11
11
İmkanları Konsepsiyası» və «Hərbi-Siyasi Çərçivə»
sənədlərinin qəbul edilməsi üzrə təşəbbüslər aiddir.
Tərəfdaş-dövlətlərə hərbi qulluqçuların təlim-təhsil
hazırlığı vasitəsilə əməliyyat potensialının
qüvvətləndirilməsində yardım etmək məqsədi ilə
həmçinin təlim və təhsil hazırlığının genişləndirilməsi
Proqramı qəbul olunub.
Əməliyyat İmkanları Konsepsiyası Şimali Atlantika
Alyansı və Tərəfdaş-dövlətlərin silahlı qüvvələrinin
NATO-nun rəhbərliyi altında gələcək SNT
əməliyyatları gedişində birgə fəaliyyət göstərmək
qabiliyyətinin qüvvətləndirilməsi üçün hazırlanıb.
Onun məqsədi NATO-nun rəhbərliyi altında SNT
əməliyyatlarının keçirilməsi və cəbhəarxası təminat
üçün ayrılan müxtəlif hərbi kontingentlərdən qoşun
qruplaşmasının formalaşdırılması üzrə fəaliyyəti daha
çevik etməkdən ibarətdir. Bu mexanizmdə əsas
diqqət bu cür əməliyyatların keçirilməsi üçün potensial
olaraq mövcud olan qüvvə və vasitələrə yetirilir. Bu
cür əsgəri kontingentlərin NATO-nun komandanlığı
altında qruplaşmalara inteqrasiyasına həmçinin
Tərəfdaş-dövlətlərin və Şimali Atlantika Alyansı
qoşunlarının idarəetmə orqanları və onların hissə və
bölmələri arasında möhkəm iş əlaqələri kömək edir.
Bu əlaqələr dinc dövrdə yaradılır və daim inkişaf
etdirilir. İstanbul Zirvə görüşündə belə bir qərar qəbul
olunmuşdu ki, Əməliyyat İmkanları Konsepsiyası
həyata keçirildiyi zaman əməliyyat uyğunlaşması
standartları və onunla bağlı fəaliyyət
qiymətləndirilməsi NATO mexanizmləri ilə bir
araya gətiriləcək.
«Hərbi-siyasi çərçivələr» Sənədində Tərəfdaş-
dövlətlərin siyasi məsləhətləşmələrdə, qərarların
qəbul olunması prosesində, əməliyyat
planlaşdırılması və komandanlıq etmə mexanizmində
iştirakı prinsipləri, formaları və onların xüsusunda
digər göstərişlər şərh edilir. İstanbul Zirvə görüşündə
tərəfdaşları qərarların hazırlanması prosesinə onun
erkən mərhələlərində cəlb olunmasının zəruriliyi
vurğulanmışdır. Bu çərçivə sənədinin müddəaları
NATO-nun rəhbərliyi altında Tərəfdaş-dövlətlərin
iştirakı ilə həyata keçirilən bütün əməliyyatlarda tətbiq
edilir, həmçinin NATO-nun təlim və Etimad
Fondlarının yaradılması kimi başqa fəaliyət növlərində
Tərəfdaşların kömək göstərdiyi zaman ümumi rəhbər
göstərişlər kimi tətbiq olunur.
Tərəfdaş-dövlətlərin Tərəfdaşlığın gündəlik
fəaliyyətinə inteqrasiyası dərəcəsini yüksəltmək üçün
NATO-nun bir neçə qərargahında SNT-nin «qərargah
elementləri» - Tərəfdaş-dövlətlərdən olan zabitlərdən
təşkil edilmiş qərargah əməliyyat qrupları
yaradılmışdı. NATO-nun Monsda (Belçika) yerləşən
BSQ Əməliyyatlar üzrə Komandanlığı nəzdində
Tərəfdaşlığın Əlaqələndirməsi Qrupu SNT təlim və
döyüş hazırlığı məsələlərinin əlaqələndirilməsinə
yardım edir. Bundan başqa, Beynəlxalq
Əlaqələndirmə Mərkəzi NATO-nun rəhbərliyi altında
keçirilən sülhyaratma əməliyyatlarında iştirak etmək
üçün öz əsgəri kontingentlərini ayıran və NATO-ya
daxil olmayan bütün ölkələrin nümayəndələrinə
planlaşdırma üzrə iş üçün konfrans- zallarını və
otaqlarını təqdim edir (bax s. 23).
Sülhyaratma əməliyyatlarında Tərəfdaş-dövlətlərin
yeni təşkil edilmiş hərbi hissələri və NATO qüvvələri
arasında qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq
məqsədi ilə SNT-ın Planlaşdırma və Analiz Prosesi
(PAP) yaradılır və onun çərçivəsində əməliyyat
uyğunluğu prinsipləri və ayrılan qüvvələr və vasitələr
qarşısında qoyulan tələblər müəyyənləşdirilir. Bu
proses Balkanlar və Əfqanıstanda NATO-nun
rəhbərliyi ilə sülhə yardım üzrə əməliyyatlar zamanı
Tərəfdaş-dövlətlərlə əməkdaşlığın genişlənməsinə
xeyli dərəcədə kömək etdi. PAP mexanizmi NATO
silahlı qüvvələri quruculuğunun planlaşdırma
sisteminin modeli üzrə yaradılıb və Tərfdaşlara əlavə
əsaslar üzərində təklif olunur. Bu prosesin iştirakçısı
olan hər bir ölkə ilə onün qəbul etdiyi plan göstəriciləri
və ya Tərfdaşlıq məqsədlərinin müzakirəsi keçirilir,
bundan sonra isə əldə edilmiş tərəqqinin dərin təhlili
üzrə tədbirlər keçirilir. İllər keçdikcə PAP tələbləri
daha yüksək oldu və kompleks xarakter qazandı. İndi
onlar NATO üzrə Müttəfi qlərin öz qarşısında
qoyduqları hərbi potensialın təkmilləşdirilməsi
məsələləri ilə uzlaşdırılıb. Tərəfdaşlar PAP həmçinin
səmərəli, ucuz, müstəqil, silahlı qüvvələrin quruculuğu
və hərbi islahatlar sahəsində fəaliyyətin
fəallaşdırılması üçün istifadə edilir. Bu mexanizm,
məsələn, Ukraynada hərtərəfl i hərbi islahatlarda əsas
rol oynadı (bax s. 25).
Tərəfdaşlığın bəzi təşəbbüsləri hərbi islahatların
nəticələrinin aradan qaldırılmasında yardım edir,
məsələn, buna SNT Etimad Fondlarının (bax.
Qoşmaya, səh 28), yaradılmasına yönəlmiş siyasət
kömək edir. Etimad Fondları ölkələrə piyadalara qarşı
minaların və silah artıqlarının təhlükəsiz məhv
edilməsi, həmçinin hərbi qulluqçuların yenidən peşə
hazırlığı keçməsi və hərbi bazaların konversiyası
işində əməli kömək göstərir.
12
12
Əməkdaşlığın dərinləşdirilməsi
NATO ilə Tərəfdaş-dövlə
tlər arasında əməkdaşlığın
daha da dərinləşdirilməsi istiqamətində sonrakı
tədbirlər Tərəfdaşlar tərəfi ndən 2002-ci ilin
noyabrında Praqa Zirvə görüşündə həyata keçirilib.
AATŞ və Sülh Naminə Tərəfdaşlığın fəaliyyətinin
hərtərəfl i təhlili nəticələrinə əsasən, Tərəfdaş-
dövlətlər arasında siyasi dialoqu qüvvətləndirmək və
gələcəkdə onların qatıldıqları fəaliyyət növlərinin
planlaşdırma, yerinə yetirmə və nəzarətində iştirakını
genişləndirmək tövsiyə edilib.
Praqa Zirvə görüşündə əməkdaşlığın yeni mexanizmi
– Tərəfdaşlıq Fəaliyyətinin Planlaşdırılması təqdim
edildi. İlk bu cür plan Terrorizmə qarşı Tərəfdaşlıq
Fəaliyyət Planı oldu (bax s. 15). Bundan başqa, ilk
dəfə olaraq Şimali Atlantika İttifaqına yalnız
Tərəfdaşlığın müxtəlif fəaliyyət növləri «menyu»
sundan tədbirləri sadəcə olaraq seçmək deyil, bunda
marağı olan, onların daxili islahatlarının, məsələn,
müdafi ə və təhlükəsizlik sektorunda, daha
sistemləşdirilmiş dəstəklənməsi barəsində xahişlə
ona müraciət edən Tərəfdaş-dövlətlərə məqsədyönlü
yardım etmək imkanı verən Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planı (FTƏP) təklif edildi (qoşmaya bax).
Praqada əldə edilmiş tərəqqi əsasında, 2004–cü ilin
iyun ayında İstanbul Zirvə görüşündə Avro-Atlantika
Tərəfdaşlığının daha da qüvvətləndirilməsi və onun
ən mühüm tematik məsələlərin ayrı-ayrı Tərəfdaş-
dövlətlərin tələbatları və imkanları nəzərə alınmaqla
həlli üçün həyata keçirilən tədbirlərinin ixtisaslaşması
üzrə bir sıra ölçülər götürüldü. Bu Zirvə görüşündə
vəzifəsi Tərəfdaş-dövlətlərə səmərəli və demokratik
məsuliyyətli müdafi ə təsisatlarının quruculuğunda
kömək və dəstək göstərməkdən ibarət olan Müdafi ə
Təsisatlarının Qurulmasına dair Tərəfdaşlıq Fəaliyyət
Planı qəbul olundu (bax s. 24).
Öz hərbi kontingentlərini ayıran ölkələrin qərarların
qəbul olunması prosesində artıq onun erkən
mərhələlərində iştirakı və Tərəfdaş-dövlətlərin siyasi
məsləhətləşmələr aparılması üzrə imkanlarının
genişləndirilməsi onlara NATO-nun rəhbərliyi altında
keçirilən əməliyyatlara öz töhfəsini daha fəal verməyə
imkan yaradır. Buna əlavə olaraq, Əməliyyat
İmkanları Konsepsiyası genişləndiriləcək və
Tərəfdaşlara vəzifəsi Şimali Atlantika İttifaqı silahlı
qüvvələri və hərbi potensialının daim aparılan
islahatları prosesinə yardım göstərmək və müşahidə
etməkdən ibarət olan NATO BSQ Transformasiya
üzrə Müttəfi q Komandanlığı öz nümayəndəliklərini
açmağa imkan veriləcək. Bu, NATO və Tərəfdaş-
dövlətlərin qüvvələri arasında hərbi sahədə əməliyyat
uyğunluğunu artırmağa kömək edəcək və onların
müdafi ə strukturlarının NATO-nun əməliyyat rolu və
hərbi potensialının inkişafına uyğun ola
raq islah
edilməsini fəallaşdıracaq.
> İsveçrə KFOR vertolyotu
Kosovaya, Priştinaya uçur:
NATO tərəfi ndən həyata
keçirilən sülhün qorunması
əməliyyatlarında əməkdaşlığın
genişlənməsi Tərəfdaşlığın əsas
məsələsidir.
© SWISSINT