SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə61/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   57   58   59   60   61   62   63   64   ...   98


______________Milli Kitabxana_______________ 

259 


 

Dindikcə qızcığın bu şeir sazı  

Doğrayır qəlbləri acı bir külək.  

Ötdükcə sənətin, şerin avazı  

Köksün qəfəsinə sığmayır ürək... 

 

Əzəldən belədir sözün hünəri:  



O daşa dil verir, torpağa qanad...  

Onunla ucalır xəyal şəhpəri,  

Önündə diz çökür bütün kainat. 

 

Yaşamaq, çarpişmaq gözəl olsa da,  



Jurnal adamları həddi aşmasın...  

Şairlər! Birləşək bütün dünyada,  

Bir sənət, bir də söy, ucuzlaşmasın! 

 

Uzaqlaşma, qələm, yenə mətləbdən,  



Başladığın sözü kamala yetir!  

Bu böyük dastanı yaratdıqca sən  

Barı bir kəlməsə təzə söz gətir! 

 

* * * 



İndi də siz qulaq asib seyr edin bir qocanı,  

Öz əlilə o qazmışdır bu müqəddəs məzarı.  

Yoldaşını dəfn edirkən lənətləyib zamanı,  

Fərhad kimi külüng çalıb dəlmiş idi dağları...  

Asta, kasıb bir dililə danışdıqca bu qoca  

Qəzəbindən dalğa kimi qalxıb enir sinəsi.  

Başqasının sözlərilə bəzənsən də doyunca  

Müqəddəsdir hər insanın öz nəfəsi, öz səsi...  

Bu qayalıq, bu dağ döşü o natiqə tanışdır,  

Otuz yeddi bahar keçmiş o dediyi zamandan,  

Gördüyünün bir çoxu da yadında qalmamışdır.  

Həyat böyük bir dastandir, əzbərləməz bir insan...  

Lakin onun bu gün kimi yadındadır o matəm,  

Dalğa-dalğa axıb getsə o qəzəbli izdiham.  

Zülmətlərin pəncəsində "Günəş!" - deyən o aləm,  

Ümid donlu o al səhər, vərəm üzlü o axşam... 

 

 



______________Milli Kitabxana_______________ 

260 


 

 

Usta Murad danışdıqca yetirməyir nəfəsi,  



Mən də ağır bir nəfəslə söhbətə dözürəm.  

Dost qəlbindən axıb gələn sənət ruhlu o səsi  

İnci kimi sözün, şerin gərdəninə düzürəm: 

Yenə Bakı! Ümman kimi dalğalanır bu şəhər,  

Yenə torpaq baş qaldırdı, küçələrdə təlaş var!  

Qanunlara lənət deyir al bayraqlı dəstələr.  

Pəncərədən baxıb qaçır ağ durbinli xanımlar... 

Gəlir yenə mədən oğlu alay-alay ordu tək,  

Baxışlarda bir qəzəb var, dodaqlarda bir sükut...  

Zəncirli bir pələng kimi döyündükcə hər ürək,  

Nələr deyir xəyal kimi qara geymiş o tabut?  

O tabutun arxasinca addımlayır bir şəhər...  

Bulud kimi qaralmışdır bayraqların kölgəsi...  

Mən varammı? - Sual verir bu matəmi görənlər,  

Vidalaşır öz oğluyla bizim Odlar ölkəsi! 

Bibiheybət mədənilə gəlib keçir izdiham,  

Söylə neçin əyilmişdir buruqların vüqarı?  

Qara torpaq, de, söndümü günəş donlu o ilham?  

Qıljnclamı susduruldu azadlığın şüarı? 

Qanunların şiddətimi öz həddini aşmışdır?  

Xəyanətmi hər addımda evlər yıxır casus tək?  

Baxışlarda bahar ağlar, ürəklərsə bir qışdır...  

Ah, həyatı qamçılayır şaxta üzlü bir külək!..  

Göy üzündə sarılıq var... Pərişandır, xəyallar.  

Süzüb gedir əzan səsi... "Dözün!" - deyir şəriət...  

O sehrkar "qüdsiyyətə" tapındıqca ruzigar  

Dualarla pərdələnir yer üzündə cinayət.  

Dəstə-dəstə dolandıqca o tabutun başına  

Dalğa-dalğa keçən insan alovlanır qəzəbdən.  

Varaqlayıb taleyini dünya görmüş bir Vətən,  

Ana torpaq fikrə gedib dolur kamal yaşına... 

 



______________Milli Kitabxana_______________ 

261 


 

 

Qara torpaq haray çəkir, göy də düşür lərzəyə,  



"Üsyan" deyir zavodların tüstülənmiş nəfəsi.  

Haray çəkir "Bakı" – deyə, "dur ayağa, qalx!" – deyə  

Dənizdəki vaporların əzəmətli nərəsi!  

Keçir tabut izdihamla, sanki dəniz yürüyür  

Orkestro susur birdən... Qanunların əmridir...  

Qəzəblənmiş ürəkləri yenə tufan bürüyür.  

Dörd tərəfdə atlı kazak, göy fırlanır, yer gedir... 

Fəqət minbir məhəbbətlə nəğmə tutur dodaqlar.  

Bir pərdə də oxuyurlar "qurban verdik səni biz...  

Neyləyək ki, əziz yoldaş, sabahın da dərdi var, - 

Sən ölsən də, mən ölsəm də, yaşayacaq nəslimiz!"  

Tabut yetir qəbristana... Dərya kimi bulanır  

Qara torpaq... Mavi dəniz... Bir də sonsuz asiman...  

Atlı kazak zəncir kimi məzarlığı dolanır,  

İlanbaşlı qılıncların od parlayır ağzından.  

Ürəklərdə tüstülənir bir intiqam atəşi,  

Gözlərdəsə səhər doğur... Bir dan yeri sökülür.  

"Doğacaqdır, doğacaqdır azadlığin günəşi!"  

Bu ümidlə baxışlardan tabuta nur tökülür... 

 

* * * 



...Yel əsdikcə varaq-varaq  

Dastan kimi açılaraq, Nələr deyir,  

İzdihamı bir sükunət qaplamışdır.  

Heykəl kimi durur hamı,  

Bu gün keçdi, sabah!.. - deyə;  

Acı dövran hər ürəyə  

Neçə xəncər saplanmışdır! 

 

*** 



 

Tabut tapşırılır ana torpağa...  

Əlvida! - deyərək dağılır hamı.  

Bu daşlı, qayalı kiçicik dağa 

Gərir qanadını payız axşamı. 

1944 


 


______________Milli Kitabxana_______________ 

262 


 

ZƏNCİNİN ARZULARI 

 

O, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,  



Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;  

(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq.  

Qarşısındaboyun büküb, səcdə qılır bütün aləm...) 

 

Salon heyrət içindədir... Sükut edir başdan-başa.  



Qara zənci kürsüdədir, ona min göz baxır yerdən...  

Bir şeriyyət tablosudur seyr etdiyim bu tamaşa,  

Nə mənalar oxuynram dalğın baxan o gözlərdən!.. 

 

Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri  



Ağız açıb o gülməmiş... nəşələrə biganədir...  

Dodağında səslənməmiş ürəyinin nəğmələri,  

Talan olmuş şəhər könlü top dağılmış viranədir... 

 

Elə bil ki, qara zənci bu dünyaya gələn zaman  



Bir daxmada matəm tutub ağlamışdır öz anası...  

Fəqət yenə ana qəlbi ayrılmamış övladından,  

Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası. 

 

Onun tutqun baxışında bulud gəzir, şimşək çaxır,  



Bir pəhləvan gücü də var onun canlı biləyində.  

Dönə-dönə göz gəzdirib insanlara yenə baxır,  

Açılmamış bir kitab var onun dolmuş ürəyində...  

Dolan bulud boşalacaq! - 

Bu hökmüdür təbiətin! Qara zənci ağız açır: 

- Mən zənciyəm, həm də rəssam!  

Otuz ildən bir az da çox övladıyam bu sənətin,  

Məni yalnız insan deyil, bir də şair doğmuş anam!  

Amerika, Yeni dünya! Mənim doğma vətənimdir,  

Babamın ağ sümükləri çürümüşdür bu torpaqda...  

Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!  

Arzularım yuva salmış hər budaqda, hər yarpaqda,  

Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə