Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
46
SEVDA HÜSEYNOVA
Tarix fakültəsi “Slavyan ölkələri tarixi”
kafedrasının dos.
E-mail: sevda_huseynova@mail.ru
ERKƏN SLAVYAN TARIXINDƏ ALMAN AMILI
Açar sözlər: Slavyanlar, xristianlaşma, dövlət quruculuğu, kilsə sistemi,
alman amili.
Ключевая слова: славяне, хрестьянизация, государственное строительство,
церковная система, германский фактор.
Key words: Slavs, To be Christian, state-building, the church system, German factor
Slavyanların Avropa səhnəsində görünməsi alman tayfalarına nisbətən daha gecikmiş
şəkildə baş verib. Onların ilkin məskunlaşması Visla və Dnepr çayları arası regionda baş verib
ki, buradan da onlar Dnepr arxası torpaqlara, Qara dəniz sahili ərazilərə və Dunay sahillərinə
hərəkətə başlayıblar.
Alman tayfaları isə VI əsrdə Baltik sahillərindən cənuba doğru miqrasiyaya başladıqda
slavyan tayfaları da Visla və Oderi keçərək Elbaya qədər uzanan Baltik sahillərində
məskunlaşmağa başladılar (6, səh.29). Bundan sonra isə Baltik slavyanları adlanan bu tayfalar
almanların şimala və şərqə doğru ekspansiyasının başladığı andan etibarən, demək olar ki,
daimi təzyiq və hücum hədəfinə çevrilmiş oldular.
Qərb slavyanları olan çex və slovaklar (VI əsrdə) Çexiyanı, Moraviyanı və Slovakiyanı
məskunlaşdırdılar, slovenlər isə Adriatik istiqamətində Alp dağlarına doğru sıxışdırıldılar. Bu
dövrdə Dunay hövzəsində möhkəmlənən Avar xaqanlığı bir sıra slavyan tayfalarını öz
hakimiyyəti altına saldı ki, VII əsrdə də bu tayfalar işğaldan azad olaraq, cənubi slavyan
dövlətləri olan Xorvatiya və Serbiyanın əsasını qoymuş oldular. Dunay və Balkanlar arasında
yaşayan slavyanlar isə türk bolqar tayfaları ilə bir siyasi birlikdə birləşərək VII əsrdə Bolqar
dövlətini yaratmış oldular. (6. səh.32)
Digər bir slavyan tayfa qrupu isə Visla və Oder çayları boyu polab, pomoryan və serb
slavyanları ilə qonşuluqda məskunlaşdılar ki, bunlar da polyaklar adlandırılmağa başladılar və
X əsrdə ilk dövlətlərini yarada bildilər. (3. səh.14)
Beləliklə, slavyanların erkən tarixi dramatik hadisələr, uğurlu yürüşlər və slavyan
hökmdarlarından asılı olmayan səbəblər üzündən həyata keçməyən, reallaşmayan imkanlarla
zəngin olmuşdur.
Bu baxımdan alman xalqının tarixi taleyi daha uğurlu olmuşdur. Bu həm də onların
slavyanlara nisbətən Avropa səhnəsində bir neçə əsr əvvəl təzahür etməsi faktı ilə də bağlıdır.
Belə ki, onlar bu ərazilərdə məskunlaşdıqdan və Roma imperiyasının qərb sərhədlərini
yardıqdan sonra onun çiçəklənən və zəngin əyalətləri olan Qalliya, İspaniya, İtaliya, Britaniya
Almaniyanı ələ keçirərək, bu ərazilərdə öz krallıqlarını yaradıb təkamül yoluna qədəm
qoymuşdular. (1. səh.42)
Beləliklə, hələ slavyanlara qədərki bir dövr ərzində almanlar qərb və latın mədəniyyəti
sferasında təzahür edib, xristianlığı da qəbul edərək xristian Qərbində həlledici qüvvəyə
çevrilmiş oldular. Yeni, gənc cəmiyyətin bu hərəkətverici qüvvəsi o dərəcədə güclü və
qüdrətli idi ki, Qərbi Avropa kilsəsi öz təşkilatının bir sıra elementlərinin almanlaşmasına
mane ola bilmədi. Bu özünü ən bariz şəkildə bütün alman torpaqlarında həyata keçirilən kilsə
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
47
mülkiyyətinin yeni sistemində göstərirdi: indi kilsə və xristian məbədləri inşa etdirən kral və
əyanlar nəinki onların sahibi elan edilirdilər, həm də bu dini təşkilatların nümayəndələri kimi
ali din xadimlərini seçmək, təyin etmək hüququ əldə etmiş oldular. Bu, indiyə qədər Roma
imperiyasının həm qərb, həm də şərq hissəsində kilsənin qoruyub saxladığı və riayət etdiyi
köhnə roma dini ənənələrinin təhlükəli şəkildə pozulması demək idi. (8. səh.84) Həmçinin
qərb xristianlığında bu yeni kurs Şərqi və Qərbi Avropa arasında yadlaşmanın əsasını qoymuş
oldu.
Alman tayfaları arasında daha güclüsü olan franklar bu yeni sistemi öz dövlətlərinin
dayaq bazasına çevirmiş oldular. Tezliklə Böyük Karlın rəhbərliyi altında öz imperiyalarının
hakimiyyətini İspaniyadan Elbaya, Dunaydan Appeninə qədər yayaraq, Qərbdə hakim qüvvə
rolunu və kilsə üzərində hamilik vəzifəsini öz üzərinə götürmüş oldular.
Slavyanlar içərisində isə xristian dini daha ləng yayılırdı. Onlar yalnız IX əsrdə tam
xristianlaşdırıldılar. Onu da qeyd etmək lazımdır ki, frank və roma missionerlərinin slavyanlar
arasında bizans missionerləri ilə yanaşı təbliğat aparmasına baxmayaraq, tək şərq və qərb
slavyanları deyil, eləcə də cənub slavyanları Bizans mədəniyyəti və şərq xristianlığının təsiri
altına düşürdülər. Mərkəzi Avropada qərb slavyanlarının ilk dövləti olan Böyük Moraviya IX
əsrin başlanğıcından Bizans mədəniyyətinin çox güclü təsirinə məruz qalmışdır. Moraviya
hökmdarı Rostislavın dövründə (846-870) Bizansla siyasi və mədəni ittifaq bağlanmışdı ki,
məhz bu alyans da Bizansa frankların Balkanlardakı ekspansiyasını dayandırmağa, onun
qarşısını almağa kömək etmiş oldu. (5, səh.58)
IX əsrdə Moraviyada bizanslı missionerlərin səyi nəticəsində xristianlığın
möhkəmlənməsi, çox yəqin ki, tək slavyanların parlaq, güclü gələcəyi üçün deyil, bütün Qərb
üçün təkamül yolu açmış olacaqdı. Həmçinin Moraviyada Kiril və Mefodi tərəfindən dini
ayinlərin doğma yerli dildə aparılması bir sıra xalqlar arasında xristianlığın sürətlə yayılmasını
vəd edirdi. Bunlarla yanaşı Bizans mədəniyyəti kimi latın mədəniyyətinin də Moraviyaya
nüfuz etməsi Şərqlə Qərb arasında qarşılıqlı anlaşma prosesinin müjdəçisi idi.
