SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

______________Milli Kitabxana_______________ 

78 


 

Yazıq! Sındırmışdır qol-qanadını  

Vaxtsız bir ölümün acı xəbəri.  

O çaşır, unudur bəzən adını  

Ayrılıq hokmünü verəndən bəri.  

Burda ilk görüşün xəyalilə qız,  

Kim bilir, könlündən keçirir nələr?  

Bu tənha gecənin qoynunda, yalnız  

Sürüdən ayrılmış bir ahu mələr...  

"Sənin sözlərinə boyun əyməmək  

Əlimdən gələrsə, ey nazlı mələk,  

Qoy günə kor baxım, baxtım qaralsın,  

Bütün səadətim heçliyə varsın!  

Qaralar geyinsin eşqımin sonu,  

Arayıb, axtarıb, taparam onu;  

Ya məni öldürər, ya da yaşadar,  

Ölümdən qorxmağın nə mənası var?" – 

Sözlərilə Cəlal sanki yenidən  

Canlanır Humayın qarşısında tək,  

Qolunu boynuna aşırıb həmən  

Baxır gözlərinə gülümsəyərək...  

Ah, ölən məhəbbət, ah, ölən istək!  

Nədir həyatdakı bu çarpaşıqlar?  

Yaşasın gələcək böyük gələcək!  

Onda nə göz yaşı, nə ayrılıq var! 

Humay xəyaldadır... Çəkilir Cəlal,  

Gedir yavaş-yavaş qaranlıqlara...  

Aparır ardınca Humayı xəyal,  

Çıçəyi sayrışan bir çəmənzara... 

 

HUMAYIN ÖLÜMÜ 

 

Səhərdir... Azacıq kənddən aralı  



Bir dağ ətəyində qar düzəngahı.  

Bu qar dənizində açmış sabahı  

Sürəkdən ayrılmış dağlar maralı... 

  

 




______________Milli Kitabxana_______________ 

79 


 

Uzanmış tir kimi, donmuş bədəni,  

Ağarmış bənizi dümağ süd kimi.  

Budaqsız, yarpaqsız bir söyüd kımi  

Yıxılmış torpağa, ağladır məni. 

Almış dovrəsini halqalanaraq,  

Çöllərin sultanı, şahı çobanlar.  

Ortalıqda sükut və həyəcan var,  

Ürəkdən birisi qıza yanaraq:  

Birinci çoban: 

- Budur, 

bu 


dünyanın son etibarı, 

Axırı puç olur dövlətin, varın, 

Tez olun, kəndə bir xəbər aparın, 

Qızın anasını çağırın barı!.. 

 

İkinci çoban: 

 

- Gəray bəy bu günü görsəydi inan, 



Yanan gozlərindən odlar yağardı. 

Bir eli, bir günü diri boğardı, 

Daşı-daş üstündə qoymazdı bir an. 

 

Uçüncü çoban: 

 

- Gəray bəy çoxunu diri soyubdur



Qoy onun oduna balası yansın. 

Pis günü daldadır, hələ dayansın! 

O çox anaları ağlar qoyubdur... 

 

Dördüncü çoban: 

 

- Sən də səfehləmə, bu, günahsızdır, 



Arvad xaylağıdır, özü də qızdır... 

 

İxtiyar çoban: 

 

- Alın yapıncımı, bürüyün onu, 



Canı var... Tez olun, tonqal qalayın! 

Aləmə car çəkib, bir xəbər yayın! 

Zəhərdir bu şirin dünyanın sonu... 



______________Milli Kitabxana_______________ 

80 


 

 Gəray bəy ölməmiş, sağdır dünyada,  

Atadan, babadan böyüyümüzdür;  

İndi pis günüdür, hər dərdi yüzdür,  

Bizimdir namusu hər kim olsa da... 

 

Mehriban çobanlar durub yanaşı,  



Humayı çiyninə götürüb gedır...  

Qızı ağlayaraq ziyarət edir  

İxtiyar ananın bəlalı başı. 

 

Ocaqlar çatılır, ev qızır haman,  



Humay bürünmüşdür isti yorğana.  

Başının üstündə ağlayır ana,  

Oturmuş dizinin üstündə Quran. 

 

Qapı qulluqçusu qoca bir qarı  



Çevirir ocağın isti közünü.  

Humay qızışdıqca açır gozünü,  

Baxır pəncərədən bayıra sarı, 

 

Dolanır həftələr, dolanır aylar...  



Kəndin arasında bir danışıq var.  

Humayın ardınca deyirlər "dəli",  

Deyirlər: "Başına bava gələli  

Gecələr sıyrılıb yatacağından  

Asılır quş kimi öz ayağından,  

Nə çovğun anlayır, na boran, nə qar".  

(Olanı artırır, bəzən insanlar...)  

"Gəzir ayaqyalın, gəzir başaçıq,  

Həyası qalmamış qızın azacıq".  

Deyirlər: "Ulduzun, ayın, buludun",  

Deyirlər: "Günəşin, alovun, odun  

Arxasınca düşür, gəzir sərsəri  

Başının ağrısı tutandan bəri". 

 

Ah, ölən məhəbbət, ah,  



Ölən istək! Nədir həyatdakı bu çapaşıqlar?  

Yaşasın gələcək, böyük gələcək!  

Onda nə göz yaşı, nə ayrılıq var! 



______________Milli Kitabxana_______________ 

81 


 

 Son bahar... Nə yaman gəldi son bahar!  

At çapan dalğalar sır-sır bağlamış.  

Bağlı qapıları açdıqca ruzigar,  

Gülür qəhqəhəylə bizə qara qış,  

At çapan dalğalar sır-sır bağlarmış.  

Nə çadır görünür, nə yaşıl bir düz,  

Deyib danışmayır xınalı kəklik;  

Ömrünü tapşırır, gödəlir gündüz,  

Bülbül ağlasın ki, solur çiçəklik,  

Deyib danışmayır xınalı kəklik. 

 

Gecədir, ulduzlar donur havada,  



Səyirdir atını qara bir bulud.  

Quşlar da boynunu burur yuvada,  

Gəzir qapıları ölü bir sükut;  

Səyirdir atını qara bir bulud. 

Düşünür sakitcə torpaqlı damlar,  

Boğur kainatı gecənin əli.  

Mənim də ruhumda bir iztirab var – 

Ölür sənətimin o ilk gözəli,  

Boğur kainatı gecənin əli. 

O, yeddi həftədir yorğan-döşəkdə,  

Təbibsiz, davasız can üstündədir;  

Humaydan iyrənir yorğan-döşək də.  

O ellər gözəli gür nə gündədir!  

Təbibsiz, davasız can üstündədir... 

Ölür sənətimin vəfasız yarı,  

Gəlsin Füzulinin ağlar qəzəli!  

Gəlib sevgilimlə görüşsün barı,  

Yolunu gözləyir ellər gözəli,  

Gəlsin Füzulinin ağlar qəzəli! 

Ey Günəş! Ey bulud! Şahid olun siz,  

Göylərin altında bir həyat sönür - 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə