Sən bir səyyah olsan yanar şam kimi
Zülmətə nur saçan çırağın ollam.
Söz verdim sözümdə qətiyyətliyəm,
Yıxılsam çaşmaram, dəyanətliyəm.
Eldaram, andıma sədaqətliyəm
Yıxılma, yıxılsan dayağın ollam.
10.12.1978.
MƏN
Məndən can istəsən canımı verrəm,
Eşqidən yoğrulmuş etibaram mən.
Yolunda hər dərdə sinəmi gərrəm,
Tufan güc etməyən bir çinaram mən!
Məhhəbbət sevdası qaynar qanımda.
Sədaqət bərq vurub oynar qanımda.
Elt bir çoşğunluq var ki, canımda
Ömür yüzə çata ilk baharam mən.
Günlərlə, aylarla xəyala dalan,
Arzu dünyasında qol-qanad çalan.
Köksündə bir dünya cevinci olan
Nəğməli-mahnılı bir diyaram mən.
Gözəllik ruhuma bəxş edib şəfqət,
Könül aşiqiyəm sizdən nə xəlbət…
Dosta məhəbbətəm, düşmənə nifrət,
Təpədən dırnağa düz ilqaram mən!
Ay keçir, gün keçir dəyişir zaman,
Həyat qəribədir, sirlidir yaman…
Başıma tac qoyub sevsə də dövran
Yenə sən gördüyün o Eldaram mən!
1975.
MƏNİM OLSUN
Vətən, səndə dürlü keçən,
İlim, ayım, günüm olsun!
Hər Qələbən, hər zəfərin
Öz şöhrətim, şənim olsun!
Yarandığım əzəl gündən,
İlhamımı aldım səndən.
Əgər səni unutsam mən
Haqqın mənə qənim olsun!
Gözüm qaldı bu çağında,
Bərəkətli bucağında.
Azərbaycan, qucağında
Bir məzar da mənim olsun!
6.11.78.
AĞBULAQDADI
Gəl yenə söz açım doğma elimdən,
Hər dərdin davası Ağbulaqdadı.
Bilirsən, bilmirsən bunda işim yox,
Ocağın şəfası Ağbulaqdadı.
İç "Dürlü bulaq"dan, iç görüm hələ,
Çəndə "Kirkitli"dən keç görüm hələ.
Sən yaylaq övladı olsan da, lələ,
Yaylağın səfası Ağbulaqdadı.
Ələsgər olubdur bu elin yarı,
Bir vaxt belə deyib öyrənək barı:
"Kişinin qeyrəti, namusu, arı,
Gözəlin vəfası Ağbulaqdadı".
Burda Alı qoyan dostluq mayası,
Burdan şəfəq saçıb Vurğun dünyası.
İbrahim nərəsi, Qartal qayası
Şahinlər yuvası Ağbulaqdadı.
Hacılar torpağa pul düzdürübdü,
İsmayıl nişanda qıl üzdürübdü.
Burda Bozalğanlı at süzdürübdü,
Əsədin obası Ağbulaqdadı.
Qulaqda Kazımın ünü, fəryadı...
Sınmaz dünya boyu sözün qanadı.
Aşıq Allahyarın möhtəşəm adı,
Aqilin nəvası Ağbulaqdadı.
Mahmudu dinləyib közünə düşdüm,
Nağılın, dastanın gözünə düşdüm.
Ustad Məhərrəmin izinə düşdüm
Sənətin qəvvası Ağbulaqdadı.
Məni söz mülkündə tanıma fağır,
Bil ki, qələmimdən od-alov yağır.
Əgər yarış olsa İmranı çağır,
Koroğlu havası Ağbulaqdadı.
Kəsilməz şənliyi, dostu, qonağı,
Adəmdən-xatəmə sönməz çırağı.
Atamı oyudan oğuz torpağı
- Eldarın qıvlası Ağbulaqdadı.
OLAR
Yaxşı saxla sadiq dostu,
Bir gün gələr gərək olar.
Üzə gülən yüz olsa da,
Vəfalı dost tək-tək olar.
Dövran keçər belə qalmaz,
Hər ucalan kölgə salmaz.
Namərd bircə könül almaz,
Mərd bir elə bəzək olar.
Əl sevinər gətirəndə,
Könül ağlar itirəndə.
Tale var-hal yetirəndə,
El də sənə kömək olar.
Qanan olsa sağ-solunda,
Aslan gücü duy qolunda.
Şam tək yansa dost yolunda
Onda ürək, ürək olar.
Qanımda dost etibarı,
Unutmaram düz ilqarı.
İnanma ki, bu Eldarı
Dəmir kimi əymək olar.
22.10.1974.
BİLMƏDİM
Tələbə yoldaşım Sürəyyaya.
Heyrət etdim məna dolu ömrümə,
İllər gəlib ilə keçdi bilmədim!
Rahat olub bir götür-qoy edincə,
Neçə payız, cilə keçdi bilmədim!
Çox dolandım gül üzlümün dalınca,
Hə demədi məni heydən salınca.
Əllərini əllərimə alınca
Körpə quzum ələ keçdi, bilmədim!
Pozuldumu durnaların qatarı,
Harda qaldı ilk gəncliyin novbarı?
O bəxtiyar tələbəlik çağları
Elə gəldi, ielə keçdi bilmədim!
ZOR İMİŞ
Mənim güvəndiyim qoca dünyanın,
Üstü kül imişsə, altı qor imiş.
Mən hardan biləydim ümid yerimin
Meydanı bu qədər belə dar imiş.
İç üzü güzgüdü aləmə onun,
Qəmi yüklənibdi sinəmə onun.
Dünya bir süfrədi, sən demə onun
Balı qətran imiş, yağı şor imiş.
Qalıb zəmanəmiz küydən asılı,
Yalan qışqırıqdan, heydən asılı.
Qəribin sualı göydən asılı,
Aldığı cavabın adı "çor" imiş.
Bu kələk dünyanın köhnə mərəzi,
Canında, qanında şeytan qərəzi.
Belə pozularkən mizan- tərəzi,
Haqqın dili pəltək, gözü kor imiş.
Dərdi bölməlisən Vətəndən ayrı,
Dərdlə gülməlisən Vətəndən ayrı.
Eldar, ölməlisən Vətəndən ayrı,
Vətənsiz yaşamaq özü zor imiş.
16.06.1990.
HÜNƏR QORUMAQDA, SAXLAMAQDADIR
Ermənilər qədim əĢyalarımızı yığıb aparır
və öz muzeylərinə qoyurlar.
Bir qaşıq varıydı, Ağac bir qaşıq...
Babam bəzəmişdi naxışla onu.
O, bizim ev üçün bəzək, yaraşıq,
Yuyardıq bir dürlü baxışla onu.
Bir mis aftafa da var idi bizdə,
Atam gətirmişdi o vaxt Gəncədən.
Onu qorusaq da biz evimizdə,
Kiməsə əlimlə bağışladım mən.
Quş qanadlı illər ötdü neçə yol,
Bir gün qonşuluqda bir kəndə düşdüm.
Burda muzey gördüm əşyaları bol,
Burda heyrətimdən kəməndə düşdüm.
Muzeyə düşübdü qaşıq, aftafa,
Fikrimdən bir anda nələr ötüşdü.
Sanki bu otaqda dəyişdi hava,
Aftafa vitrindən başıma düşdü.
"Qırx yaşlı aftafa yüzü keçibdi,
Qaşıq da beləcə vaxtsız qocalıb".
Gördüm usta Məlik nə yol seçibdi...
Gördüm bu ad ilə necə ucalıb!
Dostları ilə paylaş: |