Gövhər xanımı və Fərruxa xalanı Zaqafqaziya Nücabə Qızlar İnstitutunda
oxumağa qoyur. Böyük qızı - sənin nənən Gövhər xanım Qacar
18
institutu
qurtarmır və Bəhmən Mirzənin oğlu general Əmir Kazım Mirzəyə ərə gedir. Qalan
ikisi institutu qurtararaq Əmir Kazım Mirzənin subay qardaşlarına ərə gedir.
Onlardan biri mənim atam Əliqulu Mirzə Hərbi xidmətdə idi
və əvvəllər anamla
Vladiqafqazda yaşayırdı. Sonra isə Oryol şəhərindəki Çerniqov alayına hərbi
xidmətə keçir. Rus-yapon müharibəsinin əvvəllərində isə Niceqorodsk süvari
alayında qulluq edir. Fərruxa xanım əri Xancahan xan Mirzə ilə yola
getmədiyindən uşaqları ilə birgə anamın yanına qayıdır.
1903-cü ildə Ağəli Əkbərov İsmayılov qulluqçunun köməyi sayəsində evə
yol tapan fanatiklərin əlilə öz evində öldürülür. Öldürülməsinin səbəbi çadranı atan
qızlarının Zaqafqaziya Nücabə Qızlar İnstitutunda oxuması idi. Bu vaxta qədər
Ağa Əkbər
çox pul xərcləsə də, yenə də böyük məbləğdə vərəsəlik qoymuşdu. Ev
Fərruxa xalaya qaldı. Bağlardan ən böyük sənin nənən Gövhər xanıma və qalan üç
bağ da mənim anama çatdı. Sovetləşmədən sonra bağlar, mülklər müsadirə
olundu...
İzzətxanım onu da dedi ki, Ağəli Əkbər İsmayılov 1991-ci il noyabrın 20-də
təyyarə qəzasında həlak olmuş akademik Tofiq İsmayılovun ata babasıdır.
GENERAL ƏMİR KAZIM
MİRZƏ QACAR
Şahzadə Bəhmən Mirzənin otuz bir oğlunun
on beşindən çoxu hərbi
qulluqda olmuşdur. Bəs Sovet hakimyyəti illərinə qədər sağ qalan bu oğlanların
sonrakı taleyi necə olub?
Onların on beş nəfərinin Azərbaycan Demokratik Ordusunda xidmət etməsi
barədə arxiv sənədlərində az-çox məlumat var: 1918-ci ildə polkovnik Xosrov
Mirzə Qacar birinci Azərbaycan süvari alayının komandiri olmuşdur. Polkovnik
Seyfulla Mirzə Qacar isə baş qərargahda intendant şöbəsinin rəisi idi.
Respublika Dövlət Arxivində saxlanan bu sənəddə deyilir ki, Gəncə
üsyanında türk zabitləri və denikinçilər iştirak edirdilər. Üsyançıların
artilleriya
hissəsinə denikinçi polkovnik Nikolayev komandirlik edirdi. Üsyançıların
başçılarından biri də keçmiş müsavat ordusunun zabiti Məhəmməd Mirzə Qacar
idi.
Bundan sonra Qacarlar nəslinin faciəsi başlanmışdır. Şahzadə Bəhmən
Mirzənin oğlu- general-mayor Əmir Kazım Mirzəni Gəncədə bolşeviklər öldürür.
Nəvəsi, podpolkovnik Sədrəddin Mirzəni isə 1920-ci ilin iyununda iyirmi üç nəfər
müsavat zabiti ilə birlikdə günahsız həbs edib Arxangelsk adasına sürgün edirlər.
General-mayor Əmənulla xan Mirzə İrana köçüb, Tehranda yaşayır. Onların Tiflis
və Şuşadakı mülkləri müsadirə olunur.
Azərbaycan hərb tarixinə, maarif və mədəniyyətinə görkəmli
simalar bəxş
etmiş bu ziyalı nəslin bir numayəndəsi ilə görüşə bildim. Respublika EA-nın
18
Gövhər хаnım Аğəli Əkbər qızı Ismаyılоvа - Qаcаr /1862-1927/. 1905-ci ildə yаrаnmış "Zаqаfqаziyа müsəlmаn
qаdınlаrı хеyriyyə cəmiyyəti "nin sədri оlmuşdur - müəl
müxbir üzvü Çingiz Qacar da babalarından qalma nadir əlyazmaları, qiymətli
fotoşəkillər və müxtəlif yadigarlar saxlanılır. Onlardan biri general-mayor Əmir
Kazım Mirzə Qacara məxsusdur. Əmir Kazım Mirzə iyirmi beş il orduda qüsursuz
xidmət etdiyinə görə üstündə tuncdan tökülmüş atlı fiquru
olan stolustu saatla
mukafatlandırılıb. Saatın üstündə “Əmir Kazım Mirzəyə əla xidmətinə görə”
sözləri yazılıb. 44-cü Nijeqorod alayının marşını çalan saat indi də işləyir. Bu
qiymətli hədiyyə general Əmir Kazım Mirzəyə 1898-ci il dekabrın 16-da verilib.
General Əmir Kazım Mirzə 1853-cü ildə Şuşada anadan olub. İlk təhsilini
Tiflis klassik gimnaziyasında alıb, iyirmi yaşında isə Peterburqdakı Nikolayev
süvari məktəbini bitirib. 1873-cü ildə kornet-zabiti Əmir Kazım hərbi xidmət üçün
Qafqaz Əlahiddə ordusunun 44-cü Niyeqorod alayına göndərilib. İyirmi beş il bu
alayda qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları
ilə təltif olunub.
1877-78-ci illərdə rus-türk müharibəsində onun xidməti dördüncü dərəcəli
“Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav”
ordenləri ilə
mükafatlandırılmışdır. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım
Mirzə 1881-ci ildə imperator üçüncü Aleksandrın tacqoyma mərasimində iştirak
etmişdir. Süvari polkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadron komandiri
təyin olunur. Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli “Parlayan ulduz”
ordeni ilə mükafatlandırılır.
Ötən əsrin yetmişinci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit
Əmir Kazım Mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu
ildə üçüncü
dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav” /qılıncla birgə/,
1881-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, altı il sonra üçüncü və dördüncü
dərəcəli “Müqəddəs Vladimir”, 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur
“Şire-Xorşid” ordenləri ilə mükafatlandırılmışdır. Port-Artur döyüşlərində Amur-
kazak süvari polkunun komandiri kimi vuruşmuşdur. Bu müharibədə ona döyüş
şücaətlərinə görə polkovnik rütbəsi
verilir və bir neçə orden, medalla təltif olunur.
Əsrimizin ikinci ilində diviziya komandirinin birinci müavini kimi yüksək vəzifəyə
təyin edilən polkovnik Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rütbəsinə
layiq görülmüşdür.
General şahzadə Əmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın
maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai
məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz
xərcinə oxutdurmuşdur. Onun ən böyük xidmətlərindən biri 1912-ci
ildə Tiflisdə
Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından
iştirakı olmuşdur. 1911-ci ildə M.F.Axundovun yüz illik yubileyi də general-mayor
Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir.
1920-ci ilin iyun ayında daşnak-bolşevik ordusuna qarşı vuruşan general
Əmir Kazım xan Qacar əsir düşmüş və Gəncə “ÇK”-sı Tuxareli tərəfindən qılıncla
doğranmışdır.
GENERAL ƏMƏNULLA
XAN QACAR