197
Milli Qəhrəmanlar
65
illiyi
İsrafil Şahverdiyev
19
52-1994
İYUN
İsrafil Şahverdi oğlu Şahverdiyev
1952-ci il iyun ayının 11-də Laçın ra-
yonunun Unannovu kəndində anadan
olmuşdur. 1959-1969-cu illərdə Unan-
novu kənd orta məktəbini bitirmişdir.
1971-1974-cü illərdə ordu sıralarında
xidmət etmişdir.
1975-ci ildə Laçın rayon Daxili
İşlər şöbəsində milis nəfəri kimi əmək
fəaliyyətinə başlamışdır. Erməni ya-
raqlıları torpaqlarımıza hücum edərkən
İsrafil Şahverdiyev cəsur bir polis işçi-
si kimi ilk günlərdən torpaqlarımızın
müdafiəsinə qalxmışdı. Onun şücaəti
nəticəsində Qaladərəsi kəndini keçməyə
cəhd edən iki erməni cəsusu yaxalan-
mışdır. Azərbaycanın Milli Qəhrəmanı
jurnalist Salatın Əsgərovanın həyatına
qəsd edən quldurların ələ keçirilməsində
də onun böyük əməyi olmuşdur.
1991-ci ilin yazında Qaladərəsi kəndini
erməni quldurlarından təmizləmək
məqsədilə plan hazırlanır. Gecədən
səhərə kimi davam edən ağır döyüşdə
erməni yaraqlıları güclü müqavimətlə
rastlaşdılar və geri çəkilməyə məcbur
oldular. İsrafil Şahverdiyev öz rotası
ilə 1992-ci il sentyabrın 19-dan noyab-
rın 17-nə qədər Hocaz qayası və Hocaz
kəndi uğrunda gedən döyüşlərdə iştirak
etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş,
düşmənin yerinin təyin olunmasında
qəhrəmanlıq göstərmişdir. 1994-cü il
yanvar ayının 6-da onun rotası Füzuli
rayonunun kəndlərini erməni işğalından
azad etmək üçün döyüşə gedir. Rota Ho-
radiz qəsəbəsini, eləcə də digər 4 kəndi
azad edir.
İsrafil Şahverdiyev 1994-cü il yanvar
ayının 13-də gedən ağır döyüşlərdə ya-
ralı yoldaşlarına kömək edərkən düşmən
gülləsinə tuş gəlmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 15 yanvar 1995-ci il tarixli 262 saylı
Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərindəki Şəhidlər Xiya-
banında dəfn edilib. Laçın rayon orta
məktəblərindən biri qəhrəmanın adını
daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Leytenant Şahverdiyev İsrafil Şahverdi oğlu-Azərbaycan Respublikasının suverenliyi və ərazi bü- tövlüyünün qorunmasında, Vətənimizin
torpaqlarının erməni işğalından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz
müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 15 yanvar 1995-ci il// Azərbaycan.-1995.-17 yanvar.-S.-1. (ölümündən sonra).
Əsgərov, V. Şahverdiyev İsrafil Şahverdi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəş
r.- Bakı, 2010.-
S.267.
Seyidzadə, M. Şahverdiyev İsrafil Şahverdi oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.210.
Şahverdiyev İsrafil Şahverdi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.193.
İ n t e r n e t d ə
http://anl.az/down/meqale/hafta_ichi/2016/yanvar/472281.htm; https://az.wikipedia.org/wiki/İsrafil_Şahverdiyev
11
Milli Qəhrəman
198
Milli Qəhrəmanlar
50
illiyi
Səfiyar Behbudov
1967-1992
İYUN
Səfiyar Abuzər oğlu Behbudov 1967-
ci il iyun ayının 18-də Bərdə rayonu-
nun Mollalı kəndində anadan olmuşdur.
1984-cü ildə 6 saylı Bərdə şəhər orta
məktəbini bitirdikdən sonra Sovet ordu-
su sıralarına hərbi xidmətə çağırılmışdır.
1987-ci ildə ordudan tərxis olunduq-
dan sonra Bərdə rayon Hərbi Komis-
sarlığının təqdimatı ilə zabitlik kursuna
göndərilmişdir.
Zabitlik kursunu kiçik leytenant
rütbəsi ilə bitirən Səfiyar Behbudov
1988-ci il Milli Azadlıq Hərəkatının fəal
iştirakçılarından olmuşdur. O, Bərdədə
“Soy” Demokratik Gənclər Təşkilatını
yaradaraq rayon gənclərini öz ətrafında
toplamışdır. Xocalı soyqırımından sonra
tərəddüd etmədən Bərdə özünümüdafiə
batalyonuna daxil olmuşdur. Bölmə
komandiri təyin edilən Səfiyar Behbu-
dov Tərtər bölgəsində bir neçə uğurlu
əməliyyat keçirdikdən sonra, Ağdam
istiqamətində gedən döyüşlərdə iştirak
etmişdir.
1992-ci il mart ayının 11-də ermə-
nilər Əsgəran yaxınlığındakı posta hü-
cum edərək oranı mühasirəyə alırlar.
Öz PDM-i ilə döyüşə atılan Səfiyar
Behbudov tapşırığı uğurla yerinə
yetirərək düşmənin müqavimətini qı-
rır və mühasirədə olan döyüşçülərimizi
xilas etdikdən sonra Əsgərana doğru
irəliləyir. O, Qaraqaya deyilən yerdə
düşmənin böyük qüvvəsilə qarşılaş-
sa da, geri çəkilmir. Lakin bir müddət
irəlilədikdən sonra cəsur döyüşçü vuru-
lur. Ermənilər onu ağır yaralı vəziyyətdə
əsir götürürlər. 10 günlük əsir həyatında
işgəncələrə məruz qalan mərd döyüşçü
düşmənə heç bir sirr vermir.
Gənc zabitin cəsədini 1992-ci il mar-
tın 21-də çətinliklə də olsa almaq müm-
kün olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992 ci il tarixli 833 saylı
Fərmanı ilə Behbudov Səfiyar Abuzər
oğluna “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir.
Bərdə rayonunun Mollalı kəndində
dəfn edilmişdir.
Təhsil aldığı 6 saylı Bərdə rayon orta
məktəbi qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Beh-
budov Səfiyar Abuzər oğlu-kiçik leytenant, taqım komandiri-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunma-
sında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 7 iyun 1992-ci il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).
Tumas, İ. Simurq ömrü: Azərbaycanın Milli Qəhrəmanı Səfyar Behbudov /İ.Tumas, R.Sahil; red. A.Rəhimli.- Bakı: Elm, 2014.- 127 s.
Behbudov Səfiyar Abuzər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.42.
Əsgərov,V. Behbudov Səfiyar Abuzər oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.53.
Seyidzadə, M. Behbudov Səfiyar Abuzər oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.40.
18
Milli Qəhrəman