SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə56/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

______________Milli Kitabxana_______________ 

238 


 

 

"Gedən gəlməz bu dünyada,  



Öz ömrünü vermə bada.  

Üç il keçdi, daha bəsdir!  

Gözləsən də bu əbəsdir.  

Gözəl hüsnün, gözəl adın  

Bir həftəylə dul olmadın!  

Hələ qızlıq camalın var.  

Əl işin var, kamalın var,  

Sən də ev tik, bir yuva qur,  

Qanun budur, qayda budur! 

Zərnigarsa xəstə təki  

Susur...susur... sanki laldır;  

Ah o dalğın gözlərdəki  

Nə ümiddir? Nə xəyaldır? 

Ürəyində deyir Nigar:  

"O gələcək... O gələcək...  

Saf ürəklər, saf arzular  

Bir danışıb, bir güləcək!" 

 

* * * 



Bu minvalla keçdi aylar, keçdi illər,  

Zərnigara yetişmədi bir şad xəbər.  

Susdu səma, susdu dəniz, susdu torpaq,  

Əsdi külək, soldu çiçək, düşdü yarpaq...  

Puça çıxdı Zərnigarın ilk arzusu.  

Gözlərindən süzüldükcə o qaynar su,  

Lalə rəngli yanaqlara ləkə saldı.  

Qoca dünya! Etibarın kimə qaldı?  

Keçdi zaman, saç ağardı, bel büküldü,  

Ömrü boyu bir yuxuda deyib güldü...  

Bu gün belə onun qəlbi yana-yana,  

Adət üzrə hər gün çıxır boş eyvana.  

O, dənizi sakit görsə şad dolanır,  

Tufan görsə dəniz kimi bərk bulanır.  

Sifətində yuva salır dumanla çən - 

  

 




______________Milli Kitabxana_______________ 

239 


 

 

Qələm ilə yazılarmı başdan keçən?  



Ayırmayır gözlərini gəmilərdən.  

Qoca vaxtı bir təsəlli tapır hərdən...  

Bu ilahi intizarda min vüsal var.  

Bəxtiyardır məhəbbətlə yaşayanlar!.. 

Səyyah dostum! İndi tam Zərnigarı!  

Bayaq sana göstərdiyim yalnız qarı  

O gözəldir... Səyyah susur, sonra deyir: -  

Sualın var? Mən deyirəm ona: - Xeyr!  

Eşq əhlinə yabançıdır sorğu-sual,  

Etiqadla keçən ömrə yoxdur zaval... 

Qoca səyyah düşündükdə dalğalanır,  

Elə bil ki, ürəyində odlar yanır – 

Bu dastanın atəşidir o alovlar!  

Gözəl dostum! İndi mənim bir arzum var- 

Səyyah üçün dar görünən bu dalanlar  

Görürsənmi nə ürəklər bəsləmişdir?  

Qoy utansın iftiralar və yalanlar...  

Hər yuvamız neçə şahin səsləmişdir!  

Sən yenə də Avropaya dönən təki,  

Yazdığımız bu İçərişəhərdəki  

Dalanlardan, döngələrdən kənara qaç,  

Mənim kimi ürəklərdən yüz söhbət aç! 

 

Beşinci nəğmə  

 

BURUQLAR SƏLTƏNƏTİ 

 

Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  



Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana!  

Nə gülşənsən, bülbül olub dörd yanını dolanam,  

Nə canansan, həsrətindən dərya kimi bulanam,  

Nə sərvsən qumru kimi budağında dil açam,  

Nə səhərsən günəş oiub camalına nur saçam, 



______________Milli Kitabxana_______________ 

240 


 

 

Nə insansan, məclisində aşıq kimi saz çalam.  



Nə loğmansan, hüzurunda hikmətlərdən söz salam...  

Nə dastansan, yavaş-yavaş varaqlayam səni mən,  

Nə arifsən, bir duyasan nələr keçir sinəmdən...  

Nə də axar bir çeşməsən süfrə açam başında,  

Al günəşə sağlıq deyəm ömrün bahar yaşında,  

Nə məbədsən, nə ocaqsan səcdə qulam tüstünə,  

Nə zülmətsən, şimşək olub qılınc çəkəm üstünə!  

Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  

Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana!  

Söylə, nədir ürəyində alovlanıb yanan şam?  

Başındakı nə xəyaldır, sahil boyu hər axşam  

Nə zaman ki, şəfəq salır ayın solğun camalı  

O mənadan ilham alır insanlığın kamalı...  

Nə zaman ki, ulduzların karvan yolu açılır,  

Sahil susur, mavi suya ipək nurlar saçılır,  

Söylə, hansı ülviyyətə, şeriyyətə dalırsan?  

Öz başından keçənlərə bəlkə heyran qalırsan?  

Bəikə min il bundan qabaq alovlanıb kül olmuş,  

Eşqi kimi, baxtı kimi, ömrü məhkum doğulmuş  

Bir pərinin nəfəsidir ürəyində alışan?  

Hanı? hanı? De varandır, o dastandan bir nişan?  

De, bəlkə də qucağında şölə çəkin min çıraq  

Bir məhəbbət rəmzi kimi hər ürəkdə yanacaq...  

De, bəlkə də alov saçan od püskürən nəfəsin  

Parçalanmış varlığını zülmətli bir qəfəsin.  

Sehrli bir xəyal kimi süzüldükcə o şölən...  

Zənn etmə ki, soyuq baxıb, yadlar kimi görünən  

Bir yolçuyam... Xeyr! Sənin hüsnündəki şəfəqlər  

Dastanımın gərdəninə düzüldükcə hər səhər,  

Bir nur kinü xəyalıma, vicdanıma süzülür,  

Bir anlığa bu torpaqdan ayaqlarım üzülür...  

Babaların xəyalında ölüb gedən o cənnət,  

Bu torpağa dəfn olunmuş min talesiz məhəbbət,  

Neçə iman, neçə məbəd, neçə aşiq, neçə yar  

Neçə çovğun, neçə tufan... allı-güllü min bahar, - 

Ümidlərin, arzuların o azadlıq şöləsi, 

 



______________Milli Kitabxana_______________ 

241 


 

 

Dünyagörmüş, zaman görmüş bir millətin haqq səsi,  



O nizələr, o mizraqlar, ox süzdürən o əllər,  

Vaxtsız açıb, vaxtsız solan o müqəddəs əməllər  

Ulduz kimi səpələnir xəyalıma bir anda,  

Xatirə tək sönüb gedir o məkan da, zaman da...  

Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  

Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana!  

Bu xəyalla seyr edirdim buruqları bir axşam,  

Lakin könlüm sarayında nə söz vardı, nə ilham...  

Yorğun-arğın addımlarla dolaşırdım yenə mən,  

Ürək dilsiz bir daş kimi asılmışdı sinəmdən,  

Öz-özümə deyirdim ki, tuti təbim lal oldu!  

Şeirlərim, dastanlarım bəlkə bir xəyal oldu!  

Bəlkə məndən "Şeir qızı" küsüb getdi pəri tək...  

Bəlkə ömrüm bundan sonra yaman günlər gorəcək...  

Bəlkə təbim çeşmə kimi qurumuşdur binadan,  

Kaş ki, şair gəlməyəydim bu dünyaya anadan.  

Hanı dünən baş götürüb dalğalanan axar su,  

Hanı mənim sinəmdəki o yaratmaq arzusu?  

De, hardasan, gözəl pəri! "İlham" adlı şux mələk?  

Mən qumsala oturmuşam bir sahibsiz gəmi tək.  

Gəl, amanın bir günüdür! Yenə de yelkənim ol!  

Bu çarpaşıq dalğalarda özün göstər mana yol...  

Özün dedim, çünki sənin gülüşündən yarandım,  

Sənin kəlam qüdrətində ilk mənzilim, son andım...  

Sənsiz mənim nəfəsim də buz bağlar şaxta kimi,  

Söylə, ilham həsrətinə dözüm nə vaxta kimi?..  

Bu arzular nəfəs kimi baş qaldırdi sinəmdən,  

Sahildəki bir buruğa yaxınlaşdım bu vaxt mən.  

Onun taxta qəfəsində alnıaçıq, üzüağ  

Bir ismətli gözəl kimi alışmışdı bir çırağ.  

Onun sirli şöləsində nə duyurdum bilsəniz – 

Bir mən idim, bir gecəydi, bir o çıraq, bir dəniz... 

Bir dilə gəl, yanan məşəl, nə gözəldir surətin?  

Nə sirsən? Nə sehrsən? Söylə, nədir hikmətin?  

Nədir gülər şöləndəki açılmamış o məna? 

 

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə