Tabulyar
Qalereya Tabulyarı
|
Təsvir
|
Məzmun
|
Microsoft Windows formatına oxşar kateqoriyaların qovluq yönlü təsvirinə imkan verir. Qalereyanın alət yönləndirməsi ümumi naviqasiyaya imkan verir. Avtomatik gizlətmə tabulyarı (iynələmə işarəsi vasitəsilə) Kateqoriya pəncərəsinin aşağı panelində kateqoriya məzmununu göstərir.
|
Sevimlilər
|
Sevimlilərə əlavə edilmiş bütün faylları əks etdirir.
|
Geniş Axtarış
|
Mediya növü vasitəsiləaxtarışaimkan verir.
|
Qalereyanın axtarışı
Ya fayl adı ilə Qalereya tərkibini axtarın, ya da əsas sözlər, mediya növü və ya mövzusunu istifadə edərək geniş qalereya axtarışını həyata keçirin.
Fayl adı ilə axtarış
Fayl adı ilə axtarmaq üçün:
-
Axtarış sahəsində axtarış amilini daxil edin.
-
Axtarışdüyməsinə basın. Qalereya maddələri Axtarış pəncərəsinin aşağı panelində əks olunur.
Geniş Qalereya Axtarışının yerinə yetirilməsi
Mediya növü, fayl adı, əsas söz və ya mövzusu ilə axtarış etmək üçün:
-
Geniş Axtarış tabulyarına basın. Geniş Axtarış tabulyarı açılır.
-
Mediya Növüpəncərəsində siyahıdan fayl növünü seçin.
-
Axtarışsahəsindəfayl üçün əsas sözləri yazın.
-
Axtarış düyməsinə basın. Nəticələr Qalereyanın aşağı panelində təsvir olunur.
Ekrandakı Klaviatura
Ekrandakı Klaviatura Interwrite Board-da olarkən və ya Interwrite Pad-dan istifadə edərkən mətni əlavə etməyə imkan verir. Siz Şərh Pəncərəsindəki səhifədə tətbiq faylına mətn daxil edə və ya şərhləri yaza bilərsiniz.
Şərh Pəncərəsi və ya proqram faylındakı səhifədəki yerə basmaqla yazılmış mətni haraya əlavə etməyə başlamaq istədiyinizi görstərin. Interwrite Pen ilə Ekrandakı Klaviaturanın açarlarını seçməklə yazmağa başlayın.
CROCODILE PHYSICS
Bir çox ehtiyac duyulan hazır proqramlar geniş yayılmışdır. Bu cür proqramlar mütəxəssislərin, müəllim və tədqiqatçıların özlərinin simulyasiya və ya virtual təcrübə fəaliyyətlərini inkişaf etdirəcəyi dərəcədə hazırlanmışdır. Bu gün bütün dünyada "Crocodile Physics" adlı proqram geniş yayılıb. Bu güclü simulyator fiziki hadisələri modelləşdirməyə, "Elektrik və elektromaqnit", "Hərəkət və güc", "Dalğavari hadisələr" və "Optika" mövzuları üzrə virtual sınaqlar aparmağa imkan yaradır.
Crocodile Physics, bu günün tələbinə uyğun olan nümunələrlə təchiz edilən proqramdır. Dərslikdə izah etdiyiniz mövzunu proqramda təcrübə halında hazırlayıb dərsdə şagirdlərin diqqətinə catdırdıqda və onlar da öz növbəsində yerlərdə kompüter vasitəsilə həmin təcrübəni dəfələrlə təkrarlamaqla mövzunu daha dərindən mənimsəyir. Crocodile Physics elektron laborator proqramın içində 46-dan çox hazır təcrübə nümunələri var və bu hazır təcrübə nümunələri Beynəlxalq IGCSE, A-Level imtahan tədris planlarına uyğundur.
Crocodile Physics elektron laborator proqramı əsas və köməkçi menyudan, hazir elektiron alətlərlə zəngin, Contents- mündəricat panelindən təşkil olunmuşdur. Bu elektron alətlər hər hası təcrübəni aparmaq uçun şərait yaradir.
PROQRAMLA NECƏ İŞLƏMƏK?
Proqramın çox hissəsini işçi sahəsi tutur ki, dərsliyə aid yaratdığımız və ya hazır modellərin köməyi ilə istənilən təcrübəni aparmaq imkanı olsun. Proqram aşağıdakı hissələrə bölünür:
1. Əsas və köməkçi menyu,
2. Alətlər pəncərəsi,
3. İşçi sahə,
4. Məlumat sətri.
1. Əsas (Menu) və köməkçi menyu (Toolbar).
Əsas menyu başlıqlar və həmin başlıqlar altında açılan xüsusi əmrlər siyahısını özündə saxlayır və ekranın yuxarı hissəsində yerləşir.
Fayl menyusu: bütün proqramlada olduğu kimi fayllar üzərində əməliyyatların yerinə yetirmə funksiyalarıdır:
-
New-yeni fayl yaratmaq,
-
Open- hazır faylı açmaq,
-
Safe-faylı yadda saxlamaq,
-
Safe-As...- fərqli yadda saxlamaq,
-
Reload-aparılan təcrübənin əvvələnə qayıtmaq,
-
Print...- faylı çapa göndərmək,
-
Page-setup...-faylın vərəq üzərində cap formasını göstərmək.
-
Recend Files- axırıncı dəfə acdığımız faylların siyahısı,
-
Quit- proqramdan çıxış.
Edit menyusu: redaktə menyusudur. Elektron təcrübələr apardıqda alətlərin sürətini artırmaq, yerinə yetirdiyimiz əmrləri geriyə-əksinə qaytarmaq və s. funksiyaları yerinə yetirir. Bu funksiyalardan vacib sayılan bir necəsi haqqında aşağıda məlumat vərək:
-
Properties...- elektron alətlərin xüsusiyyətlərini açıqlamaq,
-
Space Properties...- təcrübənin xüsusiyyətlərini açıqlamaq,
-
Arrangement-obyektləri ön və arxa planda yerləşdırmək,
-
Bring to fromt- qeyd olunmuş obyekti ən birinci fonda yerləşdirmək,
-
Send to back- qeyd olunmuş obyekti ən arxa fonda yerləşdirmək,
-
Bring forward- qeyd olunmuş obyekti bir fon üzə gətirmək,
-
Send Backward- qeyd olunmuş obyekti bir fon arxada gətirmək,
Köməkçi menyu: işçi sahənin yuxarı hissəsində və əsas menyu sətirinin altında yerləşir. Köməkçi menyuda tez-tez müraciət olunan funksiyaların simgələri (ikonka) yerləşdirilmişdir. Köməkçi menyunu əsas menyudan söndürüb-yandırmaq olar. Köməkçi menyuda olan funksiyalar aşağıdakılardan ibarətdir:
Silmək (Del): qeyd olunmuş elementin və ya elementlərin silinməsi üçün bu düymədən istifadə etmək olar.
Alətlərin xüsusiyyətləri (Space properties): düyməsini sıxdıqda, proqramın işçi sahəsində seçilmiş alətin xüsusiyyətlərini alətlər pəncərəsinin properties bölməsində görmüş oluruq.
Fasilə (Pause simulation): düyməsini sıxdıqda işçi sahəsində hər-hansı bir prosessin gedişatını dayandırmaq mümkündür. Onu təkrar sıxdıqda isə proses davam etməyə başlayır.
Prosesin sürəti (Simulation Speed: x1): Modulu sürətini tənzimləmək üçün, şkaladan istifadə edərək sürəti normadan 10 dəfəyə qədər aşağı, 10 dəfəyə qədər isə yuxarı artırıb-azaltmaq olar.
Sxemlərin sürəti. sxemlərin cari sürətini onun köməyi ilə sənəddə qurmaq olar. Yalnız sxemlər olduğu kimi proqramda əks olunur.
2.) Alətlər pəncərəsi
İşçi sahənin sol tərəfində üç əsas panel yerləşdirilmişdir:
a) Mündəricat panel (Contents)
b) Hazır materiallar kitabxanası (Parts Library)
c) Xassələr (Properties)
Bu alətlər pəncərəsi yenisini yaratmaq və ya kitabxanadan modellərə baxış üçün istifadə olunur. Bölmələri açıb-bağlamaq üçün, onun adına iki dəfə klikləmək kifayətdir.
a) Mündəricat paneli (Contents)
Mündəricat paneldə müxtəlif tematik dərslər üçün nəzərdə tutulmuş elementlər və modellər əks etdirilmişdir. Hər tematik qovluqda mövzuya aid virtual səhnəni canlandırmaq üçün lazım olan bütün elementlər özündə toplamışdır. Hər mövzuya aid başqa ailətləri də əlavə etmək üçün əlavə modellər qovluğundan ğötürmək olar. Bu model elementlər kataloqu əlavə elementlərin köməyi ilə yaradılmışdır.
Getting Started
Describing Motion
Bu başlıq altında biz surətin zamandan asılılığını görəcik.
Force and Acceleration
Burda dinamikanın əsasları fəslinə aid bir necə təcrübə aparmaq mümkündür. Hətta Nyutonun birinci, ikinci və üçüncü qanunlarına adi nümunələr alt bölmələridə vardır.
Energy and Motion
Bu fəsildə elastiklik qüvvəsinin təsiri altında hərəkətə aid bir nümunəyə baxaq: Elektromaqnit təbiətli qüvvələrdən biri də elastiklik qüvvəsidir. Cismə yalnız elastiklik qüvvəsinin tətbiq edildiyi halı nəzərdən keçirək. Uzunluğu l0 olan yaya bağlanmış kürəciyin hərəkətini nəzərdən keçirək (şəkil ).
Şəkil
Kürəciyə təsir göstərən ağırlıq qüvvəsi dayağın reaksiya qüvvəsi ilə tarazlaşır. Kürəciyi sağa doğru hərəkət etdirməklə yayı çox da böyük olmayan (x) deformasiyaya uğradaq. Deformasiya artdıqca, Huk qanununa (Fel=-kx) müvafiq olaraq elastiklik qüvvəsi də artır. Kürəciyi sərbəst buraxıb, hərəkətini müşahidə edək.
О, ilk vəziyyətindən sola və sağa doğru periodik hərəkət edir. Bu hərəkət -rəqsi hərəkətdir.
mа = -K • X.
Mənfi işarəsi təcillə yerdəyişmənin istiqamətlərinin əks olduğunu göstərir. Tənliyi həll edib, ixtiyari zaman anı üçün cismin vəziyyətini təyin etmək olar. Qeyd edək ki, bu hərəkətdə x yerdəyişməsinin qiyməti fasiləsiz dəyişdiyindən təcil də dəyişir.
Elastiklik qüvvəsinin istiqaməti cismin һәгәkət sürətinə perpendikulyar olarsa, cisim çevrə üzrə hərəkət edər. Bu halda yaranan təcil mərkəzəqaçma təcilidir.
Gəlin indi də bunu Crocodile Physics proqraminda baxaq. Bunu üçün Energy and Motion bölməsinə daxil oluruq və bu bölməyə aid bir misala baxaq.
Şəkildən göründüyü kimi yayı qeyd etmişik, xassələr (Properties) bölməsində yayın xüsusiyyətinə uyğun bir neçə bölmə var, onların artırıb-azaltmaqla təcrübəni dahada geniş öyrənmək imkanı yaradır. Burda yayın uzunluğunu, gərilmə elastikliyini və yay dartılarkən uzunluğu göstərmiş olur. Bizə bu bölmədə rəqsi hərəkətlərin istiqamətini və adını göstərmək üçün ona aid olan xananı qeyd etmək kifayətdir. Şəkildə göründüyü kimi dediklərimiz öz əksini tapmışdır. Sol tərəfdə isə onun qrafiki əyani surətdə cızılır. Eyni qayda ilə burda da biz yenə elastikliyi, kütləni dəyişməklə təcrübəni bir daha ətraflı öyrənmiş oluruq.
Mass-kütlə
Material- materialın növü: Wood-ağac; Glass-şüşə;Metal-metal; Rubber-rezin ; Ice-buz; Concrete-beton; Ideal elastic-ideal elastiklik; Ideal inelastic-qeyri ideal elastiklik; Custom-ixtiyari
Static friction- statik sürtünmə
Kinetic friction- kinetik sürtünmə
Elasticity- elastikliyi
Radius- kürənin radiusu
Drag coefficient-drag (sürükləmə) əmsalı
Circurits
Crocodile Physics EL proqrami vasitəsi ilə fizikanın elektrik dövriyyəsini təcrübədən keçirək. İlk növbədə biz alətlər panelində “Circuits+Basic circuits və ya hazır bir formadan istifadə edək. Məsələn: alətlər panelinə daxil olub “Getting started+Setting up a simple circuit” bölməsini açırıq. Ekranda olan alətlər haqqında şagirdlərlə məlumat veririk. Seçilmiş 9 v-ıq batereyanın, 10w. 12v-ıq lampanın və açarın necə birləşdirilməsini izah edirik.
Bunun üçün, açarın uc xəttinə siçanın oxunu yaxınlaşdırdıqda qara kvadrad yaranır, sol düyməni basılı saxlayaraq siçanın oxunu batereyanın yaxın tərəfinə yaxınlaşdıraq. Görürük ki, burdada qara kvadrad yarandı və biz siçanın sıxılı saxladığımız düyməsini buraxırıq. Sonda acarla batereya arasındakı əlaqə qurulur. Eyni qayda ilə digərləri arasında əlaqələri qurduqdan sonra aşağıdakı şəkili alırıq.
Biz acarı (balaca kvadratı) vurduqda aşağıdakı şəkildə görəcəyik ki, lampa sarı rəngi aldı. Bu da onu göstərir ki dövriyyəni düz qoşmuşuq və lampa yanır.
Biz burda gərginliyi artırdıqda nə baş verdiyini müşaidə edək. Məsələn: bateriyanın gərginliyini 220 V-a qədər yüksəldək, bu zaman hansı hadısə baş verə bilər? Bunun üçün bateriyanın üzərinə siçanın oxunu gətirib sol düyməsini sıxsaq. Alətlər panelinin aşağı “Properties” bölməsində “Voltage” sözünün qarşısındakı xanada elektrik enerjisinin gərginliyini artıraq və onun arxasında gərginlik vahidini lazım gəlsə dəyişirik. Aşağıdakı şəkildən göründüyü kimi 10 w 12v-uq lampa partladı, burdan da şagird bele bir nəticə çıxarıriq ki, lampa ilə bateriyanın gərginliyi eyni olmadıqda hansı hadisə baş verə bilər.
Şagird düşünə bilər ki, görəsən bateriyanın gərginliyini 9 v-da saxlayıb lampanın gücünü artırsam nə baş verər. Bunun üçün bateriyanın üzərinə siçanın oxunu gətirib sol düyməsini sıxsaq. Alətlər panelinin aşağı “Properties” bölməsində “Voltage” sözünün qarşısındakı xanada elektrik enerjisinin gərginliyini 220 v-an 9 v-ta dəyişirik. Növbəti lampanın üzərinə siçanın oxunu gətirib sol düyməsini sıxsaq. Alətlər panelinin aşağı “Properties” bölməsində “Power” sözünü qarşısındakı xanada lampanın gücünü artıraq. Dəyişiklikləri apardıqdan sonra dövrəni qapadıqda açarda partlayış baş verir.
Burdan belə nəticəyə gəlmək olar ki,
Electrical Energy
Waves
Optics
Bu bölmədə biz nümunə kimi dərsliyin bir neçə paraqrafina nəzər yetirək. Məsələn: Göz və onun optik qüvvəsi. Gözün işiğa həssasliği.
İnsan gözü mürəkkəb quruluşa malik olan optik sistemdir. Göz cisimlərin formasını, vəziyyətini və rəngini seçmək qabiliyyətinə malikdir. Göz kürə formasındadır və bu kürə göz almacığı adlanır. Onun diametri təxminən 2,5 sm-dir. Göz xaricdən sklera qatı (1) ilə əhatə olunmuşdur (şəkil ). Bu qat gözü xarici təsirlərdən qoruyur. Skleranın qabaq hissəsi şəffafdır və buynuz təbəqəsi (2) adlanır. Buynuz təbəqəsinin arxasında əlvan təbəqə (3) yerləşir. Əlvan təbəqə hər bir insanda müxtəlif rəngdə olur. Buynuz təbəqəsi ilə əlvan təbəqə arasında suyabənzər maye var.
Əlvan təbəqənin orta hissəsindəki deşik göz bəbəyi (4) adlanır. Göz bəbəyi gözə daxil olan işığı tənzimləyir. Göz parlaq işıqlandıqda bəbək yığılır, zəif işıqlandıqda isə genişlənir. Gözə düşən işıqlanmadan asılı olaraq, göz bəbəyinin diametri 2 mm-dən 8 mm-ə kimi dəyişir.
Göz bəbəyinin arxasinda şəffaf cisim - büllur (5) yerləşir. Göz almacığının daxili hissəsi şüşəyəbənzər maddə (6) ilə doludur. Gözün dibi tor təbəqəsi (7) ilə örtülmüşdür. Bu təbəqə çox nazik sinir tellərindən ibarətdir.
Uzaqdakı cisimlərin xəyalı gözün tor təbəqəsindən arxada alınarsa, belə görmə qüsuru uzaqgörmə adlanır. Uzaqgörən gözün optik qüvvəsi normal gözün optic quvvəsindən azdır.
Belə nöqsanı aradan qaldırmaq üçün eynək toplayıcı linzalar hazırlanır. Toplayıcı linza gözün optic qüvvəsini artırır, xəyal gözün tor təbəqəsində aydın alinir. Biz bunu Crocodile Physics proqramın Optic bölməsində təcrübədən keçirək (şəkil ). Proqramda biz qabarıq və çökük linzaların bir neçə növlərini görürük və onları seçməklə təcrübələrimizi apara bilərik.
Uzaqgörmə qüsuruna malik adamlar optic qüvvəsi D>0 olan linzalı eynəklərdən istifadə edirlər. Biz proqramda gözün parametrləri (Properties) bölməsinə daxil olaraq orda gözü qeyd edib ona aid olan funksiyalara nəzər yetirək. Gözün baxış göstəricilərinin koordinatları üç formada olur: göstərmə (Never), qeyd olunanda göstər (When selected), həmişə göstər (Always). Növbəti, görünmə sahəsi (Region of interest) 0,02-1,0 aralığında dəyişmək olar. Sonuncu isə gözün baxma istiqaməti (Eye looks) sol və sağı seçmək olur. Linzanın parametrlərinə nəzər yetirsək görərik ki, burdada qabarıq və cökük linzanın fokus məsafəsini (Focal length) 6-80 sm aralığında dəyişmək olar. Aşağıdakı damaya işarə qoymaqla, proqram bizə həqiqi xəyalnan mövhumi xayalın yerlərini gəstərir. Bu da bizim işimizi bir daha asanlaşdırır.
Online Content
My Content
B) Hazır materiallar kitabxanası (Parts Library)
Modellərin qurulması üçün istifadə oluna bilən elementləri, elementlər kataloqunun panelində tapmaq olar. Elementlər kateqoriyalar üzrə paylanmış, qovluq və alt qovluqlarda yerləşdirilmişdir. Bu bölmə bizə imkan verir ki, mündəricat panelinin hər-hansı bir bölməsində təcrübə aparaq. Bizə başqa bir bölmənin elementi lazım olduqda işçi sahəni dəyişmədən hazır materiallar kitabxanası panelinə daxil olub aidiyyəti olan bölmədən lazım olan elementi götürə bilirik.
Electronics
Analog
Power Supplies
Swiches
Input Components
Passive Components
Discrete Semiconductors
Integrated Circuits
Signal Generators & Sound
Light Outputs
Meters
Pictorial
Digital
Logic Gates
Flip-flops
Counters
Decoders
Inputs
Outputs
Optics
Optical Space
Ray Diagrams
Light Sources
Lenses
Mirrors
Transparent Objects
Opaque Objects }tərcümə
Measurement Tools
Motion & Forces
Mechanisms
Motion
Space
Grounds
Slopes
Balls
Blocks
Cart
Rod
Spring
Waves
1D
2D
Electromagnetic wavespace
Sound qavespace
Water Wavespace
Sources
Reflectors
Obstacles
Slits
Measurement
Presentation
Measurement tools
Graph
Text
Instructions
Picture
Animation
C) Xassələri (Properties)
Xassələr paneli elementin və ya işçi sahənin xassələrinə baxmaq və ya redaktə etmək imkanı yaradır. İstənilən elementi secməklə avtomatik olaraq xassələr panelində həmin elementin xassələri əks olunacaq. Bu paneldə hər bir elementin təlabatına uyğun informasiya əks olunur.
3. İşçi sahə (Scene).
Proqramda modelləri yaratdığımız hissə işçi sahə adlanır. İşçi sahə bir və ya daha çox səhnələrdən ibarət ola bilər. Səhnələr əlfəcinlərin köməyi ilə bölünürlər, bunlar işçi sahənin sol alt küncündə yerləşirlər.
Səhnələrə baxmaq üçün, əlfəcinlərə keçmək kifayətdir. Yeni kadrın əlavə edilməsi üçün (+) düyməni sixmaqla yeni səhnəni siyahının sonunda yaratmış oluruq. Hər yaratdığımız fayl ən çox 5 səhnə özündə saxlaya bilər. Aktiv səhnənin silinməsi üçün (–) düyməni sixmaq kifayətdir. Səhnənin adını dəyişdirmək üçün, əlfəcinin üzərində siçanı sol düyməsini iki dəfə klikləyin və səhnənin yeni adını daxil edin.
4. Vəziyyət sətri (Speed).
Vəziyyət sətri – bu özündə horizontal sətirdir sətirin altında pəncərənin aşağısına, hansında ki, kadrların yarlıkları yerləşdirilmişdir. O onun cari vəziyyəti haqqında məlumatları verir ki, siz kadrda görürsünüz, və başqa kontekst informasiyasını.
Sətirin sağ tərəfində həmişə üç parametr görülmüşdür:
Sürət: simulyatorun sürəti. O, normal sürətdən 10 dəfə aşağı və ya 10 dəfə yuxarıya qədər dəyişilir.
Artım: artımın əmsalı 10 % intervalla dəyişir.
Təkrar istehsal vaxtı: vaxtın (saat, dəqiqələr, saniyələr) miqdarı, hansı ki, yaradılmanın və ya səhnənin işə salınmasının anından keçdi. Səhnənin təkrar istehsalının sürətinin nizama salması üçün əlavənin (proqramın) alətlər panelində iməkləyən uşaqdan istifadə edin. Sürət aşağı 10 dəfədə sürətdən yuxarı normalın 10 dəfəsində sürətə qədər normal dəyişilir.
SƏHNƏLƏRDƏ İŞ
1. Tam ekran rejimi – "Ağ lövhə" rejimi,
2. Səhnədə görüntünün miqyasını dəyişmək,
3. Sürətin təsviri və təkrar istehsal vaxtı istifadə olunan terminlər
4. Çap
1. Tam ekran rejim – "Ağ lövhə" rejimidir
Səhnənin sol yuxarı küncündəki () düymənin köməyi ilə səhnəni tam ekran boyu və ya redaktor vəziyyətinə keçirmək olar. Redaktor dedikdə səhnənin aşağıdakı parametrlərini nəzərdə tuturuq:
a) Mündəricat panel (Contents)
b) Hazır materiallar kitabxanası (Parts Library)
c) Xassələri (Properties)
2. Təsvirin miqyasını dəyişmək (Zoom).
Səhnənin miqyasını müxtəlif yollarla dəyişmək olar:
Köməkçi menyuda düyməsi miqyası artırmaq, və ya düyməsi isə azaltmaq funksiyasını yerinə yetirir. Eyni zamanda CTRL klavişini basıli saxlayıb (+=) düyməni vurmaqla miqyası artırmaq və ya CTRL klavişini basılı saxlayıb (–) düyməni vurmaqla isə miqyası azaltmaq funksiyası yerinə yetirilir.
"Fizika üzrə virtual sınaqların Konstruktorları" tətbiqi təcrübəsindən nümunələr
Bütün dünyada "Crocodile Physics" adlı proqram geniş yayılmışdır. Bu güclü simulyatordur, fiziki hadisələri modelləşdirməyə və mövzular üzrə sınaqlar aparmağa imkan verir: "Elektrik", "Hərəkət və güclər", "Dalğavari hadisələr" və "Optika".
Proqram yeni materialın müəllim tərəfindən izahını və ya interaktiv lövhədən istifadəylə mövzunu tam və dolğun şəkildə şagirdə mənimsətmiş olur.
Proqramda 50-dən çox mövzu və müxtəlif fiziki hadisələrin 150 modeli təqdim edilmişdir. Proqramın tətbiqiylə təmin edilmiş əyanilik materialın keyfiyyətli mənimsəməsinə imkan yaradır. Müxtəlif şəraitdə, müxtəlif cihazlarla və materiallarla bir neçə sınaq təcrübələri eyni zamanda aparmaq olar. Alınmış nəticələrin sonrakı müqayisəsi, dərsin gedişatına, onların birlikdə müzakirəsi və təhlilinə şərait yaradır.
Fiziki hadisələrin modelləşdirilməsi müstəqil qarşılıqlı əlaqələri və fiziki hadisələrin və proseslərin qarşılıqlı əlaqəli olmasını aşkar etməyə, fiziki hadisələri xarakterizə edən fiziki vahidlərin arasında asılılıqları tədqiq etməyə mühit yaradır və həmçinin qrafiklər şəklində bu asılılıqları təqdim edir. Qrafik asılılıqlarla iş daha çox dəqiq olur və alınmış asılılıqların təfərrüatı ilə izahı asan olur.
Fiziki proseslərin modelləşdirilməsi üzrə sərbəst işin imkanı, şagirdlərə şəxsi modellərini yaratmağa, fantaziyalarını tətbiq etməyə, onların düşüncə bacarığını inkişaf etdirməyə, yaradıcılıq və tədqiqat qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
Şagirdlər tərəfindən yaradılmış modelin yadda saxlanilması və ya çap edilməsi mümkün olur. Proqram bölmələrlə işi tam ekran rejimində aparır. Bütün bölmələrdə "Pauza" düymələri və "Yenidən başla" var. Əlavə istifadə üçün bütün elementlər "Elementlər" qovluğunda saxlanılır və nişanlar şəklində əks olunur.
Şagirdlər böyük maraqla elektrik dövrələrini necə quraşdıra bilər? Ən sadə elektrik dövrəsi batareya,dan, söndürəndən (açar, dan) və lampadan təşkil edilmişdir. Dövrənin elementlərinin kopyalanmasının imkanı daha mürəkkəb dövrəni yığmağa və onları tədqiq etməyə icazə verir. Ampermetrin və voltmetrin dövrəsinə əlavə etmə dövrənin parametrlərini ölçməyə icazə verir. Proqram hətda verilmiş gərginliyin ölçüsünü dəyişdirməyə icazə verir. Əgər proqram vasitəsilə verilmiş gərginlik artırmış olsaq onda element yanır. Yanmış elementi əvəz etmək olar, bunun üçün dövrəni açıb yanmış elementi "açar"-dan istifadə edərək bərpa olunur.
"Elektrik zəncir və elektrik sxemi" dətrisində əyani fəsait kimi dərslikdən və ya daxili bazasından istifadə etməklə, elektrik zəncir anlayışını, onun təyinatı və sonra elektrik zəncirinin sxem anlayışını aydınlaşdırır. Bundan sonra şagirdlər əsas elementlərlə tanış olurlar və şərti işarələrin köməyi ilə istənilən sxemləri qurmaq imkanı yaratmış oluruq. Gəlin interaktiv lövhədə elektrik dövrəsinin ən sadə sxemini yığaq. Sinfin yarısı yığılmış sxemi yerlərində real cihazlardan istifadə edərək yığır. Sinfin başqa yarısı isə virtual dövrəni yığır. Sinifdə şagirdlərin bir hissəsi yerlərində real cihazlardan istifadə edərək dövrəni yığır. Şagidlərin digər hissəsi isə lövhədə virtual dövrəni yığmaq tapşırığını yerinə yetirir. Sonda şagirdlər real cihazlarla virtual sxem arasında heç bir fərq olmadığını aşkar formada öyrənmiş olur və dərsi daha dərindən mənimsəmiş olurlar. Sonda şagirdlər real cihazlarla virtual sxem arasında heç bir fərq olmadığını aşkar formada görür və dərsi daha dərindən mənimsəmiş olurlar.
Aydındır ki, virtual elektrik dovrəsi real dovrənin quraşdırılmalarını əvəz etmir. Amma bu bacarıqlar sayəsində laboratoriya işlərində şagirdlər dovrəni çox tez və praktik olaraq səhvsiz yığırlar.
Məktəb proqramının "Optika" bölməsinin öyrənilməsində "Crocodile Physics"-də "Optika" alətlər dəstindən istifadə etmək faydalıdır. Bütün sınaqlar müəyyən edilmiş optik sahədə, təsviri təcrübələrdən istifadə edərək, kifayət qədər geniş siyahıdan seçmək olar: bakteriya, dəvə, körpü, timsah, Qalaqtika, dağ, kometa və s.
Proqramda aşağıdakı linzaları seçmək mümkündür:
-
yastı, qabarıq, çökük və parabolik güzgülər,
-
toplayıcı və səpələyici linzalar,
-
yastı-paralel lövhə,
-
yarımdairəvi lövhə.
Tutqun obyektlərdən tənzim edilən çatdan, kürədən, düzbucaqlı blokdan və üçbucaqdan istifadə etmək olar. Ölçü cihazları kimi xətkeşdən və transportirdən istifadə etmək olar.
İşığın sınması hadisəsinin öyrənilməsi üçün"Crocodile Physics" virtual laboratoriyadaaşağıdakı materiallardan optik şüşə, hava, buz və almaz kimi müxtəlif mühitlərdə sınmanın göstəricilərini müəyyən etmək və işığın istiqamətini dəyişdirməklə işığın digər xassələrini öyrənmiş oluruq.
Suyun səthində dalğaların nümayişi maraqlıdır. Dalğaların xətt və ya nöqtə mənbəyini seçmək və yalnız dalğanın yayılmasına nəzarət etməmək, maneədən onun əks etməsi, həm də dalğanın en kəsiyini də görmək olur.
Dalğaların xüsusiyyətlərini öyrənmək üçün "dalğaların xüsusiyyətləri" modelindən istifadə edirək, suyun səthində dalğaların yayılması proseslərinə nəzarət etmək, həm də müxtəlif uzunluqlu dalğalar üçün bu prosesləri müqayisə etmək olur.
"Xüsusiyyətlər" paneli rəqslərin amplitudunu dəyişdirməyə imkan verir, dalğanın uzunluğunu, rəqslərin tezliyini, yayılma sürətini "nöqtə mənbəyi" alətlərindən və "yastı reflektordan" istifadə edərək, sönmüş dalğanın modelini hazırlamaq olar. Hərəkətli vibratorla təcrübələr aşkardır. Müxtəlif sürətlə hərəkətli mənbəyi qarışdıraraq, və hərəkət istiqamətini dəyişdirərək, hərəkətli obyektdən dalğanın modeliruyutsyası, məsələn katerlər, maneəylə onların qarşılıqlı təsiri, müdaxilə şəkilinin təhsili (yaranması). Proqram havada və suda səsli dalğaları müşahidə etməyə imkan verir. Səsin mənbəyinin ölçülərini dəyişdirərək, səsin tam (dolu) udulmasına nail olmaq olar.
Konstruktorda belə mövzular çox müvəffəqiyyətlə işlənilmişdir. "Difraksiya" kimi, "Elektromaqnit dalğaları" və başqa mövzular elektromaqnit şüaların spektrinin öyrənilməsi zamanı dalğanın uzunluğu və şüanın tezliyiylə dalğanın sürətinin qarşılıqlı əlaqəsinin düsturunu təcrübi yoxlamaq mümkündür. Yoxlamağa eksperimentaldır.
Şəkil.10 elektromaqnit dalğaların Spektri
Proqram xəttin köməyi ilə dalğanın uzunluğunu ölçmək mümkündür. Dalğanın uzunluğunu və rəqslərin tezliyini dəyişdirərək, ondan əmin olmaq olar ki, düstur şüanın müxtəlif növləri üçün doğrudur.
Səs rəqslərinin öyrənilməsi zamanı səs tonunun amplitudadan və rəqslərin tezliyindən asılılığını və həmçinin dalğanın formasına onların təsirini öyrənmək faydalıdır.
Kinematikanın tənliklərinin və dinamikanın qanunlarının öyrənilməsi vaxtı avtomobilin hərəkətinin modelindən istifadə etmək əlverişlidir. Model avtomobilin tipini, onun kütləsini, sürətini dəyişdirməyə imkan verir, Kadrda sürətin qrafikinin qurulması prosesi görünür.
"Xüsusiyyətlər" seçimindən istifadə edib, əlavə edilmiş gücün ölçüsündən cismin sürətlənməsinin asılılığını tədqiq edərək qüvvədə olan gücün ölçüsünü dəyişdirmək olar.
Proqramın universallığı ondan ibarətdir ki, o yeni materialın izahatı, elektron nümayişlərin yaradılması, həm də laboratoriya işlərinin keçirilməsi üçündür. Laboratoriya işlərinin keçirilməsi vaxtı, şagirdlərin bir hissəsi cihazlarla işləyirlər, və qalanları virtual tədqiqatı yerinə yetirirlər. Pol-dərs vasitəsilə şagirdlər iş yerlərini dəyişirlər və tapşırığın icrasını davam edirlər. Belə işlər keçirmək olduqca əlverişlidir. Tədqiqatın həcmi kiçik. D.p.n proqramı üzrə işləyərək., Q.N profu. "5 sinif ilə Fizik" Stepanovu, mən belə işləri daim keçirirəm. Məsələn:
-
kölgənin müşahidəsi və ekranda obyektin yarımkölgələri;
-
yastı güzgüdən işığın əks edilməsinin öyrənilməsi;
-
yastı güzgüdə təsvirin qurulması;
-
güzgünün xəyalının sahəsi;
-
sferik güzgülərdə təsvirlər;
-
işığın istiqamətini dəyişdirmək;
-
yastı-paralel lövhədə və prizmada şüanın istiqamətinin tədqiqatı;
-
fokus məsafəsinin ölçüsü və toplayıcı linzanın optik gücünün təyini;
-
toplayıcı linzanın köməyi ilə təsvirin alınması və s.
Bunun üçün Konstruktorun imkanlarından istifadə edərək profil kursunun (məzənnəsinin) (10-11 sinif) və ya öz seçimi ilə oxuyanların (9 sinif) predmetinin məşğuliyyətlərində yalnız tədqiqat, həm də konstruktor işlərini keçirməməyə çalışıram. Məsələn, quraşdırmanı qurmaq və tədqiq etmək:
-
müxtəlif uzunluqlu kəfkirlərinin rəqsləri,
-
müxtəlif kütləli kəfkirlərinin rəqsləri,
-
yerdəyişmələr, sürət və kəfkirlərin sürətlənmələri,
-
yay yükün rəqsləri vaxtı yerdəyişmə, sürət, təcil
və güclər,
-
amplituda-modullaşdırılmış radioveriliş (radioverilişi idarələri şəbəkəsi),
-
dalğaların əsas xüsusiyyətləri,
-
mexaniki dalğaların difraksiyası,
-
rentgenlərin nüfuzetmə qabiliyyəti və qamma-şüalar və s.
Konstruktorla işlər imkan verir ki, tam ölçüdə şagirdlər bu çox gözəl proqramın bütün imkanlarını öyrənsinlər. Burada müəyyən texniki çətinliklərdə var: fizika kabineti şagirdlərin işi üçün FK tamamilə təchiz edilməmişdir, buna görə şagirdlərin hissəsi informatikanın kabinetinə keçməyə məcbur edilmişdir, nə Konstruktordan istifadəylə cəbhə (ön) laboratoriya işlərinin keçirilməsi vaxtı vaxtın itmələrinə səbəb olur (çağırır). Tədris günü ərzində kompüterlə oxuyanların iş vaxtı sanitar normalarla sərt məhdudlaşdırılmışdır, buna görə Konstruktorla o günlərdə məşğələlər keçirməyə müvəffəq olmur, nə vaxt ki, cədvəl üzrə (görə) oxuyanlarda informatika dərsləri var. Bununla belə, fizikaya görə virtual sınaqların Konstruktoruyla oxuyanların işi şübhəsiz müsbət nəticələri verir:
1. fizikanı öyrənənlərin marağı yüksəlir
2. şagirdlər qeyri-standart şəraitdə fiziki və informatika biliklərini tətbiq etməyə imkan yaranır
3. şagirdlərin məkan təxəyyülü (təsəvvürü), onların konstruktor qabiliyyətləri inkişaf etdirir
4. şagirdlər təcrübədə müşahidə edə bilmədikləri fiziki hadisələri modelləşdirmək imkanı qazanırlar
5. şagirdlər daha fəal olur və fizika üzrə İnternet-olimpiadalara daha yaxşı hazırlanırlar
Hesab edirəm ki, virtual sınaqlar şagirdlərin dərsdən əlavə fəaliyyətində hiss olunan müsbət nəticələrə gətirib çıxaracaq.
Crocodile Chemistry Programı
Kompüterin tətbiq sahələrində əhəmiyyətli mövqeyə sahib olan, lakin hələlik az tətbiq edilən proqram haqqında məlumat verək.
Crocodile chemistry proqramı Kimya sahəsində istifadə edilən proqramlardan biridir. Proqramı istifadə etdikdə laboratoriyada etdiyimiz əməliyyatların bir qisimini virtual mühitə daşıya bilərik. Bu resurs kimyəvi maddələr və müxtəlif vasitə və vəsaitlər ehtiva edən yaxşı bir proqramdır. Proqram Müəllimə imkan verir dərsin aparılmasında hər bir şagird özü virtual olaraq hər-hansi bir təcrübəni apara bilsin. Bu da imkan verir ki, şagird dərsi daha ətraflı mənimsəyə bilsin.
PROQRAMLA İŞLƏMƏ QAYDASI.
Proqramın çox hissəsini işçi sahəsi tutur, alətlərin və ya hazır modellərin köməyi ilə istənilən təcrübəni aparmaq mümkündür. Proqram aşağıdakı hissələrə bölünür:
1. Əsas və köməkçi menyu (Menu bar),
2. Alətlər paneli (Toolbar),
3. İşçi sahə (Scene),
4. Məlumat sətiri (Status bar).
1. Əsas (Menu bar) və köməkçi menyu (Toolbar).
Əsas menyu başlıqlar və həmin başlıqlar altında açılan xüsusi əmrlər siyahısını özündə saxlayır və ekranın yuxarı hissəsində yerləşir.
Fayl menyusu: bütün proqramlarda olduğu kimi fayllar üzərində əməliyyatların yerinə yetirmə funksiyaları aşağıdakılardır:
-
New-yeni fayl yaratmaq,
-
Open- hazır faylı açmaq,
-
Safe-faylı yadda saxlamaq,
-
Safe-As...- fərqli yadda saxlamaq,
-
Reload-aparılan təcrübənin əvvəlinə qayıtmaq,
-
Print...- faylı çapa göndərmək,
-
Page-setup...-faylın vərəq üzərində cap formasını göstərmək,
-
Recend Files- axırıncı dəfə acdığımız faylların siyahısı,
-
Quit- proqramdan çıxış.
Edit menyusu: redaktə menyusudu. Elektron təcrübələr apardıqda alətləri silmək (), surətini çoxaltmaq (), yerinə yetirdiyimiz əmrləri geriyə-əksinə () qaytarmaq və s. funksiyaları yerinə yetirir. Bu funksiyalardan vacib sayılan bir neçəsi haqqında aşağıda məlumat vərək:
-
Properties...- elektron alətlərin xüsusiyyətlərini açıqlamaq,
-
Space Properties...- təcrübənin xüsusiyyətlərini açıqlamaq,
-
Arrangement-obyektləri ön və arxa planda yerləşdırmək,
-
Bring to front- qeyd olunmuş obyekti ən birinci fonda yerləşdirmək,
-
Send to back- qeyd olunmuş obyekti ən arxa fonda yerləşdirmək,
-
Bring forward- qeyd olunmuş obyekti bir fon üzə gətirmək,
-
Send Backward- qeyd olunmuş obyekti bir fon arxada yerləşdirmək.
Köməkçi menyu: işçi sahənin yuxarı hissəsində və əsas menyu sətirinin altında yerləşir. O tez-tez müraciət olunan funksiyaların simgələrdən (ikonka) ibarətdir. Köməkçi menyunu əsas menyudan söndürüb-yandırmaq olar. Köməkçi menyuda olan funksiyalar aşağıdakılardan ibarətdir:
Silmək (Del): qeyd olunmuş elementin və ya elementlərin silinməsi üçün bu düymədən istifadə etmək olar.
Kəsmək (Cut):seçilmiş elementi və ya elementləri kəsib yadda saxlamaq.
Surət (Copy):seçilmiş elementin və ya elementlərin surətini yadda saxlamaq.
Yerləşdirmək (Paste):yadda saxlanılanı işçi sahədə yerləşdirir.
Periodic table: Mendeleyev cədvəlini bəzi izahatla veb brauzerdə açır.
Alətlərin xüsusiyyətləri (Space properties): düyməsini sıxdıqda, proqramın işçi sahəsində seçilmiş alətin xüsusiyyətlərini alətlər pəncərəsinin properties bölməsində görmüş oluruq.
Fasilə (Pause simulation): düyməsini sıxdıqda işçi sahəsində hər-hansı bir prosessin gedişatını dayandırmaq mümkündür. Onu təkrar sıxdıqda isə prosesin davam etməyə başlayır.
Prosesin sürəti (Simulation Speed: x1): Modulun sürətini tənzimləmək üçün, şkaladan istifadə edərək sürəti normadan 10 dəfə aşağı, 10 dəfə yuxarı artırıb-azaltmaq olar.
2.) Alətlər pəncərəsi
Proqram bir neçə hissəyə ayırmışdır və bunlardan biri də alətlər pəncərəsidir. Alətlər pəncərəsi isə xüsusiyyətinə görə üç hissəyə bölünür. Contents pane- mövzular və alt bölmələrə uyğun qruplaşdırılmış hissələrdir.
Dostları ilə paylaş: |