12
Xurşidbanu Natəvanın insana məhəbbət, həqiqətə inam və
xeyirxah əməllərə ümid dolu poeziyası həmişə təzədir. Onun
şeirləri
öz
mayasını,
qaynaqlarını
təbiətin
munis
gözəlliklərindən, baharın həyat qoxulayıcı nəfəsindən, torpağın
ətrindən götürmüşdür.
Məsud Əlioğlu,
filologiya elmləri doktoru
Xurşidbanu Natəvan ədəbiyyatımızın rövnəqlənməsində, təsir
və nüfuz dairəsinin genişlənməsində muhum rol oynamış,
mənəvi xəzinəmizin ətirli gül-çiçəyi hesab olunmuşdur.
Şamil Qurbanov,
professor
Natəvan talantlı, həssas, lirik şairə olub, Füzuli məktəbinin
layiqli davamçısıdır.
Səməd Vurğun,
Xalq şairi
Xurşidbanu Natəvan ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən,
xalqın rifahı və mənafeyi yolunda hər cür çətinliklərə dözən və
bu yolda yorulmaq bilməyən şairədir.
İlyas Əfəndiyev,
Xalq yazıçısı
Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül
dünyasının bəzən gerçək, bəzən isə romantik, təsirli poetik
vasitələrlə təsviri Xurşidbanu Natəvan yaradıcılığının başlıca
özəlliklərindəndir.
Natəvanın
əsərləri bədii sənətkarlıq
baxımından kamil şeir nümunələridir.
Zaman Əsgərli,
Professor
13
Natəvanın təbiət gözəllikləri mövzusunda yazdığı şeirlər nikbin
əhvali- ruhiyyə oyatmaqla bərabər, təbiətdəki ülviyyəti
duymağı, sevməyi tərbiyə edir və həyatın mənasını
aydınlaşdırmaqda oxucuya yardım göstərir.
Bəylər Məmmədov,
ədəbiyyatşünas
Füzuliyanə şeirlər yazmaqla fəxr edən Natəvan öz əsərlərində
insani duyğuları, həyat və məhəbbəti yanıqlı dil və gözəl üslubla
realistcəsinə əks etdirmişdir.
Fikrət Seyidov,
filologiya elmləri namizədi
Kitabxanalarda yubilyarın həyat və yaradıcılığını təbliğ etmək,
bu mövzuda oxucuların bilgilərini artırmaq məqsədilə sual-
cavab oyunu təşkil etmək olar. Bunun üçün kitabxanaçı bir həftə
əvvəldən oxucuları X.Natəvandan bəhs edən ədəbiyyatlar
oxumağı məsləhət görür. Suallara ən çox düzgün cavab verən
oxucu kitabxananın müdriyyəti tərəfindən Nümunə üçün
aşağıdakı sualları sizə təqdim edirik.
Suallar:
1. Uşaqlar “Xurşidbanu Natəvan” kimdir?
Cavab: Xurşidbanu Natəvan məhşur şair, “Məclisi-üns” adlı
məclisin rəhbəri, rəssam, Şərq təbabətinin gözəl bilicisi, bir çox
xəstəlikləri türkəçarə ilə müalicə edən loğman, xeyriyyəçi insan,
gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, şahmat
oynamaq bacarığı ilə ətrafdakıları valeh edən oyunçu, şərqi və
cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamıdır.
2. Uşaqlar “Xurşidbanu Natəvan” pyesini kim yazıb?
Cavab: “Xurşidbanu Natəvan” pyesini xalq yazıçımız İlyas
Əfəndiyev yazmışdır.
14
3. Xurşidbanu Natəvan nə vaxt anadan olmuşdur?
Cavab: 1832-ci il avqustun 15-də Şuşada, Qarabağın son
hakimi Mehdiquluxan Cavanşirin ailəsində dünyaya gəlmişdir.
4. Natəvanın şeirləri məzmun cəhətdən neçə qismə ayrılır?
Cavab: Aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilmiş
şeirlər, müasirlərinə yazdığı mənzumələr, qəmli şeirlər
5. Natavanın təşəbbüsü ilə yaradılan ədəbi məclisin adı nə idi və
neçənci ildə yaradılmışdır?
Cavab: Ədəbi məclisin adı “Məclisi-üns” idi. “Məclisi-üns”
1872-ci ildə təşkil olunmuşdur.
6. Məclisin əsas məqsədi nə idi?
Cavab: “Məclisi-üns” adlanan ədəbi məclisdə Xaqani, Nizami
və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr
yazılırdı. Həmçinin məclisdə Azərbaycan, fars dilləri ilə yanaşı,
cığatay dilində də qiymətli mənzumələr yaranırdı.
7.Xurşidbanu Natəvanın təbiətlə bağlı şeirlərindən hansını
tanıyırsınız?
Cavab: “Bənövşə”, “Qərənfil”, “Gül”, “Pərvanə”, “Bülbül” və
sairə.
8. Xurşidbanu Natəvan şair olmaqla bərabər daha hansı sənətlə
də məşğul olurdu?
Cavab: Rəssamlıqla.
9. Şairə özünə nə vaxt Natəvan təxəllüsünü götürmüşdü və bu
təxəllüsün mənası nə idi?
Cavab: 1870-ci ildən şairə özünə “Natəvan” təxəllüsü
götürmüşdür. Natəvan sözünün mənası köməksiz, zəif, xəstə
deməkdir.
10. Ailədə, xalq arasında Natəvan hansı ləqəblə tanınmışdır?
Cavab: “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə
çağrılmışdır.
11. Natəvanın kədərli şeirlər yazmasına səbəb nə idi?
Cavab: 16 yaşlı oğlu Mir Abbasın ölümü.
12. Xurşidbanu Natəvan Bakıda hansı məşhur yazıçı ilə
görüşmüşdür?