SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   ...   98

______________Milli Kitabxana_______________ 

 



Günəşdən qızınıb xumarlanırdı,  

Quşlar qanadından tumarlanırdı...  

Bir qədər özünə gəldi xəstəmiz,  

Düzəldi mənzilə yenə dəstəmiz.  

Ətəkiəyib yolu, vardıq bir başa,  

Şər qarışan zaman gəldik Dikdaşa.  

Bir dağ ki, daşları dəmirdir, tuncdur,  

Dəlik-deşikləri xeyli qorxuncdur.  

Baxanda insanın bağrı yarılır,  

Yanından hər yana yollar ayrılır;  

Bir dağ ki, hər zaman haqsızı haqlar- 

Qaçağı, qulduru gizləyib saxlar. 

Top-tüfəng səsinin kasilməz ardı,  

Olub "Qançanağı" bu dağın adi;  

Ellərin yağısı olmuş əzəldən,  

Alıb qarğışını min bir gözəldən,  

Daşları sapsarı, çiçək bitirməz,  

O qədər arsız ki, bir şey itirməz...  

Dağın ətəyindən ayrılır bir qol  

Peykanlı kəndinə aparır bu yol.  

Enişdən, yoxuşdan keçib düzəldik,  

Haman söylədiyim bu yola gəldik;  

Demək ki, az qalır kəndə çatmağa,  

Uşaqlar can atır bir az yatmağa.  

Bəxtiyar: 

- Tez ülun! 

Cəlal: 

- Nə var ki? 



- Dağların qucağı o qədər dar ki

İtər bu yerlərdə bir ordu belə. 

-

 Eh, 


elə 

Sən dinib, danışıb qara tökürsən... 

- Cəlal, bu qeyrətlə, bu hünərlə sən. 

Keçərsən bir zaman lap Napalyonu 

Deyib məsxərəyə qoyarkən onu

Göründü qarşıda bir top qaraltı, 

  



______________Milli Kitabxana_______________ 

10 


 

Bir çoxu piyada, bir çoxu atlı...  

-   Kimsiniz? 

- Yolçuyuq! 

- Tərpənməyiniz! 

Yaraqdan, yasaqdan varsa nəyiniz 

Atın yol üstünə! 

- Bacarmazsınız! 

Çünki milyonlardan yüz qat azsınız! – 

Deyərək Bəxtiyar bir nişan aldı,  

Gülləsi dağlara gurultu saldı.  

O düşmən dəstənin başçısı Gəray  

Tüfəngi üzünə tutduğu zaman  

Cəlal qaranlığa sıxdı naqanı,  

Töküldü yəhərə Gərayın qanı.  

Yataraq birtəhər atın yalına,  

Səyirdib dolandı dağın dalına.  

O gündən bir qolu topal yaşadı,  

Topal Gəray - deyə çağrıldı adı.  

Sonra atışmanın uzandı ardı,  

Qabaqda üç nəfər nişançı vardı.  

Niyaz bəy tələsik qalxıb atına,  

Soxulmaq istərkən yolun altına,  

Qabağı kəsmişdi yoldaş Şahsuvar,  

Qışqırdı: - Qaçmağın nə mənası var?!  

Al, yağı, birgüllə! Olmadı fəqət... 

Al, bu ikincisi! 



Tutmadı... Dəhşət... 

Al, bu üçüncüsü! 



Yıxıldı Niyaz... 

Keçmədən bir az 

Bir də qalxaraq, 

İki, üç daraq 

Şahsuvar tərəfə patron boşaltdı,  

Qüvvədən düşərək gözləri batdı... 

O yanda Bəxtiyar, yanında Cəlal: 

- Olsun 


inqilaba 

qanımız halal, - 




______________Milli Kitabxana_______________ 

11 


 

 Deyib vermişdilər elə baş-başa,  

Onları meydanda qoyub Mirpaşa 

 

Qaçıb soxulmuşdu qaranlıqlara...  



Bəxtiyar tüfənglə vermədən ara: 

- Ya 


mən ölməliyəm, ya siz! - deyirdi 

Cəlal quruarlanıb

1

 nəşə yeyirdi. 



Beləcə, cəbhələr atışdı xeyli, 

Ölüm səngərində yaşamaq meyli  

Onların qəlbini hey dindırirdi,  

Bəzən Bəxtıyarı diksindirirdi... 

Mətləbi qurtaraq, gəldi bir zaman,  

Gecənin ahəngi dəyişdi haman,  

Uzaqdan göründü bir bölük atlı,  

Atları quşlardan iti qanadlı,  

Havada parladı qızıl bir nişan...  

Gərayın dəstəsi olub pərişan: 

- Arxadan 

gələn var, - deyə qaçdılar, 

Atlılar gəlincə dağdan aşdılar. 

 

O, BİZDƏN AYRILARKƏN 

 

Şahsuvar gecənin qoynunda sakin,  



Qəlbində intiqam, gözlərində kin,  

Son dəfə toplayıb yazıq özünü,  

Astaca söylədi bu son sözünü: 

- Gözləri yoldadır anamın, şəksiz, 

Vaxtsız ölməyimi xəbər verin siz! 

Deyin ki, arxamca ağlamasınlar, 

Yas tutub, qaralar bağlamasınlar. 

Bir də ki, Gülcamal...  

Ah, onu, bilsən,  

Bütün varlığımla sevmədəyəm mən.  

Nə olur son dəfə görsəydim onu,  

Yaxşı gətirmədi ömrümün sonu. 

                                                            

1

 



fərəhlənib 

 



______________Milli Kitabxana_______________ 

12 


 

 Mən hələ cəbhələr, toplar almamış,  

Onların yurduna tufan salmamış  

Ölürəm...  

Dünyada nə qaydadır bu?..  

Qabaqda düşmənin sağdır ordusu.  

Sizsə tüfəngləri doldurub gedin,  

Cəbhədən çəkilib dönməyin geri!  

Haydı, dayanmayın, tez durub gedin,  

Düşmənlər almasın öldüyüm yeri!  

Cəbhədən çəkilib dönməyin geri!.  

-

 



Deyib vidalaşdı o ömrü yarı,  

-

 



Bir daha baxmadı Günəşə sarı... 

 

SAHİLDƏ



 

 

Kürün qumsal sahilində 



qaşlarını çalaraq,  

Qamçısını döyür suya 

hiddətindən  

Gəray bəy...  

Üç aydır ki, ormanların 

arasında yataraq  

Əl üzmüşdür vətənindən, 

Millətindən Gəray bəy.  

Qamçısını döyür suya 

hiddətindən Gəray bəy!  

-

 

Nədən mənim qabağımdan 



artanları yeyənlər,  

Köhnə-köşkül paltarımı 

öz əyninə geyənlər  

İndi mənə ağ olsunlar?.. 

Xanimanım dağılır,  

Qızı yelin inəklərim 

yad əllərdə sağılır...  

Kürün sahilində var əski bir köy  

Üstündə hər zaman çılpaq olur göy.  

Salahlı kəndidir bu kəndin adı, 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə