SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

______________Milli Kitabxana_______________ 

275 


 

 

Muğandan keçirəm, daralır hava,  



Boz üzmü göstərir ellərə şoran?  

Elə bil, boğulub qaralır hava,  

Cirır köynəyini bürküdən aran... 

 

Odların qovuşur yerlə asiman?  



Alışıb yanırmı ellər, obalar'?  

Gözümdən od çıxır, başımdan duman,  

Qəlbimdə deyirəm: - Yazıq babalar! 

 

Ah! Yazıq babalar, dözüb min dərdə,  



Vaxtsız öldünüzsə, durur adımız.  

Əsrlər boyunca bu boz çöllərdə  

Bir vətən eşqilə siz yaşadınız! 

 

Bir vətən eşqilə Mildə, Muğanda  



Min bir oba qurub, qışlaq saldınız;  

Günəşlər yurdunu zülmət boğanda  

At sürüb, ox atıb, qılınc çaldınız! 

Bir vətən eşqilə ərlər, ərənlər  

Muğan çöllərində çadırlar qurdu.  

Torpaqlı damlarda ömür sürənlər  

Xosrov ordusunun döşündən vurdu. 

O cəllad at çapdi bir vaxt Muğanda,  

Talamaq istədi ana yurdumu.  

O həris gözlyri oynadı qanda,  

Qan boğa bilmədi zəfər ordumu... 

Tomris o cəlladdan qisas alaraq, 

- Hökmdar! 

Tacından daha keç! - dedi. 

Başını bir tuluq qana salaraq, 

- Diriykən doymadın, indi iç! - dedi. 

Tarix inciməsin, qayıdaq yenə 

Muğan səhrasının axşam seyrinə. 




______________Milli Kitabxana_______________ 

276 


 

  

Üçüncü nəğmə 

 

Axşamdır... Günəşin rəngi qırmızı,  



Buludlar çəhrayı, üfüqlər laldır.  

Yerlə vidalaşır o göylər qızı,  

Səyyar buludların rəngi xal-xaldır. 

 

Sükuta qərq olmuş sonsuz yamaclar,  



Şəhərlər uzaqdır, kəndlər də seyrək.  

Arxların üstündə tək-tək ağaclar,  

Yalqızlıq içində sıxılır ürək. 

 

Atını dördnala çapdırır külək,  



Qopur kötüyündən tikanlı kollar.  

Gah sağa, gah sola üz döndərərək,  

Bizi çox çaşdırır dolaşıq yollar. 

 

Bu lal səhralara səs salır hərdən  



Uzaqdan qışqıran bir qatar səsi.  

Bir xoş arzu kimi keçir qəlbimdən  

Qaynar şəhərlərin isti nəfəsi... 

 

Bu zaman xəyala gedirəm bir an,  



Sağımda, solumda işıqlar yanır;  

Şəfəqlər içində sayrışır Muğan,  

Səhralar al-əlvan rəngə boyanır... 

 

Uzanmış şəhərin polad əlləri,  



Qatarlar, avtolar gəlir Muğana.  

Kəndlər, qəsəbələr tutmuş çölləri,  

Sükunət ölümdür... Düşmənəm ona! 

 

Gülür yolçuların üzünə, budur,  



Hər addım başında kiçik bir şəhər...  

Tənhalıq dərdini çöllər unudur,  

Dənizə bənzəyir yaşıl zəmilər. 

 

 




______________Milli Kitabxana_______________ 

277 


 

 

Göydə mator səsi, yerdə təmtəraq,  



İnsanlar qaynaşır bir ümman kimi.  

Baxıb cəlalına sevinir torpaq;  

Xəstəlikdən durmuş bir insan kimi... 

 

Bir qızıl qan olub axar sular da,  



Can verir torpağın damarlarına;  

Günəş salam verir bu arzularda  

Muğan torpağının hər baharına. 

 

Könül, xəyalatdan ayrıl bir anlıq,  



Gələcək günlərin öz şairi var.  

Axşamdır, uzanır alaqaranlıq,  

Qorx ki, təsvirimiz yarımçıq qalar! 

 

Dördüncü nəğmə 

 

Maşını sür görək, Anatoli, sür!  



Bu yaxın komada dincələk bir az.  

Qoyun sürüləri nə çox görünür?  

Bir dələmə tapıb içsək pis olmaz. 

 

Çıxır qarşımıza qoca bir çoban,  



Çiyni yapıncılı, boyu çinar tək.  

Azacıq çal düşmüş qaşlar altından  

Qırğı baxışları gülümsəyərək, 

 

Yerindən quş kimi qalxır ayağa.  



Hələ bükülməmiş onun qaməti;  

Açıq bir alınla gəlir qabağa,  

Belədir ellərin gözəl adəti. 

 

Qabarıq sinəsi sürmüş irəli,  



Baxıram qocanın boyuna bir dəm.  

Gözündə qaynayır gənclik illəri,  

O çöllər oğluna salam verirəm. 



______________Milli Kitabxana_______________ 

278 


 

 

Çoban qarşılayır bizi xoşsifət,  



Tuluqdan süd tökür: - Buyurun, - deyə,  

Atüstü olsa da, qısa bir söhbət  

Dönür unudulmaz bir xatirəyə: 

Kimsən, haralısan? Danış, ay çoban! 

- Dağıstan əhliyəm, ləzgiyəm, qardaş! 

Qışlaq yerimizdir qədimdən Muğan, 

Biz ona həmdəmik, o bizə sirdaş. 

- Yaxşı, nə verəcək sənə bu qışlaq? 

Yoxsa bir qoyunun iki olacaq? - 

Çoban gülümsəyir, bilmirəm nədən, 

Verir cavabını fikirləşmədən: 

- Muğan, Muğan olsa, biri üç elər. 

Muğan tufan olsa, üçü heç elər... 

Oxucum! Belədir aqil babalar,  

Bir dastan yaradir ikicə sözlə;  

Bu kamal dünyası gülər bir üzlə  

Nəsildən-nəsilə keçir yadigar... 

Bizsə vaxt itirib qafiyələrə,  

Deyirik, sözlərin sayı çoxalsın.  

Dinləyən əl çalsın bizə bir kərə,  

Sonra nə düşünsün, nə də zövq alsın! 

Sən ey başladığım bu uzun şeir!  

Yadda qalacaqmı barı bir sözün?  

Sənət dünyasına eşqin nə deyir?  

De ağmı, qaramı çıxacaq üzün? 

Bəlkə, bir sətrim də, bircə bəndim də  

Ellərin yadında qalmayacaqdır?  

Bəlkə, bir şerimi doğma kəndimdə  

Aşıqlar sazında çalmayacaqdır? 

  



______________Milli Kitabxana_______________ 

279 


 

 

Taleyim beləsə... Kor olsun gozü!  



Bu dərdi bir şair daşıyacaqdır.  

Lakin o qocanın bayaqkı sözü  

Nəsildən-nəsilə yaşayacaqdir: 

 

"Muğan, Muğan olsa, biri üç elər,  



Muğan tufan olsa, üçü heç elər..." 

 

Beşinci nəğmə  

 

MUĞAN GECƏLƏRİ 

 

Göy üzündə lopa-lopa ulduzlar yanır,  



Bənzəri var şairlərin söz dünyasına.  

Bircə anda göylər neçə rəngə boyanır,  

Mən heyranam təbiətin bu mənasına. 

 

Qoca Muğan fikrə getmiş bir loğman kimi  



Sinəsinə nəqş eləyir bu ülviyyəti...  

Səhra duyur, səhra duyur, bir insan kimi,  

Saf gecənin qəlbindəki bir şeriyyəti... 

 

Açıldıqca kitab kimi o, varaq-varaq  



Min bir gecə dastanından şirin oxunur.  

Yer üzünə şölə saçır neçə min çıraq,  

Şəfəqlərin ağ sütunu ərşə toxunur. 

 

Muğan sakit, ağlım çaşır, fikrim dolaşır,  



Hey baxıram, nə gələn var, nə də bir gedən.  

Külək əsir, dörd yanımda qurdlar ulaşır.  

Tük ürpərir lal gecənin vahiməsindən. 

 

Mənsə kiçik bir komada fikrə dalmışam,  



Qoca çoban kol-kos yığıb ocaq yandırır.  

İki gözlə seyr etdiyim bu sakit axşam,  

Bilsən, nələr düşündürür, nələr andırır!.. 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə