SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

______________Milli Kitabxana_______________ 

220 


 

 

Meydan qızır, gözlər qızır vurharaydan.  



Elə bil ki, göy də yerə tökülmüşdür.  

Yurdumuzda toxunulmuş şal tirmələr  

Bu toydakı gözəllərin başındadır.  

Xısın-xısın deyir eyni yetirmələr:  

Köçən gəlin görən neçə yaşındadır?  

Biri "on dörd", biri "on beş" deyir ona,  

Görmək olmur o dilbərin camalını;  

Qocalarsa göz gəzdirir tək boyuna,  

Yerişindən nişan verir kamalını...  

Hələ əllər, ağ biləkli ipək əllər,  

Kəklik kimi xınalanmış, yaxşı baxın! 

 Öz eşqini, öz zövqünü duyan xalqın  

Bir rəsmidir mən dediyim o gözəllər!  

Qara kirpik tökülmüşdür yanaqlara,  

Gözlərdəsə göz-göz olmuş bulaq qaynar.  

Hələ öpüş dəyməmişdir dodaqlara,  

Hələ onda qüdsiyyətin şövqü oynar...  

Aha!.. Qoşa qapılardan yel tək əsən  

Atlıların üzündəki heybətə bax!  

Qabaqdakı kəhər ata deyin əhsən,  

Elə bil ki, nallarından od qopacaq.  

Ağ çuxası vəznəlidir bizim Aslan,  

Cıdır gedir, arabir də tüfəng səsi...  

Bir də atəşpərəstlikdən adət qalan  

Bayramlara ziynət verən fişəng səsi... 

Yaxşı bir at at buraxmaz öz yanına  

Üstündəki qəhrəmanda ürək olsa...  

Kimin atı hamısından yüyürək olsa  

Ağ kəlağay bağlanacaq yalmanına. 

Sahibisə papağını yan qoyaraq,  

Ortalıqda pələng kimi dolanacaq...  

Paxılların sifətində bir qaşqabaq,  

Bəlkə bir az ürəyi də bulanacaq... 

 



______________Milli Kitabxana_______________ 

221 


 

Meydan açın! Meydan açın! Dəstə-dəstə  

İndi gəlir o sınanmış pəhləvanlar.  

Hanı şərbət? Əvvəl verin içsin onlar,  

Sonra qurşaq tutacaqlar meydan üstə. 

 

Vur, nağara! Di şaqqılda, qoşa zurna!  



Öz odunla sən onları qızdır görək!  

Pəhləvanlar şirlər kimi əlləşəcək,  

Hər ana da güvənəcək öz oğluna. 

 

Yazdığımız o dövr üçün siz də bilin,  



Qurşaq tutub güləşməyin bir dadı var.  

Zarafatdır. Hər məhlənin, hər nəsilin  

O meydanda öz qeyrəti, öz adı var. 

 

Qabardıqca əzələlər, tunc sinələr – 



Kim yıxılsa ad da düşür, sarı da düşür...  

Bir ox kimi şəstə dəyir bu pis xəbər,  

Görürsən ki, qırğın olur, qan da düşür... 

 

Sən sadəcə vəhşət kimi baxma buna,  



Günah varsa, şərəfi də qeyrətdədir...  

Hər zamanın bir hökmü var öz oğluna:  

Baş əyməmək, basilmamaq fitrətdədir! 

 

İndisə gör, Xan sarayı nələr deyir – 



Daş sütunlar heykəl kimi dayanmışdır.  

Bu binanın üzü sərtdir, qəlbi qışdır,  

Yelkən taxıb qanad açmaz burda şeir... 

 

Beş yüz illik bu sarayın ömrü vardır,  



Yaratmışdır Şirvan şahı Xəlilüllah.  

Yazılardan gözə çarpır bir "bismillah",  

O zor yazı bir rəssamdan yadigardır. 

 

Bomboz olmuş artıq onun divarları – 



Nə bir rəsm, nə bir səhnə, nə bir naxış...  

O sənətdən, o ziynətdən iz qalmamış,  

Silib yumuş tarixlərin min rüzgarı... 

 



______________Milli Kitabxana_______________ 

222 


 

Bakı adlı, dünya görmüş bir limanda  

O hökmüdar qurdu Şirvan paytaxtını.  

Qəsbkarlar axışdığı bir zamanda  

Dönə-dönə o sınadı öz baxtını... 

 

Bayaq sizə söylədiyim o qalalar  



Əsrlərcə sinə gərdi azğınlara.  

Hər bir quyu yadlar üçün oldu məzar,  

Hər baxış da bir ox atdı quzğunlara!.. 

 

Saraydakı neçə eyvan, neçə otaq  



Xəbər verir bir büsatdan, bir cəlaldan.  

Bu abidə oxunsa da varaq-varaq,  

Əfsanə tək bəzən  qaçır o, xəyaldan... 

 

İç sarayda altı hücrə gördüm ki, mən,  



Hür birinin öz mənası, öz adı var  

Hankısından çıxarmışsa o hökmüdar,  

Bilinərmiş bir cür qanun, bir cür qərar!.. 

 

Ətrafdakı kiçik-kiçik hücrələrə  



Saray əhli toplanarmış yığın-yığın.  

Divanxana, ən dəhşətli bir mənzərə - 

Şahididir min ölümün, ayrıliğın. 

 

Yer altında bir quyudan, bir lağımdan  



Boynu bükük çıxan zaman müqəssirlər.  

Günəş belə qan ağlarmış səhər-səhər,  

Xəlilüllah öz hökmünü verən zaman... 

 

O, ağıllı olsa belə, yenə xanmış – 



Adətiymiş göz çıxarıb, boyun vurmaq;  

Qan üstündə qanun verib saray qurmaq – 

Qaydasıymış! O zaman da bir zamanmış... 

 

Qəribədir saraydakı başdaşları,  



Bir çoxunu, yaxına gəl, seyr et barı. 

 

 




______________Milli Kitabxana_______________ 

223 


 

Səliqəylə yonulmuşdur bir köhlən at.  

Görünür ki, o zamanlar bizim elat 

 

At belində yetişərmiş hər murada.  



Eh, nə deyim, nələr yoxdur bu dünyada!..  

O, bəlkə də at belində qılınc çalmış  

Bir igiddən, igidlikdən nişan qalmış... 

 

"Qoça" birbax! Buynuzları buruq-buruq,  



Yadigardır köçərilər dünyasından:  

Heyvanla da ülfət tutub, dost oluruq...  

Neçə məbəd yaratmışdır bizim insan. 

 

"Qoç" dediyim, zaman görmüş bu başdaşi  



Bəlkə olmuş bir çobanın vəsiyyəti...  

Bəzən ağıl şərh etməyir bir hikməti,  

Baxır ona soyuq-soyuq, naşı-naşı. 

 

Bir də "öküz!", təpəl öküz! Qəribədir:  



Maral kimi qaldırmışdir öz boynunu.  

Ayaqları uğurlumu? Söylə nədir?  

İnsan oğlu bərəkətmi saymış onu? 

 

Hələ qablar, saraydakı saxsı qablar  



Tufan görüb dəyişməmiş öz rəngini...  

O qablarda nə lövhələr, surətlər var!  

Əzəl seyr et bizim dağlar pələngini. 

 

Atmış enli pəncəsini əzəmətlə,  



Qoca pələng cavanlaşır şikar vaxtı.  

Kimə çəkmiş hücumunu o hiddətlə?  

Qorxuludur kimin ömrü, kimin baxtı? 

 

Bir nimçədə yamyaşıldır Muğan düzü,  



Ovçu görüb ürək qaçır körpə ceyran.  

Ah, nə qədər günahsızdır onun üzü,  

O gözlərə hansı rəssam oldu heyran? 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə