______________Milli Kitabxana_______________
275
Muğandan keçirəm, daralır hava,
Boz üzmü göstərir ellərə şoran?
Elə bil, boğulub qaralır hava,
Cirır köynəyini bürküdən aran...
Odların qovuşur yerlə asiman?
Alışıb yanırmı ellər, obalar'?
Gözümdən od çıxır, başımdan duman,
Qəlbimdə deyirəm: - Yazıq babalar!
Ah! Yazıq babalar, dözüb min dərdə,
Vaxtsız öldünüzsə, durur adımız.
Əsrlər boyunca bu boz çöllərdə
Bir vətən eşqilə siz yaşadınız!
Bir vətən eşqilə Mildə, Muğanda
Min bir oba qurub, qışlaq saldınız;
Günəşlər yurdunu zülmət boğanda
At sürüb, ox atıb, qılınc çaldınız!
Bir vətən eşqilə ərlər, ərənlər
Muğan çöllərində çadırlar qurdu.
Torpaqlı damlarda ömür sürənlər
Xosrov ordusunun döşündən vurdu.
O cəllad at çapdi bir vaxt Muğanda,
Talamaq istədi ana yurdumu.
O həris gözlyri oynadı qanda,
Qan boğa bilmədi zəfər ordumu...
Tomris o cəlladdan qisas alaraq,
- Hökmdar!
Tacından daha keç! - dedi.
Başını bir tuluq qana salaraq,
- Diriykən doymadın, indi iç! - dedi.
Tarix inciməsin, qayıdaq yenə
Muğan səhrasının axşam seyrinə.
______________Milli Kitabxana_______________
276
Üçüncü nəğmə
Axşamdır... Günəşin rəngi qırmızı,
Buludlar çəhrayı, üfüqlər laldır.
Yerlə vidalaşır o göylər qızı,
Səyyar buludların rəngi xal-xaldır.
Sükuta qərq olmuş sonsuz yamaclar,
Şəhərlər uzaqdır, kəndlər də seyrək.
Arxların üstündə tək-tək ağaclar,
Yalqızlıq içində sıxılır ürək.
Atını dördnala çapdırır külək,
Qopur kötüyündən tikanlı kollar.
Gah sağa, gah sola üz döndərərək,
Bizi çox çaşdırır dolaşıq yollar.
Bu lal səhralara səs salır hərdən
Uzaqdan qışqıran bir qatar səsi.
Bir xoş arzu kimi keçir qəlbimdən
Qaynar şəhərlərin isti nəfəsi...
Bu zaman xəyala gedirəm bir an,
Sağımda, solumda işıqlar yanır;
Şəfəqlər içində sayrışır Muğan,
Səhralar al-əlvan rəngə boyanır...
Uzanmış şəhərin polad əlləri,
Qatarlar, avtolar gəlir Muğana.
Kəndlər, qəsəbələr tutmuş çölləri,
Sükunət ölümdür... Düşmənəm ona!
Gülür yolçuların üzünə, budur,
Hər addım başında kiçik bir şəhər...
Tənhalıq dərdini çöllər unudur,
Dənizə bənzəyir yaşıl zəmilər.
______________Milli Kitabxana_______________
277
Göydə mator səsi, yerdə təmtəraq,
İnsanlar qaynaşır bir ümman kimi.
Baxıb cəlalına sevinir torpaq;
Xəstəlikdən durmuş bir insan kimi...
Bir qızıl qan olub axar sular da,
Can verir torpağın damarlarına;
Günəş salam verir bu arzularda
Muğan torpağının hər baharına.
Könül, xəyalatdan ayrıl bir anlıq,
Gələcək günlərin öz şairi var.
Axşamdır, uzanır alaqaranlıq,
Qorx ki, təsvirimiz yarımçıq qalar!
Dördüncü nəğmə
Maşını sür görək, Anatoli, sür!
Bu yaxın komada dincələk bir az.
Qoyun sürüləri nə çox görünür?
Bir dələmə tapıb içsək pis olmaz.
Çıxır qarşımıza qoca bir çoban,
Çiyni yapıncılı, boyu çinar tək.
Azacıq çal düşmüş qaşlar altından
Qırğı baxışları gülümsəyərək,
Yerindən quş kimi qalxır ayağa.
Hələ bükülməmiş onun qaməti;
Açıq bir alınla gəlir qabağa,
Belədir ellərin gözəl adəti.
Qabarıq sinəsi sürmüş irəli,
Baxıram qocanın boyuna bir dəm.
Gözündə qaynayır gənclik illəri,
O çöllər oğluna salam verirəm.
______________Milli Kitabxana_______________
278
Çoban qarşılayır bizi xoşsifət,
Tuluqdan süd tökür: - Buyurun, - deyə,
Atüstü olsa da, qısa bir söhbət
Dönür unudulmaz bir xatirəyə:
Kimsən, haralısan? Danış, ay çoban!
- Dağıstan əhliyəm, ləzgiyəm, qardaş!
Qışlaq yerimizdir qədimdən Muğan,
Biz ona həmdəmik, o bizə sirdaş.
- Yaxşı, nə verəcək sənə bu qışlaq?
Yoxsa bir qoyunun iki olacaq? -
Çoban gülümsəyir, bilmirəm nədən,
Verir cavabını fikirləşmədən:
- Muğan, Muğan olsa, biri üç elər.
Muğan tufan olsa, üçü heç elər...
Oxucum! Belədir aqil babalar,
Bir dastan yaradir ikicə sözlə;
Bu kamal dünyası gülər bir üzlə
Nəsildən-nəsilə keçir yadigar...
Bizsə vaxt itirib qafiyələrə,
Deyirik, sözlərin sayı çoxalsın.
Dinləyən əl çalsın bizə bir kərə,
Sonra nə düşünsün, nə də zövq alsın!
Sən ey başladığım bu uzun şeir!
Yadda qalacaqmı barı bir sözün?
Sənət dünyasına eşqin nə deyir?
De ağmı, qaramı çıxacaq üzün?
Bəlkə, bir sətrim də, bircə bəndim də
Ellərin yadında qalmayacaqdır?
Bəlkə, bir şerimi doğma kəndimdə
Aşıqlar sazında çalmayacaqdır?
______________Milli Kitabxana_______________
279
Taleyim beləsə... Kor olsun gozü!
Bu dərdi bir şair daşıyacaqdır.
Lakin o qocanın bayaqkı sözü
Nəsildən-nəsilə yaşayacaqdir:
"Muğan, Muğan olsa, biri üç elər,
Muğan tufan olsa, üçü heç elər..."
Beşinci nəğmə
MUĞAN GECƏLƏRİ
Göy üzündə lopa-lopa ulduzlar yanır,
Bənzəri var şairlərin söz dünyasına.
Bircə anda göylər neçə rəngə boyanır,
Mən heyranam təbiətin bu mənasına.
Qoca Muğan fikrə getmiş bir loğman kimi
Sinəsinə nəqş eləyir bu ülviyyəti...
Səhra duyur, səhra duyur, bir insan kimi,
Saf gecənin qəlbindəki bir şeriyyəti...
Açıldıqca kitab kimi o, varaq-varaq
Min bir gecə dastanından şirin oxunur.
Yer üzünə şölə saçır neçə min çıraq,
Şəfəqlərin ağ sütunu ərşə toxunur.
Muğan sakit, ağlım çaşır, fikrim dolaşır,
Hey baxıram, nə gələn var, nə də bir gedən.
Külək əsir, dörd yanımda qurdlar ulaşır.
Tük ürpərir lal gecənin vahiməsindən.
Mənsə kiçik bir komada fikrə dalmışam,
Qoca çoban kol-kos yığıb ocaq yandırır.
İki gözlə seyr etdiyim bu sakit axşam,
Bilsən, nələr düşündürür, nələr andırır!..
Dostları ilə paylaş: |