SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə59/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

______________Milli Kitabxana_______________ 

250 


 

 

İzdiham çoxalır... izdiham ağır...  



Ayaqlar altından toz-duman qalxır.  

(Dünya da böylədir əzəldən bəri – 

O sevir zamanla yol gedənləri...)  

Sürünün axsağı arxada qalar,  

Ya çoban öldürər, ya qurd parçalar.  

Dənizdən bir dalğa düşsə quruya,  

Bir çuxur yer qazıb dönər quyuya,  

Get-gedə üstünü toz-torpaq alar,  

Onun şəffaf suyu solub saralar...  

Günün şiddətindən dönüb buxara,  

Yem olar ac gözlü ağ buludlara...  

Qızılgül ayrılsa öz budağından,  

Ürək ayrı düşsə can otağından,  

Nə bir söz yaranar, nə də ki, sənət,  

Nə həyat sevinər, nə də məhəbbət!  

Ayaqlaş dövranın sürətilə sən,  

Onun karvanından üzülməyəsən!  

Özün yaratsan da bütün varlığı,  

Özündə axtarma bəxtiyarlığı...  

Elin məclisində ney tut, dilə gəl,  

Beş günlük aləmə gülə-gülə gəl!  

Doldur piyaləni haqq şərbətindən,  

İlham al vətənin məhəbbətindən!  

Sən el bağçasında şur tutub, səs sal,  

Elin ciyərilə yalnız nəfəs al!  

Nə dosta arxalan, nə də ki, yada,  

Onların hamısın gördük dünyada...  

"Dostlar minnətindən bu günə qaldım,  

Görənlər deyir ki, vaxtsız qocaldım"  

Artıq, yol gedirəm bu izdihamla,  

Buruqlar dövrəmdə cərgələnmişdir.  

Göydə günəş yanır bir ehtişamla

Elə bü üstümə nur ələnmişdir!.. 

Çalır orkestro... Şaddır ürəklər,  

Üzlərdə ismətli bir şəfəq oynar.  

Hər isti yanaqda bir odlu ülkər, 

 



______________Milli Kitabxana_______________ 

251 


 

 

Hər gözün, baxışın bir şəfqəti var...  



O zümrüd səmada günəş yandıqca  

Mən alqış deyirəm yerdə insana!  

Bayaqkı izdiham dalğalandıqca,  

Biz gəlib çıxırıq bir qəbristana... 

 

* * * 


Şıx kəndi, dağ döşü, bomboz qayalar,  

Nə bir yaşıllıq var, nə bir axar su.  

Əzəldən hayanda xoş keçsə ruzgar,  

Orda yuva salır insan arzusu!  

Qayalar! Qayalar! Bir deyin nədir  

O sərt üzünüzdə gördüyüm hiddət?  

Açın sirrinizi, öyrənək bir-bir,  

Bəlkə qəsd eləmiş sizə təbiət.  

Bir odlu vulkandan yadigarmıdır  

O xəncər ağızlı daş çalpaları?  

Deyin, haqqınızda tarix varmıdır?  

Özünüz aləmə şərh edin barı!..  

Qayalar! Qayalar! Verib baş-başa  

Nədir daldığınız o sakit xəyal?  

Həyat yaranmışdır ölümlə qoşa – 

Bir zəfər sözü var, birdə ki zaval! 

Neçin ot bitməyir daş sinənizdə ?  

Yoxsa qəlbinizdə qəzəbmi yanır?  

Deyin, qəsbkarlar hökmünü siz də  

Andıqca, hirsiniz çoxmu odlanır?  

Bilirəm, şahiddir göyün də qəlbi – 

Topa tutuldunuz siz zaman-zaman...  

Qəhrəman bir elin hünəri kimi  

Müzəffər çıxdınız odlar ağzından.  

İndi siz göylərə baxıb vüqarla,  

Baş əyməyirsiniz sultana, şaha.  

Bir könül, bir vicdan, bir ixtiyarla 

İndi insan verir hökmü Allaha!  

İndi min könülün təranəsilə 

 

 




______________Milli Kitabxana_______________ 

252 


 

 

Ləpələr öpdükcə ayağınızı  



Babəklər, yurdunun öz oğlu, qızı  

Gəlir bu torpağa öz nəfəsilə... 

 

* * * 


İzdiham yetişir o qəbristana,  

Burda təzim olur el adətinə.  

O yanda ağlayan qoca bir ana  

Gəlmiş öz oğlunun ziyarətinə  

Yanında sarışın bir qız körpəsi  

Ağlayır o yanda bir gənc gəlin də.  

Gözündən süzülür odlu naləsi,  

Qızsa daş oynadır tumbul əlində...  

Dolama-dolama daş pilləkənlər  

Bir türbə yanına qaldırır bizi.  

Ömrü düşündükcə burda insanlar  

Bir sükunət alır ürəyimizi, ölüm –  

Bir zülmət ki, tilsimdir sonu,  

Bircə bu sonsuzluq bizə bəllidir.  

Ağıl kəşf etməmiş nə olduğunu,  

Bəlkə cəhalət də bir təsəllidir!  

Türbənin üstündə zərif naxışlı  

Aypara şəklində bir daş ucalmış.  

Onun ortasında səhər baxışlı  

Bir insan surəti şəfəqlər salmış.  

Gələnlər seyr edir onu diqqətlə,  

Ölüm yaraşmayir, ah, o varlığa.  

Sanki dil açıb da bir məhəbbətlə,  

Gəlib qovuşacaq bəxtiyarlığa.  

Nədir o gözlərdə alışan çıraq?  

Elə bil doğrudan o hələ sağdır...  

Elə bil əlində bir qızıl bayraq  

O yenə zülmətlə çarpışacaqdır!  

Donuram bu əksin qarşısında mən,  

Qəlbimi bəlkə də bir xəncər biçir.  

Dalğın xəyalımın üfuqlərindən  

Qırx bahar əvvəlki bir səhnə keçir... 

 



______________Milli Kitabxana_______________ 

253 


 

** * 


Budur, iğtişaş var Bibiheybətdə,  

Gəlir dalğa-dalğa o qəhrəmanlar.  

Dəniz də, torpaq da coşur hiddətlə,  

Ədalət deyərək gəlir insanlar.  

De, yerin qəlbində tufanmı vardır?  

Neçın qaşlarını çatmış üfüqlər?  

Könülmü dustaqdır! Havamı dardır?  

Bir zülmət andırır hər tutqun nəzər...  

Baxışlar pərişan, bənizlər sarı,  

Qanunmu nankordur? Həyatmı zindan?  

Söylə, görürsənmi al bayraqları,  

Zamanın dəhşətli fırtınasından  

Yarıb dalğaları keçir günəş tək,  

Azadlıq eşqilə gülümsəyərək: -  

Gəlin! Gəlin! - deyir o, nəsillərə.  

De, nədən titrəyir vaxtın təməli?  

Qılıncmı qurşamış zamanın əli  

Günlərə, aylara, ötən illərə,  

Gəlin! Gəlin, deyir o, nəsillərə! 

 

** * 



 

Tətilmi? Üsyanmı? – Nədir o dalğa?  

Nədir gozlərdəki o alovlu kin?  

Bu ümman bəlkə də qasırğalarla  

Yıxacaq taxtını mütləqiyyətin!  

Bakı? Nə dərdin var, müqəddəs ana?  

Nadir govdəndəki o zəncir səsi?  

Kimin heykəlini yıx deyir sana  

Böyük bir millətin məhkum nəfəsi?  

O qopan üsyanın zəlzələsindən  

Baş-başa gəlmişdir böyük binalar.  

Xanların: "Qardaşlar, qalxın!" - səsindən  

Qırır qapıları həbsxanalar...  

O cəllad baltalı qanunlar fəqət  

Qılıncla kəsmişdir yolları, baxın!  

Qanı qan coşdurar, şiddəti şiddət, 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə