd
zolağı Avstriya-Macarıstana verilirdi. Lakin yenə də
Almaniyanın yanacağa olan təlabatı ödənilməmiş qalırdı.
1918-ci ildə yayında Antanta dövlətləri qüvvə və
üstünlük cəhətdən daha da gücləndilər. Dördlər ittifaqının
məğlubiyyəti qaçılmaz fakt oldu. 1918-ci ilin yay hücumlarında
Almaniya və onun müttəfiqləri qəti məğlubiyyətə düçar oldular.
11
1918-ci ilin ikinci yarısında Bolqarıstanı kəskin iqtisadi
və siyasi böhran bürüdü. Sentyabrın 15-də Dobro çayı
rayonunda Antanta ölkələrinin silahlı qüvvələri bolqar
ordusunu darmadağın etdi. Sentyabrın 29-da Antanta
komandanlığı ilə Bolqarıstan arasında bağlanan Salonik barışıq
sazişinə əsasən Bolqarıstan işğal etdiyi Serbiya, Yunanıstan,
Rumıniya ərazilərini boşaltmalı idi. Bolqarıstan yollarını
Antanta ordularının ələ keçirməsi nəticəsində Almaniya
Osmanlı dövlətindən coğrafi cəhətdən ayrı salınmış olurdu.
1918- ci ilin oktyabrında Fələstin və Suriyada
türk ordusu
məğlub edildikdən sonra elə həmin ayın 30-da Antanta
komandanlığı Lemnos adasındakı Mudros limanında Osmanlı
dövləti ilə barışıq sazişi imzaladı. Həmin sazişə görə Qara
dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilir, Osmanlı
sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilirdi. Türk
limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə
etmələri qadağan olunur, Osmanlı hərbi birləşmələri Güney
Azərbaycandan dərhal çıxır, Qafqaz ərazisi müttəfiqlərin
nəzarəti altına keçirdi. Qalib dövlətlər Batum və Bakını işğal
etməli idilər. Hicaz, Yəmən, Suriya, Mesopotamiyadakı türk
qarnizonları müttəfiqlərə verilməli, Trablis və Kirenaikdəki
türk emissar zabitləri İtaliya qarnizonuna tabe edilməli idi. Hər
hansı hərbi əmlakın məhv edilməsi qadağan edilirdi.
Bir sözlə,
Osanlı dövləti Antanta dövlətlərindən asılı hala salınırdı.
1918-ci il noyabrın 3-də “Loskut monarxiyası” adlanan
Avstriya-Macarıstanla bağlanan Padui barışıq sazişinə əsasən
Antanta dövlətləri bu ölkənin təsərrüfatının tam sahibi
olurdular.
Bu şəraitdə Almaniya üçün cənub və cənub-şərqdən ciddi
təhlükə yaranmış oldu.
1918-ci ilin noyabrın 11-də isə Kompyen meşəsində
Antanta ordularının baş komandanı general Foşun vaqonunda
Almaniya təslim olmaq haqqında akta qol çəkdi. Kompyen
12
barışığı ilə Birinci dünya müharibəsi qurtarmış oldu. Həmin
barışığa görə 6 saat ərzində quruda,
havada və suda bütün hərbi
əməliyyatlar dayandırılmalı idi. Almaniya Belçika və Fransa
ərazisindən öz qoşununu dərhal geri çağırmalı, hər iki tərəfdən
götürülən əsirlər geri qaytarılmalı idi. Həmçinin Almaniya
Antanta dövlətinə 5 min top, 25 min pulemyot, 3 min
minamyot, 5 min paravoz, 150 min vaqon, 5 min yük
avtomobili, 1700 təyyarə verməli idi. Almaniya şərq
cəbhəsindəki, yəni Avstriya-Macarıstan,
Türkiyə
və
Bolqarıstandakı qoşunlarını geri çəkməli, oradakı hərbi ləva-
zimatlarını müttəfiqlərə verməli idi. Kompyen barışığına görə
bu barışıqdan keçən ancaq 36 gün ərzində yenidən müharibə
başlana bilərdi. Lakin müharibəyə başlamazdan 48 saat əvvəl
tərəflər xəbərdar edilməli idi.
Beləliklə, Almaniya bloku dövlətləri müharibədə ağır
məğlubiyyətə uğradılar. Almaniya və onun müttəfiqlərinin
Birinci dünya müharibəsində məğlub olmasının başlıca
səbəbləri Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları
cəhətdən Almaniya bloku ölkələrindən üstünlüyü, hərbi
qüvvələr nisbətinin Antanta ölkələrinin xeyrinə olması, hərbi
əməliyyatların gedişində Almaniyanın siyasi üstqurumunun
böhran vəziyyətinə düşməsi, alman bloku ölkələrinin hərbi
nəzəriyyə, strategiya, taktika
cəhətdən rəqiblərindən zəif
olması, “Dördlər ittifaqı”nın hərbi kəşfiyyat və informasiya
baxımından müharibəyə yaxşı hazırlaşması, Antanta ölkələrinin
Osmanlı dövləti və Avstriya-Macarıstan imperatorluğunda
yaşayan milli azlıqları qiyamlara və separatçılığa təhrik
etmələri idi.
Siyasətin zorakılıqla davamı olan bu müharibə 38 dövləti
əhatə etmiş və iştirak edən dövlətlərin milli sərvətinin
3
1 hissəsinin məhv edilməsinə gətirib çıxarmışdı. Müharibə
edən dövlətlərin ağır sənayesinin 70%-i, yüngül sənayesinin