SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

______________Milli Kitabxana_______________ 

58 


 

 

Gah yalquzaq kimi ulayır külək,  



Gah da quzu kinü yatır, dincəlir;  

Göydən nə səs gəlir, nə səmir gəlir,  

Birdən buludlarda oynaşan şimşək – 

Şaqqıyan ildırım göyə səs salır,  

Elə bil davadır, göy təbil çalır... 

 

Gah da parçalanır buludlar lay-lay,  



Ulduzlar göz qırpır gülümsəyərək,  

Baxır göy üzündən yer üzünə ay,  

Yayır şəfəqini bəxt ulduzu tək. 

 

Gah günəş qızarır tonqal sayağı,  



Qayalar tərləyir, buğlanır torpaq;  

Gah da uşaqların əli, ayağı  

Soyuqdan qızarır əsdikcə sazaq. 

Axır çərşənbədir... İl tamam olur,..  

Bu il, - kənd içində danışır hamı, - 

At üstə gəlmişdir Novruz bayramı – 

Qulunlu at üstə... 

Bu bir muraddır... 

Qocalar deyir ki, bolluq keçəcək,  

Torpaq su yerinə şərbət içəcək.  

Odur ki, hamının ürəyi şaddır,  

Hamının arzusu, ümidi gülür,  

Üzündən, gözündən nurlar tökülür. 

Baxın, hər qapıda bir tonqal yanır,  

Uşaqlar hoppanır od-alov üstdən;  

Göyə şölə düşür, yer işıqlanır,  

Öd da yandırmayır heç kəsi qəsdən. 

Od da mehribandır bu gün insana,  

Elə bil odun da ürəyi vardır.  

Elə bil onun da qəlbində yanan  

Müqəddəs əməllər, xoş arzulardır. 

  



______________Milli Kitabxana_______________ 

59 


 

Bu gün nə şaxsey var, nə də ki, vaxsey – 

Nə zəncir vuran var, nə də baş yaran;  

Ötür hər ürəkdə sevdalı bir ney,  

Baharın eşqilə xoşbəxtdir insan... 

 

Kosanın başında bır keçə papaq,  



Zınqırov da asıb lap kəlləsindən.  

Onun çıxardığı oyunlara bax,  

Nə üzdən tanınır, nə də səsindən.  

Gah olur mələyir qoyun sayagı,  

Gah da bir at oluıb kişnəyir kosa.  

Yüz qapıya dəyir onun ayağı,  

Yüz evdən pay alır o heç olmasa. 

 

O, xəsis görəndə "əzrail olur",  



Bacadan sallanıb "qılınc" da çəkir,  

Elə ki, torbası şirnilə dolur,  

Kosa əllərini bığına çəkir... 

 

O göyçək qızların qolundan bəzən  



Ağrılı-ağrısız çimdik də alır.  

Heç kəs tanımayır, seçməyir onu,  

Hər kimin qolundan çimdikləyirsə,  

Yalnız o qız bilir kim olduğunu. 

 

O vaxt evdəkilər gülüşür bir az,  



Kosanın kefinə toxunmaq olmaz!..  

Qızsa üzəvari qaşqabaq tökür,  

Hələ ağlayır da o hönkür-hönkür.  

Ancaq ürəyində deyir ki, kosa  

Bircə də gəlsəydi ev basa-basa... 

 

Bəzənib-düzənib gəlinlər, qızlar  



Xına da qoyurlar öz əllərinə.  

Gecələr göz qırpır göydə ulduzlar  

Bizim kənd yerinin gözəllərinə. 



______________Milli Kitabxana_______________ 

60 


 

  

Təzə paltar geyən körpələr şaddır,  



Baxıb ləzzət alır ata-analar.  

De, bu gün hamımı qəmdən azaddır?  

Yox, bu əziz gündə dərdlilər də var. 

 

Axşamdan keçmişdir... Humay evdə tək,  



İki sancaq salıb bir nimçə suya...  

Qızın sinəsində gah gülür ürək,  

Gah bütün varlığı düşür qorxuya.  

Pambıqlı sancaqlar elə bil quşdur,  

Qovur bir-birini suyun üzündə.  

Bu bayram axşamı, bu əziz gündə  

Humay ürəyində nəyi tutmuşdur? 

 

Sancaqlar üz-üzə gəldiyi zaman  



Elə bil qovuşur Günəş ilə Ay.  

Bu vaxt qanad açıb xoşbaxtlığından  

Yerlərə, göylərə sığmayır Humay... 

 

Rəngi gülə donür, taleyi gülür,  



Şəfəqi sayrışan bir səhər kimi;  

Üzündən, gözündən məna tökülür  

Bizim yazdığımız sətirlər kimi. 

 

Yazıq ki, murada çatmazdan əvvəl  



Sancağın birisi qərq olur suya.  

Elə bil bu anda uğursuz bir əl  

Humay götürüb atır quyuya... 

 

Ürəyi döyünür, gözü qaralır,  



Get-gedə təngiyir qızın nəfəsi;  

Başının üstündə duman qaralır,  

Qışqırmaq istəyir, boğulur səsi. 

 

Cəlalın başında xəta var, deyə  



Sinəsi tövşümüş qapıya çıxır.  

Əlini qaldırıb yalvarır göyə,  

Qəlbini yerlər də, göylər də sıxır. 



______________Milli Kitabxana_______________ 

61 


 

  

Xəyalat başını bir an tərk edir,  



Xeyirxah bir xəbər eşitmək üçün,  

Qonşu qapısını pusmağa gedir,  

(Qayda belədir ki, birinci kərə  

Xeyir söz eşitsə şad olacaqdır;  

Yaman söz eşitsə yenə qəmlərə  

Qərq otub, içində qovrulacaqdır.) 

 

Dinləyir... Bu evdən bir səs gəlməyir,  



Elə bil bağlayıb qapını tay-tay.  

Heç kəs danışmayır, deyib gülməyir...  

Başqa bir qapıya yüyürür Humay. 

 

Yenə də dinləyir... Qızın ürəyi  



Qorxudan titrəyir bir yarpaq kimi.  

Titrədir Humayı bir qış küləyi  

Yerindən götürüb atacaq kimi. 

 

Birdən yaman xəbər? 



Birdən şad xəbər?  

Rəngi gah bulanır, gah da durulur.  

Humayın başında bu düşüncələr,  

Qəlbində gah matəm, gah toy qurulur. 

De, qız nə eşitsə yaxşıdır birdən?  

Kimsə öz oğluna: "Toyunu görək!"  

Humay bir quş kimi durdu yerindən;  

Sıçrayıb göylərə qanad gərərək, 

Bir anda seyr edir asimanları,  

Ay kimi gecəyə qız şəfəq yayır;  

Öpür, alqışlayır, hey salamlayır  

Dağları, daşları sıx ormanları... 

Gözündə sayrışır bir çəmən kimi  

Baxarlı dağların quzey qarı da.  

Basır öz bağrına yasəmən kimi  

Hələ gül açmamış budaqları da... 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə