www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
19
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Batıda qrammatikanı pozan şeir və romanlar, montaj
qrammatikasını pozan Qodar filmləri və s. ortaya çıxmışdı
ki, hamısını dədə-baba qaydalarına sayğısızlıq
əlamətlərində kvalifikasiya etmək olar.
Sayğı-sayğısızlıq-həyasızlıq ilişgiləri tarixdə çox
müxtəlif biçimlərə düşüb. Bütün milli mentalitetlər, bütün
əxlaq modelləri sayğı üstündə qurulub və bu sayğını
göstərməyənləri cəzalandırmaq üçün dürlü vasitələri də
hazır saxlayıb (məsələn, sayğı göstərməyənə ―utanmaz
adam‖ damğasını vurub). Əski Yunanıstanda Sokrata bu
sayğısızlığa görə ölüm kəsmişdilər. Ancaq belə cəzalara
baxmayaraq Avropada Sofistlər də peyda olmuşdu ki,
hörmətsizliklərinə görə cəzasız qala bilmişdilər. Beləcə,
Avropa necə yaranıb, Avropa nədir, suallarının cavabında
söyləməliyik ki, Avropa mədəniyyətə, əxlaqa, dini, fəlsəfi
dəyərlərə sayğı ilə sayğısızlığı bir arada saxlamaq
genişliyini ilk dəfə əldə etmiş qitə, yeganə ideyadır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
20
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Buddizm Hindistanda Hinduizmə sayğısızlıq dozasından
yaranmışdı, ancaq Hindistan həmin sayğısızlığa
dözəmməyib özündən yad ünsür kimi onu atmışdı.
Hərçənd yenə də biz bütün yerdə qalan mədəniyyətlərdə
görə bilərik ki, çoxluğun sayıb uca tutduğu dəyərlərə
müəyyən dərəcədə hörmətsizlik göstərən ərənlər
tapılmışdı - məsələn, Molla Nəsrəddin, Sabir, Mirzə Cəlil.
Ancaq nədən bu sayğısızlıqlarına görə onları həyasız
sayan bəzi çağdaşlarına baxmayaraq bütünlükdə onlar
həyasızlar kimi qavranılmamışlar? Səbəb odur ki, onların
sayğısızlığında bir ―daha yaxşı gələcək uğrunda‖ istəyi,
ideyası vardı. Total sayğısızlıqda, bax, bu olmur, ona görə
də total sayğısızlıq həm sinizm, həm də həyasızlıq kimi
qavranılır. Onu da söyləyim ki, mənə psixoloji olaraq, nə
qədər çətin olsa da, bu həyasızlıq həddinə çatmış
sayğısızlığı mədəniyyətimiz üçün konstruktiv sayıram.
Öncələr neçə dəfə yazmışam ki, Azərbaycanın dirilməsi,
çiyinlərini silkələyib qalxması üçün millət
həyasızlaşmalıdır, yəni öz haqlarını bilib, öz haqlarını
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
21
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
tələb etməyə əngəl olan utancaqlıqla, abır-həya ilə
sağollaşmalıdır.
Millətin həyasızlaşması böhrandır. Ancaq Azərbaycan
hələ yetərincə həmin böhrana düşməyib. Bax, bütün bu
girişdən sonra deməliyəm ki, adlarını çəkdiyimi yazarların
hamısı total sayğısızlığın törətdiyi həyasızlıq pafosuna
tutulmuşlardır. Ona görə də Seymurun romanında nə ata,
nə ana, nə əxlaq, nə millət, nə ədəb simvolları sayğısızlıq
aksiyalarından canını qurtara bilmir. Bu romanda total
həyasızlıqdır oxucunu güldürən, miskin Azərbaycan
gerçəkliyini bir az da olsa sənət üçün ilginc edən. Beləcə,
mən Seymurgili bu cür öydüm. Ancaq ədəbiyyat tarixi
üçün onların rolunu görsəm də, söyləməliyəm ki, bir
məsələdə uduzurlar. Azərbaycana nifrət etmək asan işdir,
hər küçədə qarşına çıxan yaramaz buna əsas verir. Belə-
belə nəsnələrə görə Nitsşe almanlara, Bodler fransızlara
nifrət etmişdi. Çətin məsələ Azərbaycanı sevməkdir. Səni
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
22
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
psixi xəstə edən yaramazlıqlara qalib gəlib sevmək - çətin
məsələ budur. Sənət isə yendiyi, öhdəsindən gəldiyi
çətinliklərin dərəcəsi yüksək olduqca yüksəlir.
Seymurgilin sənəti ―mənə nə deyəcəklər‖ abır-həyasının
ortaya qoyduğu çətinliyin öhdəsindən gəlməkdən dəyər
qazanır - ancaq bu çətinlik çoxmu böyükdür ki, dəyər də
böyük olsun?!
Birlik və Müxtəliflik
Sənətdə necə göstərməkdən, bildirməkdən doğan
plyuralistik müxtəliflikləri açandan sonra Post-modernist
müxtəlifliyə çıxaq. ―Eynilik‖ və ya bizim türkcədə
―Birlik‖ çox nəsnələri açan DƏHŞƏTLİ gözəl və tutumlu
sözdür. Eyniliyin türk variantı olan ―Birliyin‖ bir çaları
var: ―Birlik‖ sözü ―Vəhdət‖ sözü kimi çoxluların,
cürbəcürlərin BİR-də toplanmışlığını bildirir. Belə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
23
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
―Birlik‖ BÜTÖVLÜK kimi görünür və belə ―Birlik‖də
―Bir‖ təkcə başqalarını özünə yığmır. Özü də başqalarında
güzgü ciliklərində görünən Günəş parıltısı kimi görünür.
Klassik Alman fəlsəfəsində, filosof Adorno demişkən,
―Bir‖ belənçi idi (bütün bu söhbətləri mən çağımızı
anlamaq üçün edirəm). Adorno deyirdi: ―Alman
idealistləri Eynilikdən danışanda nəzərə alırdılar ki, əsl
Eynilik müxtəlifliklə barışmalıdır, ona görə də özünü
təsdiq etmək üçün harada müxtəliflik rastına çıxsa, onları
öz identikliyi ilə ―basıb yeməməlidir‖.
İnsanlarda da elədir, çoxluğu birə yığmaq
yoxsullaşdırma ola bilər. Bir düşünün, adama həvəslə
demokratiyada ―dinc yolla hakimiyyətin dəyişməsini,
hakimiyyətə gəlməyi‖ başa salmaq istəyirsən. Onun
başında isə mənfi məna daşıyan ―hakimiyyət davası‖
deyilən bir ideya var. Sənin söylədiklərini qanmaq üçün
tezcə sözlərini ―hakimiyyət davası‖ ideyası ilə
Dostları ilə paylaş: |