SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

______________Milli Kitabxana_______________ 

90 


 

Kəndimiz necədir? Humay necədir?"  

Atışma dayanıb, yarı gecədir. Kimsə tərpənməyir... 

Açılsın səhər! Baxarıq kimdədir, kimindir hünər? 

Bəxtiyar düşünür gözlərində yaş...  

Tənqidçi deməsin niyə ağlayır?  

Ürək nə poladdır, nə tuncdur, nə daş  

Bəxtiyar dostuna yas da saxlayır... 

Üç aydır toy olub gəlin gələli,  

Hələ dəyməmişdir Gülzara əli  

Hələ açılmamış qızın duvağı  

Opüş görməmişdir onun dodağı. 

Bəxtiyar gecələr vaxtsız oyanır,  

Ah çəkir, naləsi ərşə dayanır.  

Gəzinir gah evdə, gah da eşikdə,  

Başına dolanır ev də, eşik də, 

Gülzara bəllidir onun bu dərdi  

Axı, o, Cəlalla xeyirdə, şərdə  

Bu yaşıl dağlarda, göy meşələrdə  

Doğma qardaş kimi qoşa gəzirdi. 

Axı Cəlalın da muradı vardı,  

O da bir gözəli sevib oxşardı.  

Hayıf ki, diləyi dilində qaldı,  

Yel əsdi, gül soldu, yarpaq saraldı.  

Budur Bəxtiyarı yandıran, budur.  

Zamanın dərdini zaman unudur.  

Vəfalı bir dost ki, ayrıla dostdan  

Cana ləşkər çəkər qəm qəmin üstdən –  

De, kimsən ey pəri, bu sularda sən?  

Canıma od düşdü gülüşlərindən.  

Qəmli gözündəki o məna nədir? 

  



______________Milli Kitabxana_______________ 

91 


 

O dağlardan ağır istehza nədir?  

Mənim bu günümə gülənlər azmı?  

Barı sən gülməsən yaxşı olmazmı?  

Bir gülən, insansan, yoxsa mələksən?  

Ah, nə mehribansan, ah nə qəşəngsən!..  

Bəlkə də ilk arzum, son əməlimsən,  

Mənim dar günümdə kömək əlimsən.  

Dağıldı başımdan yaxın həmdəmlər,  

Qəlbimi qurd kimi dağıdır qəmlər.  

Sənin saçın kimi qaradır baxtım,  

Keçdi o dövranım, keçdi o vaxtım.  

Keçdi o günlər ki, Gəray bəy vardı,  

Mahaldan-mahala at oynadardı...  

Elə zərın etmə ki, yenə mən sağam,  

At sürüb ellərə səs salacağam.  

Mən daha ölmüşəm, quru səsim var,  

Nə cəsəddə canım, nə nəfəsim var.  

Mənim bu günümə gülənlər azmı?  

Barı, sən gülməsən yaxşı olmazmı?  

Qız çatır sularda sıx qaşlarını,  

Sel kimi axıdır göz yaşlarını...  

Niyə dinməyir o? Bəlkə də laldır?  

Bu bir həqiqətdir, yoxsa xəyaldır?  

Ah, o dinməsə də danışır sular,  

Danışır şam kimi sönən arzular.  

Danışır başından gəlib keçəni:  

"Yox, yox, gülməyirəm, demə ki, yadam,  

Mən sənə özgə yox, doğma övladam.  

Bir zaman sən özün yaratdın məni,  

Sonra da... sonra da..." 

- Bəsdir, amandır!..  

Başımdan od çıxır, danışdıqca sən,  

Bir az yaxına gəl, öpüm üzündən!  

Hardasan, can bala, xeyli zamandır?  

"Hardayam? Yer altda... Soyuq məzarda..."  

Bir həsrət nəğməsi çalır ləpələr,  

Gəray bəy sudadır qurşağa qədər. 

  



______________Milli Kitabxana_______________ 

92 


 

Ay kimi gəzişir qız dalğalarda, 

Yanır, alovlanır qəlbi şam kimi

Qaralır gözləri bir axşam kimi. 

O suda getdikcə qız uzaqlaşır, 

Arabir dalğalar başından aşır. 

Gəray bəy yalvarır: - Can bala, bir dur! 

Görünür taleyim, qismətim budur. 

Yaxın gəl, bır az da danışaq barı, 

Ovut sinəmdəki bu ağrıları... 

Yox, yox! Heç ovutma, yansın cıyərim. 

Biləkdən düşəydi kaş ki, əllərinı. 

Cəlal yaşasaydı, yaşardm sən də,  

Gül küni gülərdin çöldə, çəməndə.  

Öz atan olsam da, qatilin çıxdım,  

Mən səni yıxmadım, özümü yıxdım.  

Deyirdim, mənə sən oğul olarsan,  

Məndən bu dünyaya nişan qalarsan.  

Yıxdım öz evini, öz əllərimlə.  

Azğın, ehtiraslı əməllərimlə  

Səni qurban verdim dünya varına...  

Gəray bəy bəxtini söydükcə söyür,  

Sonra ikiəlli başına döyür.  

Qızın səsi gəlir qulaqlarına:  

"Qatilim olsan da, atamsan mənim." –  

Mehriban danışma! Yanır bədənim,  

Lənətə layiqəm, qızım, lənətə!  

Artıq nə Allaha, nə təbiətə Sığınan deyiləm...  

Bil ki bu gündən  

Kimsəsiz, arxasız, tək qalsam da mən  

Yenə bir qoşuna cavab verərdim..  

Ancaq yaşasam da yurdsuz, vətənsiz,  

Yaşaya bilmərəm aləmdə sənsiz!  

Sənin faciəndir ən boyük dərdım... 

Səslənir Gəraya dumanlı dağlar: 

-

 



Təslim ol! - deyir; 

Nizə tək ucalan sərt qayalıqlar: 

-  Təslim ol! - deyir; 

  

 




______________Milli Kitabxana_______________ 

93 


 

Bulanıq su da,  

Bir son arzu da: 

- Təslim ol! - deyir; 

Başına fırlanan göy də, torpaq da, 

Səslənən meşə də, şax da, yarpaq da: 

- Təslim ol! - deyir; 

Əsən külək də, 

Çaxan şimşək də: 

- Təslim ol! - deyir; 

Taqətsiz qolu da, əsən dizi do: 

- Təslim ol! - deyir; 

Xəyal dünyasında doğma qızı da: 

- Təslim ol! - deyir. 

Yarır qaranlığı bir böyük dəstə

Gəlir bulud kimi Gərayın üstə. 

Gəlir addım-addım, lap yaxın gəlir. 

Çalpapaq Kərəmin səsi yüksəlir: 

- Gəray bəy! Goray bəy! Tüfəngini at! 

Üstünü kəsmişdir böyük bir elat. 

İnad yeri deyil, biz çoxuq, sən tək. 

Yersiz qan axmasın, tərslikdən əl çək! 

- Sizə yox! Sizə yox!.. Mən öz canımı 

Ona tapşırıram... ona... qızıma... 

O sönüb-saralan dan ulduzuma!  

İstəsə, o töksün mənim qanımı! – 

Deyib qanlı Kürü o yara-yara  

Getdikcə qərq olur sərt dalğalara...  

Ancaq nə xəyal var, nə də ki Humay  

Qaranlıq sulara işıq salır Ay... 

1931   



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə