399
Tarixdə bu gün
600
ili
İmadəddin Nəsiminin vəfatı
1369-1417
2017
Altı yüz ildir ki, böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin adı Yaxın
Şərqdə mərdlik, fədakarlıq və iradə
rəmzi kimi hörmətlə çəkilir. Altı yüz
ildir ki, məsləki uğrunda dara çəkilib,
dərisi soyulan, son nəfəsində belə öz
sözündən dönməyən bu mərd insanın
faciəli ölümü şairlərin şeirində, aşıq-
ların sazında tərənnüm edilir. Nəsimi
Azərbaycan dilində şeirin ilk gözəl
nümunələrini yaradan, öz mütərəqqi
fikirlərini yüksək bədii dillə ifadə
etməyi bacaran qüdrətli sənətkarlardan
biri olmuşdur. Onun ana dilindən başqa
ərəb və fars dillərində də yaratmış oldu-
ğu divanlar şairin adının öz vətənindən
çox-çox uzaqlarda, bütün Yaxın Şərqdə
şöhrətlənməsinə səbəb olmuşdur.
Nəsimi 1369-cu ildə Şamaxı-
da sənətkar ailəsində anadan olmuş,
mükəmməl təhsil almış, fars və ərəb
dillərini öyrənmişdir. Şairin Yulidəmu
ləqəbli Şah Xəndan adlı bir qarda-
şı da olmuşdur. Şah Xəndan gözəl
şeirlər yazmışdır. Təbii ki, bununda
Nəsiminin bir şair kimi yetişməsində
rolu az olmamışdır. X əsrdə yaşamış
həllac Hüseyn Mənsurun sufi görüşləri
Nəsimini özünə cəlb etmiş və onları
yaymışdır. Təsadüfi deyildir ki, yara-
dıcılığının ilk dövrlərində “Hüseyni”
təxəllüsü ilə şeirlər yazmışdır. Sonralar
Fəzlullah Nəiminin hürufi görüşlərini
mənimsəmiş, özünü onun müridi adlan-
dırmış və “Nəimi” sözü ilə həmqafiyə
“Nəsimi” sözünü özünə təxəllüs götür-
müşdür.
Nəiminin edamından sonra onun
vəsiyyətinə uyğun olaraq əvvəl Təbrizə
sonra Türkiyəyə, İraqa və Suriyaya get-
mişdir. Nəhayət Hələb şəhərinə gəlib
orada məskən salmışdır. Nəsimi Hələb
şəhərinə gəldikdən sonra ətrafına
tərəfdarlar toplayıb hürufi ideyalarını
yaymağa başlamışdır. Az keçmədən
şəhər ruhanilərinin məclisində Nəsimini
mühakimə edib onu “kafir” adlandırmış
və dinsizlikdə günahlandıraraq 1417-ci
ildə vəhşicəsinə edam etmişlər.
Nəsimi şeirlərində həyat sevgisi,
dünyaya bağlılıq, ictimai quruluşdan,
feodal ideologiyasından narazılıq və
ona qarşı üsyan xüsusilə aydın görünür.
Şair insanları azad, xoşbəxt görmək ar-
zusu ilə yanır, həyatın gözəlliklərindən
zövq almağa çağırır.
Şairin şeirlərinin bir qismini dini-
fəlsəfi əsərlər təşkil edir. Bu şeirlərin
çoxunda o “Seyid”, “Hüseyni, “Seyyid
Hüseyni” təxəllüslərini işlətmişdir.
Nəsiminin şeirləri hələ sağlığında
İraqda, Suriyada, Kiçik Asiyada, Orta
Asiyada, hətta Uzaq Şərqdə yaşayan
uyğurlar arasında çox populyar olmuş-
dur. Onun əsərlərinin üzü köçürülərək
insanlar arasında geniş yayılmışıdır.
1546-cı ildə Nəsimi haqqında ilk
müfəssəl məlumat təzkirəçi Lətif
Qəstəmoğlu tərəfindən verilmişdir.
Görkəmli ədəbiyyatşünas Salman Müm-
taz 1926-cı ildə Nəsimi divanını ərəb
əlifbası ilə nəşr etdirmişdir. İstanbulda
“Təsviri-əfkar” mətbəəsində 1844-cü
ildə Nəsiminin “Divanı” nəşr edilmiş-
dir. Nəsiminin divanı Azərbaycanda
Həmid Məmmədzadə
tərəfindən
1972-ci ildə çap olunmuşdur. 1973-
cü ildə bəstəkar Fikrət Əmirov şairə
həsr etdiyi “Nəsimi dastanı” baletini,
C.Cahangirov isə “Nəsimi” kantatası-
nı yazmışdır. Azərbaycan xalqı, eləcə
də dünyanın bütün ədəbi ictimayyəti
1973-cü ildə Nəsiminin anadan olma-
sının 600 illiyini YUNESKO xətti ilə
beynəlxalq miqyasda qeyd etmişdir.
Ə d ə b i y y a t
“Cahana sığmayan şair”:
biblioqrafik göstərici
/Sumqayıt Şəhər Mərkəzi
Kitabxanası; tərt. ed.:
N.Cəfərova, N.Axundzadə,
M.Əliyeva; red.
Y.Əhmədova.- Sumqayıt,
2014.- 50 s.
Əsgərova, T. Nəsimi
dilinin frazeologiyası
/T.M.Əsgərova; elmi red.
S.Mehdiyeva; AMEA,
Nəsimi ad. Dilçilik İn-tu.-
Bakı: Elm və təhsil, 2015.-
239, [1] s.
Həsənoğlu, Ə. İmadəddin
Nəsiminin “İraq divanı”na
şərhlər /Ə.Həsənoğlu.-
Bakı: Mütərcim, 2015.-
575, [1] s.
İmadəddin Nəsimi: bibli-
oqrafiya /AMEA, M. Füzuli
ad. Əlyazmalar İn-tu; tərt.
ed. A.C.Xəlilov, red.
N.Göyüşov.- Bakı: Elm və
təhsil, 2013.- 111, [1] s.
Imadaddin Nasi-
mi, poet, 1369-1417
/Ministry of Culture
and Tourism Republic
of Azerbaijan; consul-
ting V.Bahmanli; editor:
N.Jabbarli, J.Huseynov;
design T.Farzi.- Baku:
Khan, 2015.- 36, p.
400
Tarixdə bu gün
200
illiyi
Cənubi Qafqazda alman yaşayış
məntəqələrinin salınması
1817
2017
Tarixdə özünəməxsus yönü, xarakteri,
mədəniyyəti olan alman xalqının Azərbaycanda
da nümayəndələri yaşayır. Bunun maraqlı tarixi
var. Almanlar Azərbaycanda ilk dəfə Yelizavet-
polda (Gəncə), sonra onun yaxınlığındakı Yele-
nendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Ba-
kıda və s. ərazilərdə məskunlaşıblar, ölkəmizdə
təhsili, həmçinin üzümçülüyü, şərabçılığı,
tikinti-inşaat işlərini inkişaf etdiriblər. Böyük
Vətən müharibəsindən sonra almanların yüksək
inkişafını görən Sovet imperiyası onları Sibirə
və Qazaxıstana sürgün edib. “Azərbaycan al-
manları” Azərbaycanda yaşamış alman icmasına
verilən ümumi addır. 1817-ci ildə general Yer-
molov almanların ilk dəstələrinin Azərbaycana
yerləşdirilməsi barədə göstəriş verib. Azərbaycana
yerləşdirilmiş ilk almanların çoxu Vürtemburq
krallığının sakinləri olmuşdular.
Cənubi Qafqazın ilk alman koloniyası bugünkü
Gürcüstan ərazisində salınmışdı. 1818-ci il sent-
yabrın 21-də çar I Aleksandrın dəvətilə Qafqaza
köçən Vürtemberq kəndliləri Tiflis yaxınlığında
Marienbaum adında şəhərcik saldılar. Növbəti il
ərzində Avropadan köçən almanlar daha 5 koloniya
qurmuşdu: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf,
Petersdorf və Katarinenfeld (indiki Bolnisi).
Tiflis və onun ətrafları Cənubi Qafqaz almanla-
rının qeyri-rəsmi mədəni mərkəzi idi. 1906-1922-
ci illərdə burada alman dilində buraxılan “Ka-
ukasische Post” qəzeti çap edilirdi. O, Qafqazın
yeganə alman qəzeti idi. 1918-ci ildə Gürcüstanda
alman kəndlərinin sayı 20-dən yuxarı idi. 1941-ci
ildə Sovet hakimiyyəti buradan 20423 etnik alma-
nı sürgün etmişdi.
1819-cu ilin yayında Tiflisdən Yelizavetpo-
la (Gəncəyə) köçən 194 alman ailəsi Şamxor
(Şəmkir) yaxınlığında Helenendorf və Annenfeld
adlı iki koloniya salmışdı. Sovet vaxtı Helenen-
dorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xan-
lar adlandırıldı, Annenfeld isə Şəmkirlə birləşdi.
Sonralar Gəncə və Qazax qəzalarında salınan ko-
loniyalar Georqsfeld (1888-ci il, indi Şəmkir ra-
yonunun Çinarlı qəsəbəsi), Alekseyevka (1902-ci
il), Qrünfeld (1906-cı il, indi Ağstafa rayonunun
Həsənsu kəndi), Ayxenfeld (1906-cı il, indi Şəmkir
rayonunun İrmaşlı kəndi), Traubenfeld (1912-ci
il, indi Tovuz şəhəri), Yelizavetinka (1914-cü il,
indi Ağstafa şəhəri) və Marksovka (1920-ci illər,
sonralar Ağstafa ilə birləşdi) idi. Onların əhalisi
ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi.
Helenendorfda yerləşən almanlardan bir neçə
ailə Goranboy rayonunun Todan kəndi yaxınlı-
ğında məskunlaşmışdılar. Hazırda da almanla-
rın yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən
“Lemsə bağı”, “Lemsə bulağı” kimi tanınır. 1918-
ci ildə bütün Azərbaycandakı koloniyalarda ya-
şayan almanların sayı cəmi 6 min nəfər idi. On-
ların əsas peşəsi əvvəllər əkinçilik, sonralar isə
şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hum-
mel qardaşları tərəfindən buraxılan çaxır bütün
Qafqaz bölgəsində istehsal edilən çaxırın 58%-ni
təşkil edirdi.
Cənubi Qafqaz almanlarının əksəriyyəti etiraz-
çılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın
ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci
ildə tikilmişdi. Sonralar lüteran kilsələr Gədəbəydə
1868-ci ildə, Şamaxıda 1869-cu ildə, Bakıda 1897-
ci ildə və Annenfelddə 1911-ci ildə də tikilmişdi.