Ancaq bu şərtlərin reallaşması üçün daha əlverişli şərtlər əsasında formalaşan bir mühit
lazım idi. Belə ki, mövcud əlverişli şərtlər morav rəhbərləri tərəfindən frankların Moraviya və
Dunaya girməsini dayandırmaq və papalığın köməyi ilə Şərqi frank (alman) kilsəsinin gücünü
zəiflətmək məqsədi ilə istifadə olundu. Ancaq belə tez və asan məğlub edilmək üçün franklar
həddindən artıq güclü idilər. Moraviyadakı yeni dövlət və mədəni hakimiyyət isə öz iradəsini
diktə etmək üçün hələ çox gənc idi. Nəticədə isə tarix səhnəsinə yeni gəlmiş bu yeni dövlət
906-cı ildə alman qılıncı ilə vurularaq, macar atlarının dırnaqları altında torpağa gömülmüş
oldu. (5, səh.69) Nəticədə isə Qərbi Avropa üçün qüdrətli Bizans mədəni sərvətinə çıxış bir
daha bağlanmış oldu. Mərkəzi Avropanın yeni fatehləri olan macarlar Dunay hövzəsində
möhkəmlənərək qərbi və şərqi slavyan qrupları arasında möhkəm sədd yaratmış oldular.
Çexiya isə Şərqi Frank imperiyasına birləşdirilərək fəlakətdən xilas oldu və Böyük
Moraviyanın nailiyyətlərinin varisinə çevrildi.
Beləliklə slavyanlar Mərkəzi Avropada həlledici siyasi və mədəni amil olmaq imkanını
itirmiş oldular. Liderlik Frank imperiyasının şərq hissəsinə - Almaniyaya keçdi. Elba və Oder
arasında yaşayan slavyanlar bu dəyişikliyin nəticələrini ilkin hiss edənlərdən oldular. Onların
torpaqlarının I Henrix (919-936) və I Otton (936-973) tərəfindən işğalı və alman kilsə
sisteminin tətbiqi qərb slavyanlarının təkcə müstəqilliyini deyil, bütövlükdə mövcudluğunu
təhlükə altında qoymuşdu. (2, səh.128)
Slavyanlarla almanlar arasında düşmən münasibətlərin əsası belə qoyuldu ki, bu da
yüzilliklər boyu davam etmişdir. Tale slavyanların böyük polyak hökmdarı II Boleslavın
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
48
dövründə (992-1018) Polşa və Çexiyanı bir alyansda birləşdirmək yolu ilə öz imperiyalarını
yaratmaq cəhdlərinə kömək etmədi. Belə bir vəziyyət isə almanların Şərqə doğru hücumunun
və qərb mədəniyyətinin çex və polyaklar arasında daha sürətlə nüfuz etməsinin yeni fazasının
başlanmasına səbəb oldu.
Papalıq da almanların təhlükəli kilsə mütləqiyyəti sistemini və dövlət kilsəsinin nüfuzunu
zəiflətmək üçün yeni addımlar atmağa başladı. Ancaq papa VII Qriqorinin Almaniyanı
düşmən dövlətlər həlqəsi ilə mühasirə etmək planı çex knyazı Bratislavın bu plandan imtina
etməsi nəticəsində baş tutmadı. (7, səh.101) Belə ki, çex knyazı imperator IV Henrixə
sədaqətini pozmayaraq, papanın planının iflasa uğramasına səbəb oldu. Bununla da almanlara
Baltik və Elba slavyanları arasında öz pozisiyasını möhkəmləndirmək üçün yeni imkan
verilmiş oldu. Bütün bunların nəticəsində isə məşhur alman hersoqları Henrix və Albrext
tərəfindən Polşada Tevton ordeni yaradıldı və sonra da yeni alman koloniyalarının – Berlin və
Prussiya - əsası qoyuldu. (2, səh.120)
Bu hadisələrin nəticəsi isə ondan ibarət oldu ki, qərb slavyanları roma-latın mədəniyyəti
sferasına daxil edildilər. Bizans mədəniyyəti təsiri isə daha uğurlu şəkildə şərq slavyanları –
ruslar arasında yayılaraq, özünü təsbit etmişdir. Belə ki, IX əsrdə təşəkkül tapan Kiyev feodal
dövlətinin paytaxtı Kiyev şəhəri Bizans, Qərb dünyası, xüsusilə Almaniya və Skandinaviya
arasında əsas ticarət mərkəzinə çevrilmişdi. Burada Bolqarstan və Çexiyadan gətirilən slavyan
ədəbiyyatı ruhu ilə qidalanan bir mədəniyyət inkişafa başlasa da, digər tərəfdən Bizans din
xadimlərinin Şərqi Bizans teologiyasını təbliğ etməsi rusların bu metodologiyaya
yiyələnməsinə səbəb oldu. (4, səh.83) Beləliklə şərq slavyanları sivilizasiyanın inkişaf edən
mərhələsinə qədəm qoydular. Ancaq bu yenicə intişar tapan slavyan-pravoslav
sivilizasiyasının və xristianlığının Bizans xarakterinə baxmayaraq, Kiyev dövləti özünü
Avropanın bir hissəsi hesab edərək latın Qərbi (xüsusilə Almaniya) ilə sıx əlaqə saxlamışdır.
Bütün sadalanan faktların təhlili sonda bu nəticəyə gəlməyə imkan verir ki, Qərbi
Avropaya daha yaxın və sürətli şəkildə alman tayfalarının hakimiyyəti altına düşən qərb
slavyanlarının erkən tarixində alman amili isə bizans amili, şərq və cənub slavyanlarınınkında
isə bizans amili güclü təsirə malik olmuşdur.
Ə D Ə B I Y Y A T S I Y A H I S I
1.
Данилевский Н.Я. Россия и Европа. М., 1991
2.
Дворник Ф. Славяне в европейской истории и цивилизации. М., 2001
3.
Дыбковская А., Жарынь М., Жарынь Я. История Польши. С
древнейших времен до наших дней. Варшава, 1995
4.
Седов В.В. Славяне в Ранее Средневековье. М., 1995
5.
Лаптева Л.П. История Чехии периода феодализма. (V век - 1648),
М., 1993
6. Вопросы этногенеза и этнический истории славян и восточных
романцев. М., 1976
7. Флоря Б.Н. Отношения государства и церкви у восточных и
западных славян. Эпоха средневековья. М., 1992
8. Принятия христианства народами Центральной и Юго-Восточной
Европы и крещение Руси. М., 1983
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
49
С.Б.ГУСЕЙНОВА
Доцент кафедры «История славянских стран»
Исторического факультета
ГЕРМАНСКИЙ ФАКТОР В РАННЕСЛАВЯНСКОЙ ИСТОРИИ
В статье повествуется о появлении славян на европейской сцене и их
специфических особенностях в период их ранней истории. Одной из особенностей
процесса становления ранних государств условиях эволюции их культуры является
влияние германского фактора. Анализ исторических факторов показал что, еще в
дославянский период германцы, попав под влияние западной и латинской культуры,
превратились в решающую силу западного христианства и позже оказали значительное
влияние на весь славянский мир. В конце статьи сделаны выводы о том что,
раннефеодальной период, в результате развития исторических процессов в Европе,
западные славяне попали под влияние римской и латинской культуры, южные и
восточные славяне под влияние Византийской цивилизации.
S.B.HUSEYNOVA
Faculty of History
Chair of "History of Slavic" dos.
GERMAN FACTOR IN EARLY HISTORY OF SLAVIC
The article deals with the main specific historical character Slav and their going out to
the European stage. Like one of these feature we can show the attention of German factor has
been in the centre of Slavs cultural evolution and in the building of their primary state. The
analysis of the facts show that until Slavs in during German have been appearing in the Latin
sphere turned to the decisive strengths in the Christian west. And then has begun to penetrate
to the Slav world. Undertaking becoming Christian of the Slavs and fighting for this with
Byzantine German empire also have affirmed political authorities over the west Slavs. At the
end of, such result have been got in the result of course of historical events in Europe in the
time of early feudalism the west Slavs fall under influence of the Pope and Latin cultural but
the east Slav fall under influence of Byzantine civilization.
Reyçiler: t.ü.f.d., dos. A.H.Cəlilov, t.ü.e.d., prof. İ.Məmmədov
BDU Tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının 13 moyabr 2014-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol N3)
Dostları ilə paylaş: